08 Sentyabr 2026 11:10
61
İQTİSADİYYAT
A- A+
"Azərenerji" ilə Azərbaycan Mühəndislik Akademiyası enerji sektorunda birgə tədbirlər keçirir

"Azərenerji" ilə Azərbaycan Mühəndislik Akademiyası enerji sektorunda birgə tədbirlər keçirir


"Azərenerji" ASC ilə Azərbaycan Mühəndislik Akademiyası elmi-texniki əməkdaşlığın genişləndirilməsi və enerji sektorunda innovativ texnologiyaların tətbiqi məqsədilə iki mühüm layihə həyata keçiriləcək. Layihələr Azərbaycan Mühəndislik Akademiyasının prezidenti akademik Arif Paşayev və "Azərenerji" ASC-nin İdarə Heyətinin sədri Baba Rzayev tərəfindən imzalanmış əməkdaşlıq müqaviləsi əsasında icra olunur.

Layihələr çərçivəsində "İstilik-elektrik stansiyalarında ətraf hava mühitinin keyfiyyət indeksini təmin edən parametrlərə nəzarət sisteminin işlənilməsi və 2 ədəd sınaq nümunəsinin hazırlanması" və "Yüksəkgərginlikli transformatorların soyutma yağına nəzarət sisteminin işlənilməsi və 2 ədəd sınaq nümunəsinin hazırlanması" nəzərdə tutulub.

Bununla əlaqədar sentyabrın 5-də Şüvəlan qəsəbəsində yerləşən "Şimal" Elektrik Stansiyasında tədbir keçirilib. Tədbirin məhz sentyabrın 5-də təşkil olunması təsadüfi deyil. Belə ki, "Şimal-2" Elektrik Stansiyası 2019-cu il sentyabrın 5-də Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin iştirakı ilə istismara verilib və tədbir də həmin əlamətdar hadisənin ildönümündə gerçəkləşib.

Tədbirdə "Azərenerji" ASC-ni Azərbaycan Elmi-Tədqiqat və Layihə-Axtarış Energetika İnstitutunun rəhbəri, akademik Arif Həşimov, Tədris Mərkəzinin rəisi Hikmət Əliyev və "Şimal" İstilik-Elektrik Stansiyasının direktoru Pirəli Əlili təmsil ediblər. Azərbaycan Mühəndislik Akademiyasından isə vitse-prezident, akademik Əhəd Canəhmədov, departament rəhbəri akademik Kamal Əsgərov, akademiyanın müxbir üzvü Ənvər İsayev və digər nümayəndələr iştirak ediblər.

Tədbirdə layihələrin məqsədi, texniki xüsusiyyətləri, icra istiqamətləri və gözlənilən nəticələri barədə müzakirələr aparılıb. 

 Müzakirələr zamanı qeyd olunub ki, "Azərenerji" yalnız ölkənin elektrik enerjisi ilə etibarlı təminatını həyata keçirmir, eyni zamanda enerji təhlükəsizliyi sahəsində mühüm və strateji layihələr həyata keçirir. Bu layihələr Azərbaycanın müasir, dayanıqlı, rəqəmsal və ekoloji cəhətdən daha səmərəli enerji sisteminin formalaşdırılmasına mühüm töhfə verir.

Tədbir iştirakçıları elektrik stansiyasının enerji blokları, texniki avadanlıqları, SCADA  idarəetmə sistemi və digər sahələrlə tanış olublar.


Nərminə ƏSGƏROVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Birinci sinfə başlayacaq uşaqlara məktəb ləvazimatları təqdim olundu

11:15
08 Sentyabr

"Azərenerji" ilə Azərbaycan Mühəndislik Akademiyası enerji sektorunda birgə tədbirlər keçirir

11:10
08 Sentyabr

Sosial şəbəkələrdəki ideal həyat illüziyası

11:05
08 Sentyabr

Rəssamlıqda oxusa da, musiqiyə könül verdi

11:00
08 Sentyabr

Zamanının bənzərsizi - Fatma xanım Kəminə

10:55
08 Sentyabr

Kiçik rolların böyük ifaçısı

10:50
08 Sentyabr

Almaniyada təhsil aldı, ömrü sürgünlərdə keçdi

10:45
08 Sentyabr

İstiqlal ruhlu ziyalı 

10:40
08 Sentyabr

Cəfər Cabbarlı - həqiqət sirr saxlamır

10:35
08 Sentyabr

"AzerGold" Söyüdlü (Zod) qızıl yatağında ilk qazma-partlayış əməliyyatını həyata keçirib

10:30
08 Sentyabr

Moruq yemək istəyən Göygölə gəlsin

10:20
08 Sentyabr

Cəlilabad təhsili nümunə göstərir

10:10
08 Sentyabr

Hacıqabulda aqrar müəssisələrin problemləri öyrənilir

10:00
08 Sentyabr

Regional müşavirədə heyvan sağlamlığı məsələləri müzakirə olunub

09:50
08 Sentyabr

COP29-un "miras"ı - "Bakı İqlim Həftəsi 2026"

09:40
08 Sentyabr

Aqrar subsidiya şurası yeni dövlət dəstəyi mexanizmlərini təsdiqləyib

09:30
08 Sentyabr

Filoloq Qırğız akınlığı ilə Azərbaycan aşıq sənətinin oxşar və fərqli cəhətlərini açıqlayıb

09:20
08 Sentyabr

“İRS-Nasledie” jurnalının yeni nömrəsi Xaqani Şirvaniyə və Azərbaycan tarixinin səhifələrinə həsr olunub

09:10
08 Sentyabr

Bir ömrün böyük amalı

09:00
08 Sentyabr

Mənəvi borc və vətəndaş məsuliyyəti 

08:50
08 Sentyabr

Azərbaycanın coğrafi şansı

08:40
08 Sentyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!