02 May 2025 19:26
682
SİYASƏT
A- A+
Azərbaycan-Vyetnam münasibətləri tarixin yeni inkişaf mərhələsində 

Azərbaycan-Vyetnam münasibətləri tarixin yeni inkişaf mərhələsində 


Vyetnam xalqı aprelin 30-da Vyetnam müharibəsinin başa çatmasının 50 illiyini təntənə ilə qeyd etdi. Söhbət Vyetnamın birləşdirilməsi ilə başa çatan mübarizənin Vyetnam xalqı üçün müsbət tarixi nəticəsindən gedir. Bu mübarizə, müharibə elə də asan olmadı. Vyetnam xalqı XIX və XX əsrlərdə Fransa müstəmləkəçiliyinin, Yaponiya istilasının, ABŞ-ın və digər dövlətlərin hərbi müdaxiləsinin məşəqqətlərini arxada qoyaraq, hazırda inkişaf dövrünü yaşayır. Təbii ki, bu mübarizə və inkişaf yolu asan olmayıb. Bu yolda dost ölkələrin və xalqların hərtərəfli dəstəyi əvəzsiz olub. Qürur hissi ilə demək olar ki, Vyetnamın müharibədən sonrakı bərpasında, xüsusən də neft-qaz sənayesinin qurulmasında Azərbaycan xalqının çox böyük dəstəyi olub.

AZƏRTAC Azərbaycan-Vyetnam münasibətlərinə qısa nəzər salır.


Ho Şi Minin Bakıya səfəri: Neft paytaxtından ilham alan lider

Bu dəstəyin, habelə xalqlarımız arasında dostluğun yaranmasının tarixi 1959-cu ilə gedib çıxır. Ölkəsinin bərpası ilə əlaqədar dost dəstəyi üçün keçmiş Sovet İttifaqına səfər edən Vyetnamın ozamankı Prezidenti Ho Şi Min ölkəsinin əsas təbii sərvətlərindən olan neft yataqlarının kəşfiyyatı və işlənməsi üçün yollar axtarırdı. Bu axtarış onu həmin il iyulun 23-də Bakıya gətirir. Bu səfər Vyetnamın neft-qaz sənayesi tarixində həlledici rol oynayır. Belə ki, təyyarə Bakının səmasında olarkən Prezident Ho Şi Min tərcüməçisini yanına çağırıb belə deyir: “Bax, aşağıda nə görürsən? Dəniz. Amma bu, adi dəniz deyil. Bu, neft dənizidir”. Ho Şi Min haqlı idi, çünki o vaxt Xəzər dənizində böyük neft-qaz platformaları var idi. Prezidentin təyyarəsi Bakıya enəndən sonra onu paytaxt ətrafındakı neft-qaz yataqları ilə tanış edirlər. “Vyetnamda da dəniz var, inanıram ki, bizim də mütləq neftimiz olacaq. Amma ölkəmiz müharibə şəraitindədir və biz neft çıxarılmasını hələ gerçəkləşdirə bilmərik. Ümid edirəm və inanıram ki, Vyetnamın müqavimət müharibəsi uğurla başa çatdıqdan sonra siz bizə neft tapmaqda kömək edəcək, sonra neftin istismarına və emalına yardım göstərəcək, Bakıdakı kimi neft-qaz sənayesi parkı tikəcəksiniz”, - deyə Ho Şi Min Azərbaycan mühəndisləri və neftçiləri qarşısında çıxış edərkən söyləmişdi. Prezident Ho Şi Min “möcüzələr adası” kimi dillər əzbəri olan nəhəng “Neft daşları”ndan, Azərbaycan neftçilərinin böyük işlərindən təsirlənərək ölkəsinə qayıdır.

Əslində, Ho Şi Minin Bakı səfərini Vyetnamın neft-qaz sənayesinin başlanğıcı hesab etmək olar. Çünki həqiqətən də tam azad olandan və birləşəndən sonra Vyetnamda neft-qaz sənayesinin qurulmasında Azərbaycan neftçiləri tarixi xidmətlər göstəriblər. Vyetnamın neft yataqlarının kəşfiyyatı və işlənilməsi məqsədilə 1981-ci ildə “Vietsovpetro” Sovet-Vyetnam birgə müəssisəsi yaradılır və Vyetnamın neft yataqlarının kəşfiyyatı, hasilatı üçün Azərbaycanın qabaqcıl neft mühəndisləri, geoloqları, ixtisaslaşmış işçiləri Vyetnama ezam olunurlar. Bundan başqa, Azərbaycandan bu ölkəyə neft sənayesinə aid xeyli sayda texnika və avadanlıq gətirilir. Şirkətin 1981-1984-cü illərdə ilk baş direktoru azərbaycanlı mütəxəssis Cəlal Məmmədov, geologiya bölməsinin ilk rəhbəri isə Müslüm Vəliyev olub.


Ümummilli Lider Heydər Əliyevin Vyetnama səfəri: Bakıdan Hanoya uzanan strateji körpü

“Vietsovpetro” şirkətinin yaradılmasından bir müddət sonra - 1983-cü ildə Azərbaycan xalqının Ümummilli Lideri, Vyetnamın böyük dostu Heydər Əliyevin başçılıq etdiyi sovet nümayəndə heyəti bu ölkəyə səfər edir. Həmin səfər keçmiş SSRİ-nin Vyetnamla münasibətlərinin inkişafı baxımından xüsusi əhəmiyyət daşıyırdı. Ulu Öndər Heydər Əliyev Vyetnamın birləşməsindən sonra bu ölkəyə səfər edən ilk yüksəkvəzifəli xarici dövlət rəsmisi idi. Əslində həmin səfərin Vyetnam üçün olduqca böyük, başqa sözlə, həyati əhəmiyyəti var idi. Çünki əzablı Fransa işğalından, ABŞ ilə qanlı müharibədən sonra təzəcə sabitlik və inkişaf yoluna qədəm qoyan Vyetnam regionda gedən geosiyasi proseslər fonunda yenə ciddi təhdidlə üzləşmişdi. Belə bir məqamda dahi Heydər Əliyevin səfəri Vyetnam xalqı və hökuməti üçün böyük dəstək ifadə edirdi. Belə demək olarsa, Ümummilli Liderin səfəri Vyetnam dövləti və xalqı üçün müstəqilliyin, suverenliyin qorunması naminə böyük bir ümid idi.

Məhz həmin səfərdən sonra Ulu Öndər Heydər Əliyev sovet rəhbərliyini Vyetnama iqtisadi və elmi-texniki kömək göstərmək barədə inandıra bilmişdi. Səfər çərçivəsində rəsmi görüşlər keçirən, bir neçə istehsal müəssisəsi və infrastruktur obyekti ilə tanış olan Heydər Əliyev Vyetnam və sovet, o cümlədən Azərbaycan neft mütəxəssisləri ilə görüşmək üçün Vyetnamın neft sənayesinin mərkəzi olan Vunq Tau şəhərinə də baş çəkir. Ulu Öndərin səyləri, Bakıdan gətirilən əlavə azərbaycanlı mütəxəssislərin və texnikanın cəlb edilməsi nəticəsində Vyetnamda ilk neft proqnozlaşdırıldığından xeyli əvvəl - 1986-cı ilin iyununda hasil edilir. “Vietsovpetro”nun Vunq Tau şəhərindəki baş ofisində şirkətin fəaliyyətinə və Vyetnamın neft-qaz sənayesinə dair muzeydəki eksponatlar arasında Ulu Öndərin bu şəhərə səfərinə, neftçilərlə görüşlərinə, həmçinin Azərbaycan mütəxəssislərinin Vyetnamdakı fəaliyyətinə dair şəkillərə də rast gəlmək mümkündür. Muzeyin girişində isə Ho Şi Minin Bakıda neft mədənlərinə səfərinə aid iri fotoşəkli və Bakı haqqında məşhur kəlamı əks olunub.

Ulu Öndər Heydər Əliyevin 42 il əvvəl sovet nümayəndə heyətinin rəhbəri kimi Vyetnama səfəri təkcə keçmiş SSRİ ilə Vyetnam arasında münasibətlərin dərinləşməsi baxımından deyil, həm də Vyetnam xalqının Azərbaycana isti münasibətinin formalaşmasında xüsusi rol oynayıb.


Bakıdan bilik ixracı: Vyetnam tələbələrinin uğur yolu

Azərbaycanın Vyetnama dəstəyi təkcə neft sənayesi mütəxəssisləri və avadanlıq göndərməkdən ibarət olmayıb. Sovet dövründə minlərlə vyetnamlı Dövlət Neft və Sənaye Universiteti başda olmaqla Azərbaycanda müxtəlif sahələr üzrə təhsil alıblar. Onlar ölkələrinə qayıtdıqdan sonra müxtəlif vəzifələrdə çalışaraq, Vyetnamın inkişafına töhfələr veriblər. Bakıda təhsil alanlar arasında parlament sədrinin müavini, nazir, nazir müavini, parlamentin üzvü, ordunun rəhbər şəxsləri də olub. Azərbaycanın Vyetnamda səfirliyi açılandan sonra Bakının vyetnamlı məzunları səfirliyimizin dəstəyi ilə təşkilatlanaraq, Azərbaycan-Vytenam Dostluq Assosiasiyası yaradıblar. Onların bəziləri sonradan Azərbaycana, özlərinin ifadə etdiyi kimi ikinci Vətənlərinə yenidən səfər etmək, təhsil aldıqları müəssisələrə baş çəkmək, müəllim və tələbə yoldaşları ilə görüşmək imkanı əldə ediblər. Azərbaycan xalqının isti münasibətini və qayğısını unutmayan vyetnamlı məzunlar elə indi Vyetnamda Azərbaycanla bağlı tədbirlərdə həvəslə iştirak edir, xatirələrini təzələyirlər. Onlar üçün yaddaqalan hadisələrdən biri isə heç şübhəsiz ki, 2014-cü ildə Vyetnama dövlət səfəri zamanı Prezident İlham Əliyevlə görüşləridir. Həmin görüşdə onlar hətta məşhur “Tələbə” mahnısını da ifa edirlər.

Dövlətimizin başçısının Vyetnama həmin səfəri həm Ulu Öndərin vyetnamlılara dostluğunun davam etdirilməsi, həm də müasir dövrdə iki ölkə arasında münasibətlərin genişləndirilməsi üçün mühüm rol oynayıb. Vyetnamın rəhbər şəxsləri ilə görüşlərdə tarixi kökləri olan dostluğun möhkəmləndirilməsinə, ölkələrimiz arasında müxtəlif sahələrdə əməkdaşlığın dərinləşdirilməsinə dair müzakirələr aparılır, bir neçə sənəd imzalanır. 2015-ci ildə Vyetnam Sosialist Respublikasının Prezidenti Çıonq Tan Şanq Azərbaycana rəsmi səfər edir. Beləcə yüksəksəviyyəli qarşılıqlı səfərlər ənənəsi yaranır. Bu səfərlər dövlətlər arasında ikitərəfli və çoxşaxəli münasibətlərin inkişafına təkan verərək, iqtisadi, siyasi, mədəni-humanitar və digər sahələrdə əməkdaşlığın dərinləşməsinə etibarlı zəmin yaradıb.

Ötən müddətdə iki ölkə milli maraqlara hörmət və beynəlxalq hüquq normalarına sadiqlik prinsipləri əsasında sıx əməkdaşlıq edib, beynəlxalq və regional təşkilatlarda, o cümlədən BMT-də, Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (AQEM) bir-birinə dəstək verib. Hakim partiyalar arasında əməkdaşlıq da iki ölkənin münasibətlərinin inkişafına təkan verir. 2023-cü ilin noyabrında Hanoyda Yeni Azərbaycan Partiyası ilə Vyetnam Kommunist Partiyası arasında Əməkdaşlıq Sazişi imzalanıb.

İki ölkə arasında əməkdaşlığın inkişafında İqtisadi-ticari və elmi-texniki əməkdaşlıq üzrə Azərbaycan-Vyetnam Hökumətlərarası Komissiyasının fəaliyyəti əhəmiyyətli rol oynayır. Ölkələrimizin iqtisadiyyat, ticarət, enerji təhlükəsizliyi, kənd təsərrüfatı, humanitar, turizm, təhsil və sair sahələr üzrə əməkdaşlığın inkişafı üçün geniş perspektivlər var.

Mədəni-humanitar əməkdaşlıqdan danışarkən Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun Vyetnamla bağlı işlərini vurğulamaq lazımdır. Vyetnamın Hazianq əyalətində ucqar yaşayış məntəqələrindən olan Ziap Çunq qəsəbəsində ibtidai məktəb binasının inşası Heydər Əliyev Fondunun xeyirxahlıq missiyasının göstəricisi olmaqla yanaşı, Azərbaycanın Vyetnam ilə münasibətlərə verdiyi əhəmiyyətin təzahürüdür. Bu günlərdə Fondun vitse-prezidenti Leyla Əliyeva Vyetnamda səfərdə ikən Heydər Əliyev Fondunun xeyirxah missiyasının daha bir təzahürü olaraq görmə qabiliyyəti məhdud şəxslər üçün orta məktəbə, Hanoy Ticarət və Turizm Kollecinə Heydər Əliyev Fondunun maliyyə dəstəyi təqdim edilib. Leyla Əliyevanın səfəri zamanı Vyetnam Sosialist Respublikasının vitse-prezidenti Vo Ti An Suan və Vyetnam Kommunist Partiyası Mərkəzi Komitəsinin Baş katibinin xanımı No Fon Li ilə görüşlərində xalqlar arasında əlaqələrin, o cümlədən qeyri-hökumət səviyyəsində əməkdaşlığın vacibliyi vurğulanıb.

Bakıda “Vyetnam günləri”nin təşkili, Vyetnamda Azərbaycanla bağlı mədəni tədbirlər, konsert proqramları, kulinariya festivalları xalqlarımızın bir-birini daha yaxından tanımasına və dostluğun möhkəmlənməsinə xidmət edir. Bu xüsusda Vyetnamda Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 100 illiyinin və Vyetnama tarixi səfərinin 40 illiyinin, habelə Ho Şi Minin ölkəmizə səfərinin 65 illiyinin qeyd edilməsi tarixi şəxsiyyətlərin xalqlar arasında dostluğun möhkəmlənməsindəki xidmətlərini vurğulamaqla yanaşı, onların irsinə sadiqliyi də nümayiş etdirir.


Ədəbiyyat və incəsənət: Azərbaycanın mədəniyyət zənginliyinin Vyetnamda ifadəsi

Azərbaycanla Vyetnam arasında ədəbiyyat və mədəniyyət sahələrində əlaqələr uzun tarixə malikdir. Hər iki ölkə öz milli kimliklərini, zəngin mədəni irslərini və ədəbiyyatlarını qorumaqla yanaşı, dünyadakı mürəkkəb siyasi və sosial mühitə qarşı mübarizələrini də əsərlərində əks etdiriblər. Bu əlaqələr xüsusilə Sovet dövründə daha da dərinləşib, Azərbaycanın müstəqilliyini bərpa etməsi ilə yeni bir mərhələyə keçib. 1991-ci ildən sonra Azərbaycan və Vyetnam arasında əlaqələr daha da güclənib, xüsusilə mədəniyyət və ədəbiyyat sahələrində qarşılıqlı anlaşma və əməkdaşlıq yüksəlib.

Azərbaycanın Vyetnamla əlaqələri həm tarixi, həm də müasir dövr baxımından çox önəmlidir. Bu əlaqələr yalnız dövlət səviyyəsində deyil, həm də ədəbiyyat və mədəniyyət sahələrində hər iki xalq arasında möhkəm dostluq körpüsünü yaradıb. Hər iki ölkə müstəqil dövlətlər olaraq öz milli kimliklərini qoruyub saxlamaqla yanaşı, beynəlxalq əlaqələrini genişləndirmək məqsədilə müxtəlif sahələrdə əməkdaşlıq ediblər. Bu əməkdaşlığın ən mühüm sahələrindən biri ədəbiyyat və mədəniyyət sahəsi olub. Azərbaycanın ədəbiyyatını və mədəniyyətini tanıdan, Vyetnamın zəngin mədəni irsini nümayiş etdirən müxtəlif təşəbbüslər, qarşılıqlı tərcümələr və ədəbi mübadilə ölkələr arasındakı dostluq əlaqələrini daha da gücləndirib.

Müasir Vyetnam yazıçılarından Ma Van Kanq müstəmləkəçilərə qarşı döyüşlərin iştirakçısı olub. O, şahidi olduğu hadisələri öz hekayələrində əks etdirib. Onun bir neçə povest və hekayəsi rus və fransız dillərinə tərcümə olunub, fransızcadan isə Azərbaycan dilinə AZƏRTAC-ın xüsusi müxbiri kimi fəaliyyət göstərmiş, filologiya üzrə fəlsəfə doktoru Əsgər Əliyev tərəfindən çevrilib. 1964-cü ildə Hanoyda fransız dilində çap olunan “Ağ öküz və başqa hekayələr” kitabında yer alan “Dalan” hekayəsi də Əsgər Əliyevin tərcüməsində oxuculara təqdim olunub. Bu hekayədə müharibənin ağrı-acısını yaşamış iki gəncin sülh dövründəki əməksevərliyi, vətənə sədaqəti və Vyetnam mənəviyyatına əsaslanan sevgiləri təsvir olunur.

Əsgər Əliyevin Vyetnam ədəbiyyatından tərcümə etdiyi daha bir mühüm əsər Men Nqunun “Beşiklər” hekayəsidir. Bu əsər 1970-ci ildə “Şərq qapısı” qəzetində dərc olunub. Müqavimət hərəkatının beşinci ilində baş verən hadisələr əsasında yazılmış bu hekayə müharibənin körpələr və analar üçün yaratdığı fəlakətləri bədii dillə təsvir edir. Xəstəlik, aclıq, şaxta və düşmən zərbələri nəticəsində həyatını itirən körpələrin taleyi oxucuda dərin təəssürat yaradır. Hekayədə təsvir olunan, uşaqlar üçün tabut düzəltmək məcburiyyətində qalan qoca dülgər obrazı, eyni zamanda, yeni doğulan uşaqlar üçün beşik hazırlayan bir simvola çevrilir. Bu təsvirlər Azərbaycan oxucusuna Xocalı və 20 Yanvar faciələrini xatırladır. Xüsusilə 20 Yanvar gecəsi dünyaya gələn və gələcək əsgərlər olacaq oğlan uşaqlarının çoxluğu xalqın məğrurluğunu və əzmini simvolizə edir.

Nquyen Layın Fərhad Abdullayevin tərcüməsində təqdim olunan “Nqe dağının ətəklərində” hekayəsində də müharibə mövzusu qaldırılır. Lon adlı gəncin doğma kəndini və ailəsini düşmənin əlindən xilas etməsi, onun vətənə olan sevgisinin və mübarizə əzminin göstəricisidir. Manqo ağaclığı, şəkər qamışlığı, biçənəklər və doğma torpaqla bağlı bütün xatirələr Lonun azadlıq uğrunda apardığı mübarizənin əsas dayaq nöqtəsinə çevrilir. Hekayənin sonunda qəhrəmanın düşməndən aldığı silahı çox yüngül hiss etməsi onun qarşısına qoyduğu məqsədin böyüklüyünü və bu yolda hər şeyə hazır olduğunu simvolizə edir.

Müharibə mövzusuna həsr olunmuş Vyetnam hekayələrində qadın obrazı da mühüm yer tutur. Vyetnam qadını vətənin xilası üçün döyüş meydanına atılmaqdan çəkinmir, kişilərlə çiyin-çiyinə vuruşur və canını fəda etməyə hazır olur. Vyetnamlı jurnalist V.Xonqun “Tüstü” oçerkində yer alan Ke adlı qadın obrazı bu qəhrəman qadınların təcəssümüdür. Düşmənin nizəsinə tuş gəlsə də səngərdəki əsgərlərin varlığını gizlətmək üçün qan izlərini yaylığı ilə silən bu gənc qızın cəsarəti insanı heyrətləndirir. Bu obrazlar Azərbaycan tarixində də silaha sarılan, vətən uğrunda canını fəda edən qadınlarla səsləşir.

Azərbaycan–Vyetnam ədəbi əlaqələrinin inkişafında azərbaycanlı yazıçıların da böyük rolu var. Bu baxımdan Ağasəfa Yəhyayevin “Odla oynayıram” əsəri xüsusi qeyd edilməlidir. Əsər Vyetnam xalqının müstəqillik və azadlıq uğrunda apardığı şanlı mübarizəyə həsr olunub. Yazıçı Vyetnam xalqının mübarizə əzmini, qəhrəmanlığını və humanist ideallarını böyük ustalıqla təsvir edərək, Azərbaycan oxucusuna uzaq bir diyarda gedən haqq savaşını daha da yaxın və doğma edib. “Odla oynayıram” əsərində Vyetnamın işğalçılara qarşı apardığı mübarizə təkcə hərbi qarşıdurma kimi deyil, həm də insan iradəsinin, azadlıq sevgisinin və vətənə sədaqətin parlaq təcəssümü kimi təqdim edilir. Yazıçı əsərdə müharibənin gətirdiyi ağır itkiləri, insan talelərində buraxdığı dərin izləri emosional təsvir gücü ilə qələmə alıb. Ağasəfa Yəhyayevin bu əsəri Azərbaycan və Vyetnam xalqları arasında dostluq və həmrəylik duyğularının ədəbiyyat vasitəsilə daha da güclənməsinə xidmət edib.

Belə əsərlər iki xalqın bir-birinin mübarizə tarixini, mədəniyyətini və bəşəri ideallarını daha dərindən tanımasına və qiymətləndirməsinə imkan yaradır. Azərbaycan ədəbiyyatının Vyetnama bu bədii ehtiramı qarşılıqlı mədəni zənginləşmənin gözəl nümunəsidir.

Xalq şairi Fikrət Qocanın “Salam, Vyetnam!” şeiri isə müharibənin insan həyatına və torpağa vurduğu zərbələri dərindən təsvir edir. Şair Vyetnamın yaşadığı müharibə travmalarını, xalqın acılarını və torpağa olan bağlılığını poetik bir dillə çatdırır. “Bir əlinlə avtomat, bir əlinlə torpaq becərmək” misrası müharibə ilə mübarizəni, eyni zamanda, torpağın təkrar bərpasına olan ehtiyacı simvollaşdırır. Şeirdə uşaqların və gənclərin müharibənin fəlakətlərinə məruz qalmaları, onların həyatda qalmaq üçün apardıqları mübarizə təsvir olunur. Bu əsər Vyetnam xalqının həm öz keçmişinə, həm də ümumbəşəri dəyərlərə olan bağlılığını nümayiş etdirir, müharibənin yaratdığı sosial və psixoloji izləri təsvir edərək, insanlıq adına bir çağırışdır.

1988-ci ildə “Azərbaycanfilm” kinostudiyası tərəfindən Bakı və Vunq Tau şəhərlərinin dostluğu haqqında “Ağ pələnglə görüş” adlı sənədli film çəkilib. Həmin dövrdən etibarən Bakı şəhərinin Xətai rayonundakı küçələrdən birinin “Vunqtau küçəsi” adlandırılması iki ölkə arasındakı dostluğun rəmzi olaraq yadda qalıb. Vunq Tau şəhəri hazırda Bakı ilə rəsmi olaraq qardaşlaşmış şəhər statusuna malikdir.

2019-cu ildə Vyetnamın Hanoy şəhərində İmadəddin Nəsiminin 650 illiyi münasibətilə keçirilən tədbir Azərbaycan mədəniyyətinin tanıdılması və iki ölkə arasındakı mədəni əlaqələrin gücləndirilməsi baxımından mühüm rol oynayıb. Tədbirdə Nəsiminin yaradıcılığı və fəlsəfəsi müzakirə edilib, şairin dünya ədəbiyyatına verdiyi töhfələr vurğulanıb.

Azərbaycan–Vyetnam ədəbi əlaqələri bu gün də genişlənməkdədir. Bu əlaqələr tarixi köklərə əsaslanan, qarşılıqlı hörmət və əməkdaşlıq üzərində qurulan zəngin bir mirasdır. Müxtəlif dövrlərdə həyata keçirilən rəsmi təşəbbüslər, ədəbi tərcümələr, yubiley tədbirləri və mədəniyyət festivalları bu münasibətlərin daim inkişafda olduğunu göstərir. Bütün bu təşəbbüslər Azərbaycan ədəbiyyatının Vyetnamda, eləcə də Vyetnam ədəbiyyatının Azərbaycanda tanınmasına, xalqlar arasında mənəvi bağların möhkəmlənməsinə və mədəni diplomatiyanın güclənməsinə əhəmiyyətli töhfə verir.

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

01:44
20 Dekabr

"Dövlət qulluğu haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə" Azərbaycan Respublikasının 2025-ci il 9 dekabr tarixli 305-VIIQD nömrəli Qanununun tətbiqi və bununla əlaqədar Azərbaycan Respublikası Prezidentinin bəzi fərmanlarında dəyişiklik edilməsi haqqında

01:44
20 Dekabr

Abşeron rayonu ərazisində avtomobil yollarının əsaslı təmiri ilə bağlı əlavə tədbirlər haqqında

01:42
20 Dekabr

“Azərbaycan Respublikasında ixrac-idxal əməliyyatları üzrə gömrük rüsumlarının dərəcələri haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1998-ci il 22 aprel tarixli 91 nömrəli Qərarında dəyişiklik edilməsi barədə

01:37
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sisteminin istismarının təşkili Qaydaları”nın və “Xarici texniki kəşfiyyata qarşı fəaliyyətə dair məlumat sistemi daxilində dövlət orqanlarının informasiya resurslarından istifadəyə buraxılış dərəcəsi”nin təsdiq edilməsi barədə” 2020-ci iI 29 yanvar tarixli 22 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:34
20 Dekabr

“Dövlət qulluqçularının reyestrinin aparılması ilə əlaqədar bir sıra məsələlərin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 17 may tarixli 395 nömrəli Fərmanının icrası ilə əlaqədar Azərbaycan Respublikası Nazirlər Kabinetinin bəzi qərarlarında dəyişiklik edilməsi barədə

01:33
20 Dekabr

“Polis əməkdaşlarının sosial müdafiəsini gücləndirmək və polis orqanlarının maddi-texniki bazasını möhkəmləndirmək məqsədilə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin xəzinə hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın təsdiq edilməsi haqqında

01:32
20 Dekabr

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2006-cı il 28 yanvar tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Qanın, qan komponentlərinin tədarükü, emalı, saxlanması və bölüşdürülməsi ilə məşğul olan qan xidməti müəssisələrinin (qan banklarının) Siyahısı”nda dəyişiklik edilməsi haqqında

01:28
20 Dekabr

“Azərbaycan”, “Xalq qəzeti”, “Respublika” və “Bakinski raboçi” qəzeti redaksiyalarına maliyyə yardımı barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 30 dekabr tarixli 215 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında

01:26
20 Dekabr

Nizami Kino Mərkəzində “The Oligarch’s Design” sənədli filminin nümayişi olub  

21:58
19 Dekabr

Azərbaycan–ABŞ Strateji Tərəfdaşlıq Xartiyası üzrə Strateji İşçi Qrupunun ilk iclası keçirilib  

21:29
19 Dekabr

Rubio: Rusiya-Ukrayna üzrə danışıqlarda irəliləyiş əldə olunub  

21:13
19 Dekabr

Marko Rubio Ermənistan-Azərbaycan münaqişəsinin həllində ABŞ-ın iştirakından danışıb  

21:09
19 Dekabr

Avropa Parlamenti sülh prosesinə zərbə vurmağa çalışır

21:04
19 Dekabr

Ermənistan vətəndaşlarının məhkəməsi təqsirləndirilən şəxslərin son söz çıxışları ilə davam etdirilib  

20:47
19 Dekabr

Ali Məclisin 2025-ci il payız sessiyasının növbəti iclası keçirilib  

20:36
19 Dekabr

Türk Ədliyyə Təlim Şəbəkəsinə üzv ölkələrin nümayəndələri ilə Baş Prokurorluqda görüş keçirilib  

20:12
19 Dekabr

Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb  

19:49
19 Dekabr

Səhiyyə Nazirliyində beynəlxalq aləmdə yüksək nüfuza malik olan tibb mütəxəssisləri ilə görüş keçirilib  

19:41
19 Dekabr

Milli Məclisdə “İxtisaslı kadr hazırlığı aqrar sektorun inkişafının əsasıdır” mövzusunda ictimai dinləmə keçirilib  

19:31
19 Dekabr

Ali məktəblərə qəbul və buraxılış imtahanlarında iştirak etmək üçün texniki vasitələr hazırlayan və satan təqsirləndirilən şəxslər barədə ibtidai istintaq tamamlanıb  

19:26
19 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!