27 May 2016 12:05
581
SİYASƏT
A- A+
Azərbaycan Xalq Cümhuriyyətinin dil siyasəti

Azərbaycan Xalq Cümhuriyyətinin dil siyasəti

 

Dil hər bir millətin mənliyinin əsasıdır. İnkişaf etmiş zəngin dil mədəniyyətinə sahib olan xalq əyilməzdir, ölməzdir, böyük gələcəyə malikdir. Bizim çox gözəl, zəngin dilimiz var. Azərbaycan dili şeiriyyət dilidir.

Heydər ƏLİYEV

 

Müstəqil dövlətin və bu dövlətin mənsub olduğu xalqın varlığını özündə ehtiva edən dil siyasəti Azərbaycan Xalq Cümhuriyyəti Hökumətinin diqqət yetirdiyi əsas sahə olmuşdur. Cümhuriyyət Hökuməti 1918-ci il 27 iyun tarixli qərarı ilə o zaman türk dili adlanan Azərbaycan dilini dövlət dili elan etmişdir.
Müstəqil dövlətin əsas atributlarından olan Azərbaycan dili xalqımızın mənəvi sərvəti, milləti öz keçmişinə bağlayan, gələcəyə səsləyən əbədi varlıqdır. Kökümüz, milli mədəniyyətimiz, ən nəhayət, əxlaqımızdır. Hələ neçə yüz illər bundan öncə bu dilin varlığı və saflığı uğrunda mübarizə aparmış I Şah İsmayıl Səfəvinin Azərbaycan dövlətçiliyində bu sahədəki rolunu yüksət dəyərləndirən ümummilli lider Heydər Əliyev demişdir: “Şah İsmayıl görkəmli dövlət xadimi, siyasi şəxsiyyət, Azərbaycanı birləşdirən insandır. Azərbaycanın qədim dövlətçiliyi Şah İsmayılın adı ilə bağlıdır”.
Qaynaqlardan məlum olur ki, Azərbaycan dili əsrlər boyu inkişaf edə-edə zamanın süzgəcindən keçərək kamil bir dilə çevrilmişdir. Xalq yazıçısı Mirzə İbrahimovun təbirincə desək: “Azərbaycan dili qanadlı xəyalları, coşqun ehtirasları, dərin fikirləri ifadə edə bilir. Eyni zamanda bu dil gözəldir, cazibədardır, şeirlə, ahənglə, musiqi ilə doludur”. Bu dil həm də ona görə qüdrətli və əzəmətlidir ki, o Azərbaycan xalqının, Azərbaycan Respublikasının dövlət dilidir. Bu incə və lətafətli dil bütün dövrlərdə öz gözəlliyi və şirinliyi ilə dünya dillərinə meydan oxumuşdur. Təsadüfi deyil ki, bir çox tanınmış sənətkarlar bu dilin gözəlliyini duyaraq onu öyrənmək həvəsində olmuşlar. Böyük rus şairi M.Y.Lermontov Qafqazda olarkən dostu S.A.Rayevskiyə yazırdı ki, Avropada fransız dilini bilmək nə qədər vacibdirsə, Qafqazda da Azərbaycan dilini bilmək o qədər zəruridir.
Çar Rusiyasının müstəmləkə buxovundan qurtulan ölkəmizdə - yenicə müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti Hökuməti 27 iyun 1918-ci il tarixli qərarı ilə o zaman türk dili adlanan Azərbaycan dilini dövlət dili elan etmişdir. Ölkədə birdən-birə Azərbaycan dilinə keçidin yaradacağı problemləri nəzərə alan hökumət qərarına əsasən, ölkədə məhkəmə, inzibati idarəçilik və digər vəzifələri icra edənlər Azərbaycan dilini lazımi səviyyədə öyrənənədək idarə və müəssisələrdə rus dilinin də işlədilməsi məqbul sayılırdı. Cümhuriyyətin daxili işlər naziri Behbud xan Cavanşir o zaman “Azərbaycan” qəzetinin müxbiri ilə müsahibəsində məsələyə geniş aydınlıq gətirərək deyirdi: “Azərbaycan müəssisələrində rus dilinin işlədilməsi...hazırkı dövrün zərurətindən irəli gəlir. Əlbəttə bu, çox davam etməyəcəkdir. Yüksək vəzifədə işləyən və türk dilini bilməyən məmurlar uzun müddət işləyə bilməyəcəklər. İki ildən sonra Azərbaycanın bütün müəssisələri milliləşdiriləcəkdir. Türk dilini bilməyən məmurlar isə vəzifələrini itirməməkdən ötrü bizim dili öyrənməli olacaqlar”.
Hətta hökumət bacarıqlı və səriştəli işçiləri itirməmək, eləcə də kütləvi savadsızlığı aradan qaldırmaq, dövlət dilinin öyrənilməsi və inkişaf etdirilməsi üçün lazımi tədbirlər həyata keçirirdi. 1919-cu ilin sentyabrından Azərbaycan dilinin öyrənilməsi üçün kurslar təşkil edilmiş, hətta bu məqsədlə hökumət tərəfindən 351 min manat vəsait ayrılmışdı.
Vətən, dil, millət - bunlar AXC-nin əsas diqqət yetirdiyi məsələlər idi. Hökumət milli kadrların hazırlanması məqsədilə bu sahədə təhsilin tamamilə yenidən qurulmasını qərara almışdı. Odur ki, dil və təhsil sahəsində ilk mühüm tədbirlərdən biri də məktəblərin milliləşdirilməsi oldu. Azərbaycan Hökumətinin 1918-ci il 28 avqust tarixli qərarında göstərilirdi ki, bütün ibtidai məktəblərdə təhsil şagirdlərin öz ana dilində aparılmalı və dövlət dili olan Azərbaycan dili icbari surətdə həyata keçirilməlidir. Azərbaycan dilini bilməyən şagirdlər üçün üçüncü və dördüncü siniflərdə rus şöbələri açılmışdı. Bu şöbələrdə Azərbaycan dili intensiv şəkildə tədris olunurdu ki, iki ildən sonra həmin şagirdlər artıq ana dilində təhsillərini davam etdirə bilsinlər. Beşinci sinifdən sonra şagirdlər məktəbi qurtarana qədər tədris rus dilində aparılırdı, həmin siniflərdə Azərbaycan dilinin tədrisi həftədə 4 saatdan az olmayaraq məcburi fənn kimi keçirilirdi.
Azərbaycan Hökumətinin reallaşdırdığı tədbirlər nəticəsində bölgələrdə, idarə və təşkilatlarda böyük coşqu ilə savadsızlığı ləğvetmə kursları işə başlamışdı, artıq 1919-cu ilin əvvəllərində ölkədə dövlət hesabına 637 ibtidai və 23 orta ixtisas təhsili məktəbi fəaliyyət göstərirdi. Orta məktəblərin arasında 6 kişi və 4 qadın gimnaziyası, 5 realnı məktəb, 3 müəllimlər seminariyası, 3 müqəddəs Nina qız tədris müəssisəsi, politexnik və kommersiya məktəbləri var idi. 1919-cu ilin əvvəllərində Bakı müəllim qadınlar seminariyası kişi müəllimlər seminariyasına çevrildi. Həmin ilin iyulunda Lənkəran kişi və qadın gimnaziyaları Xalq Maarif Nazirliyinin tabeliyinə keçirildi.
Parlament üzvləri Azərbaycan dilinə vaxtaşırı münasibət bildirir, yeni kursların, məktəb, seminariya və institutların açılmasına xüsusi diqqət yetirirdilər. Parlamentin avqustun 21-də keçirilən iclasında Bakı Universitetinin (indiki BDU) açılması ilə bağlı deputatların çıxışlarında dil məsələsinə xüsusi diqqət yetirilmişdi. Çıxış edənlərin, demək olar ki, hamısı universitetdə, ölkənin bu ilk ali məktəbində tədrisin ana dilində aparılması məsələsinə böyük əhəmiyyət vermişdir. Bakı Universitetinin açılması məsələsinə həsr olunan iclasda Azərbaycan dilinin dövlət dili kimi inkişafı, onun tədris və təhsil işində yeri haqqında ciddi mülahizələr söylənilmişdi. Daha sonra parlament 1919-cu ildə Göyçayda realnı məktəb açmaq haqqında qanun layihəsi təsdiq etmişdir.
1918-ci il dekabrın 27-də Azərbaycan Xalq Cümhuriyyətinin hərbi naziri Səməd bəy Mehmandarovun 34 saylı əmri ilə Azərbaycan-türk dili orduda da dövlət dili kimi qəbul edilmişdir. Hərbi nazir orduda xidmət edən, lakin dövlət dilini bilməyən zabitlər qarşısında tələb qoymuşdu ki, bir ay müddətində, heç olmasa, komanda sözlərinin azərbaycanca qarşılıqlarını öyrənsinlər və əsgərlərə Azərbaycan dilində komanda versinlər. Bir ay müddətinə bu tələbi yerinə yetirə bilməyən zabitlər dərhal ordudan xaric edilməli idilər. Azərbaycan dilinin öyrənilməsi və savadsızlığın ləğvi üçün orduda müvafiq kurslar təşkil edilir və həmin kursların aparılmasına təcrübəli mütəxəssislər cəlb olunur. Hökumət 1919-cu il fevralın 11-də Azərbaycan milli ordusunda türk dilində süvari qoşunların nizamnaməsinin təsdiqi haqqında qərar qəbul etmişdir.
Cümhuriyyət Hökumətinin başçısı Fətəli xan Xoyskinin çıxışlarında dövlət dili sahəsində görülən işlər barəsində vaxtaşırı verilən məlumatlar ana dilinin hökumətin daim diqqət mərkəzində durduğunu göstərirdi: “İndi məktəblər milliləşdilər. İbtidai məktəblər və bəzi siniflər milliləşmişlər, bir çox yeni məktəblər açılmışdır” və yaxud “İndi şükürlər olsun bir çox ədliyyə idarələrinə türk dili bilən adamlar təyin edilmişlər”.
Azərbaycan dilinin, sözün əsl mənasında, dövlət dili kimi işlənməsi təcrübəsi geniş şəkildə Azərbaycan Parlamentinin dilində də öz əksini tapmışdı. Dilçi mütəxəssislərin dediklərinə görə, dövlət idarələrində müəyyən müddət ərzində rus dilinin işlənməsinə icazə verilməsi parlamentə aid deyildi. Ona görə parlamentdə dillərin işlənməsi məsələsi, təbii olaraq, qanunverici hakimiyyətin, parlament üzvlərinin öhdəsinə buraxılmışdı. Parlamentin istifadə etdiyi dil dövlət dili statusuna malik Azərbaycan türkcəsi idi. Qeyri-yerli parlament nümayəndələri çıxışların rus dilində olmasını təklif etdikdə, iclaslardan birində bu məsələ ayrıca müzakirə olunmuş və bu xüsusda qərar qəbul edilmişdi. Parlamentin rəsmi dili Azərbaycan türkcəsi elan olunmuş, digər millətlərin nümayəndələrinin rus dilində çıxış etmələri məqbul hesab edilmişdir. Bununla belə, rəsmi sənədlərin hamısı dövlət dilində tərtib edilirdi. Dövlət dilində olmayan sənədlərin üstündə parlamentin sədr müavini Həsən bəy Ağayev, adətən, belə bir məzmunda dərkənar qoyurdu: “Ərizə türkcə lisanda olmadığı üçün əncamsız qalır”.
Azərbaycan Xalq Cümhuriyyətinin dil siyasətindən parlamentin dilinin özünəməxsusluğu da xüsusi qeyd edilməlidir: dövlətin bu ali orqanında yazılı dillə şifahi nitq arasında ciddi fərq olmuşdur. Bəzi istisnalar nəzərə alınmazsa, sənədlərin, təkliflərin dili ümumi, bəlkə də, məcburi bir prinsipə əsaslanmış, şifahi nitqində isə bir qayda olaraq sərbəstliyə imkan verilmişdir. İclasların gedişində bəzi gərginliklər nəzərə alınmazsa, dil etiketi yetərincə gözlənilmişdir.

Rəhman SALMANLI,
“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!