Bakı Hüquq Mərkəzi oxucuların suallarına cavab verir
Nikahım məhkəmə qaydasında pozulmuşdur. Məhkəmə üç uşağım üçün məndən 300 manat məbləğində aliment tutmuşdur. Halbuki təqdim etdiyim iş yerindən arayışda aylıq əməkhaqqımın cəmi 350 manat olması öz əksini tapmışdı. Məhkəmənin qərarı düzdür?
Hüseyn SÜLEYMANOV,
Sumqayıt şəhəri
Azərbaycan Respublikası Ailə Məcəlləsinin 75.1-ci maddəsinə görə, valideynlər uşaqlarını saxlamağa borcludurlar. Həmin məcəllənin 76-cı maddəsi aliment məbləğinin valideynin qazancının (gəlirinin) müəyyən hissəsi (1/4, 1/3, 1/2) şəklində, 78-ci maddəsi isə sabit pul məbləğində (100 manat, 150 manat və s.) tutulmasını təsbit edir.
Məhkəmə işin hallarından çıxış edərək saxlanması üçün vəsait tutulmasını tələb edən şəxsin xahişi ilə alimentin miqdarını hər ay ödənilməli olan sabit pul məbləğində və ya eyni zamanda həm sabit pul məbləğində, həm də sözügedən məcəllənin 76-cı maddəsinə uyğun olaraq qazancın (gəlirin) müəyyən hissəsi kimi müəyyənləşdirə bilər. Ailə Məcəlləsinin 78.2-ci maddəsi tələb edir ki, sabit pul məbləğinin miqdarı məhkəmə tərəfindən müəyyən edilərkən uşağın əvvəlki təminatının səviyyəsinin mümkün qədər maksimal saxlanması əsas tutulsun.
Təcrübə göstərir ki, məhkəmələr alimenti sabit pul məbləğində müəyyənləşdirərkən, bir qayda olaraq, məhkəmə qətnaməsinin qəbul edildiyi il üzrə uşaqlar üçün təyin edilmiş yaşayış minimumunun miqdarını əsas götürürlər. Məsələn, uşaqlar üçün bu məbləğ 2014-cü il üzrə 103 manat, 2015-ci il üzrə 108 manat müəyyən edilmişdir.
Məhkəmə sizin verəcəyiniz alimenti sabit pul məbləğində müəyyən edərkən məhz sözügedən yaşayış minimumundan çıxış etmişdir.
Cavablandırdı:
Dünyamin NOVRUZOV,
Bakı Hüquq Mərkəzinin hüquq məsləhətçisi
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
SOCAR-ın prezidenti “TotalEnergies” şirkətinin baş vitse-prezidenti ilə görüşüb
01 Iyun
DSX: May ayı ərzində dövlət sərhədini pоzduqlarına görə 48 nəfər saxlanılıb
01 Iyun
Milli Kulinariya Komandamız beynəlxalq yarışmada gümüş və bürünc medallar qazanıb
01 Iyun
BP gələcəkdə də Azərbaycanda həyata keçiriləcək neft və qaz layihələrinə investisiyalarını davam etd...
01 Iyun
“Azərbaycan qabaqcıl enerji infrastrukturuna və zəngin bərpaolunan enerji ehtiyatlarına malikdir” - ...
01 Iyun
Xəzər rayonunda hərbi sursat aşkarlanıb
01 Iyun
S.Babaoğlu: "Albayrak Group" şirkəti Bakı portu terminallarının 15 il ərzində istismarı hüququnu qaz...
01 Iyun
Çində tətbiq olunan uzaqdan zondlama proqramından Azərbaycanda istifadə olunacaq
01 Iyun
Azərbaycan Ordusunda keçirilən təlim-metodiki toplanış başa çatıb
01 Iyun
Rövşən Nəcəf: SOCAR neft və qaz hasilatına investisiyaları artırıb
01 Iyun
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
Prezident İlham Əliyev Moskvada Ali Avrasiya İqtisadi Şurasının geniş tərkibdə iclasında iştirak edi...25 May 2023

Azərbaycanın Avropa İttifaqındakı strateji tərəfdaşı24 May 2023

Günnüt əməliyyatı: böyük zəfərə aparan yollardan biri21 May 2023

El yurda qayıdır19 May 2023

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva XVI “Caspian Agro” və XXVIII “InterFood Aze...17 May 2023

Brüsseldə 5-ci görüş16 May 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!