05 Aprel 2024 08:50
793
İQTİSADİYYAT
A- A+
Azərbaycanın qaz ixracını artırmağa hər cür imkanı var

Azərbaycanın qaz ixracını artırmağa hər cür imkanı var

 

Bu ilin ilk iki ayında Azərbaycanda 8,2 milyard kubmetr qaz hasil edilib. Bu həcmin 4,1 milyard kubmetri, yəni yarı hissəsi ixraca yönəldilib.
Azərbaycan qazına tələbat getdikcə artır. Bu gün Azərbaycan 8 ölkəyə - Gürcüstana, Türkiyəyə, Yunanıstana, Bolqarıstana, İtaliyaya, Rumıniyaya, Macarıstana və Serbiyaya qaz ixrac edir. 
Gürcüstana mavi yanacaq əsasən Cənubi Qafqaz Boru Kəməri, Türkiyəyə Bakı-Tbilisi-Ərzurum kəməri və "Cənub qaz dəhlizi"nin ən böyük hissəsi olan TANAP-la (Trans-Anadolu Qaz Boru Kəməri) vasitəsilə çatdırılır. Avropa isə Azərbaycan qazını  TAP-la (Trans-Adriatik Qaz Boru Kəməri) alır.
Energetika Nazirliyinin məlumatına görə, qeyd olunan dövrdə Avropaya keçən ilin eyni dövründəkindən 10,5 faiz çox -  2,1 milyard kubmetr qaz ixrac edilib. Türkiyəyə 1,4 milyard kubmetr, Gürcüstana isə 0,6 milyard kubmetr  mavi yanacaq göndərilib. 2024-cü ilin ilk iki ayında Türkiyəyə nəql olunan  qazın yarıdan çoxu - 0,8 milyard kubmetri TANAP vasitəsilə ötürülüb.
Azərbaycandan qaz idxal etmək istəyən daha neçə-neçə ölkədən müraciətlər alınır. Yeni çağırışlar qarşısında qaza tələbatın artması və bu ehtiyacın ödənilməsi isə kompleks tədbirlərin görülməsini, o cümlədən ixrac infrastrukturunun şaxələndirilməsini zərurətə çevirir. 2022-ci ildə istifadəyə verilən Yunanıstan-Bolqarıstan Qaz İnterkonnektoru (IGB) da məhz bu məqsədə xidmət edir. Keçən il isə Serbiya-Bolqarıstan Qaz İnterkonnektoru işə başlayıb.
Azərbaycan qazının Balkan ölkələrinə nəql olunması üçün İon-Adriatik qaz kəmərinin də tikintisi nəzərdə tutulub. Bu, TAP-ın davamı olacaq, Albaniyadan keçərək Azərbaycan qazını Xorvatiya, Monteneqro, Bosniya və Herseqovinaya çatdıracaq. Kəmərin tikintisinin 2025-ci ildə başa çatacağı planlaşdırılır. 
Azərbaycandan qaz idxal edən növbəti ölkənın Albaniya olacağı gözlənilir. Xatırladaq ki, "Cənub qaz dəhlizi"nin sonuncu seqmenti olan TAP Albaniyanın da ərazisindən keçir. Belə ki, 878 kilometr məsafə boyu uzanan bu kəmər Yunanıstanda 550 kilometr, Albaniyada 215 kilometr, Adriatik dənizinin dibində 105 kilometr və İtaliyanın quru ərazisində 8 kilometrlik yol qət edir.  TAP-la kommersiya qaz nəqlinə 2020-ci ilin sonuncu günü başlanıb və həmin vaxtdan bu xətlə Azərbaycandan Avropaya fasiləsiz olaraq mavi yanacaq çatdırılır.
Prezident İlham Əliyev hələ 2022-ci ilin noyabr ayında Albaniyaya dövlət səfəri zamanı demişdir: "O ki qaldı qaz təchizatı məsələlərinə, Azərbaycan və Albaniya TAP layihəsinin üzvləridir və "Cənub qaz dəhlizi"nin icrasında bizim ölkələrimiz çox önəmli rol oynayıblar. Azərbaycanın və Avropa İttifaqının sədrliyi ilə bu günə qədər keçirilmiş "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının bir çox toplantısında Albaniya nümayəndələri həmişə çox fəal iştirak etmişlər. Bu gün Azərbaycan qazı Avropanın enerji təhlükəsizliyinə də öz töhfəsini verir... Azərbaycanla Avropa Komissiyası arasında enerji sahəsində strateji əməkdaşlıq üzrə anlaşma memorandumu imzalanmışdır. Həmin memorandum əsasında biz 2027-ci ilə qədər Avropaya gedən qaz təchizatını iki dəfə artırmaq fikrindəyik. Təbii ki, o qaz Albaniya ərazisindən keçəcək, beləliklə, Avropanın enerji təhlükəsizliyinə əlavə dəstək və töhfə veriləcəkdir".
Hazırda Albaniya  ölkənin qazlaşdırılması layihəsi üzərində işləyir. Bu işdə də  Azərbaycanın dəstəyi böyükdür. Cari il  martın əvvəlində Albaniyanın Baş naziri Edi Rama Azərbaycana işgüzar səfərə gəlmiş, eləcə də "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının 10-cu və "Yaşıl Enerji" Məşvərət Şurasının 2-ci iclaslarında iştirak etmişdir. Prezident İlham Əliyevlə söhbətlərdə və sözügedən toplantılarda da Albaniyada qaz infrastrukturu qurulmasından bəhs edilmişdir.
"S&P Global Ratings" beynəlxalq reytinq agentliyinin məlumatına görə, Albaniya 2026-cı ildə Azərbaycan təbii qazından öz ehtiyaclarını ödəmək üçün istifadə etməyi planlaşdırır. Bu məqsədlə zəruri qazpaylayıcı infrastrukturun inkişafı üzrə planlar hazırlanır.
TAP kimi mövcud infrastruktur vasitəsilə Albaniya enerji mənbələrini şaxələndirir və hidroenergetikadan asılılığını azaldır. TAP-ın Albaniyada əsas rolu Azərbaycan qazının Avropa bazarlarına, o cümlədən İtaliyaya tranzitinə dəstək olmaqdır.
Azərbaycan qazının Albaniyaya illik tədarükü təxminən 200 milyon kubmetr həcmində gözlənilir. Bu, Trans-Adriatik Qaz Boru Kəmərinin ötürücülük qabiliyyətinin 1,2 milyard kubmetrə qədər genişləndirilməsinin birinci mərhələsinin dövrünə təsadüf edəcək ki, bunun da 1 milyard kubmetri İtaliya üçün nəzərdə tutulub. Hazırda kəmərin ötürücülük qabiliyyəti ildə 12 milyard kubmetr təşkil edir.
Beləliklə, Albaniya Gürcüstan, Türkiyə, İtaliya, Yunanıstan, Bolqarıstan, Rumıniya, Macarıstan və Serbiyadan sonra Azərbaycandan təbii qaz tədarük edən 9-cu ölkə olacaq. Eyni zamanda Azərbaycandan qaz almaq istəyən bir qrup ölkə də var. Bunlar Bosniya və Herseqovina, Monteneqro, Xorvatiya, Slovakiya və Şimali Makedoniyadır.
Xatırladaq ki, Azərbaycan Avropaya təbii qaz ixracını 2021-ci ildəki 8 milyard kubmetrdən 2023-cü ildə 11,8 milyard kubmetrə qədər artırıb. Ümumilikdə, ötən il ölkəmizdən 23,8 milyard kubmetr qaz ixrac edilib. Avropa İttifaqı ilə memoranduma əsasən, 2027-ci ilə qədər "qoca qitə"yə təbii qaz tədarükü 20 milyard kubmetrə çatdırılmalıdır.
Azərbaycanın təsdiq olunmuş təbii qaz ehtiyatları 2,6 trilyon kubmetr təşkil edir.  Hazırda "Cənub qaz dəhlizi"nin əsas ehtiyat bazası "Şahdəniz" yatağıdır. Gələcəkdə ona indi Xəzərin Azərbaycan sektorunda işlənməsinin müxtəlif mərhələlərində olan digər yataqların da qoşulacağı gözlənilir.

Flora SADIQLI,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

Ombudsman Aparatında milli amputant futbol komandasının uğurları müzakirə olunub  

19:03
19 Dekabr

Beynəlxalq “AnewZ” televiziya kanalı “The Oligarch’s Design” sənədli araşdırma filmini təqdim edəcək 

18:57
19 Dekabr

Azərbaycan Respublikası Dövlət Neft Fondunun Müşahidə Şurasının iclası keçirilib 

18:53
19 Dekabr

Bu il Müdafiə Nazirliyinin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsinə 72 min 703 vətəndaş müraciəti daxil olub

18:44
19 Dekabr

Özbəkistan Respublikasının Prezidenti Şavkat Mirziyoyevdən  

18:25
19 Dekabr

Müdafiə Nazirliyində media nümayəndələri ilə seminar keçirilib  

18:23
19 Dekabr

Ağdamda Manas Dastanı Günü və Beynəlxalq Dağlar Günü qeyd edilib  

18:16
19 Dekabr

Avropa Parlamentinin növbəti riyakarlığı

18:07
19 Dekabr

Elm və təhsil naziri Ağcabədidə vətəndaşların müraciətlərini dinləyib  

18:06
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!