13 Avqust 2025 01:45
9348
Fərmanlar
A- A+
Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə" 1999-cu il 30 avqust tarixli 189 nömrəli, "Xidməti və mülki silah haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 21 fevral tarixli, 679 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında" 2002-ci il 24 avqust tarixli 769 nömrəli, "Pasportlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə"nin təsdiq edilməsi haqqında" 2013-cü il 11 iyun tarixli 908 nömrəli, "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə"nin təsdiq edilməsi haqqında"2013-cü il 23 oktyabr tarixli 3 nömrəli, "Açıq məkanda reklam fəaliyyəti ilə bağlı bir sıra məsələlərin tənzimlənməsi haqqında" 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli, "Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə"nin və "Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" 2019-cu il 11 iyun tarixli 728 nömrəli və "Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterləri haqqında Nümunəvi Əsasnamə"nin təsdiq edilməsi barədə" 2022-ci il 15 dekabr tarixli 1905 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında 

Azərbaycan Respublikası Prezidentinin "Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamənin təsdiq edilməsi barədə" 1999-cu il 30 avqust tarixli 189 nömrəli, "Xidməti və mülki silah haqqında" Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 1998-ci il 21 fevral tarixli, 679 nömrəli Fərmanının icrasının təmin edilməsi haqqında" 2002-ci il 24 avqust tarixli 769 nömrəli, "Pasportlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə"nin təsdiq edilməsi haqqında" 2013-cü il 11 iyun tarixli 908 nömrəli, "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə"nin təsdiq edilməsi haqqında"2013-cü il 23 oktyabr tarixli 3 nömrəli, "Açıq məkanda reklam fəaliyyəti ilə bağlı bir sıra məsələlərin tənzimlənməsi haqqında" 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli, "Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə"nin və "Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" 2019-cu il 11 iyun tarixli 728 nömrəli və "Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterləri haqqında Nümunəvi Əsasnamə"nin təsdiq edilməsi barədə" 2022-ci il 15 dekabr tarixli 1905 nömrəli fərmanlarında dəyişiklik edilməsi haqqında 


Azərbaycan Respublikası Prezidentinin Fərmanı



Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 30 avqust tarixli 189 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 1999, ¹ 9, maddə 539 (Cild I); 2024, ¹ 5 (I kitab), maddə 529) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının vətəndaşlığı məsələlərinə baxılması və onların həlli qaydaları haqqında Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:

1.1. aşağıdakı məzmunda 19-1-ci hissə əlavə edilsin:

"19-1. Bu Əsasnamənin 2-ci, 8-ci, 10-cu, 17-ci və 19-cu hissələrində qeyd edilən sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.";

1.2. həmin Əsasnaməyə 1, 2 və 3 nömrəli əlavələrə aşağıdakı məzmunda 1-1-ci hissə əlavə edilsin:


1-1.       Fərdi identifikasiya nömrəniz

2. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 769 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, ¹ 8, maddə 489 (Cild I); 2024, ¹ 5 (I kitab), maddə 511; 2025, ¹ 6, maddə 552) ilə təsdiq edilmiş "Xidməti və mülki silahın uçotu, saxlanılması, gəzdirilməsi, daşınması, göndərilməsi və təyinatı üzrə istifadə olunması Qaydaları"nın III hissəsində aşağıdakı dəyişikliklər edilsin:

2.1. 3.4-cü bəndin ikinci abzasına "anket göstəriciləri" sözlərindən sonra "və fərdi identifikasiya nömrəsi" sözləri, "atasının adı," sözlərindən sonra "fərdi identifikasiya nömrəsi," sözləri əlavə edilsin;

2.2. aşağıdakı məzmunda 3.4-1-ci bənd əlavə edilsin:

"3.4-1. Bu Qaydaların 3.4-cü bəndində qeyd edilən sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.".

3. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 11 iyun tarixli 908 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 6, maddə 636 (Cild I) ilə təsdiq edilmiş "Pasportlar haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:

3.1. aşağıdakı məzmunda 3.3-1-ci bənd əlavə edilsin:

"3.3-1. Bu Əsasnamənin 3.2-ci və 3.3-cü bəndlərində qeyd edilən sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.";

3.2. həmin Əsasnaməyə 1 və 2 nömrəli əlavələrə aşağıdakı məzmunda 1.1.1.3-1-ci abzas əlavə edilsin:

4. Azərbaycan Respublikası Prezidentinin 2013-cü il 23 oktyabr tarixli 3 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2013, ¹ 10, maddə1148 (Cild I); Azərbaycan Respublikası Prezidentinin 2025-ci il 25 iyul tarixli 453 nömrəli Fərmanı) ilə təsdiq edilmiş "Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında" Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:

4.1. 2-ci hissə üzrə:

4.1.1. 2.4-cü bəndin ikinci cümləsinə "edilir" sözündən sonra "və bu barədə məlumatlar real vaxt rejimində Elektron Hökumət İnformasiya Sisteminə ötürülür" sözləri əlavə edilsin;

4.1.2. 2.7-ci bəndin ikinci cümləsinə "tərəfindən" sözündən sonra "Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə" sözləri əlavə edilsin;

4.1.3. 2.8-ci bəndə "vasitəsilə" sözündən sonra "Elektron Hökumət İnformasiya Sistemi üzərindən" sözləri əlavə edilsin;

4.1.4. 2.11-ci bəndin birinci cümləsinə "saytında" sözündən sonra ", xidmətin reqlamentində" sözləri əlavə edilsin;

4.1.5. aşağıdakı məzmunda 2.23-1-ci bənd əlavə edilsin:

"2.23-1. Bu Əsasnamənin 2.2-ci və 2.23-cü bəndlərində qeyd edilən sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.";

4.2. 3.3-cü bəndin ikinci cümləsinə "dəyişdirilir" sözündən sonra "və bu barədə məlumatlar real vaxt rejimində Elektron Hökumət İnformasiya Sisteminə ötürülür" sözləri əlavə edilsin.

5. "Açıq məkanda reklam fəaliyyəti ilə bağlı bir sıra məsələlərin tənzimlənməsi haqqında" Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 19 dekabr tarixli 1743 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2017, ¹12 (I kitab), maddə 2311 (Cild I); 2024, ¹ 6 (I kitab), maddə 661; 2025, ¹ 6, maddə 540) aşağıdakı dəyişikliklər edilsin:

5.1. həmin Fərmanla təsdiq edilmiş "Açıq məkanda reklam yerləşdirilməsinə icazə verilməsi və bu sahədə nəzarətin həyata keçirilməsi Qaydası"nın 2-ci hissəsi üzrə:

5.1.1. 2.2-ci bəndin birinci abzasından "(müvafiq qurum özü bu Qaydanın 2.2.1-2.2.3-cü yarımbəndlərində nəzərdə tutulmuş sənədlər barədə məlumatları "Lisenziyalar və icazələr haqqında" Azərbaycan Respublikası Qanununun 18.3-cü maddəsində nəzərdə tutulmuş qaydada əldə edə bildikdə həmin sənədlərin ərizəyə əlavə edilməsi tələb olunmur)" sözləri çıxarılsın;

5.1.2. aşağıdakı məzmunda 2.2-1-ci bənd əlavə edilsin:

"2.2-1. Bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulmuş sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.";

5.1.3. 2.3-cü bəndin ikinci cümləsinə "edildikdə" sözündən sonra "(bu Qaydanın 2.2-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)" sözləri əlavə edilsin;

5.2. həmin Fərmanla təsdiq edilmiş "Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsində tikintisinə icazə tələb olunmayan reklam qurğularının quraşdırılması və sökülməsi Qaydası"nın 2-ci hissəsi üzrə:

5.2.1. aşağıdakı məzmunda 2.2-1-ci bənd əlavə edilsin:

"2.2-1. Bu Qaydanın 2.2-ci bəndində nəzərdə tutulmuş sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.";

5.2.2. 2.3-cü bəndin ikinci cümləsinə "edildikdə" sözündən sonra "(bu Qaydanın 2.2-1-ci bəndinin tələbləri nəzərə alınmaqla)" sözləri əlavə edilsin.

6. "Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə"nin və "Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə"nin təsdiq edilməsi barədə" Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 11 iyun tarixli 728 nömrəli Fərmanında (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2019, ¹ 6, maddə 1020 (Cild I) aşağıdakı dəyişikliklər edilsin:

6.1. həmin Fərmanla təsdiq edilmiş "Elmi dərəcələr verilməsi qaydası haqqında Əsasnamə"nin 9.1-ci bəndinin ikinci cümləsində "və atasının adı (şəxsiyyət vəsiqəsinin surəti əlavə olunmaqla)" sözləri ", atasının adı və fərdi identifikasiya nömrəsi (əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti əlavə olunmaqla)" sözləri ilə əvəz edilsin;

6.2. həmin Fərmanla təsdiq edilmiş "Elmi adlar verilməsi qaydası haqqında Əsasnamə"nin 8.1-ci bəndinin ikinci cümləsində "və atasının adı (şəxsiyyət vəsiqəsinin surəti əlavə olunmaqla)" sözləri ", atasının adı və fərdi identifikasiya nömrəsi (əcnəbilər və vətəndaşlığı olmayan şəxslər üçün şəxsiyyəti təsdiq edən sənədin surəti əlavə olunmaqla)" sözləri ilə əvəz edilsin.

7. Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 15 dekabr tarixli 1905 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2022, ¹ 12, maddə 1415 (Cild I); 2025, ¹ 2, maddə 136) ilə təsdiq edilmiş "Mikro, kiçik və orta sahibkarlıq subyektlərinin klasterləri haqqında Nümunəvi Əsasnamə"də aşağıdakı dəyişikliklər edilsin:

7.1. 4-cü hissə üzrə:

7.1.1. 4.3-cü bənd aşağıdakı redaksiyada verilsin:

"4.3. Bu Əsasnamənin 4.2-ci bəndində qeyd olunan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.";

7.1.2. 4.5-ci bəndin birinci cümləsinə "edildikdə" sözündən sonra "(bu Əsasnamənin 4.3-cü bəndinin tələbləri nəzərə alınmaqla)" sözləri əlavə edilsin;

7.2. aşağıdakı məzmunda 6.1-1-ci bənd əlavə edilsin:

"6.1-1. Bu Əsasnamənin 6.1-ci bəndində qeyd olunan sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər ərizəçidən tələb edilmir. Belə sənədlərin Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi ərizəçinin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya ərizəçi tərəfindən təmin edilir.".


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 12 avqust 2025-ci il

Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

AHİK sədri: Bu günədək 2 milyona yaxın işçinin müqaviləsi əmək və məşğulluq alt sistemində rəsmiləşdirilib  

15:23
16 Dekabr

Sahib Məmmədov: Azərbaycan Həmkarlar İttifaqları üzvlərinin sayı bir milyondan çoxdur  

14:39
16 Dekabr

Gürcüstan mediası Prezident İlham Əliyevin amnistiya təşəbbüsünü geniş işıqlandırıb  

14:38
16 Dekabr

Növbəti köç karvanı Xocavəndin Sos kəndinə çatıb  

14:29
16 Dekabr

Azərbaycan BMT-nin Sivilizasiyalar Alyansının XI Qlobal Forumunda təmsil olunub  

14:09
16 Dekabr

Baş nazir Əli Əsədov Rusiyanın Həştərxan vilayətinin qubernatoru ilə görüşüb  

14:08
16 Dekabr

Kəmaləddin Heydərov: Ötən illər ərzində 1134 xüsusi texnika alınıb  

14:07
16 Dekabr

IDEA Sabirabad və Cəlilabad rayonlarında kütləvi ağacəkmə aksiyaları təşkil edib  

14:05
16 Dekabr

Milli Məclisin növbəti iclasının vaxtı məlum olub  

14:00
16 Dekabr

“Sony”dən unikal yenilik  

13:33
16 Dekabr

Böyük qayıdış: Xocalının Seyidbəyli və Təzəbinə kəndlərinə növbəti köç yola salınıb  

13:14
16 Dekabr

CNN Türk telekanalı: Zəngəzur dəhlizi sayəsində Ankara ilə Bakının siyasi və iqtisadi çəkisi artacaq  

13:13
16 Dekabr

Aktau limanı Trans-Xəzər marşrutunun mühüm elementi kimi tanınıb  

13:12
16 Dekabr

Özbəkstanlı politoloq: 2030-cu ildə Avropanın yaşıl enerjisi türk dövlətləri tərəfindən təmin olunacaq  

13:11
16 Dekabr

Azərbaycanın rayonlarında yağıntılar sabah tədricən kəsiləcək

13:10
16 Dekabr

Şəhid ailələri və müharibə əlilləri mülkiyyət hüquqlarının qeydiyyatına görə rüsumdan azad edilir  

13:03
16 Dekabr

“Uyğunluğun qiymətləndirilməsi sahəsində akkreditasiya haqqında” Qanuna yeni anlayışlar əlavə edilir  

12:37
16 Dekabr

Nazirlik: Azərbaycanda sabit genişzolaqlı internetin sürəti 2, mobil internetin sürəti isə 4 faizdən çox artıb  

12:35
16 Dekabr

Həştərxan vilayətinin nümayəndə heyəti Bakıda “Qardaşlıq məzarlığı”nı və Rixard Zorgenin abidəsini ziyarət edib  

12:32
16 Dekabr

Baş prokurorun rəhbərlik etdiyi nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edir  

12:30
16 Dekabr

Həştərxan vilayətinin qubernatoru Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin xatirəsini anıb  

12:29
16 Dekabr

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!