28 May 2023 10:40
778
İQTİSADİYYAT
A- A+
Azərbaycanın təbii resursları xalqın rifahına xidmət edir

Azərbaycanın təbii resursları xalqın rifahına xidmət edir

 

Ölkəmizdə neft kapitalı insan kapitalına  çevrilib. Azərbaycan dövləti  son onilliklərdə nəhəng neft-qaz və ixrac layihələrinin reallaşması nəticəsində əldə olunan gəlirlərdən səmərəli şəkildə istifadə edərək digər sahələrdə mühüm işlər həyata keçirir, dünyanın hər yerinə yollar çəkir, dəhlizlər açır, körpülər salır. Prezident İlham Əliyev bu barədə demişdir: "Azərbaycanın müstəqil ölkə kimi yaşamasında, iqtisadi potensialımızın formalaşmasında neft-qaz amili çox böyük rol oynayır"
Xoşbəxt o xalqdır ki, vətəninin yeraltı və yerüstü sərvətləri onun bugünkü xoş güzəranına və daha işıqlı sabahına xidmət edir. Azərbaycan dövləti öz əməli fəaliyyətində, həyata keçirdiyi islahatlarda bu məqsədi rəhbər tutur. Prezidentimizin vurğuladığı kimi: "Biz azad, müstəqil ölkədə yaşayırıq, öz taleyimizin sahibiyik. Bizim təbii resurslarımız xalqımızın maraqlarına xidmət edir".
Təəssüf ki, təbiətin bizə böyük səxavətlə bəxş etdiyi  bu sərvətdən  əsrlər  boyu lazımınca faydalana bilməmişik. Bu yalnız ölkəmiz  müstəqilliyini bərpa etdikdən sonra mümkün olub.
Azərbaycanın adı  keçmiş zamanlardan dünya tarixinə neftin vətəni kimi həkk  edilib. İlk dəfə sənaye üsulu ilə neft 1846-cı ildə məhz Bakıda çıxarılıb. Əlbəttə, o zaman belə bir sərvət böyük ölkələrin iri kapitalistlərinin diqqətini çəkməyə bilməzdi. Odur ki, həmin dövrlərdə neft maqnatları Azərbaycana axışdılar. Nobellər, Mantaşevlər, Rotşildlər torpağımızın qara qızıl "qan"ını sovurub aparmaq üçün özlərini oda-közə vururdular. Sovet dönəmində  də Azərbaycanda böyük həcmdə neft çıxarılırdı. Lakin keçmiş SSRİ-nin planlı təsərrüfatı, ittifaqa daxil olan bütün respublikaların ümumi büdcədən eyni dərəcədə faydalanmasına əsaslanan qaydaları  bu zənginlikdən xalqımızın lazımınca bəhrələnməsinə aman vermirdi.
Müstəqilliyini bərpa etdikdən sonra  isə ilk  illər  Azərbaycan üçün çətin keçdi. Ölkəni idarə edənlərin məsuliyyətsizliyi və səriştəsizliyi ucbatından neft-qaz sənayesi də tənəzzülə uğradı. Dönüş yalnız Ulu Öndər Heydər Əliyev xalqın təkidli tələbi ilə hakimiyyətə qayıtdıqdan sonra baş verdi. 1994-cü ildə dünyanın ən tanınmış neft şirkətləri ilə "Azəri-Çıraq-Günəşli" yataqlarının birgə işlənməsi üçün saziş imzalandı. Azərbaycan iqtisadiyyatının "qəddini düzəldən", ölkənin gələcək inkişafına təkan verən bu möhtəşəm kontrakt "Əsrin müqaviləsi" adını aldı. "Əsrin müqaviləsi" ölkəmizin yeni neft-qaz strategiyasının əsasını qoydu və təsdiqlədi ki, müstəqil Azərbaycanın xalqı suveren hüquqlara malikdir və öz sərvətinin sahibidir.
Yeni neft strategiyasının müəllifi Ümummilli Lider Heydər Əliyev o zaman  uzaqgörənliklə demişdi: "Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, gələcək üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçün əsas amildir". Bu  sərvətlərin ali məqsədlərə yönəldilməsi üçün Ulu Öndər  "Əsrin müqaviləsi" imzalandıqdan  5 il sonra - 1999-cu ildə  Azərbaycan Respublikası Dövlət Neft Fondunu (ARDNF) yaratdı.
Çıxışlarının birində Ümummilli Lider bu məsələni belə şərh etmişdir: "Sual olunur nə üçün Azərbaycan, Bakı dünyanın neft və qaz mərkəzlərindən biri kimi indiyədək bugünkü  qədər  tanınmamışdır? Səbəbi ondan ibarətdir ki, birincisi, Azərbaycan öz dövlət müstəqilliyini əldə etmişdir və dünya birliyində özünə yer tutan müstəqil dövlət kimi təbii sərvətlərinin sahibi olmuşdur, onlardan istifadə edilməsi üçün lazımi yeni  tədbirlər görməyə başlamışdır. İkincisi, ondan ibarətdir ki, müstəqil Azərbaycan, onun dövləti öz iqtisadiyyatını  inkişaf etdirmək  və böyük  təbii  sərvətlərindən, xüsusən neft və qaz  sərvətlərindən istifadə etmək üçün  yeni neft  strategiyası  işləyib  hazırlamış  və onu həyata keçirməyə başlamışdır".
Prezident İlham Əliyev də bu barədə çox dəqiq və dəyərli fikir söyləmişdir: "Azərbaycanda çıxarılan neft Azərbaycan xalqının maraqlarına xidmət etmirdi. Əgər biz o vaxt müstəqil ölkə  olsaydıq, mən tam əminəm ki, Azərbaycan dünyanın ən zəngin ölkəsinə çevrilə bilərdi. Ancaq biz müstəqil deyildik".
Müstəqilliyimizin bəhrəsi olan  qlobal layihələr, o cümlədən Bakı-Tbilisi-Ceyhan (BTC) əsas ixrac neft kəməri artıq təkcə Azərbaycana deyil, bütün regiona xeyir-bərəkət gətirir. Öz yaradıcısının - Heydər Əliyevin  adını şərəflə daşıyan BTC neçə-neçə yeni layihəyə yol açıb. Prezident İlham Əliyev  Azərbaycanın neft-qaz  strategiyasını uğurla davam etdirərək və günün tələbləri baxımından inkişaf etdirərək  ölkəmizi yeni zirvələrə çatdırıb. Azərbaycan "Cənub qaz dəhlizi" kimi nəhəng bir layihənin reallaşmasının təşəbbüskarı və lideri kimi çıxış edib, onu müvəffəqiyyətlə yekunlaşdırıb.
Bu gün Azərbaycan 6 ölkəyə qaz ixrac edir. Ölkəmizdən mavi yanacaq idxal etmək üçün daha neçə-neçə dövlətdən müraciətlər alınıb. Başqa sözlə, Avropanın Azərbaycan qazına artan tələbatı gündəmdə dayanan ən aktual məsələlərdəndir. Bu tələbatı ödəmək üçün ehtiyat mənbələrimiz və ixrac marşrutlarımız da var. Azərbaycan hələ 100 il bundan sonra həm özünü, həm də bir sıra ölkələri mavi yanacaqla təmin etmək imkanına malikdir.
Prezident İlham Əliyev dəfələrlə vurğulamışdır ki, Azərbaycanın təbii resursları xalqımızın milli maraqlarına xidmət edir. Azərbaycan neftdən və qazdan gələn gəlirləri eyni zamanda nəqliyyat sektoruna yönəldib.  Bakı-Tbilisi-Qars dəmir yolu kimi əhəmiyyətli bir layihəni maliyyələşdirib. Bunlar Azərbaycanı nəinki bölgədə, bütün Avrasiya məkanında nəqliyyat mərkəzinə çevirib. Görülmüş işlər indi ölkəmizin ərazisindən böyükhəcmli yüklərin Şərqdən Qərbə, Qərbdən Şərqə daşınmasına imkan verir. Xəzər dənizi üzərindən yüklərin daşınmasında Ələt qəsəbəsindəki Beynəlxalq Bakı Dəniz Ticarət Limanının əhəmiyyəti böyükdür. 
Neftdən əldə olunan gəlirlər o cümlədən Azərbaycan Ordusunun gücünü, qüdrətini artırıb, silah-sursatla təchizatını yüksək səviyyəyə çatdırıb. Dövlət başçısı bu barədə belə demişdir: "Əgər biz güclü iqtisadiyyat qurmasaydıq, əgər biz nəhəng neft-qaz layihələri icra etməsəydik, bu vəsaiti haradan alacaqdıq. Bütün bunlar bir-biri ilə bağlı olan məsələlərdir".
Azərbaycan Ordusunun işğalçı Ermənistana qarşı apardığı müharibədə düşmən tapdağında olan torpaqlarımızı azad etmək üçün döyüşlərdə göstərdiyi şücaət və qəhrəmanlıq, qazanılan böyük qələbə  deyilənlərin əyani təsdiqidir. Bu gün Azərbaycanın güclü iqtisadiyyatı və güclü ordusu var. Neft gəlirləri eləcə də ölkə qarşısında dayanan digər ümdə problemlərin həllinə,  təhsilin, səhiyyənin inkişafına, infrastrukturun təkmilləşdirilməsinə, geniş quruculuq  işlərinə  və s. yönəldilir. Təsadüfi deyil ki, ölkəmizin sosial-iqtisadi sahədə qazandığı nailiyyətlər nüfuzlu beynəlxalq maliyyə qurumları tərəfindən dönə-dönə etiraf olunur.  Azərbaycanın adı həmin qurumların reytinq cədvəllərində ildən-ilə daha irəliyə çəkilir. Dövlət başçısı  bunu belə vurğulayır: "Azərbaycanda  neft rifah, inkişaf, sabitlik, güc gətirir. Bu gün Azərbaycanın müstəqil ölkə kimi yaşamasında, iqtisadi potensialımızın formalaşmasında neft-qaz amili çox böyük rol oynayır".
 
Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!