18 İyun 2026 16:47
162
İDMAN
A- A+
Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı reallaşıb  

Azərbaycanda ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı reallaşıb  


Milli Paralimpiya Komitəsinin təşkilatçılığı, Gənclər və İdman Nazirliyinin dəstəyi ilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Sumqayıt Paralimpiya İdman Kompleksində ilk dəfə paraüzgüçülük üzrə ölkə çempionatı keçirilib.

AZƏRTAC xəbər verir ki, çempionatda 30-a yaxın yeniyetmə və gənc paraüzgüçü 9 müxtəlif kateqoriya üzrə mübarizə apararaq öz bacarıqlarını nümayiş etdirib.

Tədbirdə ikiqat Paralimpiya çempionu İlham Zəkiyev, Gənclər və İdman Nazirliyinin sektor müdiri Aydın Məmmədov, Milli Paralimpiya Komitəsinin rəhbərliyi, tərəfdaş qurumların və idman ictimaiyyətinin nümayəndələri iştirak ediblər.

Ölkəmizdə ilk dəfə təşkil olunan çempionatın keçirilməsində əsas məqsəd əlilliyi olan şəxslərin idmana cəlb olunmasını təşviq etmək, onların idman bacarıqlarının inkişafına dəstək vermək, eləcə də gələcəkdə Azərbaycanı beynəlxalq yarışlarda təmsil edəcək perspektivli paraüzgüçülərin müəyyənləşdirilməsi və paraüzgüçülük üzrə ehtiyat qüvvənin formalaşdırılmasına töhfə vermək olub.

Qeyd edək ki, bu yarış ölkədə paraüzgüçülük növünün inkişafı, idmançıların yarış təcrübəsinin artırılması və milli komanda üçün namizədlərin müəyyənləşdirilməsi baxımından mühüm əhəmiyyət kəsb edir.

Gərgin və maraqlı mübarizə şəraitində keçən yarışın sonunda qaliblərin mükafatlandırma mərasimi keçirilib. Mükafatçılara medal, sertifikat və hədiyyələr təqdim olunub.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Rusiya XİN: Qərb hərbi proqramlar vasitəsilə Ermənistana təsirini gücləndirməyə çalışır

19:44
18 İyun

Qarabağ Universitetinin tələbələri “Vergilər” olimpiadasında yüksək nəticə əldə ediblər

19:43
18 İyun

Azərbaycanda investisiyaların 21,8 faizi tikinti işlərinə yönəlib

19:42
18 İyun

Ombudsmanların Bakı Sammiti: Süni intellektin istifadəsi şəffaflıq, ədalət və bərabərlik prinsipləri ilə birbaşa əlaqəlidir  

19:17
18 İyun

Zaxarova: Rusiya Xəzəryanı ölkələr arasında əməkdaşlığın bərpa olunmasına ümid edir  

19:08
18 İyun

Ağciyər Xəstəlikləri Mərkəzinin Bakı Şəhər İxtisaslaşdırılmış Xəstəxanasının açılışı olub  

19:01
18 İyun

Rumıniyalı müşavir: Azərbaycan “Yaşıl Enerji Dəhlizi” layihəsi çərçivəsində Avropanın mühüm enerji tərəfdaşı kimi çıxış edir  

18:58
18 İyun

Prezident İlham Əliyevin iştirakı ilə Bakıda İslam İnkişaf Bankı Qrupunun 2026-cı il üzrə İllik Toplantılarının açılış mərasimi keçirilib YENİLƏNİB-2

18:47
18 İyun

Azərbaycan–Macarıstan Aqrar Universitetinin yaradılması imkanları nəzərdən keçirilib

18:42
18 İyun

Ombudsmanlar rəqəmsal mühitdə hüquqların qorunmasına dair fikir mübadiləsi aparıblar  

18:28
18 İyun

Azərbaycan Ordusunda hərbiləşdirilmiş kros üzrə birincilik keçirilib

18:23
18 İyun

İsveç səfiri Azərbaycan-Ermənistan normallaşma prosesi barədə məlumatlandırılıb

18:03
18 İyun

Rusiya Ermənistana etiraz notası göndərib

17:53
18 İyun

Baş Qərargah rəisi MDB iştirakçı dövlətləri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin iclasında iştirak edib  

17:51
18 İyun

Türk İnvestisiya Fondu ilə maliyyə institutları üzrə əməkdaşlığın genişləndirilməsi imkanları dəyərləndirilib  

17:49
18 İyun

Qlobal neft tələbatı 2050-ci ildə gündəlik 124,1 milyon barelə çatacaq

17:43
18 İyun

Azərbaycan ilə Rumıniya arasında iqtisadi və ticarət əməkdaşlığının əsas istiqamətləri dəyərləndirilib  

17:32
18 İyun

Azərbaycan və Monteneqro ombudsmanları əməkdaşlıq əlaqələrini genişləndirir

17:21
18 İyun

Bakı Sammitində şəxsi məlumatların qorunması ilə bağlı çağırışlar səsləndirilib  

17:16
18 İyun

Nazirlik rəsmisi: Azərbaycanda kənd təsərrüfatında 33 süni intellekt layihəsi tətbiq olunacaq

17:11
18 İyun

Azərbaycan-Rusiya parlament əlaqələrinə dair fikir mübadiləsi aparılıb

17:09
18 İyun

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!