15 May 2025 08:30
493
CƏMİYYƏT
A- A+
Azərbaycanda ailə ənənələri hər zaman yaşayacaq

Azərbaycanda ailə ənənələri hər zaman yaşayacaq


Bu gün Beynəlxalq Ailə Günü kimi qeyd olunur. Bu əlamətdar gün Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş Assambleyasının qətnaməsinə müvafiq olaraq 1994-cü ildən keçirilir. Ölkəmiz bu ənənəyə 2008-ci ildən qoşulub. Azərbaycanda ailə bayramının qeyd edilməsi dövlət qadın siyasətinin bariz nümunəsidir. 

"Ailə - kiçik bir dövlətdir", - deyirlər. Heç zaman mahiyyətini itirməyən bu müdrik fikir ailənin həm də cəmiyyətin, dövlətin var olmasında, inkişafında rolunun nə qədər əhəmiyyətli olduğunu ifadə edir. Böyük dövlətin məğlubedilməzliyini, təməlinin sarsılmazlığını, sayılıb-seçilməsini, işıqlı gələcəyini müəyyənləşdirənlər, təmin edənlər bu kiçik dövlətin yetişdirdiyi insanlardır. 

Azərbaycan xalqı hər zaman ailə dəyərini yüksək tutub. Hər bir ailədə böyüklər kiçiklərə məsləhət, nəsihət verməzdən öncə öz davranışları ilə onlara nümunə olmağa çalışıblar. Azərbaycan ailələrində uşaqlar ağılları kəsməyə başlayandan görüblər ki, böyüklərə ehtiram göstərmək, sözlərinə qulaq asmaq yalnız onlardan tələb olunmur. Bu qaydalara, demək olar ki, yaş ardıcıllığı ilə hər kəs riayət edir. 

Azərbaycan ailələrində bineyi-qədimdən ən çox diqqət göstərilən məsələlərdən biri də eyni vaxtda süfrə ətrafında toplaşmaqdır. Adətən, analar ailə başçısı evə gəlməyincə, süfrə açmayıblar. Böyüklərin yeri  həmişə süfrənin başında olub. Onlar əl uzatmayınca kiçiklər yeməyə başlamayıblar. Azərbaycan ailələrinin əksəriyyətində bu günədək belədir.

Ailə böyükləri də öz növbələrində kiçiklərə diqqət, qayğı göstərirlər, gecə-gündüz çalışır, ağır zəhmətə qatlaşırlar ki, övladları heç nədən korluq çəkməsinlər, özlərini həyatda arxalı hiss etsinlər, həm maddi, həm də mənəvi baxımdan rahat yaşasınlar. Bu qayğıkeşlik, fədakarlıq uşaqlarda valideynlərinə, nənə-babalarına qarşı bağlılığı, sevgini möhkəmləndirir. Doğmaları yaşa dolub fiziki imkanları məhdudlaşanda da övladlar onlara dayaq olur, qayğısını çəkirlər.

Valideynlər yalnız uşaqlarını boya-başa çatdırmaqla, yaxşı təhsil almalarına, peşə, sənət öyrənmələrinə nail olmaqla vəzifələrini bitmiş hesab etmirlər. Ailə quranda da maddi ehtiyac ucbatından çətinliyə düşməmələri üçün müəyyən hazırlıqlar görürlər. Toy adət-ənənələrimizə çevrilmiş nişanlı qızlara oğlan evi tərəfindən geyim, bəzək əşyaları, yaxud qız tərəfinin ev əşyaları almaları da bu düşüncədən irəli gəlib. Yəni qədimdə oğlan evi də, qız evi də ailə quran gənclərə, adətən, lazımi məişət əşyaları, eləcə də gündəlik həyatlarında, toy-bayramlarda geyinib-kecinmək üçün libaslar, bər-bəzəklər alıblar. İsrafçılıq həmişə yolverilməz hesab edilib. Odur ki, cer-cehizi təmtəraq, nümayiş etdirmək üçün deyil, gənclərə gərək olacağına görə alıblar. Yeni evlənənlər ilk gündən adi məişət problemləri ilə üzləşməyiblər. 

Əfsuslar olsun ki, yalnız xeyirxahlıq, qayğıkeşlik, zərurət məqsədi daşıyan bu adət-ənənəni sonralar bir çoxları davam etdirmək adı ilə ifrata varıb, əndazəni aşıblar. Maddi imkanı olanlar da, olmayanlar da bahalı geyimlər, zinət əşyaları, cehiz alırlar. Hətta bunun üçün borca düşən, kredit götürən valideynlər də az deyil. Nəticədə özləri üçün, bəzən hətta yeni evlənən gənclər üçün problemlər yaradırlar. Gənc ailələrin möhkəmlənməsində maneəyə çevrilən yeganə səbəb isə, əlbəttə ki, bu, deyil.

Təəssüflə qeyd edək ki, ölkəmizdə boşanma hallarının sayında azalma müşahidə olunmur. Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 2024-cü il ərzində ölkədə 49 min 508 nikaha daxilolma və 21 min 384 boşanma halları qeydə alınıb. Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb. O da qeyd olunub ki, 2023-cü illə müqayisədə 2024-cü ildə əhalinin hər min nəfərinə nikahların sayı azalaraq 5,3-dən 4,9-a düşüb, boşanmaların sayı isə dəyişməyərək eyni səviyyədə (2,1) qalıb.

Dövlət Statistika Komitəsi 2025-ci ilin yanvar-fevral aylarında qeydə alınan nikah və boşanmaların sayını da açıqlayıb. Bildirilib ki, Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 7741 nikah və 3414 boşanma halı qeydə alınıb və ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 4,0-dan 4,7-yə qədər artıb, boşanmaların sayı isə eyni səviyyədə (2,1) qalaraq dəyişməyib.

Boşanmaya aparıb çıxaran səbəblər müxtəlifdir. Elmi-texniki tərəqqi əsrində yaşayırıq. Sosial şəbəkələr həyatımızın ayrılmaz hissəsinə çevrilib. Ailələrdə münaqişələrin artmasında sosial şəbəkələrin rolu da danılmazdır. Mütəxəssislər  bununla yanaşı, boşanmalarda başqa amillərin - maddi səbəblərin, valideynlərin müdaxiləsinin, uşağın olmamasının, məsuliyyətsizliyin, xəyanətin, yalan danışmağın, həddən artıq qısqanclığın, zərərli vərdişlərə aludəçiliyin mənfi rol oynadığına diqqəti çəkirlər.

Əlbəttə, boşanma halları yalnız gənc ailələrdə baş vermir. Boşananlar arasında hətta uzun müddət evli olanlar da var.  Mütəxəssislər belə ailələrin dağılmasının arxasında, əsasən, sosial, iqtisadi və psixoloji faktorların dayandığını nəzərə çatdırırlar.

Hətta oxşar görünən ailələrin də hər birinin öz daxili qayda-qanunları var. Amerika filosofu, esseisti və şairi Ralf Uold Emerson "Ailə kralların belə girə bilmədiyi bir qaladır" deyib. Qədim Azərbaycan xalqının ənənələrinə görə, ailə qalasında baş verənləri çox zaman onun hüdudlarından kənara çıxarmaq məqbul hesab edilmir. Yəni atalarımızın dediyi kimi: "Söz var, ev içində, söz var, el içində". Ancaq təəssüflə vurğulamalıyıq ki, bu məqamı unudanlar az deyil. Ailədə yaranan kiçik narazılıqlardan belə bütün qohum-qonşu xəbərdar olur. Çünki ailə üzvləri öz aralarında müzakirə etməli olduqları narazılıqları, narahatlıqları dərhal başqalarına danışırlar. Məsləhətli don isə həmişə gen olmur. Bəzən kənar müdaxilələr ailədəki vəziyyəti daha da gərginləşdirir, çıxılmaz yola aparır.

Azərbaycan xalqı çox müdrikdir, yüksək dəyərlərə malikdir. Mənəvi zənginliyini heç zaman itirməz, eləcə də aşınmaya məruz qalmasına yol verməz. Ailə bu dəyərlərin başında gəlir. Zaman nə qədər dəyişirsə dəyişsin, ölkəmizdə ailə ənənələri hər vaxt yaşayacaq.


Zöhrə FƏRƏCOVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!