12 Mart 2025 09:40
2950
Səhiyyə
A- A+
Bahar sağlamlığı üçün C vitamini 

Bahar sağlamlığı üçün C vitamini 


Təbiətin oyandığı, Günəş şüalarının daha gur saçdığı bahar nə qədər xoş ovqat yaratsa da, özü ilə mövsümi narahatlıqlar da gətirir. Bu xəstəliklər ilk növbədə fəsil dəyişməsi ilə bağlı orqanizmdə baş verən proseslər və bəzi xarici amillərlə izah olunur.

Mart-aprel ayları ənənəvi olaraq avitaminoz, yəni vitamin çatışmazlığı dövrü hesab edilir. Bunun nəticəsində daimi yorğunluq, süstlük, stres, pis əhvali-ruhiyyə, dırnaqların və saçların kövrəkləşməsi müşahidə olunur. Avitaminozla mübarizədə ən effektiv vitamin C vitaminidir. Kəskin C vitamini çatışmazlığı hətta astma, ateroskleroz, xərçəng, kandida infeksiyaları, Crohn xəstəliyi, hipertoniya, infeksiyalar, osteoartrit, ekzema, hepatit, mədə xorası və katarakt kimi bir çox xəstəliyə də səbəb olur. 

Əsasən qış meyvələrində olan yüksək antioksidant xüsusiyyətlərə malik bu vitaminə yaz məhsullarında da rast gəlmək mümkündür. Yazda havaların tədricən isinməsi ilə əlaqədar orqanizm bədənin istiliyini lazımi qaydada saxlamaq üçün o qədər də çox enerji sərf etmir. Ona görə də qışda istifadə edilən heyvani zülalların bir hissəsini bitki zülalları ilə əvəz etmək olar. İmmun sistemini gücləndirmək, dəri sağlamlığını yaxşılaşdırmaq və dəmirin mənimsənilməsini artırmaq kimi mühüm funksiyaları yerinə yetirən C vitaminini  ən yüksək konsentrasiyada ehtiva edən məhsullar arasında çiyələk, gilas, alça, pomidor, kahı, kivi, turp, şüyüd, cəfəri, kəvər, brokoli, limon, qırmızı və yaşıl bibər yer alır.

C vitamini dedikdə ağlımıza ilk gələn meyvə portağal olsa da, bu vitaminin daha zəngin mənbələri var. Əgər ortaölçülü portağalda 60-83 mq C vitamini varsa, kividə bu miqdar 84 mq-dir. Bundan əlavə, kivi fol turşusu, K və E vitaminləri ilə də zəngindir. Doğru kivi seçərkən, meyvənin mümkün qədər təzə olduğuna, yeni yığıldığına diqqət etmək vacibdir. Mütəxəssislərin fikrincə, meyvə yığılan kimi qida dəyərini itirməyə başlayır. Yol nə qədər uzun olarsa, kivi də bir o qədər öz xüsusiyyətlərini itirir.

Qırmızı və yaşıl bibər də sözügedən vitaminlə zəngindir. Yarım stəkan doğranmış bibərdə təxminən 144 mq C vitamini var ki, bu da insanın gündəlik ehtiyacını ödəmək üçün kifayətdir. Bolqar bibərinin tərkibində beta-karotin kimi antioksidantlar da var. 

Çiyələk yalnız şirin və dadlı deyil, həm də C vitamini ilə zəngindir. 8 çiyələkdə 1 portağaldan daha çox - təxminən 85 mq C vitamini var. Çiyələk beyin sağlamlığını dəstəkləyən və xərçəng riskini azalda bilən güclü antioksidantları ehtiva edir. Onun əsas antioksidantı meyvəyə qırmızı rəngi verən antosianindir. Çiyələyin tərkibindəki antosianinin miqdarı meyvə yetişdikcə artır. Beləliklə, çiyələk nə qədər qırmızıdırsa, deməli, bir o qədər xeyirlidir. 

Sevimli meyvələrdən olan alça da güclü antioksidantdır. O, arterial təzyiqi tənzimləməyə, orqanizmdən toksinləri xaric etməyə kömək edir, damarları daha möhkəm və elastik edir. Meyvənin tərkibində B3 vitamini də var. Bu vitamin orqanizmi hüceyrə səviyyəsində müxtəlif mutasiyalardan qoruyur. Aparılan araşdırmalar nəticəsində məlum olub ki, çiyələyin tərkibindəki antioksidantlar beyindəki iltihabı aradan qaldırmağa, yaşla bağlı yaddaş itkisini gecikdirməyə və yaşlılarda Altsheymer xəstəliyi riskini azaltmağa kömək edir.

Mütəxəssislər bildirirlər ki, orqanizm düzgün, balanslı qidalanma, fiziki hərəkət və sağlam həyat tərzi ilə fəsil dəyişkənliklərinə hazırlıqlı olar.


Ülkər XASPOLADOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Kanadada fəaliyyət göstərən “Baku Production” layihəsinin təsisçiləri Sənan Əlizadə və Sultanhüseyn Qasımzadədən  

15:50
19 Dekabr

Avstraliya Azərbaycan Assosiasiyasının prezidenti Mikayil Oytadan

15:47
19 Dekabr

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntərdən  

15:43
19 Dekabr

İsraildə fəaliyyət göstərən “Şolumi” Mərkəzinin rəhbəri Şaul Siman-Tоvdan  

15:38
19 Dekabr

İsraildə fəaliyyət göstərən Qafqaz Yəhudilərinin Mədəniyyət Mərkəzinin rəhbəri Ben Sion Şmoelovdan  

15:36
19 Dekabr

Kərkicahan qəsəbəsində yerüstü qaz xətləri yeraltı xətlərlə əvəzlənib

15:29
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Əskişəhər Azərbaycanlılar Dərnəyinin sədri Cavid Aydından  

15:13
19 Dekabr

Türkiyədə fəlakət risklərinə qarşı 2 milyon 333 min mənzil yenidənqurma prosesinə cəlb edilib

15:12
19 Dekabr

Türkiyədə fəaliyyət göstərən Hatay Azərbaycan Evinin rəhbəri Başar Kömürdən  

15:12
19 Dekabr

AFFA İntizam Komitəsi “Sabah” – “Qarabağ” oyunu ilə bağlı qərarları açıqlayıb  

14:43
19 Dekabr

Ağdərənin Vəngli kəndində 130 ev mavi yanacaqla təmin edilib  

14:41
19 Dekabr

Ərəb Ölkələrində Yaşayan Azərbaycanlıların Koordinasiya Şurasından  

14:34
19 Dekabr

Qiyas Abdullayev: İşğaldan azad olunmuş ərazilərdə 30 yaşayış məntəqəsi qazlaşdırılıb  

14:26
19 Dekabr

Moskvada “Vladimir Putinlə ilin yekunları” proqramına start verilib  

14:23
19 Dekabr

Milli Məclis elektron siqaretlərlə bağlı qanunlara dəyişiklikləri birinci oxunuşda təsdiqlədi

14:14
19 Dekabr

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!