18 Aprel 2023 01:02
3968
Mədəniyyət
A- A+
Azərbaycanın maddi-mədəniyyət abidələrinin zənginliyi daim diqqət çəkir

Azərbaycanın maddi-mədəniyyət abidələrinin zənginliyi daim diqqət çəkir

 

Bu əlamətdar gün UNESCO-nun abidələrin və tarixi yerlərin mühafizəsi məsələləri üzrə Beynəlxalq Şurasının qərarı əsasında qeyd edilir. Məqsəd maddi-mədəniyyət abidələrinin qorunması kimi olduqca mühüm məsələni dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdır. Beləcə, hər ilin 18 apreli - Tarixi Abidələrin Mühafizəsi Günü bəşəriyyətin mədəni irsinin müxtəlifliyini, onların zəif aspektlərini və qorunmaları üçün lazım olan səyləri bir daha nəzərə çarpdırır.
1983-cü ildə UNESCO tərəfindən Tarixi Yerlər və Abidələrin Mühafizəsi Şurasının (İCOMOS) təklifi ilə  təsis edilib və Tarixi Abidələrin Mühafizəsi Günü ilk dəfə 1984-cü il aprelin 18-də dövlətlərarası səviyyədə təşkil olunub.
Dünya ictimaiyyətini narahat edən məsələlərdən biri də dünyada minlərlə abidənin məhv olmaq təhlükəsidir. Bu mənada, Tarixi Abidələrin Mühafizəsi Gününün qeyd olunması böyük əhəmiyyət daşıyır. 
Həmin gün dünyanın bir çox ölkəsində müxtəlif tədbirlər, konfranslar, "dəyirmi masa"lar təşkil edilir. Ölkəmizdə də bu əlamətdar gün hər il tədbirlərlə geniş qeyd olunur. Həmin gün qoruqlarda, tarixi məkanlarda abidələrin və tarixi yerlərin qorunmasının təbliği məqsədilə müxtəlif tədbirlər, sərgilər keçirilir.

 

Qədimliyin nişanələri...

 

Tarixin yadigarları olan mağaralar, məqbərələr, saraylar, məbədlər, məscidlər, körpülər, ovdanlar, günbəzlər, minarələr və digər abidələr əsrlərin, minilliklərin sərt sınaqlarından keçərək bu günümüzə gəlib çatıblar. Bu abidələr xalqların misilsiz mənəvi sərvətidir. Onlar tarixi qədimliyin nişanələridir. 
Azərbaycan maddi-mədəniyyət abidələrinin qədimliyi və zənginliyi ilə diqqətçəkən ölkələrdən biridir. Azıx mağarası, Tağlar mağarası, Qobustan, Gəmiqaya və Kəlbəcərin qayaüstü təsvirləri, Çıraqqala, Cavanşir, Oğlanqala, Gülüstan, Əlincə kimi qalaları, Möminə xatun türbəsi, Yusif ibn Küseyr türbəsi, Şirvanşahlar sarayı, İrəvan sərdar sarayı, Şəki xan sarayı, Şah Abbas məscidi, Göy məscid, Cümə məscidi, Təzəpir məscidi Yuxarı Gövhərağa və Aşağı Gövhərağa məscidləri və digər nadir memarlıq nümunələri bu məmləkətin qədim sivilizisiya məskənlərindən olduğunu, sonrakı dövrlərdə də inkişaf etdiyini söyləməyə əsas verir.
Azərbaycanda həm yerli, həm də dünya əhəmiyyətli abidələr çoxdur. Onların hər birinin qorunması yalnız ölkəmiz üçün deyil, eyni zamanda bəşər tarixinin öyrənilməsi baxımından vacibdir. Qeyd edək ki, bu sahədə beynəlxalq təşkilatlarla əlaqələr uğurla inkişaf etdirilir. Azərbaycan 2002-ci ildə Abidələrin Bərpası və Tədqiqi Beynəlxalq Mərkəzinə üzv qəbul olunub.
Beynəlxalq İnkişaf Assosiasiyası ilə Azərbaycan hökuməti arasında imzalanmış "Mədəni irsin qorunmasına yardım haqqında" sazişə uyğun olaraq, Bakıda Şirvanşahlar Saray-Kompleksində, Naxçıvanda Möminə Xatın və Qarabağlar türbələrində, Şəki Xan sarayında bərpa və yenidənqurma işləri aparılıb.
2000-ci ildə İçərişəhər Qız qalası və Şirvanşahlar Sarayı ilə birlikdə, 2007-ci ildə isə Qobustan Dövlət Tarixi-Bədii Qoruğu UNESCO-nun Dünya İrsi Siyahısına daxil edilib.

 

Amansız müharibələrin və işğalların tarixi abidələrə vurduğu zərbələr

 

Təəssüf ki, zaman-zaman tarixi abidələri təbii fəlakətlə, eləcə də insanların, əlaqədar təşkilatların laqeydliyi, biganəliyi məhvə sürükləyib. Tarixin yadigarları olan maddi mədəniyyət nümunələrinə dəhşətli müharibələrin, işğalların vurduğu zərbələr də ağır olub. Təəssüflə qeyd edək ki, Yer üzünün bəzi əraziləri bu gün də sülh və əmin-amanlıq içərisində deyil. Silahlardan açılan atəşlər, atılan bombalar neçə-neçə insanın həyatına son qoyur, yaxud sağlamlıqlarını əllərindən alır. Bu amansız hücumlar nəticəsində həm də tarixi abidələr dağıntılara məruz qalır.
Müharibələr Azərbaycanın da zəngin maddi mədəniyyət abidələrinə ağır zərbələr vurub. Yalnız uzaq tarixi dövrlərdə deyil, elə otuz ilə yaxın müddətdə baş verən iki savaşda - Birinci Qarabağ müharibəsində və İkinci Qarabağ müharibəsində yüzlərlə yerli və dünya əhəmiyyətli tarixi abidələr erməni vandalizminə məruz qalıb. 1990-cı illərdə təcavüzkar Ermənistan tərəfindən işğal olunanda Qarabağda və Şərqi Zəngəzurda 13 dünya əhəmiyyətli (6 memarlıq və 7 arxeoloji), 292 ölkə əhəmiyyətli (119 memarlıq və 173 arxeoloji) və 330 yerli əhəmiyyətli (270 memarlıq, 22 arxeoloji, 23 bağ, park, monumental və xatirə abidələri, 15 dekorativ sənət nümunəsi) tarix və mədəniyyət abidələri vardı, eyni zamanda həmin ərazilərdə 40 mindən artıq eksponatın toplandığı 22 muzey, 4,6  milyon kitab fondu olan 927 kitabxana, 808 klub, 4 teatr və 2 konsert salonu, 31 məscid, 9 tarixi saray, 8 mədəniyyət və istirahət parkı və 4 rəsm qalereyası mövcud idi. Ermənilər Azərbaycana məxsus olan maddi və mənəvi dəyəri misilsiz olan bütün nümunələri amansızlıqla qarət edib, talayıb, daşıyıb Ermənistana apardılar.
Ermənistan tərəfindən 1990-cı illərdə zəbt edilmiş həmin ərazilərdə qalmış, dünyanın ən qədim yaşayış məskənlərindən olan Azıx və Tağlar mağaraları ermənilər tərəfindən talanmış, tarixi saxtalaşdırılmağa çalışılmışdı. Ümumiyyətlə, Ermənistan silahlı qüvvələrinin işğal altında saxladıqları otuz ilə yaxın müddətdə Azərbaycanın ərazilərindəki bütün tarixi, mədəni, dini abidələr eyni vandallıqla üzləşmişdi. Təcavüzkar ermənilər onları qarət etmiş, dağıtmış, tarixlərini saxtalaşdırmağa səy göstərmişdilər. Qarabağda və Şərqi Zəngəzurda neçə-neçə mədəni, dini abidələrimiz erməni vandalizminin qurbanı olmuşdu.
2020-ci ildə qırx dörd günlük İkinci Qarabağ müharibəsində Qəhrəman Azərbaycan Ordusu Ermənistan silahlı qüvvələrini məğlubiyyətə uğratdı. Qarabağda və Şərqi Zəngəzurda ermənilərin vəhşicəsinə törətdikləri dağıntıları, hər yanı xarabalığa çevirdiklərini, tarixi abidələri talan, məhv etdiklərini yalnız Azərbaycan xalqı deyil, bütün dünya gördü. Ermənistan dövləti bu vandallığa görə təkcə Azərbaycan xalqının yox, dünya ictimaiyyətinin, beynəlxalq təşkilatların qarşısında cavab verməli, cəzasını almalıdır. Haqq, ədalət, eləcə də beynəlxalq prinsiplər bunu tələb edir. Azərbaycan Prezidenti İlham Əliyev Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bir daha diqqətə çatdırdı ki, iki il bundan əvvəl biz öz tarixi missiyamızı şərəflə yerinə yetirərək ədaləti bərpa etdik, düşmənləri torpaqlarımızdan qovduq, Azərbaycanın ərazi bütövlüyünü bərpa etdik: "Bu gün azad edilmiş torpaqlarda yaşayırıq, qururuq, yaradırıq, dağıntıları aradan qaldırırıq və dünyaya göstərməyə çalışırıq ki, gəlin, baxın, gözlərinizi açın, bu vəhşilikləri törədən sizin sevimli erməni xalqıdır. Bu cinayətləri hansısa yad planetdən gələnlər yox, sizin sevimli və himayəniz altında olan erməni xalqı törədib, məscidləri dağıdıb, tarixi abidələri dağıdıb, qəbirləri dağıdıb, olmazın vəhşiliklərini edib. Eynisini onlar Qərbi Azərbaycanda da ediblər. Sadəcə olaraq, dünya ictimaiyyəti bunu görmür, ya da ki, görmək istəmir. Necə ki Qarabağda erməni vəhşilikləri faktiki olaraq heç kim tərəfindən təsdiqlənmirdi".
Azərbaycan bir sıra nüfuzlu beynəlxalq təşkilatların, həmçinin 1992-ci ildən UNESCO-nun üzvüdür. Təşkilatın respublikamızın da üzvü olduğu Konvensiyalarından ikisi - Haaqa Konvensiyası və Ümumdünya İrs Konvensiyası bilavasitə mədəni sərvətlərin qorunması baxımından mühüm əhəmiyyət daşıyır.
Respublikamız bütün beynəlxalq təşkilatlar kimi, UNESCO-nun da etibarlı və sadiq tərəfdaşıdır. Qeyd edək ki, Azərbaycan tərəfindən indiyədək bu beynəlxalq təşkilata çoxsaylı müraciətlər ünvanlanıb. Lakin təəssüf ki, UNESCO hələ də işğaldan azad edilmiş ərazilərə monitorinq aparılması üçün  missiya göndərməyib.
Görünən odur ki, cəzasızlıq işğalçı Ermənistan dövlətini, erməni vandallarını arxayınlaşdırır və daha da azğınlaşdırır. Əsl sakinlərini - azərbaycanlıları XX əsrin sonlarında silah gücünə qovduqları Qərbi Azərbaycan ərazisində tarixi abidələrə qarşı illərdir həyata keçirdikləri vandal əməllərini çəkinmədən bu gün də davam etdirirlər. Həmin yerlərdə tarixin yadigarları olan maddi mədəniyyət nümunələri dağıdılır və ya tarixləri saxtalaşdırılır.

Zöhrə FƏRƏCOVA,
"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!