Azərbaycan Texniki Universitetinin tədris imkanları genişlənir
Ölkəmizdə həyata keçirilən təhsil siyasətinin, bu sahəyə göstərilən diqqət və qayğının nəticəsi olaraq, Azərbaycan Texniki Universitetinin (AzTU) tədris imkanları ildən-ilə genişlənir. Belə ki, yeni dərs ilində universitetdə daha iki tədris korpusu istifadəyə veriləcəkdir.
AzTU-nun mətbuat xidmətindən AzərTAc-a bildirmişlər ki, bu korpuslardan biri xüsusi texnika və texnologiya fakültəsinin tələbələri üçün nəzərdə tutulmuşdur. Həmin fakültə bir il əvvəl Nazirlər Kabinetinin qərarı ilə respublikamızın müdafiə kompleksi üçün yüksəkixtisaslı kadrlar hazırlanması məqsədi ilə yaradılmışdır. Fakültədə müasir hərb elminin aparıcı ixtisasları üzrə mühəndis kadrları hazırlanır. Bu fakültəni bitirən gənclər silah və silah sistemlərinin istehsalı texnologiyası mühəndisliyi, optotexnika mühəndisliyi, pirotexniki vasitələrin texnologiyası mühəndisliyi, çoxkanallı radiorele və troposfer rabitəsinin yerüstü aparatlarının hazırlanması, istismarı və təmiri texnologiyası mühəndisliyi, kompozisiya materiallarından müdafiə təyinatlı məmulatların layihələndirilməsi və istehsalı texnologiyası mühəndisliyi ixtisaslarına yiyələnəcəklər.
Respublikamızın tarixində ilk dəfə olaraq silah istehsalı üzrə mühəndislərin hazırlanmasına başlanmışdır. Bu qərar universitetin rəhbərliyi və müəllimləri tərəfindən müqəddəs vəzifə kimi qəbul olunmuşdur. İlk tədris ilində bu fakültəyə qəbul imtahanlarından yüksək bal toplamış 74 gənc daxil olmuşdur.
Universitetin rəhbərliyi fakültəyə təcrübəli, yüksək elmi potensiala malik müəllimləri cəlb etmişdir. Yeni ixtisaslara qəbul olunmuş tələbələrin təhsilinin stimullaşdırılması, onlarda mühəndis peşəsinə həvəsin aşılanması, kamil mühəndis olmaq üçün bilik və bacarıqlarının səfərbər edilməsi diqqət mərkəzində saxlanılır.
AzTU tədris müddətində Müdafiə Sənayesi Nazirliyinin köməyi ilə tələbələrin müvafiq zavodlara ekskursiyasını təşkil edir. Gələcək mühəndislər qruplar üzrə müasir istehsalat texnologiyalarına malik Sumqayıt Texnoparkı ilə tanış olurlar. Fakültənin dekanlığı internet vasitəsilə əldə olunmuş, müasir silahlardan bəhs edən sənədli filmləri tələbələr qarşısında nümayiş etdirir. Universitetin rəhbərliyi müəllim və tələbələrlə görüşdə fakültə qarşısında duran vəzifələri, silah istehsalı üzrə mütəxəssislərin, gələcək konstruktorların hazırlanmasının ölkəmizin müdafiə sənayesi üçün əhəmiyyətini dəfələrlə vurğulamışdır. Fakültədə təhsil alan gənclərin valideynləri ilə görüş keçirilmiş, yüksəkixtisaslı kadr hazırlanmasında valideynlərlə dekanlığın, habelə professor-müəllim heyətinin əməkdaşlığının zəruriliyi qeyd olunmuşdur.
Müdafiə Sənayesi Nazirliyi hər ixtisas üzrə əlaçı təqaüdü təsis etmişdir. Bu qurumun və onun tabeliyində olan istehsalat müəssisələri nümayəndələrinin iştirakı ilə universitetdə keçirilən yığıncaqda həmin təqaüd 10 tələbəyə təqdim olunmuşdur.
Hazırda fakültənin tələbələri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrində, yəni gələcək iş yerlərində biraylıq təcrübə keçirlər. Şübhəsiz ki, bu təcrübə əldə olunmuş nəzəri biliklərin möhkəmlənməsinə töhfəsini verəcəkdir.
Azərbaycan Texniki Universitetinin kollektivi gənclərin silah növlərinin istehsalı üzrə bacarıqlı kadr kimi yetişməsi ilə yanaşı, onların həm də yüksək mənəviyyata malik vətəndaşlar kimi formalaşmasına səy göstərir. Belə ki, M.Kalaşnikov adına İjevsk Dövlət Texniki Universitetinin müəllimləri AzTU-da ixtisas fənləri üzrə seminarlar təşkil edəcək, fakültəyə tədris-metodiki vasitələrlə kömək göstərəcəklər. Bundan əlavə, ixtisas fənləri üzrə laboratoriyaların təşkili üçün zəruri avadanlıq sifariş olunmuşdur.
Söz yox ki, yeni fakültədə hazırlanan yüksəkixtisaslı mühəndislər gələcəkdə Azərbaycanın müdafiə qüdrətinin yüksəldilməsinə böyük töhfələr verəcəklər.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Ombudsman Aparatının nümayəndələri Baş Klinik Hospitalda olublar
29 Aprel
“Azərişıq” ASC-nin sədri Qazaxda vətəndaşlarla görüşüb
29 Aprel
Heydər Əliyev Fondu və Xarici ölkələrlə dostluq üzrə Çin Xalq Assosiasiyası arasında gələcək əm...
29 Aprel
Ülviyyə Fətəliyeva Avropa çempionu oldu
29 Aprel
Geomaqnit sahəsi qeyri-stabil olacaq
29 Aprel
“Google Play Market”də yeni funksiya istifadəyə verilir
29 Aprel
Çağrı mərkəzlərində süni zəka dövrü başlayır
29 Aprel
Jerar Depardye Parisdə saxlanılıb
29 Aprel
Azərbaycanlı mütəxəssis Avropa Gimnastikasının İtaliyadakı tədbirində iştirak edib
29 Aprel
Ukraynalı deputat: Ruben Vardanyanın Nobel Sülh Mükafatına namizədliyinin irəli sürülməsi qəbuledilm...
29 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!