Azərbaycan-Slovakiya münasibətlərinin inkişafında parlamentlər arasında əməkdaşlığın rolu müzakirə edilib
Mayın 17-də Milli Məclisin sədri Sahibə Qafarova Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunan xüsusi iclasda iştirak üçün Azərbaycanda səfərdə olan Slovakiya Respublikası Milli Şurasının sədri Boris Kollar ilə görüşüb.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə Ulu Öndər Heydər Əliyevin Azərbaycan xalqı və dövlətçiliyi qarşısında misilsiz xidmətlərindən söz açılıb.
İkitərəfli münasibətlərdən danışılarkən qeyd olunub ki, Azərbaycan ilə Slovakiya arasında fəal dialoq mövcuddur. Ölkələrimiz arasında həm ikitərəfli formatda, həm də beynəlxalq təşkilatlar çərçivəsində səmərəli əməkdaşlıq həyata keçirilir.
Görüşdə Azərbaycanın enerji siyasətindən də bəhs olunub, ölkəmizin Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynadığı vurğulanıb. Qeyd edilib ki, Azərbaycanın təşəbbüsü və iştirakı ilə reallaşan layihələr iştirakçı dövlətlərin inkişafına töhfə verməklə yanaşı, Avropaya enerji daşıyıcılarının nəqlinin şaxələndirilməsi baxımından da önəmlidir.
Milli Məclisin sədri Slovakiyanın hər zaman Azərbaycanın ərazi bütövlüyünü tam və qəti şəkildə dəstəklədiyini bildirərək, işğaldan azad olunmuş ərazilərimizdə həyata keçirilən bərpa və quruculuq işləri barədə məlumat verib.
Slovakiya Milli Şurasının sədri Boris Kollar Ulu Öndər Heydər Əliyevin 100 illiyi ilə bağlı Milli Məclisdə təşkil olunmuş yubiley tədbirində iştirakından məmnunluğunu ifadə edib. O, Heydər Əliyevin xalqı və dövləti qarşısındakı misilsiz xidmətlərindən, Azərbaycanın hərtərəfli inkişafı üçün gördüyü işlərdən, gənc respublikanın beynəlxalq aləmdə mövqeyinin möhkəmlənməsi istiqamətində yorulmaz fəaliyyətindən məmnunluqla söz açıb.
Söhbət zamanı ikitərəfli münasibətlərin inkişafında parlamentlərin rolu vurğulanıb, nümayəndə heyətlərinin qarşılıqlı səfərlərinin qanunverici orqanlar arasında əməkdaşlığın möhkəmləndirilməsində əhəmiyyətindən danışılıb. Həmçinin Boris Kolların ötən il Azərbaycana səfəri çərçivəsində işğaldan azad edilmiş Füzuli və Şuşaya səfəri xatırlanıb.
Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər barədə də fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında
20 Aprel
"Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsində dəyişiklik edilməsi haqqında" Azərbaycan...
20 Aprel
"Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkili (ombudsman) haqqında" Azərbaycan Respubli...
20 Aprel
Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 29 dekabr tarixli 907 nömrəli Fərmanı ilə təsdiq ed...
20 Aprel
Azərbaycan Respublikası Prezidentinin 2010-cu il 15 iyul tarixli 305 nömrəli Fərmanı ilə təsdiq edil...
20 Aprel
"Səba" ASC-nin səhmdarlarının nəzərinə!
20 Aprel
ADA Universitetində keçirilən “Xəzər Hövzəsi Araşdırmaları” proqramı yekunlaşıb
20 Aprel
Azərbaycan və Qazaxıstanın Xarici İşlər nazirlikləri arasında növbəti konsulluq məsləhətləşmələri ke...
20 Aprel
İlin ilk üç ayında ARDNF-in aktivləri 2,3 faiz artıb
19 Aprel
“G7-nin açıq-aşkar ayrı-seçkiliyə yol verməsi insan hüquqlarına ziddir” – BƏYANAT
19 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!