08 May 2025 11:45
537
CƏMİYYƏT
A- A+
Bakı Şəhər Prokurorluğunun yeni korpusunun açılışı və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir keçirilib  

Bakı Şəhər Prokurorluğunun yeni korpusunun açılışı və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir keçirilib  


Mayın 8-də Bakı Şəhər Prokurorluğunun inzibati binasının yeni korpusunun açılışı və Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümü münasibətilə tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Azərbaycan Respublikasının Baş prokuroru Kamran Əliyev, Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov, Milli Məclisin komitə sədrləri, deputatlar, Baş Prokurorluğun rəhbər vəzifəli şəxsləri və prokurorluq əməkdaşları, habelə digər hüquq-mühafizə orqanlarının nümayəndələri və jurnalistlər iştirak ediblər.

Əvvəlcə mərasim iştirakçıları binanın foyesində yerləşən Ümummilli Lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyaraq onun xatirəsini ehtiramla yad ediblər.

Yeni inşa olunmuş korpusla tanış olan iştirakçılara bildirilib ki, bina prokurorluq əməkdaşlarının peşəkar fəaliyyətinin daha səmərəli təşkili, iş proseslərinin effektivliyinin artırılması və vətəndaşlara göstərilən hüquqi xidmətlərin keyfiyyətinin yüksəldilməsi məqsədilə müasir standartlara tam cavab verən infrastrukturla təmin olunub.

Binada əməkdaşların rahat və funksional iş şəraiti üçün bütün zəruri texniki avadanlıqlarla təchiz olunmuş xidməti otaqlar, habelə 125 nəfərlik akt zalı, yeməkxana yaradılıb, eyni zamanda, bina enerji səmərəliliyi və təhlükəsizlik baxımından da ən son tələblərə uyğun layihələndirilib.

Daha sonra yeni akt zalında Ulu Öndər Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edilmiş tədbir keçirilib.

Əvvəlcə, Ulu Öndərin əziz xatirəsi yad olunub, Azərbaycanın Dövlət Himni səsləndirilib. Daha sonra açılış nitqi ilə Baş prokuror Kamran Əliyev çıxış edib.

Baş prokuror istifadəyə verilmiş akt zalında təşkil edilən ilk tədbirin Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr edildiyini qeyd edib. O, Ulu Öndərin şəxsiyyətinin yalnız siyasətçi olaraq deyil, xalqın taleyini dəyişən və dövlətin memarı olan bir lider kimi xatırlanmasının əhəmiyyətini vurğulayıb. Baş prokuror Ümummilli Lider Heydər Əliyevin Azərbaycanı parçalanmaqdan, yox olmaqdan və dövlətçiliyimizi dağılmaqdan xilas edərək, ölkəni hüquqi, demokratik və müstəqil dövlət kimi yenidən inşa etdiyini bildirib.

Baş prokuror Kamran Əliyev vurğulayıb ki, ölkə başçısının 2025-ci ili “Konstitusiya və Suverenlik İli” elan etməsi dövlətçiliyimizin əsas sütunlarının bir daha təhlil olunması və mənimsənilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. Vurğulanıb ki, Ümummilli Lider Heydər Əliyevin rəhbərliyi ilə 1995-ci ildə qəbul edilmiş Azərbaycan Respublikasının Konstitusiyası müstəqil dövlətçiliyimizin hüquqi əsaslarını yaradıb və bu sənədin hazırlanmasında Ulu Öndərin müstəsna xidmətləri olub.

Baş prokuror bildirib ki, Ümummilli Lider Heydər Əliyevin dövlətçiliyimizin qurucusu və Konstitusiya quruculuğunun banisi kimi rolu əvəzsizdir. Vurğulanıb ki, dahi şəxsiyyətin rəhbərliyi ilə Azərbaycan müstəqilliyini qoruyub saxlayaraq hüquqi dövlətin təməlini möhkəmləndirib, Prezident İlham Əliyevin rəhbərliyi altında isə dövlət suverenliyi tam təmin edilərək ərazi bütövlüyü bərpa olunub.

Baş prokuror Kamran Əliyev, həmçinin Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hüquq-mühafizə orqanlarının inkişafı və müasirləşdirilməsi istiqamətində görülən işlərdən bəhs edib. O, istifadəyə verilən yeni korpusun Bakı Şəhər Prokurorluğunun fəaliyyətinin daha da səmərəli və məhsuldar olmasına töhfə verəcəyini vurğulayıb.

Yeni inzibati binanın açılışı münasibətilə Baş prokuror dövlətimizin başçısına prokurorluq əməkdaşları adından təşəkkürünü bildirərək, Prezident İlham Əliyevin prokurorluq orqanlarına göstərdiyi diqqət və qayğı nəticəsində müasir infrastrukturun təmin olunduğunu qeyd edib. O, bu cür şəraitin peşəkarlığın və iş potensialının artırılmasında, habelə vətəndaş məmnunluğunun təmin olunmasında mühüm irəliləyişlərə səbəb olacağını vurğulayıb.

Daha sonra çıxış edən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizov və Bakı şəhər prokuroru Elşən Abbasov Ulu Öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafındakı rolundan danışıblar. Eldar Əzizov çıxışında Ümummilli Lider Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin inkişafındakı əvəzsiz xidmətlərindən bəhs edib. O, Ulu Öndərin rəhbərliyi ilə ölkəmizin müstəqilliyinin möhkəmləndirildiyini, dövlətçiliyin əsaslarının qoyulduğunu və hüquqi dövlət quruculuğunun təməlinin atıldığını vurğulayıb. Elşən Abbasov isə çıxışında Ulu Öndərin hüquqi dövlət quruculuğundakı rolunu qeyd edib. O, Ümummilli Liderin Azərbaycanı hüquqi, demokratik və müstəqil dövlətə çevirmək üçün atdığı addımların əhəmiyyətini vurğulayıb.

Tədbirdə çıxış edən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin sədri Sadiq Qurbanov Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən hüquqi islahatların və dövlətin inkişafı istiqamətində atılan addımların Ulu Öndərin ideyalarının davamı olduğunu bildirib. O, bu islahatların ölkənin hüquqi sisteminin gücləndirilməsinə və vətəndaşların hüquqlarının qorunmasına xidmət etdiyini qeyd edib. Komitə sədri Ulu Öndər Heydər Əliyevin dövlətçilik təliminin Azərbaycan xalqının gələcək inkişafı üçün əvəzsiz bir irs olduğunu vurğulayıb.

Daha sonra “Xalqın Adamı” adlı sənədli film nümayiş olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!