13 Fevral 2022 00:36
1692
İQTİSADİYYAT
A- A+
Azərbaycanın daha çox elektrik enerjisi ixrac etmək potensialı var

Azərbaycanın daha çox elektrik enerjisi ixrac etmək potensialı var

 

Bir həftə ərzində Azərbaycanda iki mühüm əhəmiyyətli enerji obyektinin istifadəyə verilməsi ölkəmizdə bu istiqamətdə görülən işlərin və aparılan islahatların daha bir göstəricisidir. Prezident İlham Əliyev fevralın 8-də yenidən qurulan “Yaşma” qovşaq yarımstansiyasının açılışından sonra - fevralın 11-də “Qobu” Enerji Qovşağını - yükötürmə gücü 1000 meqavat olan 330/220/110 kilovoltluq “Qobu” yarımstansiyasını və 385 meqavatlıq “Qobu” Elektrik Stansiyasını işə salıb.

Dövlət başçısının 2020-ci ilin avqustunda təməlini qoyduğu bu stansiya və yarımstansiya rekord müddətdə tikilib. Azərbaycan energetikası tarixində ilk dəfə istilik elektrik stansiyasının layihələndirilməsini xarici mütəxəssislər deyil, “Azərenerji” ASC-nin Layihə-Axtarış Energetika İnstitutu həyata keçirib və obyekti yerli şirkət tikib. Ən əsası odur ki, burada tikilən yarımstansiya Bakıda inşa olunan ilk 330 kilovoltluq yarımstansiyadır.

Prezident AZƏRTAC-a müsahibəsində də ölkəmizin elektirik enerjisi sahəsində aparılan bu və digər işlər haqqında geniş bəhs edib.

Məlum olduğu kimi, 44 günlük Vətən müharibəsi tarixi qələbəmizlə başa çatdıqdan sonra regionda yeni reallıqlar yaranmışdır. Ardınca Prezident İlham Əliyev dünyanı heyrətləndirən ikinci bir addım da ataraq işğaldan azad edilən ərazilərdə quruculuq-bərpa işlərinə başlamaq barədə göstəriş vermiş və həmin işləri öz nəzarətinə götürmüşdür.

Bu da təsadüfi deyildi. Çünki düşmən ərazilərimizin hər qarışına mina basdırmışdı. Məqsəd həmin yerlərə qayıdışımızı əngəlləyərək mümkün qədər gecikdirmək idi. Buna baxmayaraq, bərpa-quruculuq işləri elə sürətlə həyata keçirilməyə başladı ki, hər kəs xalqımızın  əzmkarlığına heyran qaldı. Məsələn, Füzuli hava limanı cəmi 8 ay ərzində tikilərək istifadəyə verildi. Hazırda Qarabağ və Şərqi Zəngəzurun hər yerində qızğın iş gedir. Artıq “Zəfər yolu” daxil yüz kilometrlərlə avtomobil yolu istismara verilib, Zəngilanın Ağalı kəndində “ağıllı” yaşayış məntəqəsi salınıb, elektrik yarımstansiyaları tikilib, tarixi abidələrin bir çoxu bərpa olunub və s.

Ümumiyyətlə, işğaldan azad edilmiş ərazilərin bərpası, oraya qayıdacaq insanlar üçün normal yaşayış şəraiti yaradılması məqsədi ilə  bütün infrastruktur layihələri paralel həyata keçirilir. Onların hər biri vacib olsa da, enerji layihələrinin icrası daha önəmlidir.  Çünki digər infrastrukturun fəaliyyət göstərməsi üçün elektrik enerjisi vacibdir. Məsələn, Füzuli hava limanın tikilib istifadəyə verilməsi yalnız  fasiləsiz enerji təminatı ilə mümkün olmuşdur.

Bu səbəbdən sözügedən ərazilərdə elektrik enerjisi infrastrukturunun yaradılmasına xüsusi diqqət yetirilir. Ötən il Prezident İlham Əliyevin iştirakı ilə Laçındakı “Güləbird” Su-Elektrik Stansiyasının, “Suqovuşan-1” və “Suqovuşan-2” kiçik su- elektrik stansiyalarının yenidənqurmadan sonra açılışı olmuşdur. “Kəlbəcər-1” Kiçik Su-Elektrik stansiyasında  işlər tamamlanmışdır. Bununla yanaşı, azad olunmuş ərazilərdə 110/35/10 kV-luq rəqəmsal yarımstansiya tikilmiş, “Şuşa”, “Şükürbəyli”, “Kəlbəcər”, “Cəbrayıl”, “Zəngilan”, “Qubadlı” yarımstansiyaları istismara verilmişdir. Ağdamda iki yerdə inşa edilən 110/35/10 kV-luq “Ağdam-1” və “Ağdam-2” yarımstansiyalarında, o cümlədən “Qarabağ” Regional İdarəetmə Mərkəzində də tikinti işləri tamamlanmışdır.

Qarabağ və Şərqi Zəngəzurda tikilən 9 yarımstansiyanın hamısı ölkənin ümumi enerji sisteminə qoşulmaqla yanaşı, həm də tam rəqəmsallaşdırılmışdır. Belə ki, işğaldan azad edilən ərazilərdə IV Sənaye İnqilabına uyğun olaraq intellektual enenrji sistemi konsepsiyası həyata keçirilməklə, müasir, dayanıqlı, rəqəmsallaşdırılmış yarımstansiyalar modeli formalaşdırılmışdır. Bunun sayəsində istismara verilən yarımstansiyalarda aktivlərin, proseslərin, resursların idarə edilməsi, açılıb qoşulma əməliyyatları, tədarük və paylanma zəncirlərinin təkmilləşdirilməsi, qüsurların vaxtında aradan qaldırılması proqram təminatı vasitəsilə avtomatik həyata keçirilir.   

Cari ildə də bu ərazilərdə enerji infrastrukturunun yaradılması işləri davam edəcək. Həmin yerlərdə 5 yeni su-elektrik stansiyası inşa ediləcək ki, bu da ümumi enerji potensialımızı daha da gücləndirəcək.  

Məlum olduğu kimi, indi dünyada ətraf mühitə zərər verməyən bərpaolunan enerjidən istifadəyə böyük diqqət yetirilir. Bizim neft-qazla yanaşı, bu sahədə də potensialımız yüksəkdir. Odur ki, dövlət tərəfindən Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” zonası üçün konseptual proqnoz hazırlanıb. Bu ərazilərdə bərpaolunan mənbələrin potensialının beynəlxalq qiymətləndirilməsi aparılıb və ilkin rəqəmlər ümidvericidir. Belə ki, burada külək enerjisinin potensialı 7200 meqavat, günəş enerjisinin isə 2000 meqavatdan çoxdur. Uzun illər ölkəmizdə neft-qaz sahəsində fəaliyyət göstərən bp şirkəti Cəbrayıl rayonunda 200 meqavatdan çox gücə malik bərpaolunan enerji mənbəyinin tikintisinə maraq göstərir.

Prezident İlham Əliyev bu il fevralın 4-də Bakıda “Gülüstan” sarayında “Cənub qaz dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin 8-ci toplantısında ölkəmizin bərpaolunan enerji sahəsindəki potensialının yüksək olduğunu bildirərək demişdir: “Bizim həmçinin Xəzər dənizinin qiymətləndirilməsinə dair xüsusi proqramımız var. İlkin rəqəmlər göstərir ki, Xəzər dənizinin texniki potensialı 150 min meqavatdan çoxdur. Artıq biz bu potensialın inkişafı ilə bağlı aparıcı beynəlxalq enerji şirkətlərindən müəyyən ilkin təkliflər almışıq”.

Dövlət başçısı ölkəmizin enerji ilə təminatda yüksək nailiyyətlər əldə etdiyini bildirərək qeyd etmişdir ki, Davos Dünya İqtisadi Forumunun qiymətləndirilməsinə əsasən, enerjiyə əlçatanlıq reytinqinə görə dünya üzrə ikinci yerdəyik.  Dövlət tərəfindən enerji infrastrukturunun yaradılması üçün böyük həcmdə vəsait qoyulub. Yeni elektrik stansiya və yarımstansiyaları tikilib və elektrik xətləri çəkilib.

Bu gün Azərbaycan enerji ilə təkcə özünü tam təmin etmir,  enerji ixrac edən ölkə kimi də tanınır. Bu sahədə ölkəmizin potensialı yüksəkdir. Odur ki, ölkəmiz ixracatın həcmini daha da artırmaq niyyətindədir. Hazırda Azərbaycan Türkiyəyə, Rusiyaya, Gürcüstana və İrana elektrik enerjisi ixrac edir. Məqsəd isə daha çox həcmdə elektrik enerjisi ixrac etməkdir. Prezident İlham Əliyev AZƏRTAC-a müsahibəsində bu barədə demişdir: “Bu gün hər kəs görür ki, dünyada iqtisadi, maliyyə böhranı hələ də başa çatmayıb. Buna baxmayaraq, Azərbaycanda öz vəsaiti hesabına inşa edilən bu nəhəng obyektlərin istifadəyə verilməsi həm maliyyə imkanlarımızı göstərir, maliyyə müstəqilliyimizdən xəbər verir, texniki imkanlarımızı göstərir və onu göstərir ki, son illərdə elektrik enerjisi sahəsində çox böyük işlər görülüb, bu işlərin yenə də davamı var. Çünki artan tələbat - həm daxili tələbat, həm xarici tələbat, artan ixracımız bunu diktə edir. Onu da bildirməliyəm ki, keçən il Azərbaycanda 27 milyard kilovat/saat elektrik enerjisi istehsal edilmiş və 1,6 milyard kilovat/saat ixrac olunmuşdur. Bu, rekord göstəricidir. Yəni biz artıq çox ciddi elektrik enerjisini ixrac edən ölkəyə çevrildik. Qeyd etdiyim kimi, həm daxili tələbat, həm də xaricdə enerji gücümüzə olan tələbat bizi yeni addımların atılmasına sövq edəcək”.

 

Rüstəm KAMAL,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!