05 İyul 2025 18:38
680
İQTİSADİYYAT
A- A+
"AzerGold" QSC-nin fəaliyyətinin 9-cu ili tamam oldu 

"AzerGold" QSC-nin fəaliyyətinin 9-cu ili tamam oldu 

Bu gün “AzerGold” QSC-nin fəaliyyətə başlamasının 9-cu ili tamam olub.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2015-ci il 11 fevral tarixli Sərəncamına uyğun olaraq təsis edilən “AzerGold” QSC 2016-cı il 5 iyul tarixində dövlət qeydiyyatına alınaraq, fəaliyyətə başlayıb.

Artıq 9 ildir Azərbaycanın yeraltı sərvətlərinin səmərəli və dayanıqlı idarə olunması istiqamətində fəaliyyət göstərən Səhmdar Cəmiyyəti əlvan və qara metal filizi yataqlarının kəşfi, tədqiqi, qiymətli metalların hasilatı, yerli və beynəlxalq bazarlarda satışı ilə milli iqtisadiyyata, sosial-iqtisadi inkişafa davamlı töhfələr verməkdədir.

Qeyri-neft sektorunu təmsil edən aparıcı dövlət şirkətlərindən biri olan “AzerGold” QSC ötən dövrdə yerli və xarici bazarlarda 523 min unsiya qızıl və 989 min unsiya gümüşün satışını həyata keçirərək, ölkə iqtisadiyyatına 1 milyard 690 milyon manatdan çox vəsait cəlb edib. Bu məbləğin 1 milyard 592 milyon manatı ixrac, 98 milyon manatı isə yerli satışlardan əldə olunub. Dövlət büdcəsinə 216 milyon 433 min manat vergi, 34 milyon 845 min manat isə sosial ödəniş həyata keçirilib.

Ölkəmizin ən tələbatlı işəgötürənlərindən biri olan Səhmdar Cəmiyyəti ötən 9 il ərzində birbaşa və dolayı yolla 2351 nəfəri daimi işlə təmin edərək, məşğulluğun artırılmasına da mühüm töhfə verib. Hazırda şirkət və törəmə cəmiyyətlərində – “Daşkəsən Dəmir Filiz” MMC və “AzerBlast” MMC-də 1088 nəfər, uzunmüddətli podratçılarda isə 1263 nəfər çalışır. İş yerlərində təhlükəsiz və layiqli əmək şəraitinin təmin edilməsi nəticəsində QSC və onun törəmə cəmiyyətlərində xəsarətsiz iş saatlarının ümumi sayı 7,6 milyonu ötüb.

QSC əlvan və qara metal yataqlarının kəşfi və tədqiqi sahəsində ən müasir və innovativ texnologiyalardan, o cümlədən hiperspektral və aeroelektromaqnetik tədqiqat üsullarından istifadə etməklə, milli dağ-mədən sənayesinin elmi-texnoloji inkişafına və resurs potensialının dəqiq qiymətləndirilməsinə mühüm töhfə verir.

Bununla yanaşı, Səhmdar Cəmiyyəti “Made in Azerbaijan” brendi altında qızıl və gümüş sikkə, eləcə də qızıl külçə məhsullarını daxili pərakəndə bazarda uğurla realizə etməkdədir. Müasir istehsal həlləri, o cümlədən “Smartminting” texnologiyası ilə hazırlanmış qiymətli məhsullar milli-mədəni dəyərlərimizin təbliğinə töhfə verir, həmçinin yüksək likvidliyə malik etibarlı investisiya aləti kimi çıxış edir.

Fəaliyyətini ekoloji norma və tələblər, sosial məsuliyyətlilik prinsipi əsasında təşkil edən “AzerGold” QSC-nin 9 illik fəaliyyəti onun dayanıqlı inkişaf modelini, qeyri-neft sektorunun şaxələndirilməsindəki rolunu və milli iqtisadiyyata verdiyi töhfəni aydın şəkildə nümayiş etdirir. Dövlət şirkəti bundan sonra da ölkənin mədən sənayesinin və sosial-iqtisadi rifahının inkişafına töhfə verməyə davam edəcək.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!