14 Dekabr 2014 01:12
228
İQTİSADİYYAT
A- A+
Azərbaycanda mütərəqqi sığorta-pensiya modeli tətbiq olunur

Azərbaycanda mütərəqqi sığorta-pensiya modeli tətbiq olunur

 

Azərbaycanda vahid prinsiplər əsasında fəaliyyət göstərən və ölkənin bütün işləyən əhalisini əhatə edən, təyin olunan pensiyaların məbləğinin sistemə ödənilmiş və fərdi uçotu aparılmış sosial sığorta haqlarına bağlı olan müasir sığorta-pensiya sistemi formalaşdırılıb. Hazırda Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində 2 milyon 886 mindən çox şəxs qeydiyyatdadır.

Sığortaedənlər tərəfindən ödənilən sosial sığorta haqlarının hər bir şəxs üçün açılmış fərdi hesabda fərdi uçotu aparılır və təyin olunan pensiyalar bu uçot məlumatları əsasında reallaşdırılır. Bu o deməkdir ki, hər bir şəxs öz pensiya məbləğinin formalaşmasında birbaşa iştirak edir.

Dövlət Sosial Müdafiə Fondunun fərdi uçot sistemində qeydiyyatda olan hər bir sığortaolunan özü üçün məcburi dövlət sosial sığorta haqlarının vaxtında və tam məbləğdə köçürülməsinə nəzarət etmək imkanına malikdir. Belə ki, istənilən sığortaolunan həm DSMF-nin saytı (www.sspf.gov.az), həm də “Elektron hökumət” portalı (www.e-gov.az) vasitəsilə “Sığortaolunanlara məlumatların verilməsi” adlı elektron xidmətdən istifadə etməklə onun üçün işəgötürən tərəfindən hər ay üzrə ödənilən məcburi dövlət sosial sığortası barədə məlumatları maneəsiz əldə edə və illər üzrə öz pensiya kapitalını izləyə bilər ki, bu da işləyənlərin öz işəgötürənləri üzərində ictimai nəzarətinin daha da güclənməsinə imkan verir. Qeyd edək ki, DSMF tərəfindən əhaliyə təqdim olunan elektron xidmətlərin sayı daim genişləndirilir. “Elektron hökümət” portalının statistikasına əsasən DSMF-nin göstərdiyi elektron xidmətlər ən çox istifadə olunan xidmətlər sırasında ilk yerləri tutur.

Hazırda DSMF-nin hər bir şəhər və rayon şöbəsinin fəaliyyəti ən müasir standartlar səviyyəsində həyata keçirilir. Əhaliyə xidmətlərin səviyyəsi yüksəlir, hesabatların verilməsi, fərdi uçotun və pensiyaların təyini elektron formada həyata keçirilir. DSMF-nin Mingəçevir şəhər şöbəsinin fəaliyyəti ilə tanışlıq bütün bu deyilənləri əyani təsdiq edir.

Dövlət Sosial Müdafiə Fondunun Mingəçevir şəhər şöbəsində 1187 hüquqi, 4129 fiziki şəxs sığortaedən kimi qeydiyyata alınıb. Şöbənin müdiri Cəlil Hətəmovun sözlərinə görə, sosial sığorta sistemində fərdi uçotun təşkili ilə bağlı şöbə tərəfindən işlər davam etdirilir. Belə ki, 23695 nəfər sığortaolunan fərdi sistemdə qeydiyyata götürülüb. Bunlardan 19254 nəfəri hüquqi, 4441 nəfəri isə fiziki şəxslərdir. Qeydiyyata alınmış sığortaolunanlara sosial sığorta şəhadətnamələri verilib və bu iş mütəmadi olaraq davam etdirilir. Hazırda sığortaolunanların gəlirlərindən DSMF-yə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının onların fərdi hesablarına köçürülməsi və sığortaolunanların 2006-cı il 1 yanvar tarixinə qədər olan ümumi əmək stajları barədə informasiyaların toplanılması işi aparılır.

Şöbədə 17451 nəfər əmək pensiyaçısı qeydiyyatdadır. Onlardan 10251 nəfəri yaşa görə, 5627 nəfəri əlilliyə görə, 1573 nəfəri ailə başçısını itirməyə görə əmək pensiyası alır. Pensiyaçıların 5 nəfəri Böyük Vətən müharibəsi əlili, 6 nəfəri Böyük Vətən müharibəsi iştirakçısı, 86 nəfəri dövlət qulluqçusu, 335 nəfəri şəhid ailəsi kimi, 229 nəfər isə ölkəmizin müdafiəsi zamanı əlil olmasına görə pensiya alır. Bu ilin əvvəlindən şöbədə 675 nəfərə yeni əmək pensiyası təyinatı aparılıb. Onlardan 315 nəfəri yaşa görə, 308 nəfəri əlilliyə görə, 52 nəfər isə ailə başçısını itirməyə görə əmək pensiyaçılarıdır. Onu da qeyd edək ki, 2014-cü ilin ötən dövrü ərzində əmək pensiyalarının ödənişi üçün tələbat 25038,7 min manat, 1 aylıq tələbat isə 2782,8 min manat təşkil edib. Sosial sığorta haqları hesabına ödənilən müavinətlərə 405,3 min manat xərclənib.

Cəlil Hətəmov bildirdi ki, DSMF Mingəçevir şəhər şöbəsi bundan sonra da işləyən və işləməyən pensiyaçıların pensiya-müavinətlərinin vaxtında ödənilməsi, idarə, müəssisə və təşkilatlardan məcburi sosial sığorta ayırmalarının alınması, fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin qeydiyyata götürülməsi, fərdi uçot sisteminin tətbiqi üçün fəaliyyətini layiqincə həyata keçirəcək, işini çevik mexanizmlərə uyğun quracaq. Həmçinin şöbənin kollektivi məcburi dövlət sosial sığorta sahəsində, əhalinin sosial müdafiəsi və pensiya təminatında islahatların aparılması ilə əlaqədar irəli gələn vəzifələrin hərtərəfli yerinə yetirilməsi üçün maksimum çalışacaq.

Şöbədə söhbət etdiyimiz pensiyaçılardan Rahilə Sultanova, Xosrov Şirinov, Aytən Abdullayeva, Yazgül İbrahimova və Ağasən Baxışov qeyd etdilər ki, yaşlı nəsil Prezident İlham Əliyevin həyata keçirdiyi sosial siyasətin uğurlu nəticəsini gündəlik həyatında hiss edir. Pensiyaçılar DSMF-nin Mingəçevir şəhər şöbəsində müraciətlərə vaxtında diqqət yetirilməsindən və onlara qayğı ilə yanaşılmasından da razılıqlarını bildirdilər.

Mingəçevirdə sığorta-pensiya məsələləri ilə bağlı bu ilin arxada qalan dövrünün nəticələri göstərir ki, dövlətin sosial siyasətinin uğurla təmin edilməsi diqqət mərkəzindədir. Başlıca vəzifələr isə məcburi dövlət sosial sığorta haqlarının tam məbləğdə ödənilməsinin təmin edilməsi və pensiyaların vaxtlı-vaxtında əhaliyə çatdırılmasıdır ki, bu istiqamətdə hər hansı geriləmə ola bilməz.

 

Rəşad CƏFƏRLİ,

“Azərbaycan”

 

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Az və ya çox yatmaq erkən qocalmanı sürətləndirə bilər  

17:41
15 May

Azərbaycan, Ukrayna, Qazaxıstan, Qırğızıstan və Özbəkistan arasında TRACECA Vahid Tranzit İcazəsi Sazişi imzalanıb  

17:31
15 May

Mirziyoyev: TDT dayanıqlı inkişaf tempi nümayiş etdirən nüfuzlu quruma çevrilib

17:30
15 May

Türkiyə Prezidenti Türk Dövlətləri Təşkilatı ölkələrini ortaq rəqəmsal vizyonu formalaşdırmağa çağırıb

17:29
15 May

Bakıda mayın 17-də və 18-də fasilələrlə yağış yağacaq, şimşək çaxacaq - XƏBƏRDARLIQ

17:28
15 May

DSMF-nin təşəbbüsü ilə Müşfiq qəsəbəsində 100-dən çox ağac əkilib

17:27
15 May

Baş Dövlət Yol Polisi İdarəsi əlverişsiz hava şəraiti ilə bağlı xəbərdarlıq edib

17:26
15 May

Tramp: Mənim Kim Çen Inla çox yaxşı münasibətlərim var

17:25
15 May

Birinci Qarabağ müharibəsinin şəxsiyyətləri müəyyənləşən 2 itkin şəhidi torpağa tapşırılıb  

17:24
15 May

Qazaxıstanın dövlət qulluqçuları “ASAN xidmət” təcrübəsini öyrənirlər

17:24
15 May

Baş prokuror Masallı rayonunda vətəndaşların müraciətlərini dinləyib

17:23
15 May

Monqolustanlı parlamentari: Azərbaycanla münasibətlər son illərdə dinamik inkişaf edir

17:23
15 May

Xocalı sakinləri sosial müdafiə tədbirləri və mina təhlükəsi ilə bağlı maarifləndirilib  

17:22
15 May

Türküstanda Türk Dövlətləri Təşkilatı Xarici İşlər Nazirləri Şurasının qeyri-rəsmi iclası olub

17:21
15 May

Qırğızıstan Prezidenti: Türk İnvestisiya Fondu TDT-yə üzv ölkələr arasında iqtisadi əməkdaşlığın rəqəmsallaşdırılmasına təsirli təsir göstərəcək  

17:20
15 May

İstehlak bazarında qiymətlər açıqlanıb

17:19
15 May

Özbəkistan Prezidenti TDT-də səmərəli sədrliyə görə Azərbaycan Prezidentinə təşəkkürünü bildirib  

17:19
15 May

Aprelin 19-da keçirilmiş imtahanların nəticələri açıqlanıb: bir nəfər 300 bal toplayıb

17:18
15 May

Slovakiya Milli Şurası sədrinin başçılıq etdiyi nümayəndə heyəti Xankəndidə quruculuq işləri ilə tanış olub  

17:17
15 May

Almaniya Kansleri və ABŞ Prezidenti Hörmüz boğazının açılmasını müzakirə ediblər

17:16
15 May

İntensiv yağış yağacaq, dolu düşəcək, çaylarda sululuq artacaq – XƏBƏRDARLIQ

17:15
15 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!