Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 dekabr tarixli 155 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının gömrük orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı"nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Fərmanı
Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:
1. Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 10 dekabr tarixli 155 nömrəli Fərmanı (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2004, № 12, maddə 1001; 2008, № 12, maddə 1057; 2010, № 7, maddə 617; 2011, № 1, maddə 21; 2012, № 1, maddə 9, № 12, maddə 1265; 2014, № 1, maddə 15; 2018, № 11, maddə 2241; 2022, № 11, maddə 1269) ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının gömrük orqanlarında ali xüsusi rütbəli vəzifələrin siyahısı"nda aşağıdakı dəyişikliklər edilsin:
1.1. "Sumqayıt Baş Gömrük İdarəsinin rəisi - gömrük xidməti general-mayoru", "Qərb Ərazi Baş Gömrük İdarəsinin rəisi - gömrük xidməti general-mayoru", "Cənub Ərazi Baş Gömrük İdarəsinin rəisi - gömrük xidməti general-mayoru" və "Şimal Ərazi Baş Gömrük İdarəsinin rəisi - gömrük xidməti general-mayoru" abzasları ləğv edilsin.
1.2. "Enerji Resursları və Dəniz Nəqliyyatında Baş Gömrük İdarəsinin rəisi" sözləri "Dəniz Nəqliyyatı və Enerji Resursları Baş Gömrük İdarəsinin rəisi" sözləri ilə əvəz edilsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Fərmandan irəli gələn məsələləri həll etsin.
İlham ƏLİYEV,
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 5 may 2023-cü il
Digər Xəbərlər
QƏZETİN ÇAP VERSİYASI
XƏBƏR LENTİ Bütün xəbərlər
Mərkəzi Seçki Komissiyasının nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə ...
19 Aprel
Ukraynaya daha bir hava hücumu: 8 nəfər ölüb, 25 nəfər yaralanıb
19 Aprel
Deputat: Rusiya sülhməramlılarının Azərbaycandan çıxarılması yeni mərhələ deməkdir
19 Aprel
Qərbi Azərbaycanın iqtisadi inkişaf potensialı: retrospektiv təhlil və gələcəyə baxış - AzMİU-da kon...
19 Aprel
Səməd Seyidov: Türk dövlətləri arasında münasibətlər intensivləşməkdəddir
19 Aprel
Türkiyə ordusu üçün daha 40 ədəd Hürkuş-B təlim təyyarəsi sifariş edilib
19 Aprel
Keniyalı general helikopter qəzasında ölüb
19 Aprel
Milli Məclis 14 məsələnin müzakirəsinə başlayıb
19 Aprel
İsrail İrana raket zərbəsi endirdiyini təsdiqləyib
19 Aprel
Rusiyanın hərbi təyyarəsi qəzaya uğrayıb
19 Aprel
DİQQƏT ÇƏKƏNLƏR
ÇOX OXUNANLAR
OXUCU MƏKTUBLARI
NƏŞRLƏRİMİZ
BAŞ REDAKTORDAN
Hamımızın Azərbaycan adlı bir Vətəni var! Qoynunda dünyaya göz açdığımız, minbir nemətindən dadıb isti qucağında boya-başa çatdığımız bu əvəzolunmaz diyar azərbaycanlı adını qürur və iftixarla daşıyan hər kəs üçün müqəddəs və ülvidir.
Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan Ordusu Vətən müharibəsində zəfər çalaraq erməni işğalçılarını kapitulyasiyaya məcbur etdi, düşməni qovaraq ərazi bütövlüyünə nail oldu.
Bununla da Azərbaycan yeni inkişaf dövrünə qədəm qoydu.
Bu dövrdə dünyada mürəkkəb və ziddiyyətli proseslər davam etməkdədir!
Hələ də dünyada ədalətsizliklər mövcuddur!
Hələ də dünyada ikili standartlar var!
Hələ də dünyada güclülər zəiflərin haqqını tapdalamaq istəyir!
Odur ki, biz daima güclü olmalıyıq.
Güclü olmağın əsas şərti isə bizim birliyimizdir!
Dünyanın harasında yaşamağımızdan, hansı sahədə çalışmağımızdan asılı olmayaraq, əlbir və əlaqəli fəaliyyət göstərməyi bacarmalıyıq.
Azərbaycan naminə, onun dünyada yeri, yüksək nüfuzu uğrunda daim birlikdə mübarizə aparmalıyıq.
Yalnız bu halda anamız Azərbaycanı qoruya, yüksəldə və hamımız üçün qürur mənbəyinə çevirə bilərik.
Ulu yurdumuzun adını daşıyan "Azərbaycan" qəzeti də bu amala xidmət edir.
Əziz azərbaycanlılar! Sizi Azərbaycan naminə, övladlarımızın firavan və xoşbəxt gələcəyi uğrunda əlbir və əlaqəli fəaliyyətə çağırıram!