“AzerGold” QSC təmsilçiləri Avstraliyada nüfuzlu beynəlxalq konfransda iştirak ediblər
29 oktyabr-1 noyabr tarixlərində "AzerGold” QSC təmsilçiləri Avstraliyada təşkil olunan 5-ci Beynəlxalq Dağ-mədən və Ehtiyatlar Konfransında (International Mining and Resources Conference - IMARC) iştirak ediblər. Melburn şəhərində təşkil olunan tədbirdə hər il dünya üzrə dağ-mədən sahəsinin aparıcı şirkətlərinin rəhbərləri, sərmayəçilər, maliyyə qurumları bir araya gəliblər.
"AzerGold” QSC-nin nümayəndə heyətinin təşkilatçıların rəsmi dəvəti əsasında baş tutan səfəri çərçivəsində 40-dan çox şirkətlə, o cümlədən "Cargill International Pty Ltd”, "Scania Australia”, "TUMAD Mining”, "EMR Capital” kimi nüfuzlu və tanınmış şirkətlərlə təşkil olunan ikitərəfli görüşlərdə kəşfiyyat, metallurgiya, mədənçilik üzrə ən son texnoloji nailiyyətlər, istehsalatın optimallaşdırılması, yeni texnologiyaların tətbiqi, investisiyaların cəlb edilməsi, əməkdaşlığın qurulması perspektivləri müzakirə edilib. Xarici şirkətlər "AzerGold” QSC-nin qısa müddət ərzində hasilatda və ixracda əldə etdiyi göstəriciləri yüksək qiymətləndirib, əməkdaşlıq üçün böyük potensialın mövcudluğunu vurğulayıblar.
Qeyd edək ki, faydalı qazıntıların hasilatı sahəsində fəaliyyət göstərən şirkət, investor, mütəxəssislər və təşkilatları bir araya toplayan və dağ-mədən sahəsinin kəşfiyyatdan tutmuş investisiyaya qədər bütün aspektlərini əhatə edən Beynəlxalq Dağ-mədən və Ehtiyatlar Konfransında bu il 90-dan çox ölkəni təmsil edən 6 mindən artıq mədənçilik mütəxəssisi, 400-dən artıq investor, 250-dən artıq dağ-mədən şirkəti iştirak edib
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ülviyyə Fətəliyeva Avropa çempionu oldu
29 Aprel
Geomaqnit sahəsi qeyri-stabil olacaq
29 Aprel
“Google Play Market”də yeni funksiya istifadəyə verilir
29 Aprel
Çağrı mərkəzlərində süni zəka dövrü başlayır
29 Aprel
Jerar Depardye Parisdə saxlanılıb
29 Aprel
Azərbaycanlı mütəxəssis Avropa Gimnastikasının İtaliyadakı tədbirində iştirak edib
29 Aprel
Ukraynalı deputat: Ruben Vardanyanın Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsi qəbuledilm...
29 Aprel
BMTİP ilə bərpa olunan enerjidən istifadə etməklə mərkəzləşdirilmiş istilik təchizatının qurulması m...
29 Aprel
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı
29 Aprel
Baş prokuror TİHEK-in rəhbəri ilə əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıb...
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!