21 İyun 2025 08:10
499
SİYASƏT
A- A+
Azərbaycana qarşı aparılan böhtan kampaniyası iflasa məhkumdur

Azərbaycana qarşı aparılan böhtan kampaniyası iflasa məhkumdur


Azərbaycanın ərazi bütövlüyünü qəbul etməsi beynəlxalq ictimaiyyət tərəfindən qəbul edilir. Amma qələbəmizi həzm edə bilməyənlər də var.  Ermənistandakı revanşistlərin, Fransa başda olmaqla dünya erməniliyinin, onların maraqlarına xidmət edən Avropa Parlamenti kimi təşkilatların  fəaliyyətləri bunu təsdiq edir. Əlbəttə, onların nə demələrinin, nə qərarlar qəbul etməsinin heç bir əhəmiyyəti yoxdur və olmayacaq da.


Riyakar fəaliyyətin bir mərkəzdən koordinasiya olunduğu şübhə doğurmur


Məsələ həm də ondadır ki, Azərbaycanın qələbəsi, torpaqlarını işğaldan azad etməsi, habelə uğurları ilə barışa bilməyənlər ölkəmizə qarşı qarayaxma kampaniyalarını hibrid formada həyata keçirməyə başlayıblar. Azərbaycana qarşı xüsusən sosial şəbəkələrin imkanlarından istifadə edərək informasiya müharibəsi aparır, dövlətimizə və uğurlarımıza qara yaxmağa cəhd göstərirlər.

Sözügedən kəsim həm də müxtəlif hadisələrə fürsət kimi baxaraq ölkəmizlə bağlı saxta, həqiqətə uyğun olmayan məlumatlar yayırlar. Son günlərdə İran-İsrail qarşıdurması fonunda bu özünü  büruzə verməkdədir. Artıq günlərdir ki, sosial şəbəkələrin erməni seqmentində, xüsusən teleqram kanallarında kütləvi şəkildə İsrailin İrana qarşı hərbi əməliyyatlarda guya Azərbaycan ərazilərindən istifadə etməsi barədə dezinformasiyalar tirajlanır. Bu böhtan kampaniyasının respublikamıza qarşı aparılan hibrid müharibənin tərkib hissəsi kimi bir mərkəzdən koordinasiya olunduğu şübhə doğurmur. Lakin bu cür xəbərlərin heç biri rəsmi mənbələr tərəfindən təsdiqini tapmır və tapa da bilməz. Çünki olmayan hadisənin təsdiqlənməsi mümkün deyil. 


Erməni yalanları ayaq tutub yeriyə bilməz


Son günlər ölkəmizi ləkələyən saxta xəbərlərlə bağlı Milli Məclisin Xarici müdaxilələrə və hibrid təhdidlərə qarşı müvəqqəti komissiyası da açıqlama verib.  Açıqlamada bildirilir ki, regionda baş verən son hadisələr fonunda Azərbaycan Respublikası hibrid təhdidlərin geniş yayılmış növlərindən olan dezinformasiya kampaniyasının yeni dalğası ilə qarşılaşıb: "Aparılan monitorinqlərin təhlili nəticəsində müəyyən edilib ki, qonşu dövlətlərin ərazisində fəaliyyət göstərən, müxtəlif dairələrə və maraqlara xidmət edən qruplar tərəfindən sosial media platformaları vasitəsilə dövlətimizə qarşı informasiya kampaniyaları təşkil edilir.

Cərəyan edən proseslərlə bağlı Azərbaycan Respublikasının rəsmi mövqeyinin Xarici İşlər Nazirliyi və dövlət rəsmiləri tərəfindən səsləndirilməsinə baxmayaraq, "Teleqram", "Feysbuk", "X", "TikTok" və "Yutub" kimi platformalar üzərindən aparılan fəaliyyətlərdə təhrif olunmuş, saxta məlumatlar yayılır. Münaqişə tərəflərini, eləcə də beynəlxalq ictimaiyyəti çaşdırmağa yönəlmiş bu hərəkətlərin məqsədi ölkəmizin artan nüfuzuna xələl gətirmək, dost və qardaş ölkələrlə münasibətlərini pozmaqdır.

Xatırladaq ki, Azərbaycan Xarici İşlər Nazirliyinin iyunun 13-də yaydığı bəyanatda İsrail və İran arasındakı hərbi qarşıdurmadan narahatlıq ifadə olunub. Azərbaycan XİN vəziyyətin gərginləşdirilməsini qəti şəkildə pisləyərək, tərəfləri mövcud fikir ayrılıqlarını yalnız beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq, dialoq və diplomatik yollarla həll etməyə çağırıb.  İyunun 14-də isə Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramovla İranın xarici işlər naziri Seyid Abbas Ərağçi arasında telefon danışığı baş tutub. Telefon  danışığında respublikamızın ərazisinin hər hansı bir ölkə tərəfindən üçüncü ölkəyə, o cümlədən qonşu İrana qarşı istifadə edilməsinin mümkün olmadığı da vurğulanıb. 

İran-İsrail qarşıdurması ilə bağlı Azərbaycanın mövqeyi aydındır. İranın rəsmi dairələri bunu bilirlər. Ona görə sosial şəbəkələrin erməni seqmentinin yaydığı yalanlar ayaq tutub yeriyə bilməz və bütövlükdə ölkəmizə qarşı aparılan böhtan kampaniyası iflasa məhkumdur. 


Rəşad CƏFƏRLİ,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Tramp İŞİD-ə ciddi ziyan verəcəyini elan edib  

23:31
14 Dekabr

Dünya Türk Dili Ailəsi Günü münasibətilə TDT-dən təbrik mesajı  

23:02
14 Dekabr

ABŞ və Ukrayna nümayəndə heyətləri Berlində sülh danışıqlarını müzakirə edirlər  

22:53
14 Dekabr

Azərbaycanın beynəlxalq arenadakı güclü mövqeyinin göstəricisi

22:42
14 Dekabr

BMT ilk dəfə Dünya Türk Dili Ailəsi Gününü qeyd edəcək  

22:35
14 Dekabr

Heydər Əliyev Mərkəzində Özbəkistan Mədəniyyəti Günlərinin açılış mərasimi keçirilib VİDEO  

21:18
14 Dekabr

Fövqəladə Hallar Nazirliyi soyuq hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

19:32
14 Dekabr

Ukrayna Prezidenti sülh danışıqlarının müzakirəsi üçün Almaniyaya səfərə gəlib  

18:58
14 Dekabr

İstanbul Beynəlxalq Kitab Sərgisində Ümummilli Lider Heydər Əliyevə həsr olunan kitab sərgisi açılıb  

16:05
14 Dekabr

Media: Türkiyə qaçqınların Suriyaya qayıtması üçün üçmərhələli plan həyata keçirəcək  

13:57
14 Dekabr

Azərbaycan BMT-nin 11-ci Qlobal Forumunda təmsil olunur  

13:52
14 Dekabr

Sabah Abşeron yarımadasında leysan olacaq, rayonlarda hava əsasən yağmursuz keçəcək  

13:28
14 Dekabr

Rəcəb Tayyib Ərdoğan Türkiyə futbolundakı mərc qalmaqalı barədə danışıb  

13:05
14 Dekabr

Rumıniya nəşri : Avropanın Rusiyasız qaz dövrünə girişi başlanğıcda çətinliklə üzləşəcək  

12:46
14 Dekabr

İşğaldan azad olunmuş ərazilərdə yanğın təhlükəsizliyi ilə əlaqədar vətəndaşların maarifləndirilməsi işi davam etdirilir  

12:16
14 Dekabr

Azərbaycanda Özbəkistan Mədəniyyəti Günləri başlayır  

12:01
14 Dekabr

ABŞ Prezidenti Tailand və Kambocanı yeni tariflərlə hədələyib  

11:51
14 Dekabr

Tramp: Respublikaçılar ara seçkilərdə qalib gəlməkdə çətinlik çəkəcəklər  

11:37
14 Dekabr

Starmer və Ursula Fon der Lyayen Rusiya aktivlərinin istifadəsini müzakirə ediblər  

11:23
14 Dekabr

Almaniyada Milad yarmarkasında terror aktı planlaşdırmaqda şübhəli bilinən beş nəfər saxlanılıb  

11:01
14 Dekabr

“Uşaq Avroviziya 2025” müsabiqəsinin qalibi məlum olub  

10:47
14 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!