16 Mart 2025 01:22
1445
Fərmanlar
A- A+
Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1375 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1375 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi"ndə dəyişiklik edilməsi haqqında


Azərbaycan Respublikası Prezidentinin Fərmanı


Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin fəaliyyətinin təkmilləşdirilməsi məqsədilə qərara alıram: 

Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 22 iyun tarixli 1375 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2021, № 6 

(I kitab), maddə 590 (Cild I); 2024, № 4, maddə 373; 2025, № 1, maddə 28) ilə təsdiq edilmiş "Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsinin Nizamnaməsi"ndə aşağıdakı dəyişikliklər edilsin:

1. 1.1-ci bənddən "habelə" sözü çıxarılsın və həmin bənddə "sahəsində" sözü ", eləcə də Şuşa şəhəri və Şuşa rayonu ərazisində əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisinin təşkili, bu qaydada tikilmiş çoxmənzilli binaların və fərdi yaşayış evlərinin idarə edilməsi, habelə müvafiq ərazidə abadlaşdırma, yaşıllaşdırma və mənzil-kommunal təsərrüfatı sahələrində" sözləri ilə əvəz edilsin.

2. Aşağıdakı məzmunda 2.1.1-1 - 2.1.1-5-ci və 3.1.1-1 - 3.1.1-15-ci yarımbəndlər əlavə edilsin:

"2.1.1-1. Şuşa rayonu (bundan sonra - rayon ərazisində) və müvafiq ərazidə əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisini təşkil etmək;

2.1.1-2. tikintisini təşkil etdiyi çoxmənzilli binaları, həmin binalardakı mənzillər sakinlərə tam təhvil verilənədək, müvəqqəti idarə etmək;

2.1.1-3. rayon ərazisində və müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək, kommunal təsərrüfatı idarə etmək;

2.1.1-4. rayon ərazisində və müvafiq ərazidə abadlaşdırma və yaşıllaşdırma işlərini təşkil etmək;

2.1.1-5. müvafiq ərazidə yerləşən, balansında olan şəhər avtomobil yollarının idarə olunmasını, təmirini, saxlanılmasını, qorunmasını təşkil etmək və onların vəziyyətinə nəzarət etmək;";

"3.1.1-1. rayon ərazisinə və müvafiq əraziyə əhalinin qayıdışı ilə əlaqədar çoxmənzilli binaların və fərdi yaşayış evlərinin tikintisini təşkil etmək, o cümlədən bu tikinti işləri üzrə sifarişçi funksiyalarını həyata keçirmək;

3.1.1-2. rayon ərazisində və müvafiq ərazidə tikintisini təşkil etdiyi çoxmənzilli binaların qorunmasını və saxlanılmasını təmin etmək, həmin binalardakı mənzillər sakinlərə tam təhvil verilənədək bu binaları müvəqqəti idarə etmək;

3.1.1-3. idarə etdiyi çoxmənzilli binalarda quraşdırılmış liftlərin işlək vəziyyətdə saxlanılmasını, cari və əsaslı təmirini həyata keçirmək, onların istismarına nəzarət etmək;

3.1.1-4. rayon ərazisində və müvafiq ərazidə tikintisini təşkil etdiyi çoxmənzilli binalara və fərdi yaşayış evlərinə sakinlərin köçməsindən irəli gələn təşkilati və digər tədbirlər görmək;

3.1.1-5. rayon ərazisində və müvafiq ərazidə mənzil-kommunal təsərrüfatı sahəsində dövlət siyasətinin həyata keçirilməsində iştirak etmək, kommunal təsərrüfatın və mənzil-istismar sahələrinin yaradılmasını və idarə olunmasını təşkil etmək, mühəndis-kommunikasiya təminatı sistemlərinin saxlanılmasına, cari və əsaslı təmirinə, eləcə də istismarına nəzarət etmək, mənzil-kommunal infrastrukturunun inkişafını təmin etmək;

3.1.1-6. rayon ərazisində və müvafiq ərazidə əhaliyə göstərilən kommunal xidmətlərin keyfiyyətinə və həcminə nəzarəti həyata keçirmək;

3.1.1-7. rayon ərazisində və müvafiq ərazidə içməli su, kanalizasiya, elektrik və qaz şəbəkələri və qurğularının fasiləsiz işinin təmin olunmasına nəzarət etmək, bu sahədə təsərrüfat xidmətlərinin fəaliyyətini əlaqələndirmək;

3.1.1-8. idarə etdiyi çoxmənzilli binaların və tikintisini təşkil etdiyi digər obyektlərin, habelə müvafiq ərazidə sosial-mədəni obyektlərin qış mövsümünə istismara hazırlıq işlərinin həyata keçirilməsi üçün müvafiq tədbirlər görmək;

3.1.1-9. rayon ərazisində və müvafiq ərazidə yaşayış məntəqələri ərazilərinin abadlaşdırılması və yaşıllaşdırılması işini, eləcə də yaşıllıqların mühafizəsini təşkil etmək;

3.1.1-10. müvafiq ərazidə yerləşən, balansında olan şəhər avtomobil yollarının idarə olunmasını, təmirini, saxlanılmasını, qorunmasını təşkil etmək və onların vəziyyətinə nəzarət etmək;

3.1.1-11. rayon ərazisində və müvafiq ərazidə məhəllələrin, küçələrin, meydanların, parkların və yaşıllıq zonalarının işıqlandırılması sisteminin istismara yararlı vəziyyətdə olması işini təşkil etmək;

3.1.1-12. İdarəyə ayrılan məqsədli vəsaitlər hesabına Azərbaycan Respublikası Prezidentinin tapşırığı əsasında müvafiq ərazidə sosial təyinatlı və digər obyektlərin tikintisinin təşkilini, onların tikintisi üzrə sifarişçi funksiyalarının yerinə yetirilməsini, habelə bu qaydada tikilmiş obyektlərin qorunmasını, saxlanılmasını və təyinatı üzrə istifadəsini təmin etmək;

3.1.1-13. rayon ərazisində və müvafiq ərazidə bayramlara və digər əlamətdar hadisələrə, habelə anım günlərinə həsr olunmuş ictimai tədbirlər keçirmək, tərtibat işləri aparmaq və digər zəruri tədbirlər görmək;

3.1.1-14. rayon ərazisinə və müvafiq əraziyə əhalinin qayıdışı ilə əlaqədar digər dövlət orqanlarının (qurumlarının) sifarişi ilə aparılan tikinti işlərinə zəruri təşkilati dəstək göstərmək;

3.1.1-15. rayon ərazisində dövlət və bələdiyyə mülkiyyətində olan tarix və mədəniyyət abidələrinin konservasiyası, təmiri, bərpası, rekonstruksiyası və regenerasiyası işlərinə zəruri təşkilati dəstək göstərmək;".


İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti


Bakı şəhəri, 14 mart 2025-ci il


Digər Xəbərlər

QƏZETİN ÇAP VERSİYASI

XƏBƏR LENTİ Bütün xəbərlər

Xəzər dənizində zəlzələ olub

19:26
27 Aprel

YAP nümayəndə heyətinin Çinə səfəri başa çatıb

18:43
27 Aprel

Bakıda yağış yağacaq, havanın temperaturu 5-8 dərəcə aşağı enəcək - XƏBƏRDARLIQ  

18:34
27 Aprel

“Go Camp” Piknik layihəsi bu il yenidən könüllüləri bir araya gətirib

18:30
27 Aprel

Valentina Antonenko: Akademik Zərifə Əliyeva kimi dəyərli şəxsiyyətin xatirəsi Ukraynada da böyük ehtiramla yad olunur  

17:37
27 Aprel

İran İslam Respublikasının Prezidenti Zati-aliləri cənab Məsud Pezeşkiana

16:59
27 Aprel

FHN gözlənilən hava şəraiti ilə əlaqədar əhaliyə müraciət edib

15:41
27 Aprel

“Yüksəliş” müsabiqəsinin onlayn mərhələsinin ümumi biliklər üzrə əsas imtahanı keçirilib  

14:39
27 Aprel

Sabah bəzi rayonlarda leysan olacaq - PROQNOZ

13:07
27 Aprel

Leyla Əliyeva Nepalın Prezidenti Ramçandra Paudellə görüşüb

12:31
27 Aprel

Milli kimliyə və mənəvi dəyərlərə bağlılığın təcəssümü

11:15
27 Aprel

Cənubi Afrika Respublikasının Prezidenti Zati-aliləri cənab Matamela Siril Ramafozaya

10:51
27 Aprel

Syerra-Leone Respublikasının Prezidenti Zati-aliləri cənab Culius Maada Bioya  

10:50
27 Aprel

Türkiyəli ekspert: Azərbaycanın 44 günlük müharibədə qələbəsi bütün türk dünyası üçün qürur mənbəyidir  

10:44
27 Aprel

İranın cənubundakı partlayış nəticəsində ölənlərin sayı 18-ə çatıb

10:42
27 Aprel

Bilmək istəyirəm

09:20
27 Aprel

"Şahin" hərbi-idman oyunlarının zona birinciliyi keçirilib

09:15
27 Aprel

Qusarda arıçılığa maraq çoxdur

09:10
27 Aprel

Boradigah qəsəbəsində ağacəkmə aksiyası olub

09:05
27 Aprel

Sumqayıt da yaşıllaşır

09:00
27 Aprel

Mingəçevirdə həftə ərzində daha 3600 ağac və gül kolu əkilmişdir

08:55
27 Aprel

ÇOX OXUNANLAR

OXUCU MƏKTUBLARI

NƏŞRLƏRİMİZ

TƏQVİM / ARXİV

BAŞ REDAKTORDAN

Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!