Azərbaycanla İordaniya arasında ticari əlaqələrin daha da inkişaf etdirilməsi üçün hər cür imkan var
Dünən Milli Məclisin Sədri Oqtay Əsədov İordaniya Senatının keçmiş sədri Tahir Masirinin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.
Oqtay Əsədov bildirib ki, Azərbaycan ilə İordaniya arasındakı mövcud dini və mədəni köklər, tarixi yaxınlıq xalqlarımızı bir-birinə sıx bağlayır. Azərbaycan İordaniya ilə əlaqələrin inkişafına xüsusi əhəmiyyət verir. İkitərəfli münasibətlərin inkişafında dövlət başçılarının qarşılıqlı səfərlərinin mühüm rol oynadığını vurğulayan Oqtay Əsədov qeyd edib ki, hər iki ölkə arasında imzalanmış sənədlər əməkdaşlıq üçün etibarlı zəmin yaradıb.
Milli Məclisin Sədri ölkəmizin İordaniya ilə parlamentlərarası əlaqələrin inkişafına böyük əhəmiyyət verdiyini də söyləyib. Qeyd edilib ki, hər iki ölkənin parlamentlərarası işçi qruplarının fəaliyyət göstərməsi təqdirəlayiqdir. İşçi qruplarının qarşılıqlı səfərləri parlamentlərarası əməkdaşlığın inkişafına öz müsbət töhfəsini verir.
Oqtay Əsədov ölkəmizin son dövrdə əldə etdiyi nailiyyətlər barədə danışaraq bildirib ki, bu gün dinamik inkişaf edən Azərbaycanın ən ağrılı problemi Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsidir. "Biz problemin həllində İordaniyanın Azərbaycanın mövqeyini dəstəkləməsini yüksək qiymətləndiririk" - deyən Milli Məclisin Sədri İordaniya Senatında Xocalı soyqırımı ilə bağlı qəbul edilən bəyanata görə minnətdarlığını bildirib.
Oqtay Əsədov, həmçinin vurğulayıb ki, iki ölkə arasında bir çox sahədə əməkdaşlıq olsa da, ticari əlaqələr bir qədər zəif inkişaf edib. Ancaq ticari əlaqələrin daha da genişlənməsi üçün hər cür imkanlar mövcuddur.
İordaniya Senatının keçmiş sədri Tahir Masiri isə ölkəmizə səfərindən və burada keçirdiyi görüşlərdən məmnun qaldığını bildirib. Qeyd edilib ki, oxşar mədəniyyəti, tarixi bölüşən xalqlarımız arasında əlaqələrin inkişafı günün tələbidir. O, Azərbaycana səfəri çərçivəsində Bakıda keçirilən Üçüncü Beynəlxalq Humanitar Forumun əhəmiyyətinə toxunaraq bildirib ki, forum ölkələrimiz arasında əlaqələrin inkişafında mühüm rol oynayır.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparılıb.
R.BAXŞƏLİYEV,
F.BAĞIROV (foto),
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ülviyyə Fətəliyeva Avropa çempionu oldu
29 Aprel
Geomaqnit sahəsi qeyri-stabil olacaq
29 Aprel
“Google Play Market”də yeni funksiya istifadəyə verilir
29 Aprel
Çağrı mərkəzlərində süni zəka dövrü başlayır
29 Aprel
Jerar Depardye Parisdə saxlanılıb
29 Aprel
Azərbaycanlı mütəxəssis Avropa Gimnastikasının İtaliyadakı tədbirində iştirak edib
29 Aprel
Ukraynalı deputat: Ruben Vardanyanın Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsi qəbuledilm...
29 Aprel
BMTİP ilə bərpa olunan enerjidən istifadə etməklə mərkəzləşdirilmiş istilik təchizatının qurulması m...
29 Aprel
Azərbaycan Respublikası Baş nazirinin müavini Şahin Mustafayevin Xidmətinin məlumatı
29 Aprel
Baş prokuror TİHEK-in rəhbəri ilə əməkdaşlıq istiqamətləri barədə fikir mübadiləsi aparıb...
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!