Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzv ölkələri ilə sıx iqtisadi əlaqələri var
Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvü olan ölkələrlə (Ermənistan istisna edilməklə) sıx iqtisadi və ticarət əlaqələri var. Bu münasibətlər müntəzəm olaraq genişlənir və həm ölkəmiz, həm də təşkilatın hər bir iştirakçısı üçün əhəmiyyətlidir. Odur ki, dövlətimizin başçısı İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin dəvəti ilə Ali Avrasiya İqtisadi Şurasının iclasında qonaq qismində iştirak etməsi də təsadüfi deyildi.
Azərbaycanın Avrasiya İqtisadi Birliyinin üzvləri ilə əməkdaşlığı 30 ildir uğurla inkişaf edir. Ötən il ölkəmizin Avrasiya İqtisadi Birliyi ilə əmtəə dövriyyəsi 31 faiz artıb və 4,7 milyard dollar olub. Bu ilin yanvar-aprel aylarında qarşılıqlı ticarətin həcmi daha 38 faiz artıb. Ötən il Avrasiya İqtisadi Birliyinə üzv ölkələrin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 9 faizə yaxın təşkil edib. Gələcəkdə əmtəə dövriyyəsinin artması üçün də böyük potensial var.
Hamıya yaxşı məlumdur ki, Azərbaycan "Şərq-Qərb" və "Şimal-Cənub" nəqliyyat yollarının coğrafi kəsişməsində yerləşir. Nəqliyyat-logistika infrastrukturumuz bütün bu istiqamətlərdə daşımaların həyata keçirilməsinə imkan verir. Belə ki, ölkəmiz Xəzərdə 50 gəmidən ibarət ən böyük ticarət donanmasına malikdir. 15 milyon ton yükün daşınmasına hesablanmış Ələt Dəniz Ticarət Limanı yaxın vaxtlarda daha da modernləşdiriləcək və bununla da yükaşırmaların həcmi 25 milyon tona çatacaq. Son zamanlar Azərbaycan ərazisindən yükdaşımaların artdığı üçün bunun xüsusi əhəmiyyəti var.
Bakıda artıq bir neçə ildir bütün növ gəmilər hazırlaya bilən müasir gəmiqayırma tərsanəsi fəaliyyət göstərir. Yeri gəlmişkən qeyd edək ki, ölkəmizin gəmiqayırma imkanları Xəzərdəki qonşularımıza da təqdim olunub. Bakı gəmiqayırma zavodunda onların sifarişlərinin qəbul edilməsi üzrə danışıqlar və fəal iş aparılır.
Bir sözlə, Azərbaycan tam iqtisadi müstəqilliyə nail olub. Bu da ölkəmizin uğurla həyata keçirdiyi müstəqil xarici siyasət kursunu aparmaq imkanının mühüm amilidir.
Bütün bunlar Prezident İlham Əliyevin Ali Avrasiya İqtisadi Şurasının iclasındakı çıxışında vurğulandı: "Təxminən dörd ildir Azərbaycan 120 dövləti birləşdirən Qoşulmama Hərəkatına uğurla sədrlik edir. Qoşulmama Hərəkatı Birləşmiş Millətlər Təşkilatından sonra sayca ikinci beynəlxalq təsisatdır. Azərbaycan iqtisadiyyatı özü-özünü təmin edir və kənardan dəstəyə ehtiyacı yoxdur. Son 20 il ərzində ölkəmizin ümumi daxili məhsulu (ÜDM) 3 dəfədən çox artıb. Yoxsulluğun səviyyəsi təxminən 50 faizdən 5 faizə enib. Xarici borc ÜDM-in demək olar ki, 9 faizindən aşağı səviyyəsindədir və ildən-ilə azalır. Azərbaycanın valyuta ehtiyatları xarici borcu 10 dəfə üstələyir. Hazırda qarşımızda duran başlıca məsələlərdən biri ixracın şaxələndirilməsidir. İqtisadiyyatın şaxələndirilməsinə gəlincə, bu məsələ uğurla həll olunur. Azərbaycan iqtisadiyyatının böyük hissəsi artıq qeyri-xammal sektorunda formalaşır. İxracata gəlincə, qeyri-xammal sektorunun ixracını artırmaqdan ötrü biz hələ fəal işləməliyik".
İşsizliyin səviyyəsi cəmi 5 faiz təşkil etsə də, dövlətimiz daim yeni iş yerlərinin yaradılmasına səy göstərir. Çünki demoqrafik artım var. Son 30 il ərzində Azərbaycan əhalisinin sayı 7 milyondan 10 milyona çatıb.
Ölkəmizin hərtərəfli inkişafının panoramında işğaldan azad edilmiş ərazilərimizdə görülən genişmiqyaslı işlərin xüsusi önəmi var. Odur ki, dövlətimizin başçısı bu məsələyə də toxunmuşdur: "Bakı-Tbilisi-Qars dəmir yolu Avropaya, həmçinin Türkiyənin Aralıq dənizi limanlarına çıxışı təmin edir. Azərbaycan "Şimal-Cənub" nəqliyyat dəhlizi layihəsinin fəal iştirakçısıdır. Biz, həmçinin ölkənin əsas hissəsini Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək, həm də beynəlxalq dəmir yolu marşrutlarının bir hissəsi olacaq Zəngəzur dəhlizinin yaradılması təşəbbüsünü irəli sürmüşük. Azərbaycanda 8 beynəlxalq aeroport fəaliyyət göstərir. Onlardan ikisi işğaldan azad olunmuş torpaqlarda - Füzuli və Zəngilanda son iki ildə tikilib. Doqquzuncu beynəlxalq aeroport azad olunmuş Laçında tikilir və 2025-ci ildə istismara veriləcək. Ölkəmiz illik 500 min ton yük dövriyyəsi ilə regionda ən iri hava yük donanmasına malikdir".
Qeyd edək ki, mayın 25-də Moskvada dövlətimizin başçısının Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü də olub.
Görüşdə Azərbaycan və Avrasiya İqtisadi Birliyinin iştirakçısı olan bütün ölkələr arasında münasibətlərin səviyyəsinin və xarakterinin ciddi, dərin məna daşıdığı qeyd edilib. Həmçinin bildirilib ki, ikitərəfli əsasda götürüldükdə ümumilikdə Rusiya-Azərbaycan münasibətləri yüksək səviyyədədir. Ulu Öndər Heydər Əliyev minnətdarlıqla xatırlanıb. Prezident İlham Əliyevə və nümayəndə heyətimizə xalqımızın Ümummilli Liderinin 100 illik yubileyinin Rusiyada, həm təkcə paytaxt Moskvada deyil, ölkənin digər yerlərində də bayram edildiyi barədə məlumat verilib.
Flora SADIQLI,
"Azərbaycan"
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycanın Belçikadakı səfiri XİN-ə və polisə təşəkkür edib
02 Oktyabr
Hitlerin evində Avstriya polisi yerləşəcək
02 Oktyabr
“Sabah” FİBA Avropa Kubokuna qələbə ilə başlayıb
02 Oktyabr
Yeni dəniz canlısı kəşf edilib
02 Oktyabr
Sergey Lavrov: Biz Qarabağda vəziyyəti sabitləşdirmək üçün azərbaycanlı həmkarlarımızla işləyirik...
02 Oktyabr
Azərbaycan və APSCO arasında əməkdaşlığın genişləndirilməsi müzakirə edilib
02 Oktyabr
Tornikr Rijvadze: Heydər Əliyevin anadan olmasının 100-cü ildönümünü Batumidə qeyd etdiyimizə görə ç...
02 Oktyabr
Qarabağ bölgəsində yaşayan erməni sakinlərin miqrasiya və sosial məsələlərlə bağlı müraciətləri dinl...
02 Oktyabr
MN: Ermənilər Kəlbəcərdəki mövqelərimizə döyüş kvadrokopterləri vasitəsilə partlayıcı vasitələr atıb...
02 Oktyabr
TUA rəsmisi: “IAC-2023 Azərbaycanda, dünyanın hər yerindən olan bütün kosmik insanları birləşdirən m...
02 Oktyabr
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
44 günlük Zəfərə 23 saatlıq əlavə23 Sentyabr 2023

“Dəmir yumruğ”un ağıllandırma tədbirləri21 Sentyabr 2023

Qarabağ qanunsuz silahlı dəstələrdən təmizlənir20 Sentyabr 2023

Heydər Əliyevin başlatdığı, İlham Əliyevin yekunlaşdırdığı möhtəşəm layihə17 Sentyabr 2023

Azərbaycanın yaratdığı reallıqların alternativi yoxdur07 Sentyabr 2023

Belə davam etsə, “dəmir yumruq" işə düşəcək06 Sentyabr 2023

OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!