24 Dekabr 2022 03:37
22323
Milli Məclis
A- A+

Bakı Apellyasiya Məhkəməsinin hakimlərinin təyin və vəzifədən azad edilməsi haqqında

 

Azərbaycan Respublikası Milli Məclisinin Qərarı

 

Azərbaycan Respublikası Konstitusiyasının 95-ci maddəsinin I hissəsinin 10-cu bəndinə, 132-ci maddəsinin II hissəsinə, "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun 94-cü maddəsinin ikinci hissəsinə və 97-ci maddəsinin ikinci hissəsinə uyğun olaraq, Azərbaycan Respublikası Prezidentinin təqdimatına əsasən Azərbaycan Respublikasının Milli Məclisi qərara alır:
1. Hakimlik səlahiyyətinin müddəti 2023-cü il yanvarın 2-də başa çatan Cəfərov İlham Məmməd oğlu "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikası Qanununun Keçid müddəalarının 7-ci hissəsinin dördüncü abzasına uyğun olaraq, Bakı Apellyasiya Məhkəməsinin hakimi təyin edilsin.
2. Aşağıdakı hakimlər vəzifələri dəyişdirilərək Bakı Apellyasiya Məhkəməsinin hakimləri təyin edilsinlər:
Abdıyev Fuad Vilayət oğlu,
Axundova Günay Təyar qızı,
Allahverdiyev Elbəy Hidayət oğlu,
Bəhrəmzadə Sabit Xanlar oğlu,
Əyyubov Fərid İlham oğlu,
Hüseynov Pərviz Aktiv oğlu,
İbrahimov Anar Firdovsi oğlu,
Qasımov Fərrux Hüseynağa oğlu,
Musayeva Cəmilə Ceyhun qızı,
Rüstəmli Məhəmməd Əli oğlu, 
Səmədov Rəşid Əfraim oğlu.
3. Aşağıdakı hakimlər vəzifələrinin dəyişdirilməsi ilə əlaqədar Bakı Apellyasiya Məhkəməsinin hakimi vəzifəsindən azad edilsinlər:
Kərimli İlham Əziz oğlu, 
Qasımov Faiq Adil oğlu,
Məhərrəmova Şeyda Ədalət qızı.
4. Bu Qərarın 1-ci hissəsi 2023-cü il yanvarın 2-dən, 2-ci və 3-cü hissələri imzalandığı gündən qüvvəyə minir.
  
Sahibə QAFAROVA,
Azərbaycan Respublikası Milli Məclisinin Sədri        

Bakı şəhəri, 23 dekabr 2022-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

DİQQƏT ÇƏKƏNLƏR

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!

TƏQVİM / ARXİV

Video