06 May 2026 08:55
271
İQTİSADİYYAT
A- A+
Azərbaycanda ən müxtəlif təyinatlı gəmilər inşa olunur

Azərbaycanda ən müxtəlif təyinatlı gəmilər inşa olunur


Bu günlər Qazaxıstandan yeni sifariş alınıb

 

Bakı Gəmiqayırma Zavodu dost və qardaş Qazaxıstandan iki gəminin tikintisi üçün sifariş alıb. Sifariş Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun inkişafı məqsədilə "Qazaxıstan Dəmir Yolları" şirkətinin törəmə müəssisəsi tərəfindən verilib.

"Qazaxıstan Dəmir Yolları"nın məlumatına görə, "QDY Express Shipping" şirkəti altı universal quru yükdaşıyan konteyner gəmisinin tikintisinə dair müqavilələr bağlayıb. Dörd gəminin tikintisi üçün "Æiangsu Haizhongzhou Shipping Industry Co., Ltd." şirkəti ilə, daha iki gəminin tikintisi üçün isə Bakı Gəmiqayırma Zavodu ilə müqavilələr imzalanıb.

Bu, hazırda Azərbaycanın ən müasir texnoloji standartlara cavab verən gəmilər inşa etməyə də geniş imkanları olduğunu göstərir. Bu imkanlar 2013-cü ildə Bakı Gəmiqayırma Zavodunun istifadəyə verilməsi ilə yaranıb. Müəssisədə bütün növ gəmilər, o cümlədən yük gəmiləri, tankerlər, hərbi gəmilər, neft-qaz əməliyyatlarında istifadə edilən gəmilər istehsal oluna bilər.

Bakı Gəmiqayırma Zavodu ölkənin sənaye infrastrukturunda xüsusi yer tutur. Bu, istehsal gücünə görə nəhəng, təyinatına görə olduqca əhəmiyyətli müəssisədir. Zavodun təməli 2010-cu ildə Prezident İlham Əliyev tərəfindən qoyulmuşdur, bir neçə il davam edən tikinti işlərindən sonra dövlət başçısının iştirakı ilə müəssisənin açılış mərasimi keçirilmişdir. 

Zavodun istifadəyə verildiyi ilk illərə qayıdaraq qeyd edək ki, burada hələ o vaxt Qazaxıstanın bir sıra sifarişləri yerinə yetirilmişdir. Məsələn, 2019-cu ildə zavodda Qazaxıstandan gətirilmiş üç yarımçıq gəminin müəyyən hissələrinin tamamlanma işləri aparılmışdır. Qeyd edildiyi kimi, bu müəssisənin istehsal gücü böyük olduğu üçün burada uzunluğu 250 metr, yükgötürmə qabiliyyəti 70 min tona qədər olan tankerlər belə inşa etmək mümkündür. Bu, Xəzər regionunda yeganə zavoddur ki, müxtəlif təyinatlı gəmilər inşa edir. Odur ki, xarici ölkələrdən də sifariş qəbul etməyə hazır olduğunu dəfələrlə bildirib.

2023-cü ildə isə "Bakı Gəmiqayırma Zavodu" MMC, "Bakı Beynəlxalq Dəniz Ticarət Limanı" QSC və Niderlandın "Damen Shipyards Gorinchem B.V." şirkəti arasında üçtərəfli əməkdaşlığa dair saziş imzalanıb. Bu sənədin icrası ilə Bakı Gəmiqayırma Zavodunda "Damen Shipyards Gorinchem" şirkəti ilə birgə dibdərinləşdirən gəmi istehsal olunacaq və bu qurğu Xəzər dənizinin səviyyəsinin aşağı düşməsi nəticəsində limanlarda yaranan maneələrin aradan qalxması üçün əhəmiyyətli olacaq.

Yeri gəlmişkən qeyd edək ki, artıq doqquz ildir Xəzərdə işləyən "Xankəndi" sualtı tikinti gəmisi də bu zavodda inşa edilib. Dünyada bu tipdə cəmi 10 gəmi var. Onlardan biri məhz Azərbaycandadır. Bütün bunlara görə də "Xankəndi"nin istifadəyə verilməsi haqlı olaraq tarixi hadisə sayılır.

Gəmi "Şahdəniz-2" layihəsinin yerinə yetirilməsinə səfərbər olunaraq sualtı quraşdırma işlərində istifadə olunur. Bu da öz növbəsində Azərbaycanın təşəbbüsü və liderliyi ilə həyata keçirilən "Cənub qaz dəhlizi" layihəsinə mühüm töhfə olmuşdur. Çünki bu dəhlizlə ixracın əsas ehtiyat mənbəyi məhz "Şahdəniz" yatağıdır.

Bu faktın özü də zavodda ən nadir gəmilərin tikilməsinin mümkün olduğunu bir daha təsdiqləyir.

Təsadüfi deyil ki, 2018-ci ilin avqustunda Qazaxıstanın Aktau şəhərində keçirilən Xəzəryanı ölkələrin dövlət başçılarının V Zirvə toplantısında Prezident İlham Əliyev demişdir: "2013-cü ildə Azərbaycanda ən müasir texnoloji standartlara cavab verən gəmiqayırma zavodu istifadəyə verilmişdir. Bu zavodda bütün növ gəmilər, o cümlədən yük gəmiləri, tankerlər, hərbi gəmilər, neft-qaz əməliyyatlarında istifadə edilən gəmilər istehsal oluna bilər. İndiyədək onlarca gəmi tikilərək istifadəyə verilib, 100-ə yaxın gəmi isə təmir edilib. 2017-ci ildə istifadəyə verilən, 400 milyon ABŞ dollarına yaxın dəyərində "Xankəndi" gəmisi dünyada ən yüksək beynəlxalq standartlara uyğun şəkildə inşa edilmiş bu cür mövcud 10 gəmidən biridir. Hesab edirəm ki, Xəzəryanı ölkələr bu zavodun imkanlarından istifadə edə bilərlər".

Qaldı ki, zavodun indi Qazaxıstandan aldığı sifarişə, bu, həmin ölkənin Trans-Xəzər marşrutu üzrə mövqelərinin möhkəmləndirilməsinə və marşrutun dayanıqlı dəniz komponentinin formalaşdırılmasına yönəldilən layihəsinin bir hissəsidir. Belə ki, layihə çərçivəsində "Çay-dəniz" sinfinə aid olacaq gəmilərin dedveyti (gəminin tam yükqaldırma qabiliyyəti) 9900 tona qədər, tutumu isə 537 iyirmi fut ekvivalentinə çatacaq. Bu gəmilərin ikisi Bakı Gəmiqayırma Zavodunda inşa ediləcək.

 

Flora SADIQLI,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Şöhrət onu dəyişə bilmədi

09:10
15 May

Hantavirus düşünüldüyü qədər qorxuludurmu?

09:05
15 May

Sivil cəmiyyətin məhək daşı

09:00
15 May

Şərqi Zəngəzurun "yaşıl enerji" ilə təminatında daha bir addım

08:55
15 May

Üç tərəfdaş, bir layihə

08:50
15 May

Kürdə gursululuq nə qədər davam edəcək?

08:45
15 May

Süni intellekt erası: Azərbaycan üçün yeni inkişaf mərhələsi

08:40
15 May

Regionda yeni təhlükəsizlik arxitekturasını Azərbaycan formalaşdırır

08:35
15 May

Konstitusiya dövlətin siyasi, iqtisadi və sosial inkişafı üçün hüquqi baza yaradır

08:30
15 May

İnkişaf ritmi və estetika

08:25
15 May

Ölkəmizin diktə etdiyi geosiyasi reallıqlar

08:20
15 May

Cənubi Qafqazda geosiyasi maraqlar, ikili standartlar, Azərbaycanın strateji xətti

08:15
15 May

Azərbaycanın başlatdığı sülh prosesi

08:10
15 May

Nayrobidən başlanan yol

08:07
15 May

Qlobal şəhərçilik dialoqunun 13-cü ünvanı

08:05
15 May

Azərbaycanın yüksək qlobal nüfuzunun növbəti təcəssümü 

08:00
15 May

Tullantıların idarə edilməsinin təkmilləşdirilməsi sahəsində əlavə tədbirlər haqqında

02:06
15 May

B.A.Babayevin 2-ci dərəcəli "Əmək" ordeni ilə təltif edilməsi haqqında

02:03
15 May

Azərbaycan Respublikasının Nazirlər Kabineti, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası və Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyası arasında 2026–2028-ci illər üçün Baş Kollektiv Sazişin bağlanılması haqqında

02:00
15 May

Qarabağ Regional Elmi Tədqiqatlar və İnnovasiyalar İnstitutunun və Tətbiqi Elmlər İnstitutunun yaradılması haqqında  

01:57
15 May

“Emal edilməmiş almazların idxalı, ixracı, istifadəsi, dövriyyəsi, uçotu və saxlanılması, o cümlədən izlənməsi sahələrində dövlət nəzarətinin həyata keçirilməsi və “Emal edilməmiş almazların ixracı ilə əlaqədar “Kimberli Prosesinin Sertifikatlaşdırma Sxemi”nin tələblərinə uyğun sertifikatın forması və verilməsi Qaydaları”nın təsdiq edilməsi haqqında

01:51
15 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!