15 Oktyabr 2024 13:41
297
İQTİSADİYYAT
A- A+
Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac 1,3 faiz artıb

Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac 1,3 faiz artıb

Cari ilin yanvar-sentyabr ayları ərzində Azərbaycanın qeyri-neft sektoru üzrə ixrac həcmi 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 1,3 faiz artaraq 2,5 milyard dollar təşkil edib.

AZƏRTAC bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin “İxrac icmalı”nın oktyabr ayı üçün ilkin rəqəmlərinə istinadən xəbər verir.

İcmala əsasən, yanvar-sentyabr ayları ərzində yeyinti məhsullarının ixracı 13,3 faiz artaraq 698,3 milyon dollara bərabər olub.

Cari ilin ilk 9 ayı ərzində ixrac olunan şəkər və şəkərdən hazırlanan qənnadı məhsulları 83,3 faiz, pambıq lifi 70,9 faiz, bitki mənşəli yağlar və piylər 31,7 faiz, kimya sənayesi məhsulları 20,9 faiz, spirtli və spirtsiz içkilər 11,6 faiz, emal edilən meyvə-tərəvəz məhsulları 14,6 faiz artıb.

Hesabat dövrü ərzində aqrar-sənaye məhsullarının ixracı 60 faiz artaraq 233,4 milyon dollara bərabər olub. Bütövlükdə aqrar və aqrar-sənaye məhsullarının birgə ixracı 17,8 faiz artaraq 755,4 milyon dollar təşkil edib.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ötən gün vətəndaşların bank kartlarından 7 min 500 manata yaxın pul oğurlanıb  

10:44
21 May

Dünya bazarında qızıl və gümüş bahalaşıb

10:39
21 May

Dünya birjalarında neft bahalaşıb

10:33
21 May

Kənd təsərrüfatı nazirinin müavini Ucarda vətəndaşların müraciətlərini dinləyib, təsərrüfatlara baş çəkib  

10:30
21 May

Azərbaycan nefti ucuzlaşıb

10:28
21 May

TƏBİB: İşğaldan azad edilmiş ərazilərdə bu günədək 80-dən çox həkim və orta tibb işçisi işlə təmin olunub  

10:26
21 May

Türkiyə 300-ə yaxın İŞİD şübhəlisini həbs edib

10:25
21 May

Politico: Brüssel Aİ-də malların vahid etiketlənməsini qurmaq niyyətindədir  

10:22
21 May

Moldova parlamentinin spikeri: Azərbaycan ikitərəfli və beynəlxalq əməkdaşlıqda mühüm tərəfdaşdır  

10:00
21 May

Türkiyə ilə ABŞ-ın Suriya baxışı ilə bağlı birgə bəyanatı yayımlanıb

09:56
21 May

Pentaqon: ABŞ qoşunlarının Əfqanıstandan çıxarılması ilə bağlı araşdırma aparılacaq

09:54
21 May

İstintaq Komitəsinin rəhbəri əmək miqrantlarının ailələrinin Rusiyaya gəlməsinə etiraz edib  

09:53
21 May

Tramp 175 milyard dollarlıq raketdən müdafiə sistemi qurmaq planını açıqlayıb

09:37
21 May

ABŞ Rusiya ilə məhbus mübadiləsi siyahısına Andre Xaçatryanı daxil etməyib

09:33
21 May

Sülh prosesinə XIV Leo da qoşulur

08:45
21 May

Sənət yolunda atılan inamlı addımlar

08:40
21 May

"Mənim var-dövlətim ifalarım və bəstələdiyim mahnılardır"

08:35
21 May

Kəngərlinin hazırda 255 sakini var

08:30
21 May

Xalqımıza xas ali əxlaq

08:27
21 May

Dörd ayda qeyri-neft məhsullarının ixracı 18 faiz artıb

08:25
21 May

Özəl sektora real dəstək

08:20
21 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!