03 İyun 2025 08:40
784
İDMAN
A- A+
Azərbaycana zəfər yaraşır

Azərbaycana zəfər yaraşır


Minifutbol üzrə milli komandamız Bakıda keçirilən dünya çempionatının qalibi oldu


Möhtəşəm atmosfer, mükəmməl təşkilatçılıq, inanılmaz azarkeş dəstəyi... Bakıda keçirilən minifutbol üzrə dünya çempionatı başa çatıb. Milli Gimnastika Arenasında təşkil olunan final görüşündə Azərbaycan və Macarıstan yığmaları üz-üzə gəlib. Matç komandamızın 4:2 hesablı qələbəsi ilə yekunlaşıb. Milli komandamızın dünya çempionluğu beynəlxalq miqyasda ölkənin imicini qaldırmaqla yanaşı, onun imkanlarını növbəti dəfə nümayiş etdirdi. 

Sevindirici haldır ki, Azərbaycanın minifutbolda potensialı ildən-ilə daha da güclənir. Minifutbolçularımızın qazandıqları tarixi zəfər onu göstərir ki, ümumiyyətlə, Azərbaycanda idmanın inkişafı dinamik xarakter daşıyır və idmançılarımız ardıcıl olaraq böyük qələbələr qazanmağa qadirdilər.

Azərbaycan Minifutbol Federasiya (AMF) rəhbərliyi az vaxtda uğura aparan yolun qısa xülasəsini təqdim etdi və bir daha bəlli oldu ki, həqiqətən də istənilən sahədə qısa zamanda uğurun qazanılması mümkündür. Əgər yüksək təşkilatçılıq bacarığı, istedad, peşəkar yanaşma, diqqət və qayğı, ən əsası isə milli ruhun, vətənpərvərliyin ən ali dəyər kimi qəbul edildiyi yerdə zəfər qaçılmazdır.  Yalnız azərbaycanlılardan ibarət və milli ruha malik komanda yaradılıb və düzgün idarəetmə sayəsində qısa zamanda yüksək nəticələr əldə edilib. 

Dünya çempionatında təşkilatçılıq ən yüksək səviyyədə idi. Göründüyü kimi, qısa müddətdə bu qədər işin görülməsi, həqiqətən, gərgin və fədakar zəhmət tələb edir. Lakin Azərbaycan Minifutbol Federasiyası ən yüksək formada bunun öhdəsindən gəlməyi bacardı. Bakıda mundiala hazırlıq, püşkatma mərasiminin, çempionatın yüksək səviyyədə təşkili üzrə digər işlərin sürətlə həyata keçirilməsi göstərdi ki, AMF rəhbərliyi hazırlıq işlərini göstərilən vaxtda yüksək səviyyədə başa çatdırmaqla misli görünməmiş bir uğura imza atıb. 

Azərbaycan Minifutbol Federasiyasının prezidenti Orxan Məmmədov Azərbaycan millisinin Bakıda keçirilən dünya çempionatında qalib olması barədə danışarkən deyib ki, düşüncələrini sözlə ifadə etmək çətindir: "Azarkeşlərimizə və xalqımıza dəstəyə görə təşəkkür edirəm. Yığmamız turnir ərzində demək olar ki, səhvsiz irəlilədi. Macarıstana qarşı final görüşündə də əla mübarizə apardı".

O.Məmmədov ən böyük dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib: "Əlbəttə ki, bu tarixi uğur dövlətimizin başçısı İlham Əliyevin xeyir-duası, Azərbaycan Minifutbol Federasiyasına olan dəstəyi sayəsində ərsəyə gəldi. Biz bu işi məhz dövlətin maliyyə və infrastruktur baxımından dəstəyi ilə bacardıq. Prezident İlham Əliyev hər zaman idmana qayğı göstərir. Bundan sonrakı məqsədimiz uşaqları bu idman növünə cəlb etmək və yeni uğurlar qazanmaqdır".

Gənclər və idman naziri Fərid Qayıbov isə deyib ki, dünya çempionatı kimi böyük turnirin Azərbaycanda keçirilməsi gözəl addımdır: "Minifutbol millimiz bunadək Avropa çempionu olub, dünya çempionatında dördüncü yeri tutmuşdu. Bu idman növü ölkəmizdə yüksək səviyyədə inkişaf edir. Burada dövlətin dəstəyi mühüm yer tutur. Bildiyiniz kimi, idman ölkəmizdə dövlət siyasəti kimi müəyyənləşdirilib. Bunun nəticəsində Azərbaycanda irimiqyaslı yarışlar keçirilir, yeni qələbələr olur və idmanımız inkişaf edir".

Dünya Minifutbol Federasiyasının vitse-prezidenti Peter Kralik isə qeyd edib ki, Bakıda minifutbol üzrə dünya çempionatı möhtəşəm təşkil olundu. O, mundialın yerli azarkeşlər tərəfindən böyük izdihamla qarşılandığını bildirib: "Dünya çempionatı üçün böyük dəstək göstərildi. Azərbaycanın minifutbol üzrə çox gözəl komandası var. Onlara öz təbrikimi çatdırıram. Milli komandanız turnir ərzində əla oyun nümayiş etdirdi və qələbəni haqq etdi. Bu yarış minifutbol tarixində ən mötəbər turnir oldu".

Qurum rəsmisi keçirildiyi Milli Gimnastika Arenasında olan təşkilatçılığı bəyəndiyini vurğulayıb: "Bu cür tədbirləri təşkil etməyin necə çətin olduğunu bilirəm. Lakin Azərbaycan bunun öhdəsindən əla şəkildə gəldi".

Minifutbol üzrə Azərbaycan millisinin baş məşqçisi Elşad Quliyev isə bildirib ki,  tarixi qələbə oldu: "Bu yolda əməyi olan hər kəsə təşəkkür edirəm. Möhtəşəm qələbə idi. Sadəcə olaraq bu hissləri yaşamaq lazımdır. Çempion olmaq qismətimizdə var imiş. Demək olar ki, bu oyunda vurduğumuz zərbələrin hamısı qolla nəticələndi. Azərbaycan xalqını təbrik edirəm".

Minifutbol üzrə Azərbaycan millisinin üzvü Xətai Bağırov Bakıda keçirilən dünya çempionatının qalibi olmaları barədə danışarkən deyib ki, hissləri sözlə ifadə etmək çox çətindir: "Final matçına yüksək səviyyədə hazırlaşmışdıq. Bu oyuna qədər bir çox qol epizodlarından istifadə edə bilmirdik. Lakin bu gün ilk dəqiqələrdən qollar vurmağa başladıq. Bizə dəstək olan hər kəsə təşəkkür edirəm".

Göründüyü kimi, bu gün Azərbaycanın beynəlxalq aləmdə idman ölkəsi kimi tanınmasını və mötəbər arenalarda bayrağımızın dalğalanmasını hamılıqla şərəf və qürur hissi ilə seyr ediriksə, bütün bu nailiyyətlərin təməlində məhz dövlətin uğurlu idman siyasəti dayanır.

Gənclik və idman bir-birini tamamlayan məfhumlardır. Müasir gənclərin hərtərəfli formalaşması, rəqabətədavamlı yetişdirilməsi məhz dövlətin uğurlu gənclər siyasətinin davamıdır. Gənclərimiz tək idmanda deyil, bütün sferalarda aktiv rolu ilə seçilir, ictimai-siyasi, sosial-iqtisadi sahələrdə də mühüm rol oynayırlar. Bütün bunlar Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın gənclərin fəaliyyəti üçün yaratdığı geniş imkanların, yüksək diqqət və qayğının nəticəsidir.


Elçin CƏFƏROV,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Ölkələrimiz arasında intensiv qarşılıqlı səfərlər və aktiv diplomatik təmaslar əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir

08:30
19 Dekabr

Prezident İlham Əliyevin Əbu-Dabiyə səfəri ikitərəfli əlaqələrimizi daha da gücləndirəcək 

08:25
19 Dekabr

Azərbaycan-BƏƏ enerji əməkdaşlığına "yaşıl işıq"

08:20
19 Dekabr

20 min məhkumun azadlığını özündə ehtiva edən tarixi amnistiya təşəbbüsü 

08:15
19 Dekabr

Heydər Əliyev və Azərbaycanın Əsas Qanunu

08:10
19 Dekabr

"Ulu Öndər Heydər Əliyev yolunun Müzəffər davamçısı"

08:05
19 Dekabr

ÖZ YOLU İLƏ GEDƏN AZƏRBAYCAN

08:00
19 Dekabr

"Azərbaycan Respublikası Milli Məclisi Daxili Nizamnaməsinin təsdiq edilməsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:43
19 Dekabr

Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutu əməkdaşlarının "Tərəqqi" medalı ilə təltif edilməsi haqqında

01:43
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 4 oktyabr tarixli 283 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin döyüş bayraqlarının təsviri"ndə dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 10 oktyabr tarixli 1627 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikası Nazirlər Kabinetinin iş qaydası"nda dəyişiklik edilməsi haqqında

01:41
19 Dekabr

"Su obyektlərindən xüsusi məqsədlər üçün istifadəyə icazənin verilməsi Qaydası"nın təsdiq edilməsi haqqında

01:40
19 Dekabr

Azərbaycan Memarlıq və İnşaat Universiteti əməkdaşlarının təltif edilməsi haqqında

01:39
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçiriləcəyi xarici tərəfdaş ali təhsil müəssisələrinin, ixtisaslar üzrə təhsil proqramlarının və təhsil səviyyələrinin seçimi Qaydası”nın təsdiq edilməsi haqqında

01:38
19 Dekabr

“Beynəlxalq ikili diplom proqramlarının həyata keçirilməsinin maliyyələşdirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında

01:37
19 Dekabr

"BANK RESPUBLİKA" ASC SƏHMDARLARININ NƏZƏRİNƏ!

01:36
19 Dekabr

BİLDİRİŞ

01:36
19 Dekabr

Azercell abunəçilərinin nəzərinə

01:35
19 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 29 oktyabr tarixli 322 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının hava limanlarında xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:34
19 Dekabr

Leyla Əliyeva “ASAN Məktub” sosial proqramının 10 illiyinə həsr olunan tədbirdə iştirak edib  

22:05
18 Dekabr

Ruben Vardanyanın məhkəməsində prokuror çıxış edib, təqsirləndirilən şəxsin ömürlük azadlıqdan məhrum olunmasını təklif edib  

21:39
18 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!