06 May 2026 08:15
124
SİYASƏT
A- A+
Azərbaycan inkişafı və uğurları ilə yüksəlir

Azərbaycan inkişafı və uğurları ilə yüksəlir


Xalqımız Ulu Öndər Heydər Əliyevin anadan olmasının 103-cü ildönümünü böyük ehtiram, sonsuz sevgi və dərin minnətdarlıq hissi ilə qarşılayır. Aradan illər ötəcək, nəsillər dəyişəcək, lakin Heydər Əliyevə olan ümumxalq ehtiramı əbədi və tükənməz olacaq. Çünki Heydər Əliyev xalqımızı burulğanlardan xilas edən, müasir dövlətimizi quran, tarixin ən qüdrətli Azərbaycanının sarsılmaz və etibarlı təməllərini yaradan dahi və görkəmli şəxsiyyətdir. 

Tarix sübut edir ki, məhz güclü lideri olan dövlətlər və xalqlar taleyin ən ağır sınaqlarından belə uğurla çıxaraq öz hədəflərinə inamla çata bilirlər. Bu, qədim zamanlarda belə olub, çağdaş dövrümüzdə də belədir. Siyasi quruluşundan və idarəetmə formasından asılı olmayaraq, istənilən dövlətin ziddiyyətlərlə dolu müasir münasibətlər sistemində uğur qazanmasında və xarici təzyiqlərə qarşı duruş gətirə bilməsində lider faktoru aparıcı rol oynayır.

Öz dövlətinin və xalqının taleyində böyük rol oynamış çoxsaylı liderlərin adını çəkmək olar. Bu sırada yeni dünya tarixinin ən mükəmməl nümunəsi xalqımızın Ümummilli Lideri Heydər Əliyevin Azərbaycan dövləti və dövlətçiliyi qarşısındakı xidmətləridir. 

Heydər Əliyev Azərbaycanın rəhbəri olduğu bütün dövrlərdə xalqının taleyini sanki özünün taleyi kimi qəbul etmişdir. O, ən çətin, mürəkkəb və taleyüklü məqamlarda məsuliyyəti üzərinə götürərək Azərbaycanı böhranlardan çıxarmış, ölkəmizi ucaltmış, inkişaf, sabitlik və tərəqqi yoluna yönəltmişdir. Məsələn, Azərbaycanın müasir tarixində ilk dəfə sovet illərində yaşanan böyük iqtisadi yüksəliş Heydər Əliyevin xalqımızın qarşısındakı ən böyük xidmətlərindən biridir. Lakin o illərdə Ulu Öndər Azərbaycanı yalnız keçmiş ittifaqın ən qabaqcıl respublikaları sırasına yüksəltməklə kifayətlənmədi. Heydər Əliyev həm də Azərbaycanda elmin, təhsilin sürətli inkişafına nail oldu, idarəetmədə sovet beynəlmiləlçiliyi adı altında yerli xalqların hüquqlarını tapdalayan prinsiplərə yer verildiyi bir vaxtda məsul vəzifələrdə azərbaycanlı kadrların daha çox irəli çəkilməsini təmin etdi. Heydər Əliyev sovet ideologiyasının hakim olduğu bir reallıqda xalqımızın milli-mənəvi dəyərlərini qorudu, onların yaşadılması üçün bütün imkanlardan cəsarətlə istifadə etdi. Heydər Əliyev Azərbaycanın tarixindən, keçmişindən, milli dəyərlərindən yazan şair və yazıçıları qorudu, onlara qarşı repressiv tədbirlərin görülməsinə imkan vermədi.

Bir məsələni də xüsusi qeyd etməliyik ki, Heydər Əliyevin istər respublikamıza sovet dövrü rəhbərliyi illərində, istərsə də Kremldə çalışdığı illərdə ermənilərin Azərbaycana qarşı ərazi iddialarının baş qaldırmasına imkan verməmişdi. O illərdə Ermənistan rəhbərliyinin və erməni ziyalılarının Qarabağın Ermənistana birləşdirilməsi ilə bağlı Moskvaya ünvanladıqları bütün müraciətlər məhz Heydər Əliyevin qətiyyəti sayəsində nəticəsiz qalmışdı. Təəssüf ki, Heydər Əliyevin bu qətiyyətini və prinsipiallığını ötən əsrin 80-ci illərinin sonlarında respublikamıza rəhbərlik edənlər davam etdirə bilmədilər və Azərbaycan erməni separatizmi ilə üz-üzə qaldı.

Heydər Əliyev elə bir siyasi düha idi ki, hətta heç bir rəsmi vəzifə daşımadığı dövrdə belə öz xalqına xidmət edirdi. Bu mənada Ulu Öndərin 20 Yanvar faciəsindən sonra Moskvadakı Azərbaycan nümayəndəliyinə gəlişi və etdiyi cəsarətli çıxışı yalnız sovet rəhbərliyinə edilən etiraz deyildi. Bu çıxış həm də Azərbaycanda müstəqillik uğrunda milli hərəkatın yeni mərhələyə yüksəlməsinə yol açan siyasi manifest idi. Heydər Əliyevin siyasi fəaliyyətinin 1990-cı ilin payızından başlayan Naxçıvan dövrü isə Azərbaycan xalqının müstəqillik mücadiləsinin və müasir dövlətçilik tarixinin ən parlaq səhifələridir. 1990-cı ilin noyabrında Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli bayrağının Naxçıvanda rəsmi bayraq kimi təsdiq olunması, «sovet» və «sosialist» sözlərindən imtina edilməsi, 1991-ci ilin fevralında isə SSRİ-nin saxlanılması ilə bağlı referendumun keçirilməsinin Naxçıvan MR-də boykot edilməsi sıradan hadisələr deyildi. Heydər Əliyev qətiyyətinin və cəsarətinin təcəssümü olan bu hadisələr milli müstəqillik mücadiləsinin daha dönməz və sarsılmaz olmasını təmin etdi.

Heydər Əliyevin 1993-cü ildə Bakıya gələrək Azərbaycanın müstəqilliyini xilas etməsi isə taleyin ona həvalə etdiyi növbəti tarixi missiya oldu. Ulu Öndərin 1992-ci ilin noyabr ayında Yeni Azərbaycan Partiyasının yaradılması ilə başlanan yeni siyasi missiyası müstəqilliyimizi xilas etdi, torpaqlarımızın işğal edilməsinə imkan vermədi. Öz əməlləri ilə xalqımızın Ümummilli Liderinə çevrilən Heydər Əliyev müasir Azərbaycan dövlətini yaratdı, müstəqil dövlətçiliyimizin siyasi və hüquqi əsaslarını formalaşdırdı. Heydər Əliyev Azərbaycanı yalnız bu günün deyil, gələcəyin dövləti kimi qurdu. Bu siyasətin nəticəsində Azərbaycan müasir çağırışları əsas götürən inkişaf yolu ilə getdi, beynəlxalq münasibətlər sistemində özünə layiqli yer tutdu. Ulu Öndər Heydər Əliyev xalqımızın milli həmrəyliyini təmin etdi, dövlətimizin ideoloji dayaqlarını formalaşdırdı, azərbaycançılıq ideyası siyasi-mənəvi məfkurəyə çevrildi.

Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində, milli müstəqilliyimizin qorunub saxlanılmasında və ölkəmizin hərtərəfli inkişaf yoluna çıxarılmasında müstəsna xidmətlər göstərmiş dahi şəxsiyyətin zəngin siyasi irsi bu gün də xalqımız üçün etibarlı yol xəritəsi kimi böyük əhəmiyyət daşıyır. Ulu Öndərin uzaqgörən siyasəti nəticəsində formalaşan güclü dövlətçilik ənənələri müasir Azərbaycanın uğurlu inkişafının əsasını təşkil edir və gələcək nəsillərə örnək olaraq yaşayır. 

Heydər Əliyevin müəyyən etdiyi siyasi kurs Azərbaycanın uğurlarını təmin edən strateji xətt kimi Prezident İlham Əliyev tərəfindən davam etdirilir. Ötən 23 ilə yaxın müddət ərzində bu xətt Azərbaycanı uğurdan uğura aparıb. Təsadüfi deyil ki, hazırda beynəlxalq münasibətlər sistemində Azərbaycan deyəndə Cənubi Qafqazın lideri, sabitliyin möhkəm və sarsılmaz olduğu bir respublika,  qlobal enerji təhlükəsizliyi məsələlərində söz sahibi olan bir dövlət göz önündə canlanır.

Ən əsası, bu gün dünyada Azərbaycanı müharibədə qalib gələn, ərazilərini döyüş yolu ilə işğaldan azad edən dövlət kimi tanıyırlar. Qeyd edək ki, Heydər Əliyevin ən böyük arzusu torpaqlarımızın işğaldan azad edilməsi, məcburi köçkünlərin doğma yurdlarına qayıdışı idi. Heydər Əliyev torpaqlarımızın işğaldan azad olunacağına əmin idi. Ulu Öndər 1990-cı illərdə çıxışlarının birində bununla bağlı demişdir: “Azərbaycan bu vəziyyətdən çıxacaq, Azərbaycanın ərazi bütövlüyü təmin olunacaq, qaçqınlar öz yerinə-yurduna, qayıdacaqlar və Azərbaycan müstəqil dövlət kimi yaşayacaq, inkişaf edəcəkdir”.

2020-ci ilin 44 günlük Vətən müharibəsində torpaqlarımızın işğaldan azad edilməsi, 2023-cü ildə isə Qarabağda erməni separatizminə son qoyulması Ulu Öndər Heydər Əliyevin ideyalarının reallığa çevrildiyini özündə əks etdirən ən möhtəşəm hadisələr oldu. Bu zəfərlər həm də bir vəsiyyətin, bir inamın və bir dövlətçilik fəlsəfəsinin həyata keçməsi idi. Bu gün işğaldan azad edilmiş torpaqlarda dalğalanan üçrəngli bayrağımız, Qarabağa və Şərqi Zəngəzura yola düşən qayıdış karvanları həm də Ulu Öndər Heydər Əliyevin həyata vəsiqə almasının ən möhtəşəm təcəssümləridir.

Ulu Öndərin ruhu rahatdır. Çünki artıq torpaqlarımız azaddır, artıq məcburi köçkünlər öz doğma yurdlarına geri qayıdırlar. Azərbaycan isə özünün inkişafı və uğurları ilə Ulu Öndərin arzuladığı bir səviyyəyə yüksəlib. 


Nəsib MƏHƏMƏLİYEV,

Milli Məclisin deputatı

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Bakı-Brüssel xətti: strateji tərəfdaşlıq yeni mərhələdə

08:50
06 May

Paytaxtın abad məhəllələrində basketbol yarışları başa çatıb

08:45
06 May

Regionun gələcək inkişaf modelini müəyyən edən strateji yol xəritəsi

08:40
06 May

Bakı sülh missiyasını uğurla davam etdirir

08:35
06 May

Enerji əməkdaşlığı üzərində qurulan iqtisadi tərəfdaşlıq

08:30
06 May

Milyonların qəlbində əbədi yaşayan dahi şəxsiyyət

08:25
06 May

Azərbaycanın inkişaf strategiyasının təməl prinsipləri

08:20
06 May

Azərbaycan inkişafı və uğurları ilə yüksəlir

08:15
06 May

Qüdrətli dövlətçiliyin memarı

08:10
06 May

Heydər Əliyev siyasəti ailə, qadın və uşaq məsələləri kontekstində

08:05
06 May

Azərbaycan-İtaliya: dərinməzmunlu əlaqələr siyasi fürsətlərə çevrilir

08:00
06 May

Azərbaycan Respublikasının Vergi Məcəlləsində, "Təhsil haqqında" və"Minatəmizləmə fəaliyyəti haqqında" Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə

01:52
06 May

"Azərbaycan Respublikası Hökuməti ilə İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzi arasında Ev Sahibi Ölkə Sazişi"nin təsdiq edilməsi haqqında

01:51
06 May

N.A.Yusifbəylinin Sumqayıt Dövlət Universitetinin rektoru təyin edilməsi haqqında

01:51
06 May

"Göradil Quşçuluq" ASC-nin səhmdarlarının nəzərinə!

01:48
06 May

"Bakı Rail-Trans" QSC-nin səhmdarlarının nəzərinə! 

01:47
06 May

Rəqəmsal İdeya Müsabiqəsinin qalibləri mükafatlandırılıblar

22:56
05 May

Rusiya hərbçiləri Zaporojyeyə zərbə endiriblər, ölənlərin sayı 12-yə çatıb

21:53
05 May

Azərbaycan və Belarus arasında sənaye sahəsində əməkdaşlığın genişləndirilməsinə dair fikir mübadiləsi aparılıb  

21:28
05 May

Rusiya ordusu Kramatorsk şəhərinin mərkəzinə bombalar atıb, ölənlər var

21:19
05 May

“SAHA 2026” sərgisində müdafiə sənayesi üzrə əməkdaşlığın genişləndirilməsi diqqətdə olub

20:51
05 May

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!