12 Sentyabr 2022 11:36
710
CƏMİYYƏT
A- A+
“AzerGold” QSC və Heydər Əliyev Fondunun dəstəyi ilə Gəncədə regional autizm mərkəzi yaradılır

“AzerGold” QSC və Heydər Əliyev Fondunun dəstəyi ilə Gəncədə regional autizm mərkəzi yaradılır

 

“AzerGold” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) və Heydər Əliyev Fondunun dəstəyi, “Birgə və Sağlam” İctimai Birliyinin (İB) təşkilatçılığı ilə autizm spektr pozuntulu (ASP-li) şəxslərin fərdi inkişafına dəstək, onların erkən diaqnostikası və sıx reabilitasiya almaları və maarifləndirmə işlərinin aparılması məqsədilə Gəncə şəhərində regional autizm mərkəzi yaradılır.

QSC-dən AZƏRTAC-a bildirilib ki, “Birgə və Sağlam” İctimai Birliyi ilə icra ediləcək layihə Gəncə şəhəri və ətraf rayonlar, o cümlədən Daşkəsən, Göygöl, Goranboy, Şəmkir və Tovuz rayonlarında ASP-li şəxsləri və onların ailələrini əhatə edəcək. Sözügedən mərkəzdə region üzrə ailələr yerli və beynəlxalq mütəxəssislər tərəfindən tibbi və psixo-pedaqoji qiymətləndirmədən keçiriləcək, risk qrupuna aid edilən, xüsusi təhsil dəstəyinə ehtiyacı olan uşaq və yeniyetmələrin sayı müəyyənləşdiriləcək. Daha sonra həmin şəxslər məktəbəqədər təhsil, ixtisasəldəetmə, özünüidarəetmə və müstəqil davranış bacarıqlarına yiyələnmə kimi ehtiyaclara uyğun olaraq təlim və bərpa prosesinə cəlb olunacaqlar.

Bununla yanaşı, regional autizm mərkəzində ASP-li şəxslərin valideynləri üçün də dəstək proqramları təşkil ediləcək, üstəlik bölgədə çalışan bir qrup həkim, eləcə də korreksiyaedici təhsil, məktəbəqədər təhsil, psixologiya, ibtidai sinif müəllimliyi, sosial iş ixtisaslarından məzun olan və xüsusi təhsil sahəsində fəaliyyət göstərən mütəxəssislər üçün hazırlıq kursları keçiriləcək. Yerli və beynəlxalq mütəxəssislər tərəfindən həyata keçiriləcək təlimlərin nəzəri hissəsində iştirakçıların ASP-li şəxslərin bərpa prosesində istifadə olunan elmi əsaslı terapiya metodikası ilə bağlı bilikləri artırılacaq. Təlimlərin praktik hissəsində isə nəzəri təlimləri müvəffəqiyyətlə yekunlaşdıran iştirakçıların həmin uşaqlarla işləmə bacarıqları inkişaf etdiriləcək. Praktik təlimlər İctimai Birliyin Bakıda fəaliyyət göstərən Autizm Mərkəzində icra olunacaq. Qeyd edilən bütün fəaliyyətlər ödənişsiz olaraq həyata keçiriləcək.

Qeyd edək ki, “Birgə və Sağlam” İB ASP-li şəxslərin inkişafına töhfə vermək məqsədilə 2013-cü ildə yaradılıb. Heydər Əliyev Fondu, Təhsil Nazirliyi, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Ailə, Uşaq və Qadın Məsələləri üzrə Dövlət Komitəsi, eləcə də bir sıra ali təhsil müəssisələri və özəl təşkilatlarla sıx əməkdaşlıq edən İctimai Birlik 2018-ci ildən Amerika Birləşmiş Ştatlarının Prinston Uşaq İnkişaf İnstitunun ABA (Applied Behavior Analysis – Tətbiqi Davranış Analizi) mütərəqqi təlim metodikasını ölkəmizə transfer edərək, həmin kurikulum əsasında autizmli şəxslərə dəstək verir.

Xatırladaq ki, “AzerGold” QSC fəaliyyət göstərdiyi bölgədə əhalinin hərtərəfli qayğı ilə əhatə olunması məqsədilə sakinlərin tibbi xidmətlərə əlçatanlığının artırılması, uşaqlarda xəstəliklərin vaxtında və düzgün müəyyən edilməsi, azyaşlılara profilaktik müayinə mədəniyyəti və sağlam həyat tərzinin təbliği istiqamətində ardıcıl tədbirlər həyata keçirir. Ötən ildən etibarən Cəmiyyətin dəstəyi ilə Daşkəsən rayonunda təşkil edilən tibbi müayinə aksiyalarında 600 nəfəri azyaşlı olmaqla, ümumilikdə 1000 nəfərdən çox vətəndaş müayinə, ambulator müalicə-profilaktik xidmətlərdən yararlanaraq, diaqnoza uyğun olaraq müvafiq dərman preparatları ilə təmin olunublar.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ölkələrimiz arasında intensiv qarşılıqlı səfərlər və aktiv diplomatik təmaslar əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir

08:30
19 Dekabr

Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri ikitərəfli əlaqələrimizi daha da gücləndirəcək 

08:25
19 Dekabr

Azərbaycan-BƏƏ enerji əməkdaşlığına "yaşıl işıq"

08:20
19 Dekabr

20 min məhkumun azadlığını özündə ehtiva edən tarixi amnistiya təşəbbüsü 

08:15
19 Dekabr

Heydər Əliyev və Azərbaycanın Əsas Qanunu

08:10
19 Dekabr

"Ulu Öndər Heydər Əliyev yolunun Müzəffər davamçısı"

08:05
19 Dekabr

ÖZ YOLU İLƏ GEDƏN AZƏRBAYCAN

08:00
19 Dekabr

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!