06 İyun 2014 03:06
320
İQTİSADİYYAT
A- A+
“Azərikimya” İstehsalat Birliyi ətraf mühitin mühafizəsinə böyük önəm verir

“Azərikimya” İstehsalat Birliyi ətraf mühitin mühafizəsinə böyük önəm verir

“Azərikimya” İstehsalat Birliyində Dünya Ətraf Mühitin Mühafizəsi Günü münasibətilə tədbir keçirilmişdir.

Birliyin mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, tədbiri giriş sözü ilə açan “Azərikimya” İstehsalat Birliyinin icraçı direktorunun əməyin mühafizəsi və ətraf mühitin qorunması üzrə müavini Vüqar Kərimov 42 il əvvəl Birləşmiş Millətlər Təşkilatı tərəfindən təsis edilmiş Dünya Ətraf Mühitin Mühafizəsi Günü haqqında ətraflı məlumat vermişdir. Diqqətə çatdırılmışdır ki, ətraf mühitin mühafizəsinə çox böyük önəm verən Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) və onun struktur bölmələri də bu günü hər il yüksək səviyyədə qeyd edirlər. Təbii sərvətlərdən səmərəli istifadə edilməsi, məktəblilər və tələbələrlə maarifləndirici görüşlərin, kütləvi iməciliklərin keçirilməsi, yeni yaşıllıq zolaqlarının salınması artıq ənənə halını almışdır.
Vurğulanmışdır ki, ətraf mühitin mühafizəsi istehsalat birliyinin ekoloji siyasətinin əsas tərkib hissəsidir. Sumqayıtın sənaye zonasında Xəzər dənizinin su mühitinin qorunması, kimyəvi və digər zərərli maddələrlə çirklənmiş torpaqların rekutivasiyası, mövcud istehsalatların modernizasiyası və rekonstruksiyası, köhnə avadanlıqların yenilənməsi istiqamətində mütəmadi tədbirlər görülür.
“Azərikimya” İB-nin əməyin mühafizəsi və ekologiya şöbəsinin böyük mühəndisi İlham Məhərrəmov, “Etilen-Polietilen” zavodunun sahə rəisi Elşən Hüseynov, nəqliyyat və xüsusi texnika idarəsinin baş mühəndisi Nizami Abbasov, təmir-tikinti idarəsinin abadlaşdırma və ekologiya şöbəsinin mühəndisi Nərminə Ağayeva təmsil etdikləri müəssisələrdə son bir il ərzində həyata keçirilmiş ekoloji tədbirlər haqqında məlumat vermişlər. Qeyd olunmuşdur ki, ARDNŞ-in ekoloji siyasətinin "Sıfır tullantı" prinsipi üzərində qurulmasının əhəmiyyəti nəzərə alınaraq "Azərikimya" İB-də təhlükəli tullantıların müasir tələblərə uyğun saxlanılması, utilizasiyası, zərərsizləşdirilməsi və daha səmərəli emal üsullarının seçilməsi üçün texniki-iqtisadi əsaslandırma işləri aparılır.
Tədbirin sonunda “Azərikimya” İB-nin ətraf mühitin qorunmasında fərqlənən bir qrup əməkdaşı rəhbərlik tərəfindən Fəxri fərman və qiymətli hədiyyələrlə mükafatlandırılmışdır.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

“ChatGPT” daha da təkmilləşir  

13:51
19 Dekabr

Mədəni sərvətlərin korlanmasına görə cərimələr artırılır  

13:49
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Hyuston-Bakı Qardaşlaşmış Şəhərlər Assosiasiyasının və Azərbaycan Mərkəzinin rəhbəri İradə Axundovadan  

13:48
19 Dekabr

ABŞ-də fəaliyyət göstərən Yuta Azərbaycan Dostluq Təşkilatının rəhbəri Əsmər Gəraydan  

13:47
19 Dekabr

Rusiyanın “Komsomolskaya pravda” media qrupunun baş redaktoru və baş direktoru Olesya Nosovadan  

13:45
19 Dekabr

Türk Dövlətləri Parlament Assambleyasının Baş katibi Ramil Həsəndən  

13:44
19 Dekabr

Rusiya Federasiyası Federal Məclisi Federasiya Şurasının sədri Valentina Matviyenkodan  

13:42
19 Dekabr

Qazaxıstan Respublikasının birinci Prezidenti Nursultan Nazarbayevdən  

13:41
19 Dekabr

Rusiya Federasiyası Hökumətinin Sədri Mixail Mişustindən  

13:39
19 Dekabr

Ukraynanın Prezidenti Volodimir Zelenskidən  

13:37
19 Dekabr

Türkmənistanın Prezidenti Sərdar Berdiməhəmmədovdan

13:36
19 Dekabr

Belarus Respublikasının Prezidenti Aleksandr Lukaşenkodan  

13:35
19 Dekabr

Vüqar Qurbanov: Cərrahi əməliyyatlar və prosedurlar üzrə 342 min 195 əməliyyat icra edilib

13:34
19 Dekabr

Bolqarıstan Respublikasının Prezidenti Rumen Radevdən  

13:32
19 Dekabr

Amnistiya təşəbbüsü uzunmüddətli dövlətçilik strategiyasının tərkib hissəsidir ŞƏRH  

13:31
19 Dekabr

Çin Xalq Respublikasının Sədri Si Cinpindən  

13:30
19 Dekabr

Milli Məclis “Konstitusiya və Suverenlik İli” münasibətilə amnistiya elan edilməsi haqqında qərar layihəsini təsdiqləyib  

13:28
19 Dekabr

Tyerri Mariani: Avropa Parlamenti Azərbaycan və Ermənistan liderlərinin cəsarətli səylərini dəstəkləməlidir  

13:26
19 Dekabr

FETÖ liderinin qardaşı oğlu İstanbulda saxlanılıb  

13:26
19 Dekabr

“Əmək bazarı” işçi qrupu növbəti iclasını keçirib  

12:41
19 Dekabr

Milli Məclis Avropa Parlamentinin qətnaməsi ilə bağlı bəyanat qəbul edib

12:39
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!