13 Avqust 2025 01:51
9348
Fərmanlar
A- A+
Azərbaycan Respublikası Prezidentinin "Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında" 2015-ci il 23 fevral tarixli 477 nömrəli, "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında" 2016-cı il 3 fevral tarixli 762 nömrəli, "Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında"2016-cı il 22 iyun tarixli 940 nömrəli, "Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında" 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli, "Sosial sığorta ehtiyatından istifadə Qaydası"nın və "Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli, "Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında"2017-ci il 29 noyabr tarixli 1691 nömrəli, "Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" 2018-ci il 10 dekabr tarixli 393 nömrəli, "Milli məkan məlumatlarının formalaşdırılması və inteqrasiyası Qaydaları"nın təsdiq edilməsi haqqında" 2018-ci il 28 dekabr tarixli 448 nömrəli və "Dövlətə məxsus olan hüquqi şəxslərdə apellyasiya şuralarının yaradılması haqqında"2019-cu il 6 may tarixli 681 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə

Azərbaycan Respublikası Prezidentinin "Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında" 2015-ci il 23 fevral tarixli 477 nömrəli, "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında" 2016-cı il 3 fevral tarixli 762 nömrəli, "Azərbaycan Respublikasında ipoteka kreditləşməsinin bəzi məsələləri haqqında"2016-cı il 22 iyun tarixli 940 nömrəli, "Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında" 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli, "Sosial sığorta ehtiyatından istifadə Qaydası"nın və "Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi Qaydası"nın təsdiq edilməsi haqqında" 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli, "Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında"2017-ci il 29 noyabr tarixli 1691 nömrəli, "Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" 2018-ci il 10 dekabr tarixli 393 nömrəli, "Milli məkan məlumatlarının formalaşdırılması və inteqrasiyası Qaydaları"nın təsdiq edilməsi haqqında" 2018-ci il 28 dekabr tarixli 448 nömrəli və "Dövlətə məxsus olan hüquqi şəxslərdə apellyasiya şuralarının yaradılması haqqında"2019-cu il 6 may tarixli 681 nömrəli fərmanlarında dəyişiklik edilməsi barədə


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. "Ünvanlı dövlət sosial yardımı sisteminin təkmilləşdirilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 23 fevral tarixli 477 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2015, ¹ 2, maddə 139 (Cild I) 5-ci hissəsində "Elektron hökumət" portalına" sözləri "Elektron Hökumət İnformasiya Sisteminə" sözləri ilə əvəz edilsin. 

2. "Azərbaycan Respublikasının mərkəzi və yerli icra hakimiyyəti orqanlarında Apellyasiya Şuralarının yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 3 fevral tarixli 762 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 2 (II kitab), maddə 226 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 1 iyul tarixli 429 nömrəli Fərmanı) aşağıdakı dəyişikliklər edilsin:

2.1. həmin Fərmanla təsdiq edilmiş "Mərkəzi icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə"nin 4.6.10-cu yarımbəndində və 6.10-cu bəndində "Elektron hökumət" portalındakı" sözləri "Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edilən" sözləri ilə əvəz edilsin;

2.2. həmin Fərmanla təsdiq edilmiş "Yerli icra hakimiyyəti orqanlarının Apellyasiya Şuraları haqqında Nümunəvi Əsasnamə"nin 4.6.10-cu yarımbəndində və 6.10-cu bəndində "Elektron hökumət" portalındakı" sözləri "Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edilən" sözləri ilə əvəz edilsin.

3. Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 22 iyun tarixli 940 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 6, maddə 1036 (Cild I); 2024, ¹ 5 (I kitab), maddə 529, ¹ 9, maddə 998; 2025, ¹ 4 (I kitab), maddə 333; Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 16 iyul tarixli 443 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına ipoteka kreditinin, o cümlədən güzəştli ipoteka kreditinin verilməsi Qaydası"nın 4.2-ci bəndində "Elektron hökumət" portalında olan" sözləri "Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyaedilən" sözləri ilə əvəz edilsin.

4. "Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin fəaliyyəti ilə bağlı bəzi məsələlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 16 noyabr tarixli 1113 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2016, ¹ 11, maddə 1820 (Cild I); 2024, ¹ 5 (I kitab), maddə 529, ¹ 6 (I kitab), maddə 654; 2025, ¹ 6, maddə 560) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 6.1-ci bənddə "Elektron hökumət" portalına" sözləri "Elektron Hökumət İnformasiya Sisteminə" sözləri ilə əvəz edilsin;

4.2. həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının Mənzil İnşaatı Dövlət Agentliyinin sərəncamında olan mənzilləri vətəndaşların güzəştlə əldə etməsi Qaydası" üzrə:

4.2.1. 4.1-ci bəndin ikinci cümləsində "internet saytında,"Elektron hökumət" portalında və Fondun internet saytında" sözləri "Agentliyin və Fondun rəsmi internet saytlarında və Elektron Hökumət İnformasiya Sistemində" sözləri ilə əvəz edilsin;

4.2.2. 5.2-ci bənddə "Elektron hökumət" portalında olan" sözləri "Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edilən" sözləri ilə əvəz edilsin.

5. Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 9, maddə 1644 (Cild I) ilə təsdiq edilmiş "Sığortaolunanlar üzrə xüsusi hesaba əlavə vəsaitlərin ödənilməsi Qaydası"nda aşağıdakı dəyişikliklər edilsin:

5.1. 2.1-ci bəndin birinci cümləsində "Elektron hökumət portalı" sözləri "Elektron Hökumət İnformasiya Sistemi" sözləri iləəvəz edilsin;

5.2. 4-cü hissənin birinci cümləsində "Elektron hökumət" portalına" sözləri "Elektron Hökumət İnformasiya Sisteminə" sözləri ilə əvəz edilsin.

6. "Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunun fəaliyyətinin təmin edilməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 29 noyabr tarixli 1691 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹ 11, maddə 2030 (Cild I); 2024, ¹ 2, maddə 159; 2025, ¹ 2, maddə 113) aşağıdakı dəyişikliklər edilsin:

6.1. həmin Fərmanla təsdiq edilmiş "Sahibkarlar tərəfindən manatla alınan kreditlərə təminat verilməsi Qaydası"nın 5.2.1-ci yarımbəndində "Elektron hökumət" portalında olan" sözləri "Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edilən" sözləri ilə əvəz edilsin;

6.2. həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının İpoteka və Kredit Zəmanət Fondunda kredit reytinqi sisteminin və digər risk menecmenti alətlərinin tətbiqi Qaydası"nın 9.1-ci bəndinin birinci abzasında "Elektron hökumət" portalında olan" sözləri "Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edilən" sözləri ilə əvəz edilsin;

6.3. həmin Fərmanla təsdiq edilmiş "Sahibkarlar tərəfindən manatla alınan kreditlərə hesablanmış faizlərə görə subsidiya verilməsi Qaydası"nın 5.1-ci bəndinin birinci abzasında "Elektron hökumət" portalında olan" sözləri "Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edilən" sözləri ilə əvəz edilsin.

7. "Övladlığagötürmə sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 10 dekabr tarixli 393 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 12 (I kitab), maddə 2550 (Cild I); 2024, ¹ 6 (I kitab), maddə 654) 4-cü hissəsində"Elektron Hökumət İnformasiya Sistemi, elektron xidmətlər göstərilməsinin isə "Elektron hökumət" portalı" sözləri "və elektron xidmətlər göstərilməsinin Elektron Hökumət İnformasiya Sistemi" sözləri ilə əvəz edilsin.

8. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 28 dekabr tarixli 448 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 12 (I kitab), maddə 2605 (Cild I); 2024, ¹ 6 (I kitab), maddə 654;2025, ¹ 1, maddə 21) ilə təsdiq edilmiş "Milli məkan məlumatlarının formalaşdırılması və inteqrasiyası Qaydaları"nda aşağıdakı dəyişikliklər edilsin:

8.1. 1-ci hissə üzrə:

8.1.1. 1.2.8-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

"1.2.8. "Geoportal" - Elektron Hökumət İnformasiya Sisteminin (bundan sonra - EHİS) milli məkan məlumatlarının axtarılmasını, əldə edilməsini və xidmətlərin göstərilməsini təmin edən xidmət kanalı;";

8.1.2. 1.5-ci bənddə "Elektron hökumət" portalının (bundan sonra - Portal) altsistemi olan Geoportalın" sözləri "Geoportal"ın" sözü ilə əvəz edilsin;

8.2. 3-cü hissə üzrə:

8.2.1. 3.1-ci bənddə"Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya və Portal" sözləri "EHİS" sözü ilə əvəz edilsin;

8.2.2. 3.4-cü bənddə "Elektron Hökumət İnformasiya Sisteminə" sözləri "EHİS-ə" sözü ilə əvəz edilsin;

8.2.3. 3.5-ci bəndin birinci və ikinci (hər iki halda) cümlələrində, 3.6-cı bənddə, 3.7-ci bəndin birinci və ikinci cümlələrində və 3.14-cü bənddə ismin müvafiq hallarında "Portal" sözü ismin müvafiq hallarında "EHİS" sözü ilə əvəz edilsin;

8.3. 4-cü hissə üzrə:

8.3.1. 4.1-ci bəndin birinci, ikinci cümlələrində və 4.2-ci bənddə ismin müvafiq hallarında "Elektron Hökumət informasiya sistemi" sözləri ismin müvafiq hallarında "EHİS" sözü ilə əvəz edilsin;

8.3.2. 4.3-cü bənddə, 4.4-cü bəndin ikinci cümləsində və 4.5-ci bəndin birinci cümləsində ismin müvafiq hallarında "Portal" sözü ismin müvafiq hallarında "EHİS" sözü ilə əvəz edilsin.

9. Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 6 may tarixli 681 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, ¹ 5, maddə 833(Cild I) ilə təsdiq edilmiş "Dövlətə məxsus olan hüquqi şəxsin Apellyasiya Şurası haqqında Nümunəvi Əsasnamə"nin 4.6.10-cu yarımbəndində və 6.10-cu bəndində "Elektron hökumət" portalındakı" sözləri "Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiya edilən" sözləri ilə əvəz edilsin.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 12 avqust 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AHİK sədri: Bu günədək 2 milyona yaxın işçinin müqaviləsi əmək və məşğulluq alt sistemində rəsmiləşdirilib  

15:23
16 Dekabr

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

Böyük qayıdış: Xocalının Seyidbəyli və Təzəbinə kəndlərinə növbəti köç yola salınıb  

13:14
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

12:30
16 Dekabr

Həştərxan vilayətinin qubernatoru Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb  

12:29
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!