Azərbaycan
Respublikası Milli Məclisinin Qərarı
Azərbaycan
Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə,
132-ci maddəsinin II hissəsinə, "Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə,
96-cı maddəsinin birinci hissəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq,
Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının
Milli Məclisi qərara alır:
1. Şirvan
Apelyasiya Məhkəməsinin hakimi Kamran Hüseyn oğlu Əkbərov vəzifəsi dəyişdirilərək
Bakı Apelyasiya Məhkəməsinin hakimi təyin edilsin.
2. Aşağıdakı
hakimlər vəzifələri dəyişdirilərək Bakı Apelyasiya Məhkəməsinin hakimləri təyin
edilsinlər:
Vahid Nəriman
oğlu Sadıqov - Qəbələ Rayon Məhkəməsinin sədri
İlham Bayram
oğlu Əhmədov - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi
Şərafət Asif
qızı Məmmədova - 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin hakimi
Şeyda Ədalət
qızı Məhərrəmova - Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin hakimi
Habil Çingiz
oğlu Məmmədov - Bakı şəhəri Xətai Rayon Məhkəməsinin hakimi
Elmar Eldar
oğlu Rəhimov - Bakı şəhəri Səbail Rayon Məhkəməsinin hakimi
İlham Əziz
oğlu Kərimli - Abşeron Rayon Məhkəməsinin hakimi
3. Aşağıdakı
hakimlər səlahiyyət müddəti uzadılaraq Bakı Apelyasiya Məhkəməsinin hakimləri təyin
edilsinlər:
Rəşad Məhərrəm
oğlu Abdulov,
Fuad Fikrət
oğlu Babayev,
Zaur Əli oğlu
Əliyev,
Aida Əli qızı
Hüseyn.
4. Bu qərar
imzalandığı gündən qüvvəyə minir.
Oqtay ƏSƏDOV,
Azərbaycan
Respublikası Milli Məclisinin Sədri
Bakı şəhəri,
2 noyabr 2018-ci il