06 May 2026 08:53
123
SİYASƏT
A- A+
Avropa İttifaqı nə qədər yanacaq ehtiyatına malikdir?

Avropa İttifaqı nə qədər yanacaq ehtiyatına malikdir?


Avropa İttifaqı (Aİ) enerji böhranı ilə üz-üzə qaldığı bir vaxtda ciddi problemlə qarşılaşıb. Belə ki, qitədə mövcud olan yanacaq ehtiyatlarının dəqiq həcmi məlum deyil. Cari ilin əvvəlində Yaxın Şərqdə, xüsusilə İran ətrafında gərginliyin hərbi müstəviyə keçməsi bu problemin yaranmasına səbəb oldu. Dünya neft və qaz axınının 20 faizinin keçdiyi strateji Hörmüz boğazının blokadaya alınması Avropa üçün həyəcan təbilini çaldı. Lakin budəfəki böhran, sadəcə, qiymətlərin bahalaşması ilə bitmir, əsas qorxu yanacağın fiziki olaraq tapılmaması, yəni "qıtlıq" riskidir.

Avropada dövlətlərin rəsmi strateji ehtiyatları bəllidir və şəffafdır. Lakin gündəlik həyatımızı hərəkətə gətirən benzinin, dizelin və xüsusilə reaktiv yanacağın böyük hissəsi özəl şirkətlərin anbarlarındadır. Bu şirkətlər isə "kommersiya sirri" və rəqabət qaydalarını bəhanə edərək, əllərindəki real ehtiyatı gizli saxlayırlar. Bu "məlumat korluğu" siyasətçilərin işini iflic edir, nə qədər ehtiyatın qaldığını bilmədən verilən hər bir qərar qaranlıqda hədəfə atəş açmağa bənzəyir.

Vəziyyətin ciddiliyi müxtəlif enerji növlərində fərqli şəkildə özünü büruzə verir. Hazırda tədarük zəncirinin ən zəif bəndi reaktiv yanacaq hesab olunur. Aprel ayının sonuna olan rəsmi məlumatlara görə, Avropanın cəmi 6 həftəlik uçuş ehtiyatı qalıb. Beynəlxalq Enerji Agentliyi xəbərdarlıq edir ki, əgər tədarük yaxın vaxtlarda bərpa olunmasa, iyunun ortalarında Avropa səmalarına sükut çökə bilər. Artıq bir çox aviaşirkət uçuşları kütləvi şəkildə azaldır, bilet qiymətləri isə rekord həddə çataraq əlçatmaz olur.

Təbii qaz sektorunda müşahidə olunan mövcud mənzərə də ürəkaçan deyil. 2022-ci ildə xarici tədarükçülərdən birtərəfli asılılığın yaratdığı kəskin enerji böhranı və qlobal bazarlardakı qeyri-sabitlik Avropa üçün ciddi bir xəbərdarlıq rolunu oynadı. Həmin dövrdə yaşanan çətinliklər qitəni enerji təhlükəsizliyini qorumaq üçün anbarları maksimum dərəcədə doldurmağa sövq etdi. Lakin builki uzun sürən sərt qış şəraiti və eyni zamanda Yaxın Şərqdəki gərginliyin qlobal təchizat zəncirini qırması ehtiyatların sürətlə tükənməsinə səbəb olub. Hazırda qaz anbarlarının doluluq səviyyəsi 32 faizə düşüb ki, bu da son 5 ilin ən aşağı  göstəricisidir. Normalda bu fəsildə qitə ölkələri növbəti mövsüm üçün ehtiyat toplamağa başlamalı olduğu halda, hələ də "xərcləmə" rejimində qalması qarşıdakı aylarda böyük bir hazırlıqsızlıq və enerji qıtlığı riski yaradır. 

Qitənin enerji təhlükəsizliyinin təmin olunmasında Azərbaycan etibarlı tərəfdaş kimi xüsusi rol oynayır. Hazırda ölkəmiz Avropa İttifaqının 10 dövlətinə təbii qaz ixrac edir ki, bu coğrafiyanın gələcəkdə daha da genişlənməsi, o cümlədən Çexiyanın da bu siyahıya daxil edilməsi planlaşdırılır. Avropada yaranmış mövcud vəziyyət Azərbaycanın beynəlxalq enerji bazarındakı strateji əhəmiyyətini bir daha sübut edir. 2020-ci ilin sonundan etibarən istifadəyə verilən "Cənub qaz dəhlizi" vasitəsilə Azərbaycan qazı qitənin enerji balansında sabitləşdirici amilə çevrilərək bir çox ölkənin enerji təhlükəsizliyinə töhfə verir.

Eyni zamanda, Avropada yükdaşımaları üçün mühüm əhəmiyyət kəsb edən dizel və benzin ehtiyatları ilə bağlı qeyri-müəyyənlik hökm sürür. Bu məhsulların əhəmiyyətli hissəsi özəl anbarlarda saxlanılır. Şirkətlər gələcəkdə qiymətlərin daha da qalxacağını ehtimal edərək yanacağı bazara çıxarmağa tələsmirlər. Bu vəziyyət bazarda süni qıtlığın yaranmasına və qiymət fırıldaqçılığına münbit şərait yaradır.

Avropa Komissiyasının prezidenti Ursula fon der Lyayen etiraf edir ki, Yaxın Şərqdəki gərginlik Aİ-yə hər gün təxminən 500 milyon avro əlavə xərc yükləyir. Bu məbləğ Avropa sənayesinin rəqabət qabiliyyətinin itirilməsi deməkdir. 

Bəs Avropa bu quyudan necə çıxacaq? Hazırda Brüsseldə iki əsas istiqamət müzakirə olunur. Birincisi, ABŞ-nin Enerji İnformasiya Administrasiyası modelinə bənzər bir "Yanacaq Rəsədxanası" yaratmaqdır. Bu qurum özəl şirkətləri ehtiyatları açıqlamağa məcbur edəcək. İkincisi isə məcburi qənaət rejimidir. Bəzi ölkələrdə artıq həftəsonları avtomobil qadağaları və iş yerlərində istilik limitləri müzakirə olunur. Eyni zamanda Avropanın daxilində hələ də istifadə olunmamış təxminən 4 milyard barellik neft ehtiyatı var. Avropada indi "yaşıl enerji" prioritetlərini müvəqqəti kənara qoyub, milli təhlükəsizlik naminə bu quyuları qazmağın vaxtının çatdığı barədə çağırışlar artır.

Avropa hazırda həm enerji, həm də etimad böhranı yaşayır. Yanacaq çənlərinin dibi görünməyə başlayıb, amma o dibin nə qədər dərində olduğunu heç kim dəqiq bilmir. 2026-cı ilin yay ayları qitə üçün həlledici sınaq olacaq. 


Təhminə VERDİYEVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tarixi təməl üzərində qardaşlığın söz qalası

09:05
06 May

AÇG Azərbaycanın neft sənayesindəki mövqeyini itirmir

09:00
06 May

Böyük qayıdışdan iqtisadi zirvələrə, sosial ənənələrdən sahibkarlığa

08:57
06 May

Azərbaycanda ən müxtəlif təyinatlı gəmilər inşa olunur

08:55
06 May

Avropa İttifaqı nə qədər yanacaq ehtiyatına malikdir?

08:53
06 May

Bakı-Brüssel xətti: strateji tərəfdaşlıq yeni mərhələdə

08:50
06 May

Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb

08:45
06 May

Regionun gələcək inkişaf modelini müəyyən edən strateji yol xəritəsi

08:40
06 May

Bakı sülh missiyasını uğurla davam etdirir

08:35
06 May

Enerji əməkdaşlığı üzərində qurulan iqtisadi tərəfdaşlıq

08:30
06 May

Milyonların qəlbində əbədi yaşayan dahi şəxsiyyət

08:25
06 May

Azərbaycanın inkişaf strategiyasının təməl prinsipləri

08:20
06 May

Azərbaycan inkişafı və uğurları ilə yüksəlir

08:15
06 May

Qüdrətli dövlətçiliyin memarı

08:10
06 May

Heydər Əliyev siyasəti ailə, qadın və uşaq məsələləri kontekstində

08:05
06 May

Azərbaycan-İtaliya: dərinməzmunlu əlaqələr siyasi fürsətlərə çevrilir

08:00
06 May

Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Təhsil haqqında" və"Minatəmizləmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:52
06 May

"Azərbaycan Respublikası Hökuməti ilə İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi arasında Ev Sahibi Ölkə Sazişi"nin təsdiq edilməsi haqqında

01:51
06 May

N.A.Yusifbəylinin Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında

01:51
06 May

"Göradil Quşçuluq" ASC-nin səhmdarlarının nəzərinə!

01:48
06 May

"Bakı Rail-Trans" QSC-nin səhmdarlarının nəzərinə! 

01:47
06 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!