01 Noyabr 2023 09:00
17265
SİYASƏT
A- A+
Azərbaycanın sülh modeli

Azərbaycanın sülh modeli

 

Qafqazın sabitliyinin və inkişafının yeganə təminatçısıdır

 

Azərbaycan həmişə sülhün tərəfdarı olub. Təsadüfi deyil ki, hər zaman sülh danışıqlarına üstünlük vermiş respublikamız Ermənistanın təxribatlarından sonra başlamış 44 günlük savaşdan sonra da ilk olaraq sülh təşəbbüsü ilə çıxış edib. Vətən müharibəsindən sonra ötən dövr ərzində Bakı İrəvandan fərqli olaraq münasibətlərin normallaşdırılması üçün real addımlar atıb. Bu özünü bütün platformalarda keçirilən danışıqlarda da göstərib.

 

Azərbaycan sülh prosesinin irəli aparılması təşəbbüslərinin önündədir

 

Ermənistandan fərqli olaraq Azərbaycan sülh prosesinin irəliyə aparılması səylərinin daim önündə gedib. Məlum olduğu kimi, hələ ötən ilin fevral ayında Bakı münasibətlərin normallaşdırılması və sülhün əldə olunması üçün 5 prinsiplə çıxış edib. Beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olan bu prinsiplər Ermənistanın rəhbərliyi tərəfindən zahirən müsbət qarşılansa da, İrəvan buna heç bir qarşılıq verməyib və bu istiqamətdə müsbətə doğru addım atmayıb. Ermənistan tərəfinin 30 ilə yaxın sülh prosesinə vurduğu zərbələrə baxmayaraq, yenə də ölkəmiz kommunikasiyaların açılması, demarkasiya məsələsində əsas təşəbbüskar tərəf olub.
Bunun əksinə olaraq, Ermənistan münasibətlərin normallaşdırılması üzrə danışıqlarda müsbət nəticə əldə edilməsinə imkan verməyib. Hətta Paşinyan hökuməti Ermənistanın əvvəlki rəhbərliklərinin yolunu gedərək təxribatlar yolu ilə sülh danışıqlarını tormozlamağa çalışıb. Adətən, təxribatlar keçirilmiş danışıqlardan sonra törədilib ki, bu da İrəvanın sülhün əldə edilməsində maraqlı olmadığını göstərib. Ötən 3 ildə əgər münasibətlərin normallaşdırılması istiqamətində bir nəticə əldə olunmayıbsa, bu, məhz Ermənistanın ucbatından baş verib.  
Sülhün əldə edilməsinə əngəl yaradan əsas amillərdən biri də Fransa başda olmaqla erməni təəssübünü çəkən siyasi mərkəzlərin  siyasi-hərbi avantüraları olub. Bu baxımdan münasibətlərin normallaşdırılması ilə bağlı danışıqların nəticəsiz qalmasının əsas səbəblərindən biri də xüsusən Fransanın Ermənistan hakimiyyətinə təsir və təzyiqləridir. Ötən dövr ərzində ölkəmizə qarşı qərəzli iddialarla çıxış edən, xəstə erməni təfəkkürünün qatı müdafiəçisi rolunda çıxış edən Fransa Azərbaycan-Ermənistan münasibətlərinin normallaşdırılması ilə bağlı müzakirələrdə İrəvanın beynəlxalq hüququn norma və prinsiplərini görməzdən gəlməsi üçün əlindən gələni əsirgəməyib. 

 

Sülhün əldə edilməsi üçün şanslar çoxalıb

 

Vətən müharibəsindən sonra regionda yaranmış reallıqlar Azərbaycanın xeyrinə dəyişib. Prezident İlham Əliyevin yürütdüyü uzaqgörən siyasət, düşünülmüş və təmkinli diplomatik gedişlər ötən dövr ərzində respublikamızın maraqlarını uğurla təmin edib. Bu siyasətin nəticəsində 2023-cü ilin sentyabrında Azərbaycan Qarabağdakı erməni separatizminə də son qoydu. Bununla Azərbaycan öz ərazi bütövlüyünü və suverenliyini  tam təmin etdi. Bu prosesdə Azərbaycan öz qətiyyətli siyasəti ilə Ermənistanı və onun havadarlarını məğlubiyyətə uğratdı.
Eyni zamanda Azərbaycan İran ərazisindən keçməklə Naxçıvana doğru yeni kommunikasiya xətlərini yaratmaqla regionun nəqliyyat coğrafiyasını daha da zənginləşdirir. Hansı ki, yaranan bu yeni nəqliyyat yolları həm də qlobal nəqliyyat dəhlizlərinin vacib elementi olacaq. Və görünən odur ki, indiyədək Ermənistanı bütün layihələrdən təcrid edən Azərbaycan bu ölkəni növbəti nəqliyyat layihəsindən də kənarda saxladı. Beləliklə, uduzan yenə Ermənistan və onun xalqıdır. Çünki özləri belə istədilər.
Azərbaycanın öz suveren ərazilərinə nəzarəti tam olaraq təmin etməsindən sonra, sülhün əldə edilməsi üçün şanslar daha da çoxalıb. Ölkəmiz hər zaman olduğu kimi, bölgədə dayanıqlı sülhün bərqərar edilməsi üçün yaranmış bu münbit şəraitdə də sülh gündəliyinin irəlilədilməsində qərarlıdır. Lakin Ermənistan tərəfi sülh prosesinin irəlilədilməsi üçün yaranmış şansdan bəhrələnmək əvəzinə yenə də siyasi manipulyasiyalarla məşğuldur. Baş nazir N. Paşinyanın, eləcə də onun hökumətinin və partiyasının təmsilçilərinin mütəmadi olaraq sərhədlərin toxunulmazlığı, güc tətbiq edilməməsi, güclə hədələməmək kimi prinsipləri hədəfləyən bəyanatlar verməsi, əslində, manipulyasiya ilə məşğul olmaqdan başqa bir şey deyil. Çünki indiyədək istər Vətən müharibəsinə qədər, istərsə də ondan sonra bu prinsipləri bütün səyləri ilə pozan tərəf məhz Ermənistan olub. Bir müddət əvvəl Nikol Paşinyanın Avropa Parlamentində səsləndirdiyi bəyanat da növbəti dəfə bu ölkənin Azərbaycana qarşı təcavüzkar ritorika və ittihamları davam etdirərək sülh sazişi ilə bağlı perspektivləri daha da sarsıtmaqda qərarlı olduğunu nümayiş etdirdi.

 

İrəvan avantürist mövqeyindən və manipulyasiyalardan əl çəkməlidir

 

Bu ilin mayında Prezident İlham Əliyev Şuşada keçirilən Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş "Böyük Avrasiya geosiyasətinin formalaşması: keçmişdən bu günə və gələcəyə" mövzusunda dördüncü beynəlxalq konfransda sülhlə bağlı deyib: "Əgər onlar konstruktiv olmasalar, biz diplomatik tədbirlərdən başqa hər hansı bir digər tədbirlərə əl atmağı planlaşdırmırıq. Bu qədəri bizə bəsdir. Buna görə, sadəcə, sülh olmayacaq, kommunikasiyalar açılmayacaq. Onlar yenə də təcrid olunacaqlar və onlar bu yeni geosiyasi konfiqurasiyada özlərinə yer tapmalı olacaqlar. Çünki bütün geosiyasi vəziyyət,  söhbət təkcə regiondan deyil, qlobal vəziyyətdən gedir, dəyişib. Bizim orada öz yerimiz var. Bu yer çox sabitdir və getdikcə daha da möhkəmlənir. Lakin onlar üçün bu, böyük çağırış olacaqdır".
Bəli, reallıq ondan ibarətdir ki, ərazi bütövlüyünü təmin edən, erməni separatizminə son qoyan Azərbaycan qalib ölkə kimi heç nə itirmir və bu gün də regionda yeni kommunikasiyalar yaratmaqla qazanır. Regionda yaranmış yeni reallıqlar müstəvisində sülhün əldə olunmaması yalnız və yalnız Ermənistanın ziyanınadır. Çünki  Cənubi Qafqazın təcrid olunmuş ölkəsi məhz Ermənistandır. Ona görə İrəvan avantürist mövqeyindən və manipulyasiyalardan əl çəkməli, sülh üçün əməli addımlar atmalıdır. 

Rəşad CƏFƏRLİ,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!