Lot - 1. Sabunçu rayonu, Zabrat qəsəbəsində 71 saylı tam orta məktəb üçün əlavə 30 sinif otağının tikintisinin davam etdirilməsi
Lot - 2. Sabunçu rayonu, Zabrat qəsəbəsi 71 saylı tam orta məktəbin əsaslı təmiri.
Lot - 3. Sabunçu rayonu, Zabrat qəsəbəsində 307 saylı tam orta məktəb üçün əlavə 15 sinif otaqlı korpusun tikintisinin davam etdirilməsi.
Lot - 4. Sabunçu rayonu, Zabrat qəsəbəsində 307 saylı tam orta məktəbin əsaslı təmiri.
Lot - 5. Suraxanı rayonu, Əmircan qəsəbəsi 87 saylı tam orta məktəbin köhnə korpusunun sökülərək 1752 şagird yerlik yeni korpusların tikintisinin davam etdirilməsi
Lot - 6. Xətai rayonu 263 nömrəli tam orta məktəbin iki mərtəbəli korpusunun və bir mərtəbəli keçidlərin sökülərək yeni korpusların (idman və akt zalı ilə) inşasının davam etdirilməsi
Lot - 7. Nəsimi rayonu 35 nömrəli tam orta məktəbin köhnə koprusunun sökülüb yenidən inşasının davam etdirilməsi
Təkliflər sorğusu iştirakçılarına təklif edilir ki, öz təkliflərini möhürlənmiş, imzalanmış şəkildə ikiqat zərflərdə yazılı surətdə təqdim etsinlər.
Müqaviləni yerinə yetirmək üçün prosedur iştirakçıları lazımi texniki və maliyyə imkanlarına malik olmalıdır.
Təkliflər sorğusunda iştirak etmək istəyən təşkilatlar müəyyən məbləğdə iştirak haqqını göstərilən hesaba köçürdükdən sonra müsabiqə üçün təkliflərini təqdim edə bilərlər. (Əlaqələndirici şəxs: Əhməd Məmmədov, 496-52-05):
İştirak haqqı hər Lot üçün - 500,00 manat
İddiaçılar iştirak haqqını aşağıdakı hesaba köçürməlidirlər:
Bakı Şəhər İcra Hakimiyyətinin “Bakı Şəhər Əsaslı Tikinti və Təmir” Məhdud Məsuliyyətli Cəmiyyəti
H/h: AZ22IBAZ38030019446253269215
VÖEN: 1702563281
Kod: 805625
VÖEN: 9900001881
M/h: AZ03NABZ01350100000000002944
SWIFT-IBAZAZ2X
İştirak haqqı heç bir halda qeri qaytarılmır.
İştirakçılar təkliflər sorğusunda iştirak etmək üçün aşağıdakı sənədləri təqdim etməlidir:
- Təkliflər sorğusunda iştirak etmək üçün ərizə;
- Təkliflər sorğusunda iştirak haqqının ödənilməsi barədə bank sənədi;
- Təkliflər sorğusunda təklifi (zərfin açıldığı tarixdən sonra azı 30 bank günü müddətində qüvvədə olmalıdır);
- Təkliflər sorğusunda təklifi qiymətlərin 1% faizi həcmində (təklifin təminatı) bank zəmanəti (zərflərin açıldığı gündən ən azı 60 bank günü müddətində qüvvədə olmalıdır);
- iddiaçının son bir il ərzində maliyyə vəsaiti haqqında bank tərəfindən verilmiş arayış;
- Azərbaycan Respublikasında vergilərə və digər ödənişlərə dair yerinə yetirilməsi vaxtı keçmiş öhdəliklərin olmaması haqqında müvafiq vergi orqanlarından arayış;
- İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və rekvizitləri;
- müvafiq mallar üzrə mənşə və uyğunluq sertifikatları;
- Dövlət satınalmaları müsabiqəsində iştirak etmiş oxşar işlərə dair son 3 ildə bağlanmış müqavilələrin surəti (təsdiqli formada);
- Tikinti işlərinin həyata keçirilməsi ilə bağlı müvafiq lisenziya.
Sənədlər Azərbaycan dilində tərtib olunmalıdır (xarici dildəki təkliflər sorğusu sənədləri Azərbaycan dilinə tərcümə edilməlidir). İddiaçılar təkliflər sorğusu ilə bağlı sualları Portal vasitəsilə satınalan təşkilata ünvanlaya bilərlər. Təkliflər sorğusu proseduru “Dövlət satınalmaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun keçiriləcəkdir.
İddiaçılar öz təkliflərini Əsas şərtlər toplusunda göstərilən müddəalara uyğun hazırlamalı, təkliflər sorğusunda iştirak üçün sənədləri qapalı, ayrı-ayrı möhürlənib imzalanmış ikiqat zərflərdə 29 iyun 2021-ci il saat 18:00-dək Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev, 17 ünvanına (əlaqələndirici şəxs - Əhməd Məmmədov, telefon: (012) 496-52-05) təqdim etməlidirlər. Göstərilən vaxtdan gec təqdim olunan zərflər açılmadan geri qaytarılacaqdır.
İddiaçıların təklifləri 30 iyun 2021-ci il saat 11:00-da Bakı şəhəri, Xətai rayonu, Nəcəfqulu Rəfiyev, 17 ünvanında açılacaqdır.
Tender komissiyası