01 İyul 2022 01:39
576
İQTİSADİYYAT
A- A+
Azərbaycanın "ağıllı kənd" modelini təbliğ edən tədbirlər keçirilib

Azərbaycanın "ağıllı kənd" modelini təbliğ edən tədbirlər keçirilib

 

Özü də Brüsseldə

 

Avropa Parlamentində erməni işğalından azad olunmuş Azərbaycanın Zəngilan rayonundakı Ağalı kəndində uğurla həyata keçirilən "ağıllı kənd" layihəsinin təqdimatı keçirilib.

Tədbirdə Avropa Parlamentinin "ağıllı kənd"lər üzrə parlament qrupunun 45 üzvü ilə yanaşı, Azərbaycan Respublikasının Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev və Azərbaycanın Belçikadakı səfiri Vaqif Sadıqov iştirak ediblər.

Mirzə Əliyev Azərbaycanın azad olunmuş ərazilərində həyata keçirilən yenidənqurma işləri barəsində ətraflı məlumat verib, Ağalı "ağıllı kənd" layihəsi çərçivəsində görülmüş işləri avroparlamentarların diqqətinə çatdırıb, tədbir iştirakçılarının çoxsaylı suallarını cavablandırıb.

Ən yüksək beynəlxalq standartlara cavab verən bu layihə çərçivəsində həmin kənddə yaşayacaq vətəndaşların rifah səviyyəsinin yüksəldilməsi və bu məqsədlə ən müasir rəqəmsal, həmçinin texnoloji həllərin tətbiqi böyük maraqla qarşılanıb. Tədbirdə "yaşıl enerji" mənbələri, enerji səmərəliliyi, "ağıllı kənd təsərrüfatı" üsullarının istifadəsi ətrafında geniş fikir mübadiləsi aparılıb. Avropa Parlamentinin üzvləri ölkəmizdə bu istiqamətdə qazanılmış təcrübə ilə yerində tanış olmaq üçün Azərbaycana səfər etmək niyyətində olduqlarını bildiriblər.

Eyni zamanda Brüsseldə yerləşən Avropa Ağıllı Kəndlər Forumunun təşkilatçılığı və Belçikadakı Azərbaycan səfirliyinin dəstəyi ilə keçirilmiş növbəti təqdimatda Avropa Parlamentinin deputatları, Avropa Komissiyasının rəsmiləri, Belçikadakı diplomatik korpusun əməkdaşları, tədqiqat mərkəzlərinin və kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.

Tədbirdə Avropa Parlamentinin üzvü, Avropa Ağıllı Kəndlər Forumunun həmsədri Frank Boqoviç və səfir Vaqif Sadıqov layihənin əhəmiyyətini vurğulayıblar. Daha sonra Aqrar Xidmətlər Agentliyinin sədri Mirzə Əliyev qonaqları Ağalı "ağıllı kənd" layihəsi çərçivəsində görülmüş işlər haqqında məlumatlandırıb.

Növbəti tədbirdə Ağalı "ağıllı kənd" layihəsini təqdim etmək məqsədilə Avropa Komissiyasının Xarici Fəaliyyət Xidməti, Qonşuluq Siyasəti və Kənd Təsərrüfatı üzrə Baş Direktorluqlarının rəsmiləri ilə görüş keçirilib. Görüş zamanı Mirzə Əliyev sözügedən layihə barədə təqdimatla çıxış edib və sualları cavablandırıb.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Az və ya çox yatmaq erkən qocalmanı sürətləndirə bilər  

17:41
15 May

Azərbaycan, Ukrayna, Qazaxıstan, Qırğızıstan və Özbəkistan arasında TRACECA Vahid Tranzit İcazəsi Sazişi imzalanıb  

17:31
15 May

Mirziyoyev: TDT dayanıqlı inkişaf tempi nümayiş etdirən nüfuzlu quruma çevrilib

17:30
15 May

Türkiyə Prezidenti Türk Dövlətləri Təşkilatı ölkələrini ortaq rəqəmsal vizyonu formalaşdırmağa çağırıb

17:29
15 May

Bakıda mayın 17-də və 18-də fasilələrlə yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

17:28
15 May

DSMF-nin təşəbbüsü ilə Müşfiq qəsəbəsində 100-dən çox ağac əkilib

17:27
15 May

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq edib

17:26
15 May

Tramp: Mənim Kim Çen Inla çox yaxşı münasibətlərim var

17:25
15 May

Birinci Qarabağ müharibəsinin şəxsiyyətləri müəyyənləşən 2 itkin şəhidi torpağa tapşırılıb  

17:24
15 May

Qazaxıstanın dövlət qulluqçuları “ASAN xidmət” təcrübəsini öyrənirlər

17:24
15 May

Baş prokuror Masallı rayonunda vətəndaşların müraciətlərini dinləyib

17:23
15 May

Monqolustanlı parlamentari: Azərbaycanla münasibətlər son illərdə dinamik inkişaf edir

17:23
15 May

Xocalı sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib  

17:22
15 May

Türküstanda Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası olub

17:21
15 May

Qırğızıstan Prezidenti: Türk İnvestisiya Fondu TDT-yə üzv ölkələr arasında iqtisadi əməkdaşlığın rəqəmsallaşdırılmasına təsirli təsir göstərəcək  

17:20
15 May

İstehlak bazarında qiymətlər açıqlanıb

17:19
15 May

Özbəkistan Prezidenti TDT-də səmərəli sədrliyə görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib  

17:19
15 May

Aprelin 19-da keçirilmiş imtahanların nəticələri açıqlanıb: bir nəfər 300 bal toplayıb

17:18
15 May

Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyəti Xankəndidə quruculuq işləri ilə tanış olub  

17:17
15 May

Almaniya Kansleri və ABŞ Prezidenti Hörmüz boğazının açılmasını müzakirə ediblər

17:16
15 May

İntensiv yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

17:15
15 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!