03 May 2025 08:30
565
SİYASƏT
A- A+
Bakı məhkəməsində Ermənistanın işğal siyasəti faktlarla ortaya qoyulur

Bakı məhkəməsində Ermənistanın işğal siyasəti faktlarla ortaya qoyulur


Bakıda keçirilən ədalət məhkəməsində diqqətçəkən mühüm məqamlardan biri təqsirləndirilən erməniəsilli şəxslərin xalqımıza qarşı törətdikləri çoxsaylı cinayət əməllərinin faktlarla, sübutlarla, dəlillərlə ortaya qoyulmasıdır. 

Bu, həm də onu göstərir ki, respublikamızın hüquq-mühafizə orqanları illər ərzində diqqətlə, yüksək peşəkarlıqla sistemli iş apararaq, torpaqlarımızın işğal altına düşdüyü ilk zamandan etibarən erməni faşistlərinin həyata keçirdikləri bütün müharibə cinayətlərinin faktlarını bir-bir toplamışlar - bir gün gələcək ərazilərimizin işğaldan azad ediləcəyinə, suverenliyimizin təmin olunacağına, Qarabağda yuva qurmuş quldur rejimin məhv ediləcəyinə və Azərbaycana qarşı işğalçı müharibə apararaq saysız hərbi cinayətlər törədən təcavüzkar Ermənistanın, milli nifrət zəminində azərbaycanlılara soyqırmı, qətliamlar yaşadan erməni faşistlərinin həyata keçirdikləri qanlı əməllərə görə ədalət mühakiməsinə çıxarılacağının, beynəlxalq hüquq qarşısında cavab verəcəyinin böyük inamı ilə. 

Hazırda Bakıda keçirilən ədalət məhkəməsində erməni canilərinin qanlı əməlləri ilə bağlı ortaya qoyulan videoyazılar, qəzet, jurnal, televiziya materialları, sənədli ədəbiyyat, internetdə, sosial şəbəkələrdə yer almış çıxışlar, çəkilişlər, fotolar və sair kimi inkarolunmaz faktlar Azərbaycanın haqlı mövqeyini bir daha sübuta yetirir. Real faktlarla əsaslandırılan materiallar dünya ermənilərinin təcavüzkar Ermənistana havadarlıq edən Qərb dairələrinin ölkəmiz əleyhinə apardıqları qarayaxma kampaniyasını tərk-silah edir, fiaskoya uğradır. Ədalət məhkəməsində səsləndirilən hər bir təkzibedilməz fakt dünyada ayaq açıb yerimək istəyən erməni yalanlarına tutarlı zərbə olur, Azərbaycana olmazın böhtanlar yağdıran, saxta ittihamlar  irəli sürən qərəzli Qərb təsisatlarının ağzına vurulmuş tərs şillə təsiri göstərir. 

Sözügedən faktların Ermənistan üzərində göstərdiyi effekt isə bir ayrıdır və burada qorxu amili qırmızı xətt kimi keçir. Çünki işğalçı Ermənistan bilir ki, təqsirləndirilən erməniəsilli şəxslərin Bakı mühakiməsində təqdim olunan dəlillər mütləq bu qondarma dövləti beynəlxalq hüquq qarşısında cavab verməyə məcbur edəcək. Buna görədir ki, təcavüzkar ölkə beynəlxalq ictimaiyyəti çaşdırmaq üçün adıçəkilən məhkəmə ilə bağlı sistemli yalan və böhtan təbliğatı aparır.


Şahid ifadələri, təqsirləndirilən şəxslərin etirafları 


Beynəlxalq və milli qanunvericiliyə uyğun formada həyata keçirilən bu məhkəmə proseslərində Ermənistanın sabiq faşist rəhbərləri Levon Ter-Petrosyanın, Robert Koçaryanın, Serj Sarkisyanın cinayət əməlləri, özünü "sülh göyərçini" kimi təqdim edən hazırkı baş nazir Nikol Paşinyanın Azərbaycan əleyhinə fəaliyyətləri bir-bir gün üzünə çıxarılır. Törətdikləri müharibə cinayətlərini həm sözügedən məhkəmədə təqsirləndirilən erməniəsilli şəxslər özləri etiraf edirlər, həm də hüquq-mühafizə, prokurorluq orqanlarımızın topladıqları cinayət materialları bir-bir ortaya qoyur. 

Ədalət məhkəməsində dindirilən zərərçəkmişlərin ifadəsi isə ən tutarlı dəlillər kimi erməni faşizminin çirkin simasını nümayiş etdirir. 

Məsələn, məhkəmədə zərərçəkmiş şəxs Yaşar Əlməmmədov Xocalı soyqırımında iştirakı müəyyən edilmiş təqsirləndirilən şəxslərdən Bako Sahakyanı, Arkadi Qukasyanı və Madat Babayanı tanıdığını deyib: "Erməni hərbçilər, şəxsən Madat Babayan özü mənə işgəncə verib. Əsir olan vaxt Madat mənə yaxınlaşdı, "sən türksən" deyib təpiklədi, sonra təhqir etdi. Üstündəki süngü-bıçağı çıxarıb mənə sancdı..."

Təqsirləndirilən keçmiş quldur rejimin başçısı Arayik Harutyunyan Bakıda keçirilən məhkəmə prosesində verdiyi sərbəst ifadədə Ermənistanın ölkəmizə qarşı işğalçı və təcavüzkar siyasətini ifşa edərək, hərbi cinayətlərin əmrinin məhz Ermənistandan verildiyini deyib. 

O, ifadəsində 2020-ci ilin yayında və iyunun sonunda "Qarabağ ordusu"nun təlimlərini müşahidə etdiyini bildirərək, təlimlərə Ermənistan ordusunun qərargah rəisi Onik Qasparyanın rəhbərlik etdiyini, habelə Azərbaycanın dərinliklərinə zərbələr endirilməsi barədə qərarların Ermənistan tərəfindən verildiyini deyib: "Qarabağ Müdafiə Ordusu"nun "komandanı" Ermənistanın Baş Qərargah rəisinə tabe idi".

Eləcə də digər təqsirləndirilən erməniəsilli şəxslər Birinci Qarabağ müharibəsi dövründə, ondan sonrakı müddətdə və İkinci Qarabağ savaşı dönəmində Ermənistan tərəfinin törətdiyi və özlərinin də iştirak etdiyi qanlı cinayət əməllərini təsdiqləyiblər. 


İşğal Ermənistan siyasi-hərbi rəhbərliyinin göstərişi ilə həyata keçirilib 


Məhkəmədə təqdim olunan dəlillər Ermənistan tərəfindən Azərbaycana qarşı işğal siyasətinin həyata keçirildiyini bir daha sübut edir. 

Məhkəmə prosesinin aprelin 28-də davam etdirilən baxış iclasında Şuşa rayonunun Malıbəyli və Quşçular kəndlərinin yandırılmasını, aramsız atəşə tutulmasını əks etdirən videomaterial nümayiş olunub. Nümayiş etdirilən növbəti videomateriallar Şuşa rayonunun Ermənistan silahlı qüvvələri tərəfindən işğalı barədə olub.

Dəlillərdən biri Şuşanın işğalı əməliyyatına rəhbərlik etmiş "Komandos" ləqəbli general-mayor Arkadi Ter-Tadevosyanın döyüş prosesi və orada iştirak etmiş şəxslər barədə çıxışlarının əks olunduğu videomateriallardan hissələr olub. Videomaterialda, həmçinin Şuşanın işğalına hərtərəfli hazırlıqdan bəhs edilib. Vurğulanıb ki, Şuşanın işğalına dair plana Vazgen Sarkisyan (Ermənistanın birinci müdafiə naziri - red.) razılıq verib. Döyüş əmrini isə Seyran Ohanyan hazırlayıb.

Dövlət ittihamını müdafiə edən prokurorlar deyiblər ki, tədqiq olunan bu və digər faktlar Şuşanın işğalına Ermənistan siyasi-hərbi rəhbərliyinin göstəriş verdiyini sübuta yetirir.

Ardınca Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın Şuşa rayonunun işğalı ilə bağlı qeydlərinin yer aldığı videomaterial tədqiq edilib. S.Sarkisyan Şuşa əməliyyatının "əhəmiyyətinin" çox böyük olduğunu bildirərək deyib: "Bu əməliyyatın əhəmiyyəti o qədər böyük idi ki, orada Robert Köçəryan özü iştirak edirdi".

Təqsirləndirilən Arkadi Qukasyan dövlət ittihamçısının "Ermənistanın müdafiə naziri Vazgen Sarkisyanın 1999-cu ildə qondarma rejimin "qəhrəmanı" medalı ilə təltif edilməsi sizin tərəfinizdən olub?" sualına "bəli" cavabını verib". 

İclasda Şuşanın işğalından sonra çəkilən və Arkadi Qukasyanın da olduğu foto nümayiş etdirilib.

Təqsirləndirilən şəxs dövlət ittihamçısının suallarına cavabında həmin fotonun Şuşanın işğalından sonra oraya səfər edərkən çəkildiyini, fotoda yanında dayanmış şəxslərin Zori Balayan və Oleq Yesayan olduğunu bildirib.

Qısa nümunələrini də gətirdiyimiz kimi, işğalçı müharibə aparmış Ermənistanın Azərbaycana qarşı həyata keçirdiyi müharibə cinayətləri irili, xırdalı bütün detallarına qədər məhkəmədə nümayiş etdirilir. 

Necə deyərlər, onilliklər boyu başını cəngəlliyə salaraq törətdiyi qanlı əməllərin heç kim tərəfindən görülmədiyini, izlənmədiyini hesab edən faşist siyasəti yürüdən Ermənistanın qarşısına Bakı məhkəməsində tutarlı faktlar qoyulur. 

Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən böyük diqqət və səylə toplanmış bütün sübutlar, dəlillər və faktlar isə mütləq Ermənistanı beynəlxalq hüquq qarşısında cavab verməyə məcbur edəcək. 


Yasəmən MUSAYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!