“Azercell” “Kibertəhlükəsizlik həftəsi”nə qoşulub
Azərbaycanda ilk dəfə olaraq kibertəhlükəsizlik sahəsində maarifləndirmə və informasiya təhlükəsizliyi mədəniyyətinin formalaşdırılması, informasiya proseslərinin mühafizəsinə nail olmaq məqsədilə 11-15 mart 2019-cu il tarixlərdə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi tərəfindən beynəlxalq "Kibertəhlükəsizlik həftəsi” keçirilir.
"Kibertəhlükəsizlik həftəsi”nin əsas istiqamətlərindən biri virtual dünyada uşaqların təhlükəsizliyinin təmin edilməsidir. Bu sahədə böyük təcrübəsi olan "Azercell Telekom” MMC həftənin aktiv iştirakçılarından biridir. "Kibertəhlükəsizlik həftəsi” çərçivəsində "Azercell” tərəfindən təhsil müəssisələrində uşaqlar, valideynlər və müəllimlər üçün internetdən təhlükəsiz istifadə mövzusunda təlimlər təşkil edilir. Artıq mart ayının 4-dən 7-nə kimi Şəmkirdə "Azercell”in dəstəyi ilə "Azərbaycan Müəllim İnkişafı Mərkəzi” tərəfindən "İnternet təhlükəsizliyi və rəqəmsal vətəndaşlıq” mövzusunda təlim keçirilib. Təlimdə 166 şagird, 38 müəllim və valideyn iştirak edib.
Təlimlərdə böyüklərlə yanaşı, uşaqların da həyatının ayrılmaz hissəsinə çevrilən internetdə rast gəlinən təhlükələr barədə məlumat verilir. Yüzlərlə iştirakçısı olan treninqlərdə məktəblilərə kibertəhlükəsizlik anlayışı aşılanır, internetdən gələn təhlükənin dərəcəsi, səbəbləri araşdırılır. Uşaqlar təhlükəsiz portallarla tanış edilir, onlara təhlükəsiz axtarış saytlarından istifadə qaydaları öyrədilir. Təlimlərdə internetdəki təhlükəli oyunlar, ekstremizm çağırışları, insanların maliyyə məlumatlarının, özəl informasiyanın oğurlanması kimi hallarla mübarizə yollarından bəhs olunur, internet təhlükəsizliyi, təhlükəsiz ev mühiti, şagirdlərin üzləşə biləcəkləri çətinliklərlə bağlı ətraflı məlumat verilir. Təlimlərdə eyni zamanda müəllim və valideynlərə qurğuların kibertəhlükələrdən mühafizəsi, login və parolların kibermüdafiəsi, təhlükəsiz paylaşma üsulları öyrədilir, şəbəkədən səmərəli istifadə ilə bağlı tövsiyələr verilir, uşaqlar üçün yaradılmış təhlükəsiz resursların siyahıları, internetdən təhlükəsiz istifadənin əsaslarını öyrədən materiallar təqdim olunur.
Qeyd edək ki, indiyədək Azərbaycanın müxtəlif bölgələrində "Azercell”in təşəbbüsü ilə məktəblilər, valideynlər və müəllimlər üçün keçirilən bu cür təlimlər gələcəkdə də mütəmadi olaraq təşkil olunacaq.
"Kibertəhlükəsizlik həftəsi” çərçivəsində "Azercell Telekom” MMC-nin növbəti təlimi 11-15 mart tarixlərində Gəncədə keçirilir.
Dünyada kibertəhlükələrin sayı və əhatə dairəsi genişləndiyindən hal-hazırda valideyn nəzarəti proqramlarına daha çox ehtiyac yaranmaqdadır. Bu baxımdan artıq 3 ildir ki, tətbiq olunan "Azercell Plus Təhlükəsizlik” proqramı böyük əhəmiyyət kəsb edir. Bu proqram uşaqlar üçün internet şəbəkəsində təhlükəsizliyə yönəldilmiş "Universal Müdafiə”, "Android üçün müdafiə” və "Valideyn nəzarəti” xidmətlərini əhatə edir. Bu proqram uşağın sosial şəbəkələrdə postlarını və dostlar siyahısındakı dəyişiklikləri izləməyə, onun qoşulduğu qruplardan xəbərdar olmağa, yerini müəyyənləşdirmək və onun üçün təhlükəsiz ərazi yaratmaq imkanı verir.
"Kibertəhlükəsizlik həftəsi”nin məqsədləri sırasında əhalinin bu sahədə maarifləndirmə səviyyəsinin artırılması, habelə ümummilli hazırlığın yüksəldilməsinə nail olmaq mühüm yer tutur. Həftə çərçivəsində fərqli qurumların dəstəyi ilə müxtəlif forum və tədbirlər, müsabiqələr də təşkil olunacaq.
"Azərbaycan”
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
İlk fərdiləşdirilmiş dəri xərçəngi peyvəndi sınaqdan keçirilir
05 May
Samir Şərifov: Azərbaycan Orta Dəhlizin ən vacib iştirakçılarından biridir
05 May
Hayastanda etirazlar səngimir
05 May
"Xalq Bank"ın "Xalq Əmanəti" layihəsinin 24-cü nəşri Cahid Camala həsr olunub
05 May
QƏZƏLLƏR
05 May
"Şərq şairlərinin günəşi"
05 May
Anamın gözünün nuru, əlinin sığalı hopmuş xalça
05 May
Həyatı filmə bənzəyən aktyor
05 May
Məğrur, qürurlu Şuşa
05 May
Fironun məzarının "öldürücü" sirri
05 May
DİQQƏT ÇƏKƏNLƏR
Bakıda VI Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu işə başlayıb Prezident İlham Əliyev Forumun a...01 May 2024
Prezident İlham Əliyev Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyasının sədrini qəbul edib YE...29 Aprel 2024
Azərbaycan ilə Qırğızıstanın dostluğu və qardaşlığı əbədidir28 Aprel 2024
Azərbaycan Prezidenti İlham Əliyev və Almaniyanın Kansleri Olaf Şolts birgə mətbuat konfransı keçiri...26 Aprel 2024
Tərəfdaşlıqdan strateji müttəfiqliyə25 Aprel 2024
ÇOX OXUNANLAR
İlham Əliyevin sülh və qlobal təhlükəsizlik missiyası01 May 2024
Tükdən nazik siyasət30 Aprel 2024
Qlobal liderdən həmrəylik çağırışı28 Aprel 2024
İlham Əliyevdən ədalət dərsi26 Aprel 2024
ADA Universitetində “COP29 və Azərbaycan üçün Yaşıl Baxış” mövzusunda beynəlxalq forum keçirilib Pr...24 Aprel 2024
"Dəmir yumruğ"un ikinci zərbəsi23 Aprel 2024
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!