İndi mobil
operatorun rəqəmsal xidmətlərinə qoşulmaq daha da rahat oldu
Müasir telekom
bazarında unikal olan "Azercell”in "Kabinetim” mobil tətbiqi abunəçilərin rahatlığı
üçün daha geniş imkanlar yaradır. İndi artıq bu tətbiqin istifadəçiləri vahid mənbə
olaraq "Kabinetim” vasitəsilə "Azercell” tətbiqlərinə abunəlik əldə edəcək, cari
statusu asanlıqla izləyib idarə edə biləcəklər.
Belə ki,
"Kabinetim” tətbiqinin son yenilənmiş versiyasında iVi Mobil Cinema və BluTV tətbiqlərinə
anında qoşulma imkanı yaradılıb. Bunun üçün sadəcə "Tətbiqlər” bölməsinə daxil olub,
abunə olmaq istədiyin tətbiqi seçmək lazımdır.
Xatırladaq ki, iVi tətbiqi minlərlə film və serialı eyni anda 5 cihazdan
izləməyə imkan verir. BluTV-yə abunəlik isə eksklüziv olaraq türk film və seriallarını
maneəsiz izləmək imkanı yaradır.
Azərbaycan,
rus və ingilis dillərini dəstəkləyən "Kabinetim” tətbiqi abunəçilərə nömrəyə tam
nəzarət etmək, balansı artırmaq, tarif və internet paketlərini sifariş edib dəyişdirmək,
bir çox xidmətləri aktiv və deaktiv etmək imkanı verir. "Kabinetim” çərçivəsində
onlayn çat vasitəsilə müştəri xidmətlərinə birbaşa müraciət etmək mümkündür. Nömrə
ilə bağlı əksər əməliyyatların şəxsən abunəçi tərəfindən yerinə yetirilməsi vaxta
qənaət etməklə yanaşı, abunəçinin işini asanlaşdırır, onun nömrənin vəziyyəti haqqında
daim məlumatlı olmasını təmin edir. Həm iOS, həm də Android əməliyyat sistemlərində
çalışan çoxfunksional "Kabinetim” tətbiqini App Store, PlayStore və ya Huawei AppGallery-dən
ödənişsiz olaraq yükləmək mümkündür.
Gələcəkdə
Kabinetim” üzərindən digər tətbiqlər - xarici idilər öyrənmək üçün Busuu, Bookmate
online kitabxanasına, 200-dən çox kanala abunəlik verən NNTV, 40 milyona yaxın mahnı
bazası olan Zvuk və digər tətbiqlərə qoşulmaq imkanı yaradılacaq.