21 İyun 2023 10:10
431
İDMAN
A- A+
Bakı, Minsk, Krakov...

Bakı, Minsk, Krakov...

 

Azərbaycandan başlayan Avropa Oyunlarının estafetini Polşa qəbul etdi

 

Bu gün Polşa Avropanın ən böyük idman tədbirini qəbul edir. Krakov şəhərində sayca 3-cü  Avropa  Oyunlarının başlamasına saatlar qalır. İyulun 2-dək davam edəcək qitə olimpiadasında 48 ölkəni təmsil edən 7 mindən çox atlet medal uğrunda mübarizə aparacaq. 
Xatırladaq ki, ilk Avropa Oyunları 2015-ci ildə Bakıda təşkil olunmuşdu. Qitənin 50 ölkəsindən 6 mindən çox atletin qatıldığı bu möhtəşəm bayramda ədalətli idman mübarizəsi nəticəsində ən güclülər qalib gəlmişdilər. İlk oyunların standartlarını Azərbaycan müəyyənləşdirdi və Avropa idmanında yeni tarix yazdı.

 

"Baku-2015"dən "Minsk-2019"dək

 

Qitəni bir araya gətirən idman və dostluq bayramından sonra Azərbaycanın idman ölkəsi kimi nüfuzu dünyada daha da artdı. Azərbaycan yarışların beynəlxalq standartlara uyğun şəkildə təşkili ilə bir daha bəyan etdi ki, onun imkanlarına inananlar tamamilə haqlıdırlar.
Təkcə qitə miqyasında deyil, dünyada 2015-ci ilin ən böyük idman hadisəsindən sonra əsrlər keçəcək, növbəti Avropa Oyunlarının təşkil olunacağı bütün ölkələrdə Bakının adı xatırlanacaq. O da məlumdur ki, indiyədək yalnız Avropa ölkələrinin təmsil olunduğu bu cür möhtəşəm idman yarışması keçirilməmişdi. Nümunəvi və qüsursuz təşkilatçılığı, olduqca möhtəşəm açılış və bağlanış mərasimləri ilə yadda qalan I Avropa Oyunları keçirildiyi günlərdə dünyanın əsas idman hadisəsinə çevrilmişdi.
17 gün ərzində 20 idman və 30 yarış növü üzrə 253 dəst medal uğrunda təşkil olunan yarışların keçirildiyi arenalarda idmançıların qarşılanması və yerləşdirilməsinədək bütün məsələlər yüksək səviyyədə həll olunmuşdu. Bir-birindən möhtəşəm yarışlara evsahibliyi edən 18 arena maraqlı idman mübarizələrinin şahidi olmuşdu.
Azərbaycan dövlətinin idmana və idmançılara göstərdiyi daimi diqqət və qayğı təmsilçilərimizin qələbələri ilə Avropa Oyunlarında növbəti dəfə özünü doğrultmuşdu. Belə ki, Azərbaycan 21-i qızıl, 15-i gümüş, 20-si bürünc olmaqla 56 medal qazanaraq, 50 ölkə arasında 2-ci yeri tutaraq növbəti dəfə güclü olduğunu göstərmişdi.
Azərbaycan öz növbəsində tarixin səhifələrində I Avropa Oyunları kimi mötəbər idman tədbirini bütün əvvəlki dünya və Avropa çempionatlarından, olimpiya təsnifat turnirlərindən də yüksək səviyyədə, hamının alqışına layiq bir şəkildə keçirməklə bütün dünyaya sübut etdi ki, ən mühüm yarışların təşkilatçısı olmağa layiqdir.
2019-cu ildə Belarusun paytaxtı Minskdə təşkil olunan II Avropa Oyunlarında isə qitənin 50 ölkəsindən 4 mindən çox atletin qatıldığı bu möhtəşəm bayramda 9 gün ərzində 15 idman növü üzrə  200 dəst medal uğrunda təşkil olunan yarışlarda Azərbaycan 82 atletlə təmsil  olunmuşdu. Komandamızın II Avropa Oyunlarında  yüksək nəticə əldə etmək  imkanı kifayət qədər yüksək, xüsusilə güləşçilərə, cüdoçulara, karateçilərə ümid böyük idi. 
"Minsk-2019"da Azərbaycan 5-i qızıl, 10-u gümüş, 13-ü bürünc olmaqla 28 medal qazanaraq 50 ölkə arasında 10-cu yeri tutdu.

 

86 atlet, 13 idman növü

 

Bu gün başlayacaq sayca 3-cü oyunlarda isə  ölkəmizin idman şərəfini 86 atlet qoruyacaq. Atletlərimiz idmanın 13 növü - oxatma (1 nəfər, Krakov şəhəri), badminton (4 nəfər, Tarnov şəhəri), çimərlik futbolu (12 nəfər, Tarnov şəhəri), boks (12 nəfər, Novı Tarq şəhəri), qılıncoynatma (12 nəfər, Krakov şəhəri), cüdo (11 nəfər, Krynica-Zdroj şəhəri), karate (8 nəfər, Bielsko-Biala şəhəri), muay-tay (4 nəfər, Mislenice şəhəri), kikboksinq (2 nəfər, Krakov şəhəri), padel (2 nəfər, Krakov şəhəri), atıcılıq (10 nəfər, Vroslav şəhəri), taekvondo (8 nəfər, Krynica-Zdroj şəhəri) və triatlon (1 nəfər, Krakov şəhəri) üzrə yarışlarda mübarizə aparacaqlar.
Azərbaycan yığma komandasının III Avropa Oyunlarında yüksək nəticə əldə etmək imkanı kifayət qədər yüksəkdir. İdmançılarımızın təxminən yarısı medallara iddialıdır. Xüsusilə karateçilərə, cüdoçulara, boksçulara ümid böyükdür. Uğur olsun!

Elçin CƏFƏROV,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

Milli Məclisin növbəti iclasında hansı məsələlər müzakirə ediləcək?  

17:34
19 Dekabr

Putin: Biz də gələn il sülh içində yaşamaq istərdik  

17:33
19 Dekabr

Energetika naziri Pərviz Şahbazov Zərdabda vətəndaşların müraciətlərini dinləyib  

17:31
19 Dekabr

Azərbaycan yanacağını daşıyan qatar Ermənistana çatıb  

17:28
19 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası yekunlaşıb  

17:25
19 Dekabr

Baş nazir Əli Əsədov BMMT-nin Baş katibi ilə görüşüb  

17:23
19 Dekabr

Vladimir Putin: Prezident Tramp Ukrayna münaqişəsinə son qoymaq üçün ciddi səylər göstərir  

16:46
19 Dekabr

“Qərbi Azərbaycan folkloru” seriyasından növbəti kitab çapdan çıxıb

16:45
19 Dekabr

Kürdəmirdə özünüməşğulluq proqramı çərçivəsində yaradılan təsərrüfatlara baxış olub

16:44
19 Dekabr

Azərbaycanla İraq arasında dini-mənəvi əlaqələrin inkişafı istiqamətində müzakirələr aparılıb  

16:42
19 Dekabr

Vladimir Putin Aİ-də Rusiya aktivlərinin ələ keçirilməsi cəhdlərini soyğunçuluq adlandırıb  

16:41
19 Dekabr

“Euronews” kanalı Şuşa ilə bağlı reportaj təqdim edib  

16:40
19 Dekabr

QMİ sədri G20 Dinlərarası Forum Assosiasiyasının prezidenti ilə görüşüb  

16:37
19 Dekabr

Vladimir Putin iqtisadi artımın yavaşlamasını düşünülmüş addım adlandırıb  

16:35
19 Dekabr

Misli Premyer Liqası: Qərb derbisini “Turan Tovuz” qazanıb

16:35
19 Dekabr

Əmək və əhalinin sosial müdafiəsi naziri Kürdəmirdə vətəndaşların müraciətlərini dinləyib

16:34
19 Dekabr

BMT ilə DİM-lərin lokallaşdırılması istiqamətində fəaliyyətlərin davam etdirilməsi müzakirə olunub  

16:33
19 Dekabr

Anar Eyvazov: Dezinformasiyaların qarşısının alınması məqsədilə operativ informasiya fəaliyyəti yüksək peşəkarlıqla təmin olunub  

16:30
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!