Azərbaycan Triatlon Federasiyasının prezidenti istefa verib
Azərbaycan Triatlon Federasiyasının prezidenti Elçin Əliyev istefa verib.
Federasiyadan AZƏRTAC-a bildiriblər ki, E.Əliyev istefası ilə bağlı deyib: “Son bir il ərzində idmanın triatlon növünün inkişafı üçün Gənclər və İdman Nazirliyi ilə birlikdə çox işlər görülüb. Bu müddət ərzində davamlı olaraq müxtəlif formatlı idman yarışları keçirilib, triatlonla məşğul olanların sayı dəfələrlə artıb, ölkədə triatlon klubları yaradılıb. Uşaqların bu idmana cəlb olunması istiqamətində davamlı iş aparılıb, ölkədə onlar üçün müxtəlif yarışlar təşkil olunub. Mənim əsas fəaliyyətim innovasiyalar ilə bağlıdır. Hazırda mənim rəhbərliyim altında Azərbaycanda və bir sıra xarici ölkələrdə mürəkkəb innovativ layihələr üzərində iş gedir və bununla yanaşı, il ərzində mənim silsilə ezamiyyətlərim planlaşdırılıb. Vaxt azlığı ilə əlaqədar olaraq mənim federasiyanın işində əvvəlki həcmdə fəal iştirak imkanım olmayacaq. Bütün tərəfdaşlara dərin minnətdarlığımı bildirirəm. Bununla yanaşı, mən triatlonun inkişafında gələcəkdə də mövcud zaman resursları çərçivəsində iştirak etməyə hazıram və öz təcrübəmlə bundan sonra da bu idman növünün Azərbaycanda inkişafına öz töhfəmi verəcəyəm”.
Qeyd edək ki, E.Əliyev 2021-ci il dekabrın 21-də Azərbaycan Triatlon Federasiyasının prezidenti seçilmişdi.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan Çernobıl Əlilləri İttifaqının üzvləri Fəxri xiyabanı və Şəhidlər xiyabanını ziyarət edib...
24 Aprel
Azərbaycan-Qırğızıstan münasibətləri Türk dünyasının birliyinə mühüm töhfələr verir...
24 Aprel
AMEA-da yeni şöbələr yaradılıb
24 Aprel
Heç bir ölkə bu problemi həll edə bilməz - Qutterreş
24 Aprel
Azərbaycan Kuboku: "Qarabağ" - "Neftçi" görüşünün hakimləri açıqlanıb
24 Aprel
KTMT-nin baş katibi: Ermənistan üzləşdiyi təhlükəsizlik təhdidlərini qiymətləndirməlidir...
24 Aprel
Türkiyə millisinin futbolçusu Fransada üçüncü dəfə qarət olunub
24 Aprel
KXDR nümayəndə heyəti son 5 ildə ilk dəfə İrana səfər edib
24 Aprel
Dünya birjalarında neft bahalaşıb
24 Aprel
"Yuventus" finalda rəqibini gözləyir
24 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!