13 Aprel 2022 01:38
1919
İQTİSADİYYAT
A- A+
Azərbaycanda modern sənayeləşmə yüksəliş mərhələsindədir

Azərbaycanda modern sənayeləşmə yüksəliş mərhələsindədir

 

Sumqayıt Kimya Sənaye Parkındakı müəssisələrin istehsal etdikləri "Made in Azerbaijan" brendi olan məhsullara tələbat getdikcə artır

 

Azərbaycanda müasir sənayenin inkişafı Prezident İlham Əliyevin inkişaf konsepsiyasının prioriteti olaraq qalır. Xüsusən də sənaye zonalarının yaradılması istiqamətində dövlət başçısının irəli sürdüyü təşəbbüslər bu sahədə atılan addımların daha da genişləndirilməsini şərtləndirir.

Bu gün sənaye park və məhəllələrinin istehsalçılara təqdim etdiyi güzəştlərə görə  şirkətlər öz zavodlarını, müəssisələrini məhz belə mərkəzlərin ərazisində yaratmağa daha çox üstünlük verirlər. Qafqazın ən böyük sənaye parkı sayılan Sumqayıt Kimya Sənaye Parkı da bu ünvanlardan biridir. Burada rezidentlər üçün təklif olunan güzəştlər, yaradılan şərait çox əlverişlidir. Bu səbəbdən də burada tikilən müəssisələrin sayı hər il artır.

Ötən həftə sənaye parkına səfərimiz zamanı burada fəaliyyət göstərən Peşə Təhsil Mərkəzi və 2 müəssisə - "Azerfloat", "Azmonbat" barədə ətraflı məlumat vermişdik. Bu sayımızda isə daha 2 müəssisədən reportajımızı təqdim edirik.

 

Böyük şəhərciyi xatırladan 3 zavod

 

Sumqayıt Kimya Sənaye Parkı yaradıldıqdan sonra buranın ilk rezidenti "Azertexnolayn" müəssisəsi olub. 2012-ci ilin fevralında təməli qoyulan şirkət 2013-cü ildən istismara verilib. "Azertexnolayn" 3 zavoddan - Polad boru, Polietilen məmulatları və Çuqun tökmədən ibarətdir.

Müəssisədə alman, türk və Çin texnologiyaları əsasında müxtəlif avadanlıqlar istehsal edilir. Böyük şəhərciyi xatırladan zavodun ümumi ərazisi 24 hektardır. Şirkətin istehsal etdiyi məhsulların dünya standartlarına, yüksək keyfiyyət, gigiyenik və təhlükəsizlik göstəricilərinə görə beynəlxalq sertifikatları mövcuddur. Burada istehsal edilən polad, qofralı borular, metal konstruksiya, hasar və s. kimi məhsullar sənaye infrastrukturunun inkişafında mühüm rol oynayır.

Müəssisənin marketinq üzrə mütəxəssisi Rauf Kərimovla söhbətimiz zamanı məlum oldu ki, müəssisənin məhsullarının ixracatında əsas yerləri Rusiya, Qazaxıstan, Özbəkistan, Türkiyə, Gürcüstan tutur. Lakin keçən ildən zavodun xarici bazarlarda miqyası genişlənərək bir sıra Avropa ölkələrini də əhatə edib. Bunların sırasında İtaliya, Avstriya, İsveç, İsveçrə, Serbiya və s. ölkələr yer alır.

Rauf Kərimov qeyd edir ki, şirkətin ümumi xammal tələbatının 70 faizi xarici, 30 faizi yerli məhsullarla ödənilir. Xammalın yerli bazardan əldə edilməsində isə elə sənaye parkının digər bir rezidenti olan "SOCAR Polymer"in böyük rolu var. Müəssisə ümumilikdə 750-dən çox işçi qüvvəsinə sahibdir. Şirkətin istehsal etdiyi avadanlıqlardan əsasən yerli layihələrin həyata keçirilməsində istifadə olunur.

Öncə Polad boru zavodundakı istehsalat prosesi ilə tanış olmaq qərarına gəldik. Burada müəssisənin əsas istehsal avadanlığı olan spiral tikişli polad borular hazırlanır. Zavodun illik istehsal gücü 200 min tondur. İstehsal edilən borular 400-2400 millimetr diametrli, 6-16 metr uzunluqlu ölçüləri əhatə edir. Boruların digər bir özəlliyi isə ondadır ki, neft-qaz sektorunda, təbii sərvətlərimizin daşınmasında birbaşa rola malikdir. Belə ki, bunlardan xam neftin, təbii qazın, suyun və s. təyinat nöqtəsinə göndərilməsində istifadə edilir.

Zavodda istehsalat prosesi rulon formasında olan metalın açılma dəzgahında düzləşdirilərək növbəti avadanlığa ötürülməsi ilə başlayır. Bu zaman ölçüyə görə bükülən lent ilkin boru formasına salınır. Hər iki tərəfdən qaynaq olunan borular müşahidə edilə biləcək hər hansı xətaya qarşı ultrasəs cihazı ilə yoxlamadan keçirilir. Yoxlanışdan uğurla keçən borular sifariş edilən uzunluqda kəsilərək mühəndislər tərəfindən bir daha vizual yoxlanılır. Əgər hər hansı boruda natamamlıq aşkarlanarsa, yenidən təmirə göndərilir. Hər bir boru sızma, yüksək təzyiqə müqavimətinə görə bir neçə mərhələli sınaqdan keçirilir. Həm vizual, həm də avadanlıqlarla testdən keçən boruların kiri, pası təmizlənir və rənglənməyə ötürülür.

Son olaraq borular "Made in Azerbaijan" yazısı ilə etiketlənərək gedəcəyi ünvana yola salınır. Bununla da polad boruların ərsəyə gətirilməsi başa çatır. Polad boru zavodunda laboratoriya da fəaliyyət göstərir. Burada xammal hazır məhsula gətirildiyi mərhələyə qədər tərkibinin müxtəlif analizləri aparılır.

 

İçməli suyun, maye qazın daşındığı borular

 

"Azertexnolayn"ın digər bir istehsalat sahəsi Polietilen məmulatları zavodudur. Burada polietilen, qofralı borular və plastik injeksiya məhsulları istehsal edilir. Polietilen borulardan içməli suların, yanar qazların və digər mayelərin nəqlində istifadə edilir. Adından da göründüyü kimi, bu boruların əsas xammalı yüksək sıxlıqlı polietilendir. İş istifadə edilən xammalların analiz edilərək istehsalata göndərilməsi ilə başlayır. Qızdırılaraq əridildikdən sonra daxil olduğu dairəvi qəlibdə tam formasını alır. Borular soyudulduqdan sonra üzərinə tanınma zolağı və məhsul haqqında məlumatlar vurulur.

Qofralı borular müəssisədə diametrindən asılı olaraq ikiqat və üçqat istehsal edilir. İkiqat borular daxili sifarişə uyğun olaraq sarı, ağ, göy rənglərdə olur. Üçqat borular isə dayanıqlılıq müddəti daha çox olan növlərdəndir. Bunlar büzməli məsamələr nəticəsində xarici təsirlərə, gərilmə və sıxılmalara qarşı dözümlülüyü ilə seçilir. Qofralı borular bir-birinə olduqca asan qaynaq edilmə özəlliyinə də malikdir.

Plastik injeksiya sexində isə müxtəlif plastik qabların hazırlanması ilə tanış oluruq. Burada istehsal edilən plastik məhsullar həm borulara lazım olan istiqamətdə (bir borunun digərinə keçirilməsi üçün nəzərdə tutulan birləşdirici fittinqlər), həm də gündəlik tələbatda (sayğac qutuları və s.) istifadə edilir. Sexdə əridilmiş xammal müxtəlif qəliblərə daxil edilərək formaya salınır. Rauf Kərimov onu da qeyd etdi ki, sexin illik istehsal həcmi 3 min tondur.

Müəssisənin növbəti, sonuncu zavodu - Çuqun tökmə zavodudur. İçəri daxil olduqda toz-dumanlı məkanda qızğın iş prosesi ilə qarşılaşdıq. Burada sürgülü siyirtmə, drossel klapanı, quyu qapağı, yanğın hidrantı, yağış suyu barmaqlığı və bu kimi digər məhsullar istehsal edilir. Fəaliyyətə başlama prosesi isə digərlərindən nisbətən fərqlidir. Belə ki, müəssisəyə daxil olan sifarişin yerinə yetirilməsi üçün əvvəlcə məhsul mühəndislər tərəfindən dizayn edilir. Görünüş və parametrləri müvafiq sifarişə uyğun hazırlanan qəliblər növbəti mərhələdə istehsala göndərilir. İngiltərə istehsalı olan dəzgahlarda qəliblər və içlikləri hazır vəziyyətə gətirildikdən sonra tökmə prosesi həyata keçirilir. Tökməni yanğına qarşı xüsusi geyimli və qoruyucu sipərlikli işçilər həyata keçirirlər. Belə tozlu mühitdə çalışmağın çətin və təhlükəli tərəfi isə tənəffüs yollarının tutulmasıdır. Lakin müəssisə hər bir işçinin həyat və sağlamlığı naminə bütün ehtiyat tədbirlərini lazımi qaydada yerinə yetirir. Onlar gündə bir neçə dəfə südlə təmin edilirlər.

Emal prosesini izlədikdən sonra boyama nöqtəsinə gəlib çatırıq. Burada da əvvəlcə malların üzərindəki kir, toz təmizlənir. Boya ilə rənglənən məhsullar sonra qurutma hissəsində saxlanılır. Sonuncu mərhələ isə istehsal edilən məhsulların yoxlanılması ilə başa çatır. Təbii ki, testlər hər bir məhsula görə fərdi aparılır. Məsələn, əgər hazırlanan quyu qapağıdırsa, bu zaman onlar 40 tona qədər tab gətirmələri üçün ağırlıq sınağını keçməlidir. Beləliklə, bütün prosesləri uğurla başa vuran mallar müştəriyə ötürülür.

 

Öz növünün ilki - "SOCAR Polymer"

 

Buradakı müəssisələrdən biri də "SOCAR Polymer" zavodudur. Müəssisəyə daxil olduğumuz andan etibarən təhlükəsizlik qaydalarına xüsusi diqqətlə yanaşan işçilər öncə davranış qaydaları ilə, baş verə biləcək hər hansı hadisəylə bağlı bizi təlimatlandırdılar. Daha sonra zavodla tanışlığa başladıq.

Təsisçisi Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) olan "SOCAR Polymer" MMC Azərbaycanda kimya sənayesinin inkişafının gücləndirilməsi, istehsal zəncirində əlavə dəyərin yaradılması, yeni iş yerlərinin açılması məqsədilə yaradılıb. Zavodun təməli 2015-ci ilin oktyabrında Prezident İlham Əliyev tərəfindən qoyulub. "SOCAR Polymer" MMC Azərbaycanın neft-kimya sənayesində dövlət-özəl sektor tərəfdaşlığı əsasında yaradılan ilk şirkətdir.

Hazırda 51 faizi SOCAR-ın olmaqla, ölkə sənayesində mühüm iştirakçılar kimi tanınan digər şirkətlər də burada səhm payına sahibdirlər.

Şirkət polipropilen və yüksək sıxlıqlı polietilen istehsal edən iki qurğudan ibarətdir. Bu müəssisə öz növü baxımından Azərbaycanın ilk belə zavodlarındandır. İllik istehsal gücü 184 min ton təşkil edən polipropilen zavodu 2018-ci il, illik istehsal gücü 120 min ton təşkil edən yüksəksıxlıqlı polietilen zavodu isə 2019-cu ildə istismara verilib.

Polipropilen və yüksək sıxlıqlı polietilenin müxtəlif növləri nəqliyyat vasitələrinin, kabel və boruların, yeyinti, tibb sənayesində istifadə olunan qabların və digər məhsulların xammalıdır. Bunun hesabına artıq yerli bazarın tələbatını qarşılamaq asanlaşır. Ümumilikdə istehsal edilən məhsulun 15 faizi yerli, 85 faizi isə xarici bazara təqdim edilir. Türkiyə, Rusiya, Ukrayna və digər xarici ölkələrə edilən ixracat 3 nəqliyyat vasitəsilə - yük maşınları, dəmiryolu və gəmi ilə həyata keçirilir.

Mühəndis Murad Əliyev deyir ki, polipropilen və yüksək sıxlıqlı polietilenin istehsalı üçün əsas xammal propilen, etilen və hidrogendir. Bu zaman maye şəklində olan qarışım zavodun nəhəng qurğularından biri olan reaktora daxil olur. Burada katalizatorların köməyi ilə xüsusi reaksiyalar aparılır. Nəticədə məhsuldan kükürdlü qaz ayrılaraq qurutma avadanlığına ötürülür. Toz halında əldə edilən polimer daha sonra ekstruderə daxil olur və qranula halına gətirilir. Son məhsul kisələrə doldurulub paketlənir və saxlanma anbarına yerləşdirilərək satışa hazır edilir.

Müəssisənin laboratoriyası maraqlı məkanlardan biridir. Burada bazara çıxarılacaq xammalın ümumi keyfiyyəti təcrübəli mütəxəssislər tərəfindən yoxlanılır. İş başında elə əsl tərkibin necə əldə olunduğunun şahidi oluruq. Sınaqdan keçirilən nümunə bir çox laboratoriya müayinələrindən keçib uzun yol qət edən məhsulun tələblərə uyğunluğunu sübut edir.

Müəssisə 2021-ci il ərzində ötən ilə nisbətən böyük nailiyyətlər əldə edib. Belə ki, istehsalat həcmi 2020-ci illə müqayisədə 44 faiz artıb, məhsul çeşidi zənginləşib, yüksək marjalı məhsulların payı 2 dəfə,  satış gəlirləri isə 2 dəfədən çox artıb. Hazırda zavodda 768 nəfər daimi iş yeri ilə təmin olunub. İstehsalat işçilərinin ixtisaslaşmış peşəkar kadr kimi formalaşdırılması məqsədilə "SOCAR Polymer" onları xarici ölkələrdə ixtisasartırma proqramlarına da cəlb edir.

"SOCAR Polymer"in 2022-ci il üçün əsas hədəfləri sabit və təhlükəsiz istehsal, yüksək marjalı məhsulların payının artırılması, satış və ixrac dairəsinin genişləndirilməsi, texnoloji yeniliklərin tətbiqi və proseslərin optimallaşdırılmasıdır.

Sumqayıt Kimya Sənaye Parkı ərazisində fəaliyyət göstərən müasir sənaye müəssisələrinin istehsal etdikləri məhsulların həm yerli tələbatı ödəməsi, həm də xarici bazarlara çıxışı Azərbaycanda qeyri-neft sənayesinin inkişafının göstəricisidir desək, yanılmarıq. Artıq dünya bazarlarında "Made in Azerbaijan" brendinə tələbat getdikcə artır. Bunu təsdiqləyən statistik göstəricilərə nəzər yetirsək, görərik ki, təkcə 2021-ci ildə qeyri-neft sənayesində 20 faizdən çox artım qeydə alınıb. Qeyri-neft ixracı 44 faiz artaraq 2,6 milyard ABŞ dollarını keçib. Yeri gəlmişkən, Azərbaycanın yeni müstəqillik tarixində qeyri-neft ixracı heç vaxt 1,9 milyard ABŞ dollarından yuxarı olmayıb. Son rəqəm isə bir daha təsdiq edir ki, Prezident İlham Əliyevin modern sənayeləşmə siyasəti ölkəmizə iqtisadi dividendlər qazandırır.

 

Aydan XƏLİLOVA,

İlham BABAYEV (foto),

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!