14 Avqust 2025 01:14
11165
Fərmanlar
A- A+
Azərbaycan Respublikası Prezidentinin "Elektron hökumət" portalı haqqında Əsasnamə"nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə" 2013-cü il 5 fevral tarixli 813 nömrəli, "Azərbaycan Respublikasında rəqəmsal inkişaf və nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli, "Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında" 2018-ci il 14 mart tarixli 1885 nömrəli, "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında" 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli, "Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi"nin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında" 2024-cü il 28 sentyabr tarixli 199 nömrəli fərmanlarında və "Elektron məhkəmə" informasiya sisteminin yaradılması haqqında" 2014-cü il 13 fevral tarixli 268 nömrəli, "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında" 2022-ci il 4 aprel tarixli 3199 nömrəli, "Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" 2023-cü il 23 yanvar tarixli 3721 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə 

Azərbaycan Respublikası Prezidentinin "Elektron hökumət" portalı haqqında Əsasnamə"nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə" 2013-cü il 5 fevral tarixli 813 nömrəli, "Azərbaycan Respublikasında rəqəmsal inkişaf və nəqliyyat sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli, "Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında" 2018-ci il 14 mart tarixli 1885 nömrəli, "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında" 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli, "Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi"nin təsdiqi və bununla əlaqədar bəzi məsələlərin tənzimlənməsi haqqında" 2024-cü il 28 sentyabr tarixli 199 nömrəli fərmanlarında və "Elektron məhkəmə" informasiya sisteminin yaradılması haqqında" 2014-cü il 13 fevral tarixli 268 nömrəli, "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"nın təsdiq edilməsi haqqında" 2022-ci il 4 aprel tarixli 3199 nömrəli, "Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı"nın təsdiq edilməsi haqqında" 2023-cü il 23 yanvar tarixli 3721 nömrəli sərəncamlarında dəyişiklik edilməsi barədə 


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. "Elektron hökumət" portalı haqqında Əsasnamə"nin təsdiq edilməsi və elektron xidmətlərin genişləndirilməsi ilə bağlı tədbirlər barədə" Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 5 fevral tarixli 813 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 2, maddə 107 (Cild I);2024, ¹ 6 (I kitab), maddə 654)1-ci və 4-6-cı hissələri ləğv edilsin.

2. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 yanvar tarixli 1785 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, 

¹ 1, maddə 41 (Cild I); 2024, ¹ 2, maddə 155, ¹ 6 (I kitab), maddə 654, ¹ 8, maddə 948, ¹ 12 (I kitab), maddə 1287; 2025, ¹ 3, maddələr 224, 227, ¹ 6, maddə 552) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:

2.1. 3.0-cı bənd üzrə:

2.1.1. aşağıdakı məzmunda 3.0.3-3-cüvə 3.0.72-1-ci yarımbəndlər əlavə edilsin:

"3.0.3-3. rəqəmsal inkişaf, habelə "elektron hökumət" və innovasiyalar üzrə beynəlxalq reytinqlərdə ölkənin mövqeyinin yaxşılaşdırılması məqsədilə aidiyyəti dövlət orqanları (qurumları) ilə birlikdə tədbirlər görmək;";

"3.0.72-1. Elektron Hökumət İnformasiya Sisteminin və onun altsistemlərinin ("Vahid Kommunal Xidmətlər" altsistemi istisna olmaqla), habelə həmin Sistemlə əlaqəli olan digər əsas və yardımçı dövlət informasiya ehtiyatlarının və sistemlərinin formalaşdırılmasını və aparılmasını təmin etmək;";

2.1.2.  3.0.75-ci yarımbənddə "Elektron Hökumət İnformasiya Sistemi, elektron xidmətlərin göstərilməsini isə "elektron hökumət" portalı" sözləri ", habelə elektron xidmətlərin göstərilməsini Elektron Hökumət İnformasiya Sistemi" sözləri ilə əvəz edilsin;

2.1.3.  3.0.80-2-ci yarımbənddə "informasiya sistemləri və ehtiyatları, habelə elektron xidmətlərlə" sözləri "elektron xidmətlərlə, habelə dövlət informasiya ehtiyatları və sistemləri ilə" sözləri ilə əvəz edilsin;

2.1.4. aşağıdakı məzmunda 3.0.80-3-cü yarımbənd əlavə edilsin:

"3.0.80-3. dövlət qurumlarının və yerli özünüidarəetmə orqanlarının istifadə etməli olduqları texnoloji avadanlığa və proqram təminatına dair texniki tələbləri müəyyənləşdirmək;";

2.2. 4.0-cı bənd üzrə:

2.2.1. 4.0.17-1-ci yarımbəndə birinci halda "dövlət" sözündən əvvəl "normativ hüquqi aktlarda müəyyən edilmiş hallarda" sözləri əlavə edilsin;

2.2.2.  4.0.17-4-cü yarımbəndə birinci halda "informasiya" sözündən sonra "ehtiyatları və" sözləri əlavə edilsin.

3. "Elektron hökumətin inkişafı və rəqəmsal hökumətə keçid ilə bağlı tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 14 mart tarixli 1885 nömrəli Fərmanının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 3, maddə 435 (Cild I) 5-ci hissəsində aşağıdakı dəyişikliklər edilsin:

3.1. 5.3-cü bənddə "Elektron hökumət" portalının" sözləri "Elektron Hökumət İnformasiya Sisteminin" sözləri ilə əvəz edilsin;

3.2. 5.4-cü bənd aşağıdakı redaksiyada verilsin:

"5.4. dövlət orqanlarının informasiya ehtiyatları və sistemləri arasında informasiya mübadiləsini, habelə elektron xidmətlər göstərilməsini Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə təşkil etsin;".

4. "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları"nın təsdiq edilməsi və elektron hökumətlə bağlı bəzi tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2018, ¹ 9, maddə 1826 (Cild I);2024, ¹ 6 (I kitab), maddə 654, ¹ 9, maddə 1004) aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2-ci, 3-cü hissələr və 4-1.2-ci bənd ləğv edilsin;

4.2. həmin Fərmanla təsdiq edilmiş "Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları" üzrə:

4.2.1.  1.2.14-1-ci yarımbənddə birinci halda "Vahid Giriş Sistemi" sözləri "Elektron Hökumət İnformasiya Sisteminin "Vahid Giriş" altsistemi" sözləri ilə, ikinci halda "Vahid Giriş Sistemi" sözləri "həmin altsistem" sözləri ilə əvəz edilsin;

4.2.2.  4-cü hissə üzrə:

4.2.2.1.  4.4-cü bəndin ikinci cümləsi çıxarılsın;

4.2.2.2.  aşağıdakı məzmunda 4.4-1-4.4-5-ci bəndlər əlavə edilsin:

"4.4-1. Qurumlar elektron xidmətlərinin, dövlət informasiya ehtiyatlarının və sistemlərinin EHİS-ə inteqrasiyası üçün aşağıda qeyd edilən məlumatlarla EHİS-in internet informasiya ehtiyatı vasitəsilə Əlaqələndirici quruma müraciət edirlər:

4.4-1.1. qurumların EHİS-ə inteqrasiya ediləcək elektron xidmətləri, dövlət informasiya ehtiyatları və sistemləri haqqında məlumatlar (adı və texniki-texnoloji infrastrukturu);

4.4-1.2. qurumların EHİS-ə ötürəcəyi və (və ya) EHİS vasitəsilə qurumlara ötürüləcək məlumatların (sənədlərin) siyahısı;

4.4-1.3. qurumların texniki infrastruktura məsul şəxsləri haqqında məlumatlar (soyadı, adı, atasının adı, işlədiyi struktur vahidi, vəzifəsi, telefon nömrələri (mobil və stasionar), elektron poçt ünvanı).

4.4-2. Müraciətlərin, rəylərin, bildirişlərin və məlumatların (sənədlərin) göndərilməsi, eləcə də müraciətlərin icra vəziyyətinin izlənilməsi EHİS-də formalaşdırılan elektron kabinet vasitəsilə həyata keçirilir. Qurumların əməkdaşları elektron kabinetlərdən EHİS-in "Vahid Giriş"altsistemi vasitəsilə identikləşdirildikdən sonra istifadə edirlər. Göndərilən müraciətlər, rəylər, bildirişlər və məlumatlar (sənədlər) təkmil sertifikatlı gücləndirilmiş elektron imza ilə təsdiq edilir.  

4.4-3. Əlaqələndirici qurum daxil olan müraciətlər əsasında ən geci 20 (iyirmi) iş günü müddətində inteqrasiya ilə bağlı texniki tələblərə cavab verən elektron xidmətlərin, dövlət informasiya ehtiyatlarının və sistemlərinin EHİS-ə inteqrasiyasını təmin edir və bu barədə aidiyyəti qurumlara bildirişlər göndərir. 

4.4-4. Elektron xidmətlər, dövlət informasiya ehtiyatları və sistemləri inteqrasiya ilə bağlı texniki tələblərə cavab vermədiyi halda Əlaqələndirici qurum aidiyyəti qurumlarla  birgə həmin texniki tələblərə uyğunluğun təmin edilməsi üçün zəruri tədbirlər görür. Həmin tədbirlərin görülməsi müddəti bu Qaydaların 4.4-3-cü bəndində nəzərdə tutulan müddətə daxil deyildir.

4.4-5. İnteqrasiya ilə bağlı texniki tələblərə uyğunluq təmin edildikdən sonra Əlaqələndirici qurum elektron xidmətlərin, dövlət informasiya ehtiyatlarının və sistemlərinin EHİS-ə inteqrasiyasını təmin edir və bu barədə aidiyyəti qurumlara bildirişlər göndərir.";

4.2.2.3.  4.5-ci bənd üzrə:

4.2.2.3.1.  4.5-ci bəndin birinci abzasında "ehtiyatlarının və sistemlərinin inteqrasiyası" sözləri "ehtiyatlarından və sistemlərindən informasiyanın əldə olunması" sözləri ilə əvəz edilsin;

4.2.2.3.2.  4.5.2-ci yarımbənddə "qoşulan" sözü "inteqrasiya edilən" sözləri ilə əvəz edilsin;

4.2.2.3.3.  4.5.3-cü yarımbəndin 5-ci abzasında "qoşulmadığı" sözü "inteqrasiya olunmadığı" sözləri ilə, "qoşulması" sözü "inteqrasiyası" sözü ilə əvəz edilsin;

4.2.2.3.4.  4.5.4-cü yarımbənd üzrə:

4.2.2.3.4.1. 1-ci abzasda "qoşulan" sözü "inteqrasiya edilən" sözləri ilə əvəz edilsin;

4.2.2.3.4.2. 2-ci abzasda "qoşulan" sözü "inteqrasiya edilən" sözləri ilə, "qoşulduqdan" sözü "inteqrasiya edildikdən" sözləri ilə əvəz edilsin;

4.2.2.3.5. 4.5.5-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

"4.5.5. dövlət informasiya ehtiyatlarının və sistemlərinin EHİS-ə inteqrasiyası bu Qaydalara və Əlaqələndirici qurumun müəyyən etdiyi texniki tələblərə uyğun olaraq həyata keçirilir.";

4.2.3. aşağıdakı məzmunda 5.1-1-5.1-6-cı bəndlər əlavə edilsin:

"5.1-1. Elektron xidmətlərin, dövlət informasiya ehtiyatlarının və sistemlərinin arxivləşdirilməsi və ya onlarda dəyişiklik edilməsi qurumların EHİS vasitəsilə sahibə ünvanladığı müraciət əsasında həyata keçirilir. Qurumlardan daxil olmuş müraciətlərə ən geci 20 (iyirmi) iş günü müddətində baxılır. 

5.1-2. Elektron xidmətlərin, dövlət informasiya ehtiyatlarının və sistemlərinin arxivləşdirilməsindən və ya onlarda dəyişiklik (məlumat mübadiləsinə və inteqrasiyaya təsir edən) edilməsindən imtina üçün əsas olmadıqda, Əlaqələndirici qurum tərəfindən aşağıdakı tədbirlərdən biri görülür:

5.1-2.1. elektron xidmətlərin, dövlət informasiya ehtiyatlarının və sistemlərinin arxivləşdirilməsi məqsədəuyğun hesab edilir və bu barədə "Dövlət informasiya ehtiyatlarının, sistemlərinin və elektron xidmətlərin vahid reyestri"nə müvafiq məlumatlar daxil edilir, EHİS vasitəsilə elektron xidmətlər göstərilməsi, habelə dövlət informasiya ehtiyatlarının və sistemlərinin EHİS-ə inteqrasiyası dayandırılır;

5.1-2.2. elektron xidmətlərdə, dövlət informasiya ehtiyatlarında və sistemlərində dəyişikliklər olunması məqsədəuyğun hesab edilir, elektron xidmətlərin, habelə dövlət informasiya ehtiyatlarının və sistemlərinin yenilənməsi (dəyişdirilməsi, təkmilləşdirilməsi) həyata keçirilir.

5.1-3. Elektron xidmətlərin, dövlət informasiya ehtiyatlarının və sistemlərinin arxivləşdirilməsindən və ya onlarda dəyişiklik (məlumat mübadiləsinə və inteqrasiyaya təsir edən) edilməsindən imtina üçün əsas olduqda, onların arxivləşdirilməsinin və ya onlarda dəyişiklik edilməsinin məqsədəuyğun hesab olunmaması barədə rəylər 30 (otuz) iş günü müddətində Əlaqələndirici qurum tərəfindən hazırlanaraq elektron qaydada aidiyyəti qurumlara təqdim edilir. 

5.1-4. Elektron xidmətlərin, dövlət informasiya ehtiyatlarının və sistemlərinin arxivləşdirilməsindən və ya onlarda dəyişiklik (məlumat mübadiləsinə və inteqrasiyaya təsir edən) edilməsindən aşağıdakı hallarda imtina olunur: 

5.1-4.1. elektron xidmətlərin, dövlət informasiya ehtiyatlarının və sistemlərinin arxivləşdirilməsinin və ya onlarda dəyişiklik edilməsinin hüquqi əsasları və səbəbləri təqdim olunmadıqda;

5.1-4.2. elektron xidmətlərin, dövlət informasiya ehtiyatlarının və sistemlərinin arxivləşdirilməsi və ya onlarda dəyişiklik edilməsi beynəlxalq standartlara, Azərbaycan Respublikasının normativ hüquqi aktları ilə müəyyən edilmiş texniki tələblərə və digər tələblərə uyğun olmadıqda;

5.1-4.3. elektron xidmətlərin, dövlət informasiya ehtiyatlarının və sistemlərinin təkmilləşdirilməsi mümkün olduqda (elektron xidmət göstərilməsinin, habelə dövlət informasiya ehtiyatlarının və sistemlərinin aparılmasının texniki və maliyyə çətinlikləri, eləcə də istifadəçi sayının az olması səbəbindən arxivləşdirilməsi üçün müraciət edildiyi hallarda).

5.1-5. Arxivləşdirilməsi və ya dəyişiklik (məlumat mübadiləsinə və inteqrasiyaya təsir edən) edilməsi üçün müraciət olunan elektron xidmətlərin, dövlət informasiya ehtiyatlarının və sistemlərinin təkmilləşdirilməsi ilə bağlı Əlaqələndirici qurum aidiyyəti qurumlara təkliflər verə bilər. Aidiyyəti qurumlar həmin təkliflər əsasında və Əlaqələndirici qurum tərəfindən müəyyən olunan müddətlər ərzində elektron xidmətlərin, dövlət informasiya ehtiyatlarının və sistemlərinin təkmilləşdirilməsi ilə bağlı tədbirlər görür.

5.1-6. Bu Qaydaların 5.1-1-5.1-3-cü və 5.1-5-ci bəndləri ilə müəyyən edilmiş tədbirlərin həyata keçirilməsi üçün qurumlardan dövlət informasiya ehtiyatlarının və sistemlərinin fəaliyyəti ilə bağlı əlavə texniki məlumatlar (sənədlər) alına bilər. Aidiyyəti qurumlar həmin məlumatları (sənədləri) Əlaqələndirici qurumun müraciəti daxil olduğu tarixdən 10 (on) iş günü müddətində Əlaqələndirici quruma təqdim edirlər."; 

4.2.4.  7.1-ci bənd üzrə:

4.2.4.1.  7.1.5-ci yarımbəndə "dövlət" sözündən əvvəl "elektron xidmətlər, habelə" sözləri əlavə edilsin; 

4.2.4.2.  7.1.6-cı yarımbəndə "dövlət" sözündən əvvəl "elektron xidmət təminatçısı," sözləri əlavə edilsin;

4.2.4.3.  7.1.8-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:

"7.1.8. elektron xidmətlərin, eləcə də inteqrasiya olunan dövlət informasiya ehtiyatının və sisteminin təhlükəsiz, dayanıqlı və fasiləsiz fəaliyyətini elektron xidmət təminatçısından, dövlət informasiya ehtiyatının və sisteminin sahibindən, operatorundan və iştirakçısından tələb etmək;".

5. Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 28 sentyabr tarixli 199 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2024, 

¹ 9, maddə 1004) ilə təsdiq edilmiş "Dövlət informasiya ehtiyatlarının və sistemlərinin Nümunəvi Əsasnaməsi"nin 5.2-ci bəndinin ikinci cümləsində və 5.3-cü bəndində "Vahid Giriş Sistemi" sözləri "EHİS-in "Vahid Giriş" altsistemi" sözləri ilə əvəz edilsin. 

6. "Elektron məhkəmə" informasiya sisteminin yaradılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 13 fevral tarixli 268 nömrəli Sərəncamının(Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2014, ¹ 2, maddə 156 (Cild I); 2025, ¹ 4 (I kitab), maddə 341) 2.10-cu bəndində "Elektron hökumət" portalı" sözləri "Elektron Hökumət İnformasiya Sistemi" sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 4 aprel tarixli 3199 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, ¹ 4, maddə 339 (Cild I); 2024, ¹ 3, maddə 257, ¹ 5 (I kitab), maddə 529, ¹ 6 (I kitab), maddə 654) ilə təsdiq edilmiş "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı"nın "Korrupsiyaya qarşı mübarizənin gücləndirilməsinə dair 2022-2026-cı illər üçün Milli Fəaliyyət Planı" üzrə Tədbirlər Planı" hissəsinin 2.6-cı bəndinin "Tədbirin adı" sütununda "Portalına" sözü "İnformasiya Sisteminə" sözləri ilə əvəz edilsin.

8. Azərbaycan Respublikası Prezidentinin 2023-cü il 23 yanvar tarixli 3721 nömrəli Sərəncamı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2023, ¹ 1, maddə 114 (Cild I); 2024, ¹ 4, maddə 393) ilə təsdiq edilmiş  "Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023-2025-ci illər üçün Dövlət Proqramı"nın 6.1.6-cı yarımbəndinin 2.2-ci, 2.3-cü və 4.1-ci abzaslarında, "8. Dövlət Proqramına dair Tədbirlər Planı" hissəsinin 8.6.2-ci yarımbəndinin "Tədbirin adı" və "aralıq nəticələr" sütunlarında, 8.6.3-cü yarımbəndinin "Tədbirin adı", "ilkin nəticələr" və "aralıq nəticələr" sütunlarında ismin müvafiq hallarında "Elektron hökumət" portalı" sözləri ismin müvafiq hallarında "Elektron Hökumət İnformasiya Sistemi" sözləri ilə əvəz edilsin.


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 12 avqust 2025-ci il


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Moskvada Xəzəryanı əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçirilib  

23:27
08 Dekabr

Azərbaycan və Slovakiya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər YENİLƏNİB

23:26
08 Dekabr

Bratislavada Azərbaycan Prezidenti İlham Əliyevin Slovakiya Prezidenti ilə geniş tərkibdə görüşü olub YENİLƏNİB  

22:22
08 Dekabr

İƏT Mədəniyyət Festivalı çərçivəsində növbəti panel müzakirəsi təşkil olunub  

22:20
08 Dekabr

Bakıda “İslam dünyasında süni intellekt indeksinin təqdimatı” beynəlxalq konfransı keçirilib  

22:09
08 Dekabr

Misli Premyer Liqası: “Sabah” “Neftçi”yə qalib gəlib  

21:54
08 Dekabr

Azərbaycan və Slovakiya prezidentləri Bratislavada Devin qəsrində olublar YENİLƏNİB  

21:53
08 Dekabr

Azərbaycan və Slovakiya prezidentləri Bratislavada “Azadlıq Qapısı” abidəsini ziyarət ediblər  

21:41
08 Dekabr

Heydər Əliyev Fondu ilə Həmdan Bin Rəşid Əl Maktum Fondu arasında əməkdaşlıq müzakirə edilib  

21:19
08 Dekabr

“Rəqəmsal dövrdə İslam ölkələrinin mədəniyyəti” mövzusunda fikir mübadiləsi aparılıb 

21:06
08 Dekabr

Heydər Əliyev Fondu ilə ICESCO arasında saziş imzalanıb

20:49
08 Dekabr

Macarıstan Türkiyəyə 600 at satıb

20:29
08 Dekabr

Milli Məclisdə “İqlim dəyişikliyi ilə mübarizədə süni intellektin rolu” mövzusunda elmi-praktik konfrans keçirilib  

20:29
08 Dekabr

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib  

20:23
08 Dekabr

Azərbaycan-İran parlamentlərarası əlaqələrinin inkişaf perspektivləri müzakirə olunub

20:11
08 Dekabr

Ekspert: Orta Dəhliz son illər ərzində heyrətamiz artım nümayiş etdirir  

19:58
08 Dekabr

“İslam ölkələrində mədəniyyət sahəsində texnologiyaların inkişafı” mövzusunda müzakirə aparılıb  

19:39
08 Dekabr

Prezident İlham Əliyev: Bağlantılar və nəqliyyat sahəsinə əlavə vəsait qoyaraq imkanlarımızı genişləndirəcəyik

19:34
08 Dekabr

Yaponiyada 7,2 bal gücündə zəlzələ olub

19:21
08 Dekabr

Prezident: Mərkəzi Asiyanı Avropa ilə birləşdirən ən etibarlı və ən təhlükəsiz marşrut Azərbaycandan keçir

19:20
08 Dekabr

Azərbaycan Prezidenti: Yeni qaz yataqlarının işlənməsi nəticəsində əlavə resurslar əldə ediləcək

19:18
08 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!