12 İyul 2025 08:35
739
İQTİSADİYYAT
A- A+
Azərbaycan və Çin logistik əlaqələri inkişaf etdirmək üçün BTQ-nin imkanlarını genişləndirirlər

Azərbaycan və Çin logistik əlaqələri inkişaf etdirmək üçün BTQ-nin imkanlarını genişləndirirlər


Prezident İlham Əliyevin Azərbaycanın dünyanın mühüm logistika mərkəzinə çevrilməsi üçün həyata keçirdiyi siyasət uğurla davam edir. Ölkəmizdə istər Orta dəhliz, istərsə də "Şimal-Cənub" marşrutu üzrə müxtəlif layihələr icra edilir, onlara yeni tərəfdaşlar cəlb olunur. Azərbaycan təkcə coğrafi mövqeyi ilə deyil, həm də bu marşrutların səmərəliliyinin artırılması istiqamətində fəal iş aparan ölkə kimi fərqlənir.

Orta dəhlizin inkişafında icra edilən bir çox layihənin təşəbbüsçüsü də Azərbaycandır. Ölkəmiz təkcə öz ərazisində deyil, qonşu Gürcüstanın dəmir yolu infrastrukturunun inkişafında da fəal rol oynayır. Xatırlatmaq kifayət edər: ADY 2023-2024-cü illərdə dəmir yolu xəttinin Gürcüstandan keçən hissəsinin modernləşdirilməsində yardımçı olmuşdur.

Məlum olduğu kimi, Orta dəhlizin səmərəliliyində Çindən Avropaya və əksinə daşınan yüklər mühüm rol oynayır. Bu səbəbdən ölkəmizin Çinlə əməkdaşlığının genişləndirilməsi və dərinləşdirilməsi xüsusi önəm daşıyır. İki ölkə arasında əlaqələri daha yüksək səviyyəyə çatdırmaq üçün “Azərbaycan Dəmir Yolları” QSC-nin sədri (ADY) Rövşən Rüstəmovla Pekində “Çin Dəmir Yolları” Dövlət Korporasiyasının prezidenti Sun Syudo arasında keçirilən növbəti görüş bu baxımdan xüsusi diqqət çəkir. 

Görüşdə tərəflər Çin və Azərbaycan arasında strateji əlaqələrin gücləndirilməsi kontekstində nəqliyyat və logistika sektorunda tərəfdaşlığın xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıblar. Bildirilib ki, iki ölkənin dəmiryol qurumları arasında əməkdaşlıq tranzit daşımalardan və multimodal həllərdən tutmuş infrastrukturun inkişafı və proseslərin rəqəmsallaşdırılmasına qədər geniş spektri əhatə edir.

ADY sədri qeyd edib ki, Prezident İlham Əliyevin cari il aprelin 22-də Çin Xalq Respublikasına dövlət səfəri ikitərəfli əlaqələrin, o cümlədən logistikanın inkişafında mühüm mərhələnin başlanmasına səbəb olub. Əməkdaşlığın əsas elementlərindən biri Azərbaycanın Şərqlə Qərb arasında mühüm tranzit əlaqəsi kimi qəbul etdiyi Trans-Xəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (Orta dəhliz) inkişafıdır. Çin-Qazaxıstan-Azərbaycan-Gürcüstan-Avropa marşrutu üzrə müntəzəm daşımalar çatdırılma müddətinin azaldılmasına və logistik həllərin şaxələndirilməsinə kömək edir.

Bildirilib ki, səmərəli əməkdaşlığın nəticəsi olaraq 2024-cü ildə iki ölkə arasında dəmiryol nəqliyyatı ilə daşınan yüklərin həcmi 47 faiz artaraq 612 min tona çatıb. Ötən il Çindən 287 blok-qatar qəbul edilib, cari ilin 6 ayı ərzində bu göstərici artıq 199 blok-qatar olub. İlin sonunadək isə 400-dən çox blok-qatarın qəbulu gözlənilir.

Tərəflər ADY və Çin Dəmir Yolları arasında əməkdaşlığın Avrasiyanın nəqliyyat əlaqəsinin gücləndirilməsinə və dayanıqlı logistika zəncirlərinin inkişafına mühüm töhfə verdiyini qeyd ediblər. Görüşdə həmçinin iki qurum arasında növbəti Anlaşma Memorandumu imzalanıb. Memorandumun imzalanmasında məqsəd qurumlar arasında dəmiryol nəqliyyatı və tranzit, həmçinin rəqəmsal layihələrin həyata keçirilməsi üzrə əməkdaşlığı daha yüksək səviyyəyə qaldırmaqdır. Sənəddə beynəlxalq dəhlizlər üzrə yük daşımaları üçün münbit şəraitin yaradılması yolu ilə regional iqtisadi inteqrasiyanın inkişafına dəstək, idarəetmə proseslərinin optimallaşdırılması və daşıma səmərəliliyinin artırılması, müştərilərə daha yüksəksəviyyəli xidmət təqdim edilməsi nəzərdə tutulub. Memorandum müasir və rəqəmsal texnologiyaların tətbiqinin zəruriliyi, Orta dəhliz üzrə multimodal daşımaların inkişafının strateji əhəmiyyəti və bu marşrutun Çin və Azərbaycandakı logistik terminallarla bağlantısı, Çinin “China Railway Container Transport Corp. Ltd.” (CRCT) şirkətinin Azərbaycan, Qazaxıstan və Gürcüstan dəmir yolu qurumları arasında Orta dəhlizin inkişafı üzrə yaradılmış “Middle Corridor Multimodal Ltd.” birgə müəssisəsinə qoşulmasının zəruriliyi və “Bir kəmər, bir yol” təşəbbüsünün reallaşdırılması kontekstində dəmiryol sahəsində əməkdaşlığın dərinləşdirilməsi kimi mühüm istiqamətləri özündə ehtiva edir.

Anlaşma Memorandumunun əsas hədəflərindən biri də Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin gücləndirilməsinə nail olmaqdır. Qurumlar Türkiyəyə, ardınca Avropaya çıxış imkanı verən Bakı-Tbilisi-Qars marşrutu üzrə nəqliyyat əlaqəsinin inkişaf etdirilməsi barədə razılığa gəliblər. Bu xətt vasitəsilə Çin istehsal mərkəzlərinin Azərbaycan, Gürcüstan və Türkiyə üzərindən Avropa bazarlarına çıxışı daha da sürətlənəcək. Tərəflər dəmir yolu və liman imkanlarının birgə inkişafı, Xəzər dənizi üzərindən konteyner daşımalarının genişləndirilməsi, gündəlik blok-qatarların sayının artırılması və 10 qatarın keçidinə nail olunması istiqamətində əməkdaşlığın dərinləşdirilməsi barədə də razılığa gəliblər. Bütün bunlar onu göstərir ki, Bakı-Tbilisi-Qars marşrutu Şərqlə Qərbi birləşdirən, yüksək ötürmə qabiliyyətli strateji nəqliyyat arteriyasına çevrilir. Onu da xatırladaq ki, 2023-2024-cü illərdə ADY tərəfindən Orta dəhlizin vacib seqmenti olan Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin Gürcüstan hissəsində modernləşdirmə işləri aparılıb. Bu, ölkəmizin tranzit potensialının artırılması, bütövlükdə Orta dəhlizin rəqabət qabiliyyətinin yüksəldilməsi istiqamətində mühüm addım sayılır.

Səfər çərçivəsində ADY sədri Rövşən Rüstəmov həmçinin “Qazaxıstan Dəmir Yolu” Milli Şirkəti SC-nin sədri Talqat Aldıbergenovla görüşüb. Tərəflər görüşdə iki ölkə arasında tranzit daşımalar üzrə əməkdaşlığın daha da genişləndirilməsinin, Çindən Avropa istiqamətinə göndərilən konteyner yüklərinin təyinat məntəqələrinə vaxtında çatdırılması üçün koordinasiyalı fəaliyyətin gücləndirilməsinin vacibliyini qeyd ediblər. Hər iki tərəfin fikrinə görə, Azərbaycan, Qazaxıstan və Gürcüstan arasında yaradılmış “Middle Corridor Multimodal” birgə müəssisəsi Orta dəhliz üzərindən fasiləsiz, etibarlı və səmərəli yükdaşıma əməliyyatlarının təmin edilməsinə böyük töhfə verir.


Rüstəm KAMAL,

“Azərbaycan”

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!