10 Oktyabr 2026 08:50
148
SİYASƏT
A- A+
Azərbaycanın MDB-də artan rolu: Avaza Sammiti yeni əməkdaşlıq mərhələsini müəyyənləşdirir

Azərbaycanın MDB-də artan rolu: Avaza Sammiti yeni əməkdaşlıq mərhələsini müəyyənləşdirir


Sürətli qlobal geosiyasi və geoiqtisadi proseslərin getdiyi müasir dövrdə regional əməkdaşlıq platformalarının əhəmiyyəti daha da artır. Dövlətlər arasında qarşılıqlı etimadın möhkəmləndirilməsi, iqtisadi əlaqələrin genişləndirilməsi, nəqliyyat-kommunikasiya imkanlarının inkişaf etdirilməsi və yeni əməkdaşlıq mexanizmlərinin formalaşması beynəlxalq münasibətlər sisteminin əsas istiqamətlərindən birinə çevrilir. 

Bu baxımdan Müstəqil Dövlətlər Birliyi (MDB) postsovet məkanında siyasi dialoqun davam etdirilməsi, iqtisadi və humanitar əlaqələrin inkişafı baxımından mühüm platformalardan biri kimi çıxış edir. Azərbaycan MDB çərçivəsində əməkdaşlığa xüsusi önəm verən dövlətlərdən biridir. Ölkəmiz təşkilata üzv olduğu ilk gündən qarşılıqlı hörmət, bərabərhüquqlu tərəfdaşlıq və milli maraqlar əsasında münasibətlərin inkişaf etdirilməsi siyasətinə sadiqdir. Azərbaycanın MDB məkanındakı fəaliyyəti yalnız siyasi dialoqla məhdudlaşmır, eyni zamanda iqtisadiyyat, nəqliyyat, energetika, humanitar sahələr və regional təhlükəsizlik kimi mühüm istiqamətləri əhatə edir.

Son illərdə Azərbaycanın regional və beynəlxalq əhəmiyyətli nəqliyyat layihələrində fəal iştirakı, Avropa ilə Asiyanı birləşdirən mühüm tranzit mərkəzə çevrilməsi və çoxtərəfli əməkdaşlıq formatlarında artan rolu MDB çərçivəsində də ölkəmizin mövqeyini gücləndirir. Xüsusilə "Şərq-Qərb" və "Şimal-Cənub" beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafı Azərbaycanın regionda strateji əhəmiyyətini artıran əsas amillərdən biri kimi çıxış edir.

Bu baxımdan iclas xüsusilə əhəmiyyətlidir. Dövlətimizin başçısının iclasda iştirakı ölkəmizin təşkilat daxilində fəal rolunu və qarşıdakı illərdə MDB-nin fəaliyyətində daha mühüm mövqedə çıxış edəcəyini göstərir. Azərbaycanın 2027-ci ildə MDB-də həmsədr, 2028-ci ildə isə sədr kimi fəaliyyət göstərəcəyi isə ölkəmizin təşkilat daxilində artan siyasi çəkisinin və tərəfdaş dövlətlər arasında qazandığı etimadın göstəricisidir.

AZƏRTAC MDB Dövlət Başçıları Şurası iclasının əhəmiyyətinə və platformanın əsas xüsusiyyətlərinə qısa nəzər salır.


MDB regional əməkdaşlığın mühüm platforması kimi


Müstəqil Dövlətlər Birliyi yarandığı gündən üzv dövlətlər arasında siyasi, iqtisadi və humanitar əlaqələrin qorunması və inkişaf etdirilməsi məqsədilə fəaliyyət göstərir. Təşkilatın əsas məqsədlərindən biri dövlətlər arasında qarşılıqlı faydalı əməkdaşlıq üçün platforma yaratmaq, ortaq maraq doğuran məsələlərin müzakirəsini təmin etmək və müxtəlif sahələrdə əlaqələndirilmiş fəaliyyət həyata keçirməkdir.

Müasir dövrdə dəyişən geosiyasi reallıqlar fonunda MDB-nin əhəmiyyəti daha da artır. Qlobal iqtisadi çağırışlar, yeni nəqliyyat marşrutlarının formalaşması, enerji təhlükəsizliyi məsələləri və regional inkişaf perspektivləri üzv dövlətlər arasında daha sıx koordinasiyanı zəruri edir. Bu baxımdan MDB çərçivəsində dövlət başçıları səviyyəsində keçirilən görüşlər yalnız fikir mübadiləsi platforması deyil, həm də gələcək əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirildiyi mühüm siyasi mexanizm rolunu oynayır.

Azərbaycanın MDB-də iştirakı da məhz bu yanaşmaya əsaslanır. Ölkəmiz təşkilat çərçivəsində öz milli maraqlarını təmin etməklə yanaşı, regional əməkdaşlığın inkişafına yönəlmiş təşəbbüsləri dəstəkləyir. Rəsmi Bakının enerji, nəqliyyat və logistika imkanları MDB məkanında iqtisadi əlaqələrin genişlənməsi üçün mühüm potensial yaradır.

MDB-də sədrlik mexanizmi təşkilatın fəaliyyətində xüsusi əhəmiyyət daşıyır. Sədrlik rotasiya prinsipi əsasında həyata keçirilir və hər bir iştirakçı dövlət növbə ilə bu məsuliyyəti üzərinə götürür. Sədr ölkə təşkilatın cari fəaliyyətini əlaqələndirir, gündəliyi müəyyənləşdirir və öz ərazisində əsas Zirvə görüşlərinə evsahibliyi edir. Həmsədrlik mexanizmi isə təşkilatda davamlılığın qorunmasına xidmət edir. Əvvəlki ildə sədr olmuş və növbəti ildə sədrliyi qəbul edəcək ölkələr həmsədr kimi çıxış edirlər. Bu yanaşma idarəetmədə ardıcıllığı təmin edir, təcrübə mübadiləsinə imkan yaradır və təşkilatın fəaliyyətinin daha səmərəli qurulmasını şərtləndirir. 2026-cı ildə MDB-yə Türkmənistan sədrlik edir. Tacikistan 2025-ci ildə sədr olduğu, Özbəkistan isə 2027-ci ildə sədrliyi qəbul edəcəyi üçün hazırda həmsədr qismində çıxış edir. Bu mexanizm təşkilatda idarəetmənin davamlılığını və qərarların ardıcıl icrasını təmin edən əsas vasitələrdən biridir.


Avaza Sammiti MDB-nin gələcək prioritetlərini müəyyən edir


MDB Dövlət Başçıları Şurasının Avaza iclası təşkilatın qarşıdakı dövr üçün fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi baxımından mühüm platforma kimi çıxış edir. Görüşün gündəliyində təşkilatın gələcək inkişafı, sədrlik məsələləri və üzv dövlətlər arasında əməkdaşlığın yeni istiqamətləri ilə bağlı mühüm məsələlər yer alır.

Sammitdə 2027-ci ildə MDB-də sədrlik məsələsi, Dövlət Başçıları Şurasının növbəti iclasının Özbəkistanda keçirilməsi, MDB-nin yaranmasının 35 illiyi ilə əlaqədar dövlət başçılarının bəyanatı, 2028-ci ilin "Sosial inkişaf və həyat keyfiyyəti ili", 2029-cu ilin isə "Nəqliyyat bağlılığı ili" elan edilməsi kimi məsələlər müzakirə olunur. Bu təşəbbüslər MDB-nin yalnız siyasi dialoq platforması kimi deyil, həm də sosial-iqtisadi inkişaf istiqamətlərində əməkdaşlıq mexanizmi kimi rolunu gücləndirir. "Sosial inkişaf və həyat keyfiyyəti ili" təşəbbüsü əhalinin rifahının yüksəldilməsi, sosial siyasətin təkmilləşdirilməsi, səhiyyə və təhsil sahələrində əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyət daşıyır. "Nəqliyyat bağlılığı ili" təşəbbüsü isə regionun nəqliyyat-kommunikasiya şəbəkəsini genişləndirmək, tranzit potensialını artırmaq və yeni logistika marşrutları formalaşdırmaq üçün mühüm imkanlar açacaq.

Sammitin yekununda dövlət başçıları tərəfindən bir sıra sənədlərin imzalanması nəzərdə tutulur. Bu sənədlər MDB çərçivəsində siyasi, iqtisadi və humanitar əməkdaşlığın daha da inkişaf etdirilməsi üçün yeni imkanlar açacaq.

Beləliklə, Avaza Sammiti MDB-nin gələcək inkişaf istiqamətlərini müəyyənləşdirən mühüm siyasi hadisə olmaqla yanaşı, Azərbaycanın təşkilat daxilindəki nüfuzunu da göstərir. Ölkəmizin 2027-ci ildə MDB-də həmsədr, 2028-ci ildə isə sədr statusunda fəaliyyət göstərməsi və idarəetmə mexanizmlərində fəal iştirakı rəsmi Bakının regional əməkdaşlığa verdiyi mühüm töhfələrin təzahürüdür. Bu fəaliyyət, eyni zamanda Azərbaycanın etibarlı tərəfdaş kimi qəbul edilməsinin bariz təzahürüdür.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

İğdır liseylərində Azərbaycanın 44 günlük müharibədəki Zəfərinə həsr olunmuş müsabiqələr keçiriləcək

09:30
10 Oktyabr

Gənclər Kitabxanasında görkəmli şərqşünas alim, professor Aida İmanquliyevanın xatirəsi anılıb

09:25
10 Oktyabr

Şərqlə Qərb arasında mənəvi körpü yaradan alim ömrü

09:20
10 Oktyabr

Baş redaktor: "Avazadakı iclasların regional təhlükəsizlik baxımından nəticəyönümlü olacağına inanırıq"

09:15
10 Oktyabr

Yeni hədəflər və qarşıya qoyulan vəzifələr

09:10
10 Oktyabr

Məqsəd "Altı iqtisadiyyat - bir məhsul"dur

09:00
10 Oktyabr

Azərbaycanın MDB-də artan rolu: Avaza Sammiti yeni əməkdaşlıq mərhələsini müəyyənləşdirir

08:50
10 Oktyabr

Mərkəzi Asiya dövlətlərinin etibarlı tərəfdaşı

08:40
10 Oktyabr

Ölkəmiz AQEM-in institusional inkişafına mühüm töhfələr verir

08:30
10 Oktyabr

Azərbaycan beynəlxalq nəqliyyat dəhlizləri üzrə mövqeyini möhkəmləndirir

08:20
10 Oktyabr

Prezidentin Türkmənistana səfəri: MDB məkanından Mərkəzi Asiyaya uzanan strateji tərəfdaşlıq siyasəti

08:10
10 Oktyabr

Dövlətçilik iradəsinin, milli məsuliyyətin və gələcəyə inamın tarixi səhifəsi

08:00
10 Oktyabr

“Oyuncaqların təhlükəsizliyi haqqında Texniki Reqlament (TR 002/2026/АZ)”in təsdiq edilməsi barədə

00:51
10 Oktyabr

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında

00:50
10 Oktyabr

“Azərbaycan Respublikasının Səfirliyi haqqında Əsasnamə”nin, “Azərbaycan Respublikasının Daimi Nümayəndəliyi haqqında Əsasnamə”nin, “Azərbaycan Respublikasının Konsulluğu haqqında Əsasnamə”nin və “Azərbaycan Respublikasının fəxri konsulu haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2026-cı il 3 aprel tarixli 638 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi haqqında

00:48
10 Oktyabr

Rusiya hava məkanında tətbiq olunan məhdudiyyətlər səbəbindən AZAL-ın bu günə planlaşdırılan 4 reysi ləğv edilib

20:11
09 Oktyabr

Sülhün səsi ədalətdir

19:53
09 Oktyabr

Qaraciyər piylənməsinə qarşı təbii vasitə aşkar edilib

19:46
09 Oktyabr

Şərqi Avropanın ən qədim Aşel dövrü daş alətləri Rusiyada aşkar edilib  

19:31
09 Oktyabr

Azərbaycanın “yaşıl enerji” layihələrinə 1,1 milyon dollarlıq dəstək

19:23
09 Oktyabr

Rusiya Xəzər dənizinin rəqəmsal modelinin yaradılmasını təklif edib

19:13
09 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!