22 İyul 2025 01:31
12579
Qanunlar
A- A+
Azərbaycan Respublikasının Vergi Məcəlləsində və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikasının Vergi Məcəlləsində və "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikasının Qanunu


Azərbaycan Respublikasının Milli Məclisi Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin I hissəsinin 1-ci, 10-cu və 15-ci bəndlərini rəhbər tutaraq qərara alır:

Maddə 1. Azərbaycan Respublikası Vergi Məcəlləsinin (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2000, ¹ 8 (I kitab), maddə 583 (Cild I); 2024, ¹ 2, maddə 138, ¹ 4, maddə 365, ¹ 5 (I kitab), maddə 498, ¹ 6 (I kitab), maddələr 630, 638, ¹ 7, maddə 747, ¹ 8, maddələr 932, 933, 934, ¹ 10, maddə 1118, ¹ 11, maddə 1182, ¹ 12 (I kitab), maddə 1282 (II kitab), maddə 1345; 2025, ¹ 2, maddə 96, ¹ 3, maddə 214; Azərbaycan Respublikasının 2025-ci il 28 fevral tarixli 144-VIIQD nömrəli,18 mart tarixli 158-VIIQD, 161-VIIQD nömrəli, 11 aprel tarixli 172-VIIQD, 175-VIIQD nömrəli, 1 may tarixli 190-VIIQD və 192-VIIQD nömrəli qanunları) 34.3-cü maddəsində aşağıdakı dəyişikliklər edilsin:

1.1. birinci abzasın birinci cümləsində və ikinci abzasda "40" rəqəmləri "15" rəqəmləri ilə əvəz edilsin;

1.2. aşağıdakı məzmunda üçüncü abzas əlavə edilsin:

"Hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxs müflis elan olunduğu məqamdan və iflas prosesinə xitam verildiyi tarixdən 15 gün müddətində bu barədə vergi orqanına məlumat verməlidir.".

Maddə 2. "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" Azərbaycan Respublikasının Qanununda (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, ¹ 1, maddə 8 (Cild I); 2024, ¹ 7, maddə 743, ¹ 12 (I kitab), maddə 1281; 2025, ¹ 1, maddə 16; Azərbaycan Respublikasının 2025-ci il 18 mart tarixli 161-VIIQD nömrəli və 11 aprel tarixli 175-VIIQD nömrəli qanunları) aşağıdakı dəyişikliklər edilsin: 

2.1. 9.2-ci maddənin birinci cümləsində "40" rəqəmləri "15" rəqəmləri ilə əvəz edilsin;

2.2. aşağıdakı məzmunda 9-2-ci maddə əlavə edilsin:

"Maddə 9-2. Hüquqi şəxsin iflas prosesində olmasının dövlət qeydiyyatına alınması

9-2.1. Hüquqi şəxsin iflas prosesində olması dövlət qeydiyyatına alınmalıdır. Bankların müflisləşmə və iflas prosesində olması "Banklar haqqında" Azərbaycan Respublikasının Qanununun tələbləri nəzərə alınmaqla dövlət qeydiyyatına alınır. 

9-2.2. Hüquqi şəxsdə iflas prosesi məhkəmənin iştirakı olmadan başlandığı halda, borclunun iflas prosesinin başlanması barədə qərarının qəbul olunduğu tarixdən, iflas prosesi məhkəmə qaydasında başlandığı halda isə borclunun ərizəsinin məhkəmə tərəfindən qəbul edildiyi tarixdən və ya kreditorun ərizəsi əsasında borclunun müflis elan olunması haqqında məhkəmə qərarının qanuni qüvvəyə minməsi tarixindən 15 gündən gec olmayaraq, ərizə ilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) müraciət edilməlidir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli, iflas prosesinin başlanması barədə borclunun qərarı və yaxud müflis elan olunma barədə məhkəmənin qanuni qüvvəyə minmiş qərarı və möhür təqdim olunmalıdır. Dəyişiklik bu Qanunun 11.3.1-ci və 11.3.1-1-ci maddələrinin tələblərinə zidd olmadıqda, bu Qanunun 9.2-ci maddəsində nəzərdə tutulmuş müddətdə qeydiyyata alınır.

9-2.3. Hüquqi şəxsdə başlamış iflas prosesi onun ləğvi ilə yekunlaşmadıqda, iflas prosesinə xitam verilmə tarixindən 15 gün müddətində müvafiq ərizə, bu prosesə xitam verilməsi barədə qərar və üzərində "iflas prosesində olan" yazılmış möhür təqdim olunmaqla, həmin fakt bu Qanunun 9-2.2-ci maddəsinə uyğun olaraq qeydiyyata alınır.";

2.3. 11.4-1-ci maddənin birinci cümləsinə "dəyişdirilməsi" sözündən sonra "və ya hüquqi şəxsin iflas prosesində olması" sözləri əlavə edilsin;

2.4. 12.8.1-ci maddəyə "ləğv edilməsi" sözlərindən sonra "və hüquqi şəxsin iflas prosesində olması" sözləri əlavə edilsin;

2.5. 14.1.9-cu maddəyə "ləğvetmə" sözündən sonra "və ya iflas" sözləri əlavə edilsin;

2.6. 16-cı maddə üzrə:

2.6.1. aşağıdakı məzmunda 16.2-1-ci maddə əlavə edilsin:

"16.2-1. Hüquqi şəxs müflis olması nəticəsində ləğv edildikdə, əmlak inzibatçısı qurumun ləğv edilməsi barədə məhkəmənin qərarı qanuni qüvvəyə mindikdən sonra 10 gün müddətində bu Qanunun 16.1-1.1-ci, 16.2.3-cü və 16.2.3-1-ci maddələrində nəzərdə tutulmuş sənədlərlə və bu Qanunun 16.2.4-cü maddəsinə uyğun olaraq, səhmdar cəmiyyətlərinə münasibətdə Azərbaycan Respublikası Mərkəzi Bankının arayışı ilə birlikdə üzərində "iflas prosesində olan" yazılmış möhürü müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqana (quruma) təqdim etməlidir.";

2.6.2. 16.3-cü maddəyə "tərəfindən" sözündən əvvəl "və ya əmlak inzibatçısı" sözləri əlavə edilsin.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti  


Bakı şəhəri, 21 iyun 2025-ci il


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Quru Qoşunlarında “Konstitusiya və Suverenlik İli” ilə bağlı tədbirlər keçirilib  

19:26
15 Dekabr

Ali Məclisin payız sessiyasının növbəti iclası keçirilib  

19:24
15 Dekabr

Baş prokuror Qətərdə işgüzar səfərdədir  

19:21
15 Dekabr

ADSEA abonentlərə müraciət edib  

19:20
15 Dekabr

Cəlilabadda vətəndaşların daşınmaz əmlakla bağlı müraciətlərinə baxılıb  

19:10
15 Dekabr

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi BMT Sivilizasiyalar Alyansının 11-ci Qlobal Forumuna tərəfdaşlıq edib  

18:26
15 Dekabr

Suveren yaşıl istiqrazlar üzrə İşçi Qrupun ilk iclası keçirilib  

18:23
15 Dekabr

UNESCO-nun mənzil-qərargahında memar Əcəmi Naxçıvaninin 900 illiyinə həsr edilmiş sərgi açılıb  

18:16
15 Dekabr

Hakan Fidan: Türkiyə vasitəçilik sahəsində dünya liderləri sırasındadır  

18:11
15 Dekabr

Azərbaycanda pambıq yığımı yekunlaşır, sahələrdən 356 min tona yaxın xam pambıq yığılıb  

17:43
15 Dekabr

"Sualtı Hücum Dəniz Xüsusi Təyinatlısı" kursunun buraxılış mərasimi keçirilib  

17:41
15 Dekabr

Agentliyin əməkdaşları qan verdilər  

17:35
15 Dekabr

Ukrayna ilə bağlı sülh planı ətrafında nə baş verir?

17:26
15 Dekabr

İdmanımızın yeni ulduzu

17:25
15 Dekabr

Xalq yazıçısı Elmira Axundovanın Ulu Öndərə həsr olunmuş “Sizin aranızda ən böyük dissident mən idim” adlı ikicildlik kitabının təqdimatı keçirilib  

17:16
15 Dekabr

Dövlət Gömrük Komitəsinin sədri Zaqatalada vətəndaşlarla görüşüb  

17:07
15 Dekabr

“Azəriqaz”: 5 kənd və 11 massiv qazın verilməsi ərəfəsindədir 

17:06
15 Dekabr

Azərbaycanda bu il İKT sektorunda göstərilmiş xidmətlərin ümumi dəyəri 8,1 faiz artıb  

17:02
15 Dekabr

Misli Premyer Liqasında XV turun növbəti oyunu keçirilib  

16:44
15 Dekabr

Şəxsiyyət vəsiqəsi, pasport, sürücülük vəsiqəsi və nəqliyyat vasitələrinin qeydiyyatı üzrə xidmətlər onlayn təqdim ediləcək  

16:42
15 Dekabr

Osman Mert: Bakıda keçirilmiş Birinci Türkoloji Qurultay türk dilçiliyinin inkişafı üçün xüsusi əhəmiyyət kəsb edib  

16:39
15 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!