03 İyun 2026 17:56
153
SİYASƏT
A- A+
“Bakı Enerji Həftəsi” mühüm beynəlxalq platformaya çevrilib

“Bakı Enerji Həftəsi” mühüm beynəlxalq platformaya çevrilib


Azərbaycanın ənənəvi olaraq ev sahibliyi etdiyi “Bakı Enerji Həftəsi” (“Baku Energy Week”) qlobal enerji gündəliyinin aktual məsələlərinin müzakirə olunduğu mühüm beynəlxalq platformaya çevrilib. Təşkil edildiyi illər ərzində “Bakı Enerji Həftəsi” qlobal tədbirlər təqvimində həmişə gözlənilən hadisələrdən biri olub.

Bu fikirləri Milli Məclisin deputatı Samir Vəliyev deyib. Deputat bildirib ki, iyunun 1-də “Bakı Enerji Həftəsi”nin açılış mərasimində iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev çıxışı zamanı tarixə ekskurs edib, ABŞ-nin liderliyi ilə güclü beynəlxalq əməkdaşlıq formatında keçilən yolda qazanılan böyük uğurlardan məmnunluğunu bildirib, enerji diplomatiyasının yeni çağırışlarına diqqət çəkib.

Ümumiyyətlə, “Bakı Enerji Həftəsi”ndən bəhs edərkən ilk növbədə tarixə nəzər salmaq lazımdır. Bu tədbirin təməlində dayanan Xəzər Neft və Qaz Sərgisi müasir Azərbaycanın enerji inkişafının bünövrəsini qoyub. Enerji diplomatiyasının inkişafına, strateji tərəfdaşlıqlar qurulmasına və qlobal enerji xəritəsində ölkəmizin mövqeyinin möhkəmlənməsinə töhfə verən bu tədbir ilk milli sərgi brendimiz kimi tarixə düşüb. “Bakı Enerji Həftəsi”ni qlobal enerji səhnəsində həqiqətən aparıcı tədbirlərdən biri kimi səciyyələndirən dövlətimizin başçısı vurğulayıb: “Vaxt ötdükcə o dəyişdi, daha böyük vüsət aldı və hazırda çoxsaylı tədbirlər və xeyli faydalı mərasimlərlə yadda qalan “Bakı Enerji Həftəsi” adlanır”.

Millət vəkilinin sözlərinə görə, Ulu Öndər Heydər Əliyevin təşəbbüsü ilə başlanmış bu tədbir Prezident İlham Əliyevin dəstəyi ilə dünyanın ən nüfuzlu enerji tədbirlərindən birinə çevrilib. Dövlətimizin başçısının  “Bakı Enerji Həftəsi”nin açılış mərasimində iştirakı tədbirin yüksək statusunu və əhəmiyyətini təsdiqləyir. ABŞ və Türkiyə prezidentləri, eləcə də Böyük Britaniyanın Baş naziri kimi dünya liderlərinin tədbir iştirakçılarına məktublar ünvanlamaları bu tədbirin beynəlxalq ictimaiyyət üçün əhəmiyyətini bir daha ifadə edir. Bu il “Bakı Enerji Həftəsi”ndə dünyanın 44 ölkəsindən 274 şirkət iştirak edib. Tədbirin coğrafiyası Azərbaycanla yanaşı, Almaniya, Amerika Birləşmiş Ştatları, Avstriya, Belarus, Belçika, Birləşmiş Ərəb Əmirlikləri, Böyük Britaniya, Çexiya, Çin, Çin Xalq Respublikasının Honkonq Xüsusi İnzibati Bölgəsi, Fransa, Hindistan, Filippin, Gürcüstan, İordaniya, İspaniya, İsveçrə, İtaliya, Lüksemburq, Qətər, Qazaxıstan, Kanada, Litva, Macarıstan, Misir, Moldova, Monako, Niderland, Norveç, Özbəkistan, Rumıniya, Rusiya, Sinqapur, Səudiyyə Ərəbistanı, Tacikistan, Türkiyə, Ukrayna, Yaponiya və digərlərini əhatə edir. Almaniya və Rusiya “Bakı Enerji Həftəsi”ndə milli pavilyon ilə təmsil olunur.

Bu il sərgi iştirakçılarının 35 faizini yeni şirkətlər təşkil edir. Azərbaycanın neft, qaz və enerji sektoruna beynəlxalq maraq artmaqda davam edir. Sərgi iştirakçılarının təxminən 60 faizini xarici şirkətlər, 40 faizini isə yerli müəssisələr təşkil edir. Bu, yüksək səviyyəli beynəlxalq əməkdaşlıqla yanaşı, yerli biznesin fəal iştirakını da bir daha nümayiş etdirir. Sərginin daimi iştirakçıları olan sənayenin aparıcı şirkətləri sərgi sahəsinin 40 faizini əhatə edir. Ənənəvi olaraq, onların bir çoxu enerji sektorunun inkişafına töhfələrini təsdiqləyərək sponsor kimi iştirak edirlər.

“Azərbaycan Prezidenti çıxışında “Bakı Enerji Həftəsi”nin fəaliyyətinə önəm verən dünya liderlərinə təşəkkürünü ifadə edib. “Mən nəzakətli məktubuna görə Prezident Trampa çox minnətdaram və həmçinin tədbirə məktub göndərmiş Türkiyə Prezidenti Ərdoğana və Birləşmiş Krallığın Baş naziri Starmerə təşəkkürümü bildirirəm”, - deyə dövlətimizin başçısı vurğulayıb. Prezident İlham Əliyevin vurğuladığı kimi, uzun illər neft və qaz hasilatı ilə məşğul olan ölkələr və şirkətlərə damğa vurulurdu, bəzən qarayaxma obyektinə çevrilirdilər, planetin dağıdılmasında ittiham olunurdular. Hər hansı əsas olmadan, ictimai rəylə küncə sıxışdırılırdılar. Əslində, belə manipulyasiyaların yeganə məqsədi karbohidrogen ehtiyatları ilə zəngin olan dövlətlərə təzyiq  göstərmək idi. Bəlli dairələr özlərinin çirkin məqsədlərini pərdələmək məqsədilə ekoloji problemləri, qlobal istiləşməni bəhanə gətirirdilər. Ağ Evdə administarsiya dəyişikliyindən sonra belə əsassız iddiaların səngidiyi müşahidə edilir”,-deyən Samir Vəliyev əlavə edib ki, Ağ Evdə administarsiya dəyişikliyindən sonra Azərbaycan və ABŞ liderləri arasında səmimi münasibətlər formalaşıb. Dövlət başçılarının müntəzəm qaydada məktublaşmaları və bir-birlərinin ünvanına xoş sözlər ifadə etmələri bunun əyani təsdiqidir. Xüsusi olaraq vurğulayaq ki, ABŞ lideri Azərbaycan Prezidenti İlham Əliyevə xitab edərkən bir qayda olaraq “Böyük Lider” ifadəsini dilə gətirir ki, bu da Azərbaycannın dövlət başçısının dünyada artan nüfuzunun daha bir təsdiqidir”- deyə Samir Vəliyev bildirib.

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Maldivlər 16 yaşından kiçik uşaqlarınn sosial şəbəkələrə girişini qadağan edir

18:54
03 İyun

Qarğıdalı sahələrinin sığortası davam edir

18:43
03 İyun

BMT xəbərdarlıq edir: Temperatur rekord həddə çata bilər

18:38
03 İyun

Alüminiumun qiyməti son 4 ilin ən yüksək həddinə çatıb

18:26
03 İyun

“Meta”nın süni intellekt botu “İnstagram” hesablarının oğurlanmasına səbəb olub

18:17
03 İyun

Yeni Almaniya vətəndaşlarının əksəriyyəti öz ilkin vətəndaşlığını saxlayır

18:11
03 İyun

“Azərlotereya” ASC 2025-ci il üzrə maliyyə hesabatını açıqlayıb

17:57
03 İyun

“Bakı Enerji Həftəsi” mühüm beynəlxalq platformaya çevrilib

17:56
03 İyun

Sərsəng su anbarında təxminən 320 milyon kubmetr su toplanıb

17:41
03 İyun

Azərbaycan və Keniya arasında məhkəmə-hüquq sahəsində əlaqələrin inkişaf perspektivləri nəzərdən keçirilib  

17:22
03 İyun

“Europower Enerji”: Elektrik şəbəkəsi infrastrukturunun inkişafı bərpaolunan enerji mənbələrinin inteqrasiyasında mühüm rol oynayır  

17:21
03 İyun

Fransada 12 milyon şagirdin zorakılıqdan qorunmasına ehtiyac varmış  

17:18
03 İyun

Ekspert: Azərbaycanın rolu Cənubi Qafqazın strateji əhəmiyyətini artırır

17:09
03 İyun

Fransalı general: Aviasiyamızın formatı lazımi səviyyədə deyil

17:08
03 İyun

Roma Papası XIV Leodan

16:40
03 İyun

İyunun 4-6-da dağlıq və dağətəyi rayonlarda hava şəraiti arabir yağıntılı olacaq – XƏBƏRDARLIQ

16:39
03 İyun

Qərbi Azərbaycana qayıdış beynəlxalq hüquq və yeni reallıqlar müstəvisində - panel müzakirə

16:38
03 İyun

Coğrafiya İnstitutu: Kiçik Qafqazda sürüşmə aktivliyi artıb

16:37
03 İyun

Toxumçuluq sahəsində yeni rəqəmsal yanaşmalar təqdim edilib

16:17
03 İyun

DVX Vətəndaşları saxta vergi ödənişi saytları ilə bağlı xəbərdar edib

16:06
03 İyun

Zəngəzur dəhlizi üzrə işlər Azərbaycan tərəfində yekunlaşmaq üzrədir

16:01
03 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!