06 May 2026 08:57
440
İQTİSADİYYAT
A- A+
Böyük qayıdışdan iqtisadi zirvələrə, sosial ənənələrdən sahibkarlığa

Böyük qayıdışdan iqtisadi zirvələrə, sosial ənənələrdən sahibkarlığa


Ötən həftə qlobal və yerli iqtisadi mühit bir sıra mühüm dəyişikliklər və siqnallarla yadda qaldı. Maliyyə bazarlarında müşahidə olunan dalğalanmalar, inflyasiya gözləntiləri və mərkəzi bankın pul-kredit siyasəti iqtisadi gündəmin əsas mövzularını təşkil etdi. 

Bu ümumi mənzərədən çıxış edərək, regional əməkdaşlıq və investisiya imkanlarının genişləndirilməsi istiqamətində atılan addımları qeyd etsək, görərik ki, bir çox hadisələr diqqət mərkəzində olub. Özəlliklə də Çexiyanın Baş naziri Andrey Babişin Qəbələyə səfəri çərçivəsində keçirilən biznes - forum iqtisadi əlaqələrin dərinləşdirilməsi və yeni tərəfdaşlıqların qurulması baxımından önəmli platforma kimi çıxış edib. Tədbirdə, əsasən, iki ölkə arasında ticarət dövriyyəsinin artırılması, qarşılıqlı investisiya imkanlarının genişləndirilməsi və sənaye, kənd təsərrüfatı, turizm kimi prioritet sahələrdə əməkdaşlığın dərinləşdirilməsi məsələləri müzakirə edilib.  

***

Ötən həftənin yadda qalan əsas sosial-iqtisadi hadisələrindən biri də Xocavənd şəhərinə 39 (176 nəfər), Qırmızı Bazar qəsəbəsinə 16 (63 nəfər) və Xanoba kəndinə 13 ailənin (60 nəfər) növbəti köç karvanının yola salınması idi. 30 illik həsrətdən sonra doğma yurda qayıdan sakinlər hərtərəfli dövlət qayğısı ilə əhatə olunduqlarına görə Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkür ediblər. Böyük qayıdış çərçivəsində  həyata keçirilən bu proses regionların sosial-iqtisadi inkişafına mühüm töhfə verir, həmçinin yerli infrastrukturun bərpası və genişləndirilməsi, təhsil, səhiyyə və digər sosial xidmətlərin daha əlçatan olması üçün zəmin yaradır. 

***

Sahibkarlığın dəstəklənməsi və qadınların iqtisadi fəallığının artırılması sahəsində həyata keçirilən daha bir  tədbir həftənin sosial-iqtisadi gündəmində diqqət çəkən mühüm hadisələrdən idi. Aprelin 28-də Gəncə şəhərində "Credence Group" və Azərbaycan Sahibkar Qadınlar İctimai Birliyinin (ASQİB) təşkilatçılığı ilə  baş tutan Qadın Sahibkarların I Qurultayında ölkənin müxtəlif regionlarından yüzlərlə qadın sahibkar iştirak edib. "Güclü qadınlar, sonsuz imkanlar" şüarı altında keçirilən tədbir qadın sahibkarlığının inkişafına dəstək vermək, biznes mühitində qadınların rolunu gücləndirmək, eləcə də regionlarda yeni əməkdaşlıq platformalarının formalaşdırılmasına şərait yaratmaq məqsədilə təşkil olunmuşdu.

***

Bəhs etdiyimiz o gün paralel olaraq başqa bir regionda qadın sahibkarlığının təşviqi və regionlarda iqtisadi fəallığın artırılması ilə bağlı turizm sektorunun inkişafına yönəlmiş mühüm təşəbbüs reallaşdırılıb.  İqtisadi Əməkdaşlıq Təşkilatının (İƏT) təşkilatçılığı ilə Dövlət Turizm Agentliyi tərəfindən Şuşa şəhərində "Şuşa - İƏT-in turizm paytaxtı 2026" tədbiri çərçivəsində Qastronomiya günü təşkil olunub.

Tədbir çərçivəsində Azərbaycan, Türkiyə, Özbəkistan, Türkmənistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Pakistan, İran və Əfqanıstanın açıq hava şəraitində qurulmuş stendlərində bu ölkələrin qastronomiya mütəxəssisləri tərəfindən hazırlanmış, destinasiyaların qastroturizm potensialını əks etdirən əsas kulinariya nümunələri nümayiş etdirilib. 

***

Dünya Əməyin Mühafizəsi Gününə həsr olunmuş konfrans da arxada qoyduğumuz həftənin sosial-iqtisadi gündəmində diqqət çəkən hadisələrdən biridir. Konfrans çərçivəsində son illər Azərbaycanda əmək münasibətləri və əməyin mühafizəsi sahəsində həyata keçirilən ardıcıl islahatlar, əmək müqavilələrinin rəqəmsallaşdırılması və iş yerlərində təhlükəsizliyin təmin olunması məsələləri gündəmə gətirilib. Tədbirdə dövlət qurumlarının, eləcə də işəgötürənlərin əmək münasibətlərinin təkmilləşdirilməsi və beynəlxalq standartlara uyğunluğun təmin olunması istiqamətində gördükləri işlər vurğulanıb. Həmçinin əməyin mühafizəsi sahəsində aparılan təcrübələr, ESG (ətraf mühit, sosial və korporativ idarəetmə) prinsiplərinin tətbiqi və sosial tərəfdaşlığın gücləndirilməsi ilə bağlı müzakirələr aparılıb, nümunəvi iş yerləri və təşəbbüslər isə mükafatlandırılaraq digər müəssisələr üçün ilhamverici nümunə kimi təqdim olunub.

***

İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) və Azərbaycan Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının təşkilatçılığı ilə "Sahibkarlar günü"nə həsr olunmuş "Sahibkarlığın inkişafı güclü iqtisadiyyatdır" mövzusunda keçirilən tədbir həftənin iqtisadi gündəmində yeni iş yerlərinin yaradılması istiqamətində fikir mübadiləsinə şərait yaradıb. Tədbirdə ölkə iqtisadiyyatının davamlı inkişafında və məşğulluğun təmin edilməsində özəl sektorun aparıcı rolu vurğulanıb. Qeyd edilib ki, sahibkarlığın inkişafı üçün qanunvericilik bazası mütəmadi olaraq təkmilləşdirilir, inzibati prosedurlar sadələşdirilir, biznes mühiti  bir qədər də yaxşılaşdırılır. 


Züleyxa ƏLİYEVA, 

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Zəngəzur Milli Parkında Qafqaz bəbiri üç balası ilə kameralara düşüb

10:46
24 Oktyabr

Azərbaycan BMT-də mina təhlükəsinin əlilliyə səbəb olması ilə bağlı narahatlığını ifadə edib

10:17
24 Oktyabr

Bilmək istəyirəm

09:50
24 Oktyabr

Azərbaycanı "yaşıl gələcəy"ə aparan yol: reallıqlar, perspektivlər  

09:40
24 Oktyabr

Fərhad XƏLİLOV: "Sadəlik və gizli gözəllik - bax, budur mənim sevdiyim cəhətlər"

09:30
24 Oktyabr

Dostluğu ruhunda yaşadan adam 

09:20
24 Oktyabr

ZƏFƏR gündəliyi

09:10
24 Oktyabr

Azərbaycan-BMT tərəfdaşlığının Qarabağın dayanıqlı inkişafında rolu: Xankəndidə mühüm müzakirə

09:00
24 Oktyabr

Özbəkistan Prezidentinin investorlarla görüşündə "Akba" qızıl yatağının işlənməsi perspektivləri açıqlanıb

08:50
24 Oktyabr

Qarabağın "hava qapısı"

08:40
24 Oktyabr

Zəfərlə yenidən doğulan doğma yurd

08:30
24 Oktyabr

Aqrar sahənin inkişafı ilə bağlı qanun layihələri müzakirəyə çıxarıldı

08:20
24 Oktyabr

Yardımlı Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

08:10
24 Oktyabr

Təbiət möcüzələri dövlətin himayəsinə götürülür

08:00
24 Oktyabr

Xalq rəssamı Fərhad Xəlilova

00:27
24 Oktyabr

"Azərbaycan Respublikası Hökuməti ilə Qırğız Respublikası Nazirlər Kabineti arasında cinayətkarlıqla mübarizə sahəsində əməkdaşlıq haqqında Saziş"in təsdiq edilməsi barədə

00:26
24 Oktyabr

F.Q.Xəlilovun "İstiqlal" ordeni ilə təltif edilməsi haqqında

00:24
24 Oktyabr

Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyi "Həssas əhali qruplarından olan uşaqlara sosial psixoloji dəstək" və "Sosial işin idarə edilməsi (Keys menecment)" adlı müsabiqələr keçirir

00:21
24 Oktyabr

Azərbaycanın Türkiyədəki səfiri Dövlət Bağçalı ilə görüşüb

21:11
23 Oktyabr

ABŞ-də strateji nüvə qüvvələrinin təlimləri başlayıb  

20:19
23 Oktyabr

Onkoloq xərçəng riskini azaltmaq üçün ət istehlakı normasını açıqlayıb  

20:17
23 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!