27 Oktyabr 2026 08:10
264
İQTİSADİYYAT
A- A+
Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir

Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında əlaqələr genişlənir


Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının nümayəndə heyətinin Bişkekə səfəri çərçivəsində Qırğızıstan Həmkarlar İttifaqları Federasiyasında görüş keçirilib.

Görüşdə dövlət başçılarının - Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Qırğızıstan Respublikasının Prezidenti cənab Sadır Japarovun siyasi iradəsi və dostluq münasibətləri sayəsində ölkələrimiz arasında əlaqələrin strateji tərəfdaşlıq səviyyəsinə yüksəldiyi, bu münasibətlərin həmkarlar ittifaqları arasında əməkdaşlığın genişlənməsi üçün əlverişli şərait yaratdığı vurğulanıb.

Qırğızıstan Həmkarlar İttifaqları Federasiyasının sədri Muradil Cumadilde rəhbərlik etdiyi təşkilatın fəaliyyəti və əmək hüquqlarının qorunması istiqamətində görülən işlər barədə məlumat verib, Azərbaycan həmkarlar ittifaqları ilə əlaqələrin əhəmiyyətini qeyd edib. Bildirilib ki, iki təşkilat arasında imzalanmış memorandumlar, Qırğızıstan nümayəndələri üçün Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyasında təşkil olunan təlimlər, eləcə də qarşılıqlı səfərlər əməkdaşlığın inkişaf dinamikasını əks etdirir.

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri Sahib Məmmədov ölkəmizin həmkarlar ittifaqları sistemində aparılan yenilənmə prosesindən, əmək hüquqlarının müdafiəsi sahəsində tətbiq edilən müasir mexanizmlərdən və rəqəmsallaşmanın həmkarlar ittifaqlarının fəaliyyətinə verdiyi üstünlüklərdən danışıb. Əməkdaşlığın perspektivləri barədə fikirlərini bölüşən konfederasiya sədri bir çox sahələrdə, xüsusilə sağlamlıq turizmi üzrə əlaqələrin inkişafı üçün böyük potensialın olduğunu qeyd edib.

Görüşdə Azərbaycan və Qırğızıstan həmkarlar ittifaqları arasında imzalanmış memorandumların icrası, birgə təşəbbüslərin reallaşdırılması və əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.

Görüş çərçivəsində Azərbaycanın sağlamlıq turizmi ilə bağlı təqdimat keçirilib. Tədbirdə Qırğızıstan Respublikasının Səhiyyə Nazirliyinin, Turizmin İnkişafı üzrə Dövlət Agentliyinin, özəl qurumların və həmkarlar ittifaqlarının nümayəndələri, eləcə də media mənsubları iştirak ediblər.

"Kurort" Qapalı Səhmdar Cəmiyyətinin baş direktoru Çingiz Hacıyev Azərbaycanın sağlamlıq turizmi imkanları, o cümlədən Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sağlamlıq və istirahət mərkəzləri, onların xidmət imkanları, müalicə üsulları və istirahət xidmətləri barədə təqdimatla çıxış edib.

Tədbir çərçivəsində Azərbaycanın sağlamlıq turizmi imkanlarını əks etdirən film nümayiş olunub, iştirakçıların sualları cavablandırılıb.


Nərminə ƏSGƏROVA,

"Azərbaycan"

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Prezident: Azərbaycanın sabit inkişafının əsas səbəblərindən biri cəmiyyətimizdə olan ahəngdarlıqdır  

10:26
27 Oktyabr

Dohadakı IX Ümumdünya İnvestisiya Forumunda Azərbaycanın iqtisadi potensialı barədə məlumat verilib  

10:25
27 Oktyabr

Prezident: Azərbaycan tarixən və hər zaman çoxmədəniyyətli ölkə olub  

10:23
27 Oktyabr

Qızıl və gümüş ucuzlaşıb

10:22
27 Oktyabr

Azərbaycan nefti 127 dollardan baha satılır

10:22
27 Oktyabr

Prezident İlham Əliyev: Mədəniyyətlərarası Dialoq Forumu mədəniyyətlərarası münasibətlərin inkişafına öz töhfəsini vermişdir  

10:20
27 Oktyabr

Bakıda Almaniya-Azərbaycan biznes konfransı işə başlayıb

10:18
27 Oktyabr

Prezident İlham Əliyev VII Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunun açılışında çıxış edir YENİLƏNƏCƏK

10:06
27 Oktyabr

“Bild”: Almaniya xüsusi təyinatlı qüvvələri Rusiya ilə mümkün münaqişəyə hazırlaşır  

10:05
27 Oktyabr

Araşdırma: Qısa gəzintilər demensiya riskini azalda bilər

09:50
27 Oktyabr

Luis de la Fuente mövsümün ən yaxşı futbol məşqçisi seçilib

09:44
27 Oktyabr

Harri Keyn karyerasında ilk dəfə “Qızıl top” mükafatını qazanıb

09:43
27 Oktyabr

Zelenski: Ballistik raketlərlə Kiyevdə insanların sıx olduğu ərazilərə zərbələr endirilib, ölənlər var  

09:42
27 Oktyabr

Yeni təşəbbüslər, qarşılıqlı investisiyalar və beynəlxalq əməkdaşlıq

09:40
27 Oktyabr

Kiyev ballistik raketlərlə vurulub, ölən və xəsarət alanlar var

09:35
27 Oktyabr

Gədəbəy: istehlakçı üçün "ikinci çörək", istehsalçı üçün əsas "çörək ağacı"

09:35
27 Oktyabr

"Conder"lər iş başında

09:30
27 Oktyabr

Biz qazlaşdırılmış kəndin qazsız sakinləriyik

09:25
27 Oktyabr

Arzumuz gerçəkləşir

09:20
27 Oktyabr

Quba Cümə məscidi

09:15
27 Oktyabr

Marketə siyahısız getməyin bədəli

09:10
27 Oktyabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!