01 İyul 2025 08:40
529
İQTİSADİYYAT
A- A+
Azərbaycanla Özbəkistan arasında iqtisadi əlaqələrin dinamikası yüksəkdir

Azərbaycanla Özbəkistan arasında iqtisadi əlaqələrin dinamikası yüksəkdir


İki ölkə arasında ticarət dovriyyəsi 8 ildə 8 dəfə artıb


Azərbaycanın xarici siyasətində türk dövlətləri ilə iqtisadi əlaqələrin genişləndirilməsi önəmli yer tutur. Çünki uzun illərin təcrübəsi də göstərir ki, bizim Avropa ilə siyasi münasibətləri yaxşılaşdırmaq cəhdlərimiz uğursuz alınır. Səbəb "qoca qitə"nin bizə ikili standartlarla yanaşmasıdır. Təkcə onu demək kifayətdir ki, Avropa 30 il işğalçı Ermənistanla Azərbaycanı nəinki tərəzinin eyni gözünə qoymuş, hətta bir çox hallarda işğalçıya bəraət qazandırmışdır. 

Bu və digər səbəblər üzündən xüsusən 44 günlük savaşda tarixi Zəfərimizdən sonra Azərbaycan qardaş türk dövlətləri ilə olan əlaqələrini daha da gücləndirib. Bu gün ölkəmiz Türk Dövlətləri Təşkilatı arasında siyasi və iqtisadi əlaqələrin güclənməsində əhəmiyyətli rol oynayır. Dövlətimizin başçısının "Yerimiz türk dünyasındadır" fikri də bunu təsdiqləyir. 

Özbəkistan Azərbaycana xoş münasibəti ilə həmişə seçilib. Azərbaycan torpaqları düşmən işğalı altında olanda Özbəkistanın dövlət başçısı erməni işğalını pisləmiş və Ermənistanın qoşunlarını ərazimizdən dərhal çıxarmalı olduğunu bildirmişdir. Həmin dövr üçün bu böyük siyasi jest idi və bunun bizim üçün böyük əhəmiyyəti var idi.

İki dost ölkə arasında bu gün siyasi-iqtisadi əlaqələr dinamik şəkildə davam edir. Qarşılıqlı faydaya söykənən bu münasibətlər hər iki ölkəyə fayda gətirir. Yeri gəlmişkən, qeyd edək ki, iyulun 2-də ölkəmizin paytaxtında iki ölkə arasında əlaqələrimizi daha da gücləndirəcək biznes-forumu keçiriləcək. Forumda Azərbaycan və Özbəkistanın iqtisadi potensialı, eləcə də qarşılıqlı investisiya imkanları müzakirə ediləcək. Bununla yanaşı, iştirakçılar iki ölkə arasında ticari-iqtisadi əməkdaşlığın gələcək inkişafı üçün perspektivli istiqamətləri barədə fikir mübadiləsi aparacaqlar. 

Tədbirdə dövlət qurumları və işgüzar dairələrin nümayəndələri (G2B), eləcə də hər iki ölkənin sahibkarları (B2B) arasında müzakirələr aparılacaq. Ümid edilir ki, forum işgüzar əlaqələrin qurulması, təcrübə mübadiləsi və birgə layihələrin müzakirəsi üçün səmərəli platformaya çevriləcək.

Azərbaycan Respublikasının İxracın və İnvestisiyaların Təşviqi Agentliyinin (AZPROMO) icraçı direktoru Yusif Abdullayev deyir ki, Azərbaycan və Özbəkistanın birgə yol xəritəsi 30-dan çox layihəni əhatə edir. Məlumdur ki, işğaldan azad edilmiş ərazilərin bərpası ölkəmiz üçün çox vacibdir. Bununla bağlı Özbəkistanın ən fəal şirkət qruplarından biri tekstil klasterlərinin yaradılması üçün yaşayış komplekslərinin tikintisi ilə bağlı Azərbaycanla ciddi danışıqlar aparır. Eyni zamanda pambıq klasteri layihəsi çərçivəsində 2 min hektar sahədə əkin aparılıb və bu rəqəmin 6 min hektara çatdırılması planlaşdırılır. 

İqtisadi əlaqələrin inkişafında investisiya qoyuluşu xüsusi əhəmiyyət daşıyır. Bu məqsədlə iki ölkə kapitalı 500 milyon dollara yaxın olan birgə İnvestisiya Fondu yaradıb. Fondun müşahidə şurası çərçivəsində Azərbaycan və Özbəkistan nümayəndələri artıq 12 konkret layihə müəyyən ediblər. 

Qarşılıqlı iqtisadi əlaqələrin inkişafı sayəsində son illər ərzində Özbəkistan və Azərbaycan arasında birgə müəssisələrin sayı 5 dəfə artıb. Bu gün Özbəkistanda Azərbaycan kapitalını daşıyan 540 şirkət qeydiyyata alınıb, Azərbaycanda isə özbək kapitalı ilə 70-ə yaxın müəssisə fəaliyyət göstərir.

Əməkdaşlıq çərçivəsində əldə olunan təcrübə əsasında avtomobil istehsalı sahəsində birgə layihələr həyata keçirilir, Azərbaycanda tekstil və ipəkçilik klasterləri yaradılır. Həmçinin Özbəkistanda iki ölkə əməkdaşlığı çərçivəsində gipsokarton və zərgərlik məmulatlarının istehsalı müəssisələri qurulub. Son 5 ildə iki ölkə arasında ticarət dövriyyəsi üç dəfə artaraq 255 milyon dollara çatıb, hədəf isə bu rəqəmi 1 milyard dollara çatdırmaqdır.

Keçən il Bakı və Daşkənd arasında "yaşıl energetika" sahəsində birgə istehsal və Avropaya ixracı da daxil olmaqla 20 əsas istiqamət üzrə əməkdaşlıq proqramı razılaşdırılıb. Bundan əlavə, hər iki ölkə üçün strateji əhəmiyyət daşıyan nəqliyyat-logistika dəhlizlərinin inkişafı əsas hədəflərdən biridir.

2023-cü ilin avqustunda iki ölkə prezidentləri tərəfindən imzalanmış Müttəfiqlik Münasibətləri Haqqında Saziş xüsusi əhəmiyyətə malikdir. Bu sənəd iki dövlət arasında tarixi səciyyə daşıyır və təkcə Cənubi Qafqaz və Mərkəzi Asiyaya deyil, bütövlükdə Avrasiyadakı proseslərə müsbət təsir göstərir.

Ölkələrimiz arasında olan iqtisadi əlaqələrin inkişafının statistikasına diqqət yetirdikdə görürük ki, son 8 il ərzində Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi 8 dəfə, birgə istehsal həcmi isə 5 dəfə artıb.

Azərbaycan və Özbəkistan iki ölkə arasında iqtisadi əməkdaşlığın daha da inkişafına xüsusi önəm verir. Prioritet istiqamətlər sırasında üçüncü ölkələrdən idxalın əvəzlənməsi və bununla bağlı iki ölkənin iqtisadiyyatının qarşılıqlı tamamlayıcı imkanlarının səfərbər edilməsi dayanır. Bu, xüsusən qlobal qeyri-sabitlik və logistika zəncirlərindəki pozuntular şəraitində mühüm əhəmiyyət kəsb edir.

Digər bir vacib istiqamət - sənaye kooperasiyasının dərinləşdirilməsidir. Artıq avtomobil, tekstil və baramaçılıq sahələrində birgə klasterlər fəaliyyətə başlayıb. Bu isə yalnız başlanğıcdır. İki ölkə əməkdaşlığın genişləndirilməsi və yeni perspektiv sahələrin mənimsənilməsi istiqamətində birgə səyləri davam etməkdə qərarlıdır. 


Rüstəm KAMAL,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

11 min qar kürəsinin hekayəsi  

18:00
18 Dekabr

Dövlət Statistika Komitəsinin sədri BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi ilə görüşüb  

17:58
18 Dekabr

Ombudsman Səbinə Əliyeva vətəndaşların müraciətlərini dinləyib  

17:21
18 Dekabr

Azalan pul köçürmələri manatın stabilliyinə necə təsir göstərə bilər?

17:07
18 Dekabr

Rusiyada təsisçiləri Azərbaycandan olan şirkətlərin sayı artıb  

16:55
18 Dekabr

Füzulidə Özbəkistan Mədəniyyət Günlərinin bağlanış mərasimi keçirilir  

16:52
18 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

16:34
18 Dekabr

Xankəndidə səyyar oftalmoloji aksiya davam edir - YENİLƏNİB 

16:25
18 Dekabr

Volodimir Zelenski prezident seçkilərinin onlayn keçirilməsi ideyasını dəstəkləyir  

16:01
18 Dekabr

17-ci Azərbaycan-Türkiyə Yüksək Səviyyəli Hərbi Dialoq İclası davam edir  

15:54
18 Dekabr

AQTA sədri Saatlıda vətəndaşların müraciətlərini dinləyib

15:53
18 Dekabr

Polşa “Patriot” zenit-raket sistemlərini döyüş hazırlığı səviyyəsinə gətirib  

15:49
18 Dekabr

Tullantı suları üzrə 3 yeni dövlət standartı qəbul edilib  

15:48
18 Dekabr

ABŞ hərbçiləri Sakit okeanda narkotik yüklü daha bir gəmini vurub  

15:38
18 Dekabr

bp-nin 116 illik tarixində baş icraçı direktor vəzifəsinə ilk dəfə qadın təyin olunub  

15:36
18 Dekabr

Bu ilin on ayında Azərbaycan ilə Qazaxıstan arasında ticarət dövriyyəsi 385 milyon dolları keçib  

15:35
18 Dekabr

Ursula Fon der Lyayen: Ukraynanın dayanıqlı sülh üçün qarşıdakı iki ildə etibarlı maliyyə təminatına ehtiyacı var  

15:34
18 Dekabr

Bu gün Azərbaycandan Ermənistana neft məhsullarının ilk partiyası yola salınır  

15:27
18 Dekabr

İşğaldan azad olunmuş ərazilərdəki sakinlər sosial müdafiə tədbirləri ilə bağlı maarifləndirilib  

15:21
18 Dekabr

BDYPİ sürücülərə və piyadalara müraciət edib  

15:13
18 Dekabr

Macarıstan və Çexiya Rusiya aktivləri hesabına Ukraynaya maliyyə yardımı ayrılmasına etiraz edib  

15:12
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!